Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1166/2021 18.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5498,17 manat əsas borc, 1686,57 manat cərimə borcu olmaqla, cəmi 7184,74 manat borcun, EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 6598,05 manat cərimə borcu olmaqla, cəmi 30224,48 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Faktor”) ilə cavabdeh X6 (bundan sonra “Müştəri”) arasında faktorinq xidmətinə dair ümumi şərtləri tənzimləyən 18.09.2019-cu il tarixli EXPF0120 saylı faktorinq müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında EXPF0120 saylı faktorinq müqaviləsi çərçivəsində 10.10.2019cu il tarixli EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı X6 ilə alıcı “xxxx” MMC arasında bağlanmış 03.01.2019-cu il tarixli alqı-satqı müqavilə və 10.10.2019-cu il tarixli 003938 saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 07.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 20770,38 manat məbləğində faktorinq limiti açılmışdır. Eyni zamanda tərəflər arasında EXPF0120 saylı faktorinq müqaviləsi çərçivəsində 04.11.2019-cu il tarixli EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı X6 ilə alıcı “xxxx” MMC arasında bağlanmış 03.01.2019-cu il tarixli alqı-satqı müqavilə və 04.11.2019-cu il tarixli 027571 saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 03.03.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 22732,29 manat məbləğində faktorinq limiti açılmışdır. Lakin Müştəri EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 328 gün, EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 303 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Faktor tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Müştəriyə PBCOS-1012 saylı xəbərdarlıq məktubu göndərilmiş və Faktor qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Tərəflər arasında imzalanmış EXPF0120 saylı Faktorinq müqaviləsinin 3.4.5-ci maddəsinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. Eyni zamanda müqavilənin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində və iddia tələbinin həcminin artırılmasına dair ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 sentyabr 2019-cu il tarixli, EXPF0120 nömrəli faktorinq müqaviləsindən görünür ki, faktorinq əməliyyatı üçün nəzərdə tutulan ”Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında faktor (“İddiaçı ASC”) olaraq müştərinin (X6) üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verməyi, müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, müştəri isə öz növbəsində üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən faktora güzəşt edilən pul tələbinin miqdarı “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləği təşkil edir. Faktorinq üzrə güzəşt olunan məbləğ, onun maliyyələşdirilən hissəsi, komissiyanın hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddəti, valyutası, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və bu kimi digər şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Müqavilənin 2.3.1-ci bəndinə əsasən müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni faktor bəyənilmiş debitor öhdəliyini satın-alır və ona görə də müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verir, 2.3.2-ci bəndinə əsasən kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, borcludan alınan maliyyə vəsaitini toplayır. 03 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - X6 istehsal etdiyi qidsa məhsullarından alıcının - “xxxx” MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malın haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür. 10.10.2019-cu il tarixli, EXPF0120/02 nömrəli maliyyələşdirmə üçün ərizədən (18.09.2019-cu il tarixli EXPF0120 saylı faktorinq müqaviləsinə əsasən faktorinq əməliyyatı üzrə) görünür ki, müştəri X6, borclu (alıcı) “xxxx” MMC və faktor “xxxx” ASC olmaqla 07.02.2020-ci il tarixinədək illik dərəcəsi 12% olmaqla gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi: müddətin bitmə tarixindən sonra tətbiq edilən 27% (gündəlik 0,075%) olmaqla güzəşt edilən və maliyyələşdirilən məbləğ 20770,38 manatdır. (Xüsusi şərtlər – 1. Hesab fakturaların maliyyələşdirilən hissəsi 90% 2. Öhdəlik müqaviləsi: 03.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi, 10.10.2019-cu il tarixli 003938 saylı elektron qaimə) 04.11.2019-cu il tarixli, EXPF0120/03 nömrəli maliyyələşdirmə üçün ərizədən (18.09.2019-cu il tarixli EXPF0120 saylı faktorinq müqaviləsinə əsasən faktorinq əməliyyatı üzrə) görünür ki, müştəri X6, borclu (alıcı) “xxxx” MMC və faktor “xxxx” ASC olmaqla 03.03.2020-ci il tarixinədək illik dərəcəsi 12% olmaqla gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi: müddətin bitmə tarixindən sonra tətbiq edilən 27% (gündəlik 0,075%) olmaqla güzəşt edilən və maliyyələşdirilən məbləğ 22732,29 manatdır. (Xüsusi şərtlər – 1. Hesab fakturaların maliyyələşdirilən hissəsi 90% 2. Öhdəlik müqaviləsi: 03.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi, 04.11.2019-cu il tarixli 027571 saylı elektron qaimə) 10.10.2019-cu il tarixli, EBAB seriyalı, 003938 nömrəli elektron qaimədən görünür ki, X6 ümumilikdə ƏDV daxil 27232,28 manat məbləğində malları alıcı “xxxx” MMC-yə satmışdır. 04.11.2019-cu il tarixli, EBAC seriyalı, 027571 nömrəli elektron qaimədən və 04.11.2019-cu il tarixli, 290675 nömrəli elektron vergi hesab-fakturasından görünür ki, X6 ümumilikdə ƏDV daxil 29804,56 manat məbləğində malları alıcı “xxxx” MMC-yə satmışdır. İddiaçı ASC tərəfindən təqdim edilmiş 01.04.2021-ci il tarixli, PB/PBL-OUT-00434- 2021 nömrəli maliyyə arayışından görünür ki, X3 30 mart 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - EXPF0120/02 nömrəli kredit müqaviləsinə əsasən 5498,17 manat əsas borc, 1686,57 manat cərimə borcu olmaqla, cəmi 7184,74 manat. Gecikmə günün sayı – 416. - EXPF0120/03 nömrəli kredit müqaviləsinə əsasən 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 6598,05 manat cərimə borcu olmaqla, cəmi 30224,48 manat. Gecikmə günün sayı – 391. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4-cü maddəsinə əsasən faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddianın cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 201,83 manat və EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 873,57 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilməli, cavabdeh X2 EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5498,17 manat əsas borc, 201,83 manat cərimə borcu olmaqla, cəmi 5700 manat və EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 873,57 manat cərimə borcu olmaqla, cəmi 24500 manat məbləğində pul tutularaq iddaçı İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 80,72%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 80,72%-i, yəni 24,21 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5498,17 manat əsas borc, 201,83 manat cərimə borcu olmaqla, cəmi 5700 manat və EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 873,57 manat cərimə borcu olmaqla, cəmi 24500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 24,21 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1166/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1166/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver