Məhkəmə qərarları › İş №e-2-2(113)-1160/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1160/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1160/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC-dən və X1 K3798 saylı kredit üzrə 236903,14 manat əsas borc, 24745,69 manat faiz borcu, 4681,48 manat cərimə borcu olmaqla, cəmi 266330,31 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 07.06.2019-ci il tarixli OnGTC-00200LE/2019 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X4 imzalanmışdır. Sonradan Bank Xidmətlərinin Göstərilməsinə dair X4 çərçivəsində tərəflər arasında 11.02.2020-ci il tarixli K3798 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana restrukturizasiya məqsədilə 11.08.2021-ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 256200 manat məbləğində birdəfəlik kredit verilmişdir. Tərəflər arasında imzalanmış K3798 saylı kredit üzrə borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bank ilə Cavabdeh1 arasında 11.02.2020-ci il tarixli, Z3842 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan K3798 saylı kredit üzrə 274 gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana PBCOS-1008 saylı xəbərdarlıq məktubu, zaminə isə PBCOS-1389 saylı xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 12.01.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri K3798 saylı kredit müqaviləsinə əsasən 236903,14 manat əsas borc, 24745,69 manat faiz borcu, 4681,48 manat cərimə borcu olmaqla, cəmi 266330,31 təşkil edir, gecikmə günün sayı – 274. X4na əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək Müştərinin vəzifəsidir, eyni zamanda kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda, Müqavilə Bank tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdehlər Cavabdeh2 MMC-dən və X1 K3798 saylı kredit üzrə 236903,14 manat əsas borc, 38854,57 manat faiz borcu, 13420,97 manat cərimə borcu olmaqla, cəmi 289178,68 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq etdiyini və iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdıqlarını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 07.06.2019-ci il tarixli OnGTC- 00200LE/2019 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X4 imzalanmışdır. - Bank Xidmətlərinin Göstərilməsinə dair X4 çərçivəsində tərəflər arasında 11.02.2020-ci il tarixli K3798 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana restrukturizasiya məqsədilə 11.08.2021-ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 256200 manat məbləğində birdəfəlik kredit verilmişdir. - 11.02.2020-ci il tarixli, Z3842 saylı zaminlik müqaviləsinə əsasən K3798 saylı kredit üzrə Borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. - 01.06.2021-ci il tarixli, PB/PBL-OUT-00864-2021 saylı maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin 26.05.2021-ci il tarixə K3798 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında kredit öhdəlikləri 236903,14 manat əsas borc, 38854,57 manat faiz borcu, 13420,97 manat cərimə borcu olmaqla, cəmi 2891768,68 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 MMC kredit müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, e-2-2(113)-1160/2021 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə - mühasibatlıq ekspertizasının 29 aprel 2021-ci il tarixli, 9/2150 №-li rəyində qeyd olunmuşdur ki, Cavabdeh2 MMC-nin 11.02.2020-ci il tarixli K3798 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında borcun hesablandığı 12.02.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 259624,21 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 236903,1 manat və faiz borcu üzrə 22721,11, Cavabdeh2 MMCnin 11.02.2020-ci il tarixli K3798 saylı maliyyələşdirmə üçün ərizə üzrə ekspert rəyinin tərtb edildiyi 29.04.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 270890,27 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 236903,1 manat və faiz borcu üzrə 33987,12 manat. Tərəflər arasında rəsmiləşdirilmiş 11.02.2020-ci il tarixli K3798 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) ərizənin müddəti hazırkı vaxtda bitmədiyindən, ekspertizə tədqiqatı zamanı müqavilə müddəti bitən tarixə, 11.08.2021-ci il tarixə borc hesbalanmamışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Məhkəmə 29 aprel 2021-ci il tarixli, 9/2150 №-li ekspert rəyində qeyd olunan məbləğləri nəzərdən keçirərək müəyyən edir ki, rəydə göstərilən 29.04.2021-ci il tarixə hesablanmış 270890,27 manat (əsas borc üzrə 236903,1 manat və faiz borcu üzrə 33987,12 manat) məbləğlər əsas götürülərsə, 01.06.2021-ci il tarixli, PB/PBL-OUT-00864- 2021 saylı maliyyə arayışında göstərilən məbləğlər (236903,14 manat əsas borc, 38854,57 manat faiz borcu) üzrə iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 2.1-ci və 2.2-ci bəndinə əsasən X3 Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə iddiaçı bank qarşısında öhdəliklərini vaxtında icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən və digər cavabdeh tərəfindən kredit müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən hazırkı iş üzrə yaranmış borc üzrə onun birgə məsuliyyət daşıdığından iddia ona münasibətdə . Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 11.02.2020-ci il tarixli K3798 saylı kredit müqaviləsi üzrə 236903,14 manat əsas borca 13420,97 manat cərimə hesablanmasını əsaslı hesab etmir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 11.02.2020-ci il tarixli K3798 saylı kredit müqaviləsi üzrə hesablanmış 13420,97 manat dəbbə pulunun məbləği azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən tələbin təmin olunan hissəsinə müvafiq olaraq iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 29 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 193 manat məbləğində hissəsi cavabdehdən, 7 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə və X2 oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. K3798 saylı kredit üzrə 236903,14 manat əsas borc, 38854,57 manat faiz borcu və 3000 manat dəbbə pulu olmaqla ümumilikdə 278757,71 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən və X1 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən və X1 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 193 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən və X1, 7 manat məbləğində pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar