Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1160/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (borc müqaviləsi, maddi ziyanın ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 924.681,45 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat, mediatora ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 816 manat pul vəsatinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC-nin 50% təsis payının sahibidir. MMC-nin digər təsis paylarının 25%-i Nəzrin İbadzadə, 25% -i Mahizər İbadzadənin adındadır, lakin Nəzrin İbadzadə və Mahizər İbadzadənin adına olan payların faktiki sahibi Cavabdeh2dur. Yəni ki, tərəflər arasındakı sövdələşmə, ortaq biznesin idarə olunması və s. yalnız Cavabdeh2la olmuşdur, həmin xanımları tanımır. Cavabdeh1 MMCnin fəaliyyət istiqaməti günəbaxan tumlarının istehsalı və satışı olmuşdur. Bu məqsədlə 98% təsis payı Cavabdeh2 oğlu Cavabdeh4 məxsus "xxxx" ASC-ilə 01 mart 2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsinə əsasən Bakı ş.,Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış sahəsi (anbar) və 01 fevral 2021-ci il tarixli, 01-02A/21 saylı icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi (ofis) ərazi icarəyə götürülərək, istehsal həmin ərazidə həyata keçirilmişdir. Biznesin inkişaf etdirilməsi üçün ümumilikdə, 413.754 manat iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə rəsmi şəkildə borc verilmiş, həmin məbləğdən 130.000 manat pul vəsaiti ona qaytarılsa da 283.754 manat borc bu günə qədər qaytarılmamışdır. xx.xx.2022-ci il tarixdən Cavabdeh2 göstərişinə əsasən ağır texnikalarla fabrikin girişi bağlatdırılaraq onun fabrikə girişi tamamilə məhdudlaşdırılmışdır. Bundan sonra Cavabdeh2 Cavabdeh1 MMC-də ona konkret olaraq hansı məbləğdə ziyan vurmasını müəyyən etmək məqsədilə "xxxx" MMC ilə müqavilə bağlamış, həmin MMC tərəfindən yoxlama aparılaraq rəy təqdim olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, "xxxx" QSC-nin direktoru Tofiq Məhərrəmovun və Cavabdeh2 Cavabdeh1 MMCnin fəaliyyətinə müxtəlif yollarla maneəçilik etmələri nəticəsində sərmayə qoyuluşuna görə İddiaçı vurulmuş ziyan 283.754 manat təşkil edir. Audit aparılan zaman, yəni 07 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin nümayəndələri obyektdə olmuş, lakin həmin obyekt bağlı olduğuna görə və şərait yaradılmadığına görə inverntarizasiya aparılması mümkün olmamışdır. "xxxx" MMC tərəfindən audit aparılması üçün qeyd olunan obyektin qapısının açılıb, şərait yaradılması məqsədi ilə "xxxx" QSC-nin direktoru X1 məktub vasitəsi ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Lakin auditin başa çatdığı xx.xx.2023-cü il tarixədək şərait yaradılması barədə məktuba cavab verilməmişdir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyi ilə Cavabdeh1 MMC-yə məxsus cəmi aktivlərin əvəzetmə dəyəri 374 000 manat, Cavabdeh1 MMC-yə məxsus potensial biznesin orta bazar dəyəri isə 1 175 555 manat qiymətləndirilmiş, Cavabdeh1 MMC 2021-2022-ci illəri zərərlə başa vurması nəzərə alındığı zaman Cavabdeh1 MMC-nin potensial biznesin orta bazar dəyəri (1175555-1639xx.xx-103752.48) 907 854.89 manat, Cavabdeh1 MMC-yə məxsus aktivlərin əvəzetmə dəyərinin cəmi 374 000 manat, potensial biznes orta bazar dəyərinin 907 854.89 manat olduğunu nəzərə almaqla təsisçilərin pay bölgüsünə uyğun bölərkən İddiaçı nizamnamə kapitalında payı - 50 faiz: (374 000*50%) 187 000 manat, (907 854,89*50%) 453 927,45 manat müəyyən edilmişdir. Beləliklə də ümumilikdə 924.681,45 manat (283.754+187.000+453.927,45 ) məbləğində borc, əldən çıxmış fayda və aktivlərin dəyəri ona ödənilməlidir. Bununla bağlı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olunmuş, lakin mediasiya sessiyasında razılıq əldə edilməmişdir. Bundan sonra cavabdehlərə pretenziya məktubu göndərilərək pul vəsaitinin ödənilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər məsələnin həlli istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən də hazırda məhkəmə müdafiəsi hüququndan istifadə olunması zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Cavabdeh1' MMC ile X4 oglu arasında bağlanmış 15 Yanvar 2021-ci il tarixli "Borc müqaviləsi"nə əsasən, 252.154 manat məbləğində pul vəsaitinin “Biznes Partnyor"xxxx" MMC-yə məxsus aktivlərin əvəzetmə dəyərinin və potensial biznesin orta bazar dəyərinin 50 faizi, ümumilikdə 640.927,45 manat pul vesaitinin cavabdehlər "xxxx" QSC, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat, mediatora ödənilmiş 400 manat ve dövlət rüsumu kimi ödənilmiş 816 manat pul vasatinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri barədə məlumat verməmişlər, lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahatda bildirdi ki, Cavabdeh1 MMC-nin İddiaçı ödənilməmiş 252,154 manat məbləğində borcu qalmışdır. İmkan olmadığına görə borcu ödənişini həyata keçirə bilmirlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə iddiaçının, həmçinin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Bir tərəfdən təsisçi İddiaçı (borc verən), digər tərəfdən öz nizamnaməsi əsasında fəaliyyət göstərən və məsul şəxs qismində direktor müavini vəzifəsində çalışan X3 şəxsində çıxış edən Biznes Partnyor MMC arasında bağlanan borc müqaviləsinin: 1.1-ci bəndinə əsasən, borc verən 500.000 manat məbləğində pul vəsaitini Borc alana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir, Borc alan isə borcu bu müqabilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi borc alana verir. 1.3-cü bəndinə əsasən, borc məbləğinin verilməsi anı həmin məbləğin borc alanın bank hesabına köçürüldüyü an hesab edilir. 2.1-ci bəndinə əsasən, borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə imzalanan tarixdən 3 bank günündən gec olmayaraq Borc alanın hesabına köçürməlidir. 2.2-ci bəndinə əsasən, borc alan həmin məbləği tərəflərin razılaşdığı müddətdə geri qaytarmalıdır. 2.3.-cü bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddətdə Borc verən borcunu tələb edərsə, Borc alan ən gec 3 bank günü ərzində borcu geri qaytarmalıdır. "xxxx" QSC (İcarəyə verən) və Cavabdeh1 MMC (İcarəçi” arasında bağlanan xx.xx.2021ci il tarixli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə İcarəyəverən "xxxx" QSC Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən və öz balansında olan 520 kv.m sahəsini istifadə etmək üçün Cavabdeh1 MMC-nin istifadəsinə verir. İcarəçi isə həmin sahəni icarəyə götürür. 1.2-ci bəndinə əsasən, bu müqavilənin müddəti 01 mart 2020-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək müəyyən edilir. Əgər bu müddət bitdikdən sonra tərəflərdən biri müqaviləni ləğv etmək istəyi ilə digər tərəfə müraciət etmirsə müqavilə yenidən 1 il müddətinə uzadılmış hesab edilir. Capital Audit MMC tərəfindən verilmiş tərtib edilmiş Cavabdeh1 MMC-nin yarandığı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə aktiv və passivlər üzrə aparılmış audit yoxlamasına dair” xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, "xxxx" QSCnin direktoru Tofiq Məhərrəmovun və Cavabdeh2 Cavabdeh1 MMC-nin fəaliyyətinə müxtəlif yollarla maneəçilik etmələri nəticəsində təmsilçi X2 bank kreditinin ödənişinə görə vurduğu ziyan ümumilikdə 101035.37 manat, sərmayə qoyuluşuna görə İddiaçı 283.754 manat olmaqla, cəmi 384789.73 manat təşkil edir. Aparılmış qiymətləndirilmə nəticəsində Cavabdeh1 MMC-yə məxsus aktivlərin əvəzetmə dəyəri 187000 manat, Cavabdeh1 MMCyə məxsus potensial biznesin orta bazar dəyəri 453927.45 manat təşkil etmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 133000 manat, xx.xx.2021-ci il tarixdə 33300 manat, xx.xx.2021-ci il tarixdə 4500 manat, xx.xx.2021-ci il tarixdə 10522 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 11900 manat, xx.xx.2021-ci il tarixdə 5091 manat, xx.xx.2021-ci il tarixdə 3490 manat, xx.xx.2021-ci il tarixdə 9500 manat, xx.xx.2021-ci il tarixdə 90000 manat, xx.xx.2021-ci il tarixdə 40000 manat, xx.xx.2021-ci il tarixdə 12100 manat, xx.xx.2021-ci il tarixdə 16970 manat, xx.xx.2021-ci il tarixdə 18158 manat, xx.xx.2021-ci il tarixdə 8000 manat, xx.xx.2021-ci il tarixdə 24000 manat, xx.xx.2021-ci il tarixdə 8200 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3700 manat, xx.xx.2022-ci il tarixdə 3700 manat, xx.xx.2022-ci il tarixdə 2300 manat, xx.xx.2022-ci il tarixdə 21600 manat, xx.xx.2022-ci il tarixdə 3378 manat, xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-cü il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 910 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat ödəniş edilmişdir. Cavabdeh1 MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş Arayışdan görünür ki, İddiaçı qeyd olunan müqavilə üzrə 382.154 manat məbləğində pul vəsaitini MMC-yə borc vermiş, həmin məbləğdən 130000 manat MMC tərəfindən İddiaçı geri qaytarılsa da MMC-nin İddiaçı 252154 manat məbləğində borcu qalmışdır. xx.xx.2022-ci il tarixdən "xxxx" QSC Cavabdeh1 MMC-nin əməkdaşlarının fabrikə girişini və fabrikin fəaliyyətini tamamilə məhdudlaşdırdığı üçün İddiaçı olan borc qaytarıla bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından da göründüyü kimi İddiaçı tələbi iki hissədən ibarətdir. İlkin tələb Cavabdeh1 MMC-yə qarşı yönəlməklə, hüquqi şəxsdən 15 yanvar 2021-ci il tarixli borc müqaviləsi üzrə 252.154 manat məbləğində pulun tutulmasından, ikinci tələb isə cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh4 yönəlməklə, sözügedən cavabdehlərdən 640.927.45 manat məbləğində pulun tutulmasından ibarətdir. Cavabdeh1 MMC-yə qarşı yönəlmiş tələbə münasibətdə məhkəmə bildirir ki, İddiaçı sözügedən MMC-də 50% olmaqla pay hüququna malikdir. 15 yanvar 2021-ci il tarixdə hüquqi şəxslə iddiaçı arasında bağlanmış borc müqaviləsinə əsasən İddiaçı hüquqi şəxsə 500 000 manat məbləğində pul vəsaitini borc olaraq vermək, borc alan qismində çıxış edən hüquqi şəxs isə verilmiş vəsaiti müqavilədə müəyyən olunmuş müddətdə borc verənə qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş borc müqaviləsinin məzmunundan da məlum olur ki, İddiaçı hüquqi şəxsin təsisçisi qismində çıxış etsə də, onun tərəfindən verilmiş pul vəsaiti cəmiyyətin nizamnamə kapitalının artırılması üçün nəzərdə tutulmamış, sırf borc müqaviləsinin predmeti qismində çıxış etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahatda həqiqətən də MMC-nin iddiaçıya xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə borcu olmasını faktını təsdiqlləməklə, məhkəməyə bununla bağlı xx.xx.2024-cü il tarixli arayış təqdim etmişdir. Belə ki, həmin arayışın məzmunundan məlum olur ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 382154 manat məbləğində borc pul verilmiş, həmin məbləğdən 130 000 manat geri qaytarılsa da, ümumilikdə 252154 manat məbləğində borc ödənilməmiş qalmışdır. Beləliklə, iddiaçının Cavabdeh1 MMC-yə qarşı yönəlmiş 252.154 manat məbləğində pul vəsiatinin ödənilməsi ilə bağlı tələb üzrə hər hansı bir münbahisə mövcud olmadığından və eyni zamanda cavabdeh borc məbləğini etiraf etdiyindən məhkəmə bu hissədə iddia tələbini əsaslı hesab edir. İddia tələbinin cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh4 yönəlmiş hissəsinə münasibətdə isə məhkəmə bildirir ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 01 mart 2021-ci il tarixli, 01-03 A/21 nömrəli icarə müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyəverən qismində çıxış edən "xxxx" ASC tərəfindən Bakı ş., Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə 507 nömrəli küçə ünvanında yerləşən 520 kv.m sahə icarəçi Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. Cavabdeh4 isə "xxxx" ASC-də 98% təsis payına malikdir. İddiaçı iddia edir ki, sözügedən cavabdehlər tərəfindən MMC-nin fəaliyyətinə göstərilən müdaxilələr nəticəsində mülki hüquq pozuntusu törədilmiş və bununla əlaqədar iddiaçıya maddi ziyan dəymişdir. Eyni zamanda iddiaçının Cavabdeh1 MMC-də 50% paya sahib olması nəzərə alınmaqla, MMC-yə məxsus aktivlərin əvəzetmə dəyərinin və potensial biznesin orta bazar dəyərinin 50 %-nin (qiymətləndirmə rəyinə müvafiq olaraq 640,927.45 manat) ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Göründüyü kimi, hazırki iş üzrə delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh4 tərəfindən MMC-yə qarşı mülki hüquq pozuntusu törədilməsinə istinad etsə də, iddiaçı qismində 50% paya malik olmaqla özünü göstərmiş, hüquqi şəxsə vurulmuş ziyanın təsisçi olaraq ona ödənilməsini tələb etmişdir. AR Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. MM-nin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla əlaqədar ödənilən 500 manat, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 816 manat məbləğində pulun da cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İddiaçı göstərilən hüquq yardımla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edə bilmədiyindən, məhkəmə bu hissədə tələbi əsassız hesab edir. İddia tələbinin isə yalnız Cavabdeh1 MMC-yə qarşı yönəlmiş hissəsi təmin edildiyindən hesab edir ki, MMC –dən 400 manat məbləğində mediasiya xərci və 200 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 15 yanvar 2021-ci il tarixli borc müqaviləsinə əsasən, 252154 (iki yüz əlli iki min yüz əlli dörd) manat pul vəsaiti, mediasiya xərci olaraq ödənilmiş 400 (dörd yüz) manat və 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1160/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1160/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver