Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1168/2021 24.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının/birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi Vəkil, Cavabdehin/birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı MMC-nin ilk iddia üzrə Cavabdeh İB-yə qarşı «borcun silinməsi» və birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İB-nin birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “debitor borcun tutulması” tələbi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı 07 sentyabr 2020ci il tarixli AMX-2556/20 saylı müqavilə üzrə İddiaçı MMC-nin Cəlilabad şəhərində yerləşən təsərrüfat sahəsinə əsassız yazılmış borcun silinib yenidən hesablanması, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı MMC-yə qarşı Cavabdeh hüquqi şəxs İddiaçı MMC-yə Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən İstehsalat Sahəsində təbii qazdan istifadə etdiyinə görə yaranmış 166765,77 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 166796,17 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT Bİİ İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** nömrəli) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İlkin iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2020-ci il tarixində Masallı şəhərində İddiaçı MMC(“istehlakçı) ilə Cavabdeh İB (“Paylayıcı”) arasında AMX- 2556/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Paylayıcı” Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçını keyfiyyətli qazla təmin etməli, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəmələdir. Müqavilə əsasında İddiaçı MMC-nin Cəlilabad şəhərində yerləşən təsərrüfat sahəsi qazla təmin edilmişdir. Sözügedən müqavilənin 2.2.7.3-cü bəndinə əsasən, “Paylayıcı”nın “İstehlakçı”ya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı “İstehlakçı”ya “Paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə “Paylayıcı”nın “İstehlakçı”ya verdiyi qazı dayandırmaq hüququ vardır. Eyni zamanda, həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab “İstehlakçı”ya “Paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində, “İstehlakçı” tərəfindən bank və ya poşt şöbələri vasitəsilə ödənilməlidir. Sonuncu bildiriş, yəni elektron qaimə 12 yanvar 2021-ci il tarixində göndərilsə də, bir ay müddət tamam olmamış, yəni, 25 yanvar 2021-ci il tarixində Cavabdeh İB əsassız olaraq qazın verilməsini dayandırmışdır. Bundan əlavə, Cavabdeh İB (“Paylayıcı”) dəfələrlə, ayrıayrı vaxtlarda qanunsuz olaraq qazın verilməsini dayandırmış və bu səbəbdən də təsərrüfatımıza ciddi ziyan dəymişdir. 2020-ci ilin dekabr ayında həmin qaz sayğacında naməlum nasazlıq yaranmış və sayğac sıradan çıxmışdır. Cavabdeh İB-nin əməkdaşları isə göstərilən müddət üzrə obyektdəki qaz sərfiyyatını əsassız mexanizmlə təxmini hesablayaraq 74642.21 manat borc yazmışlar. Həmin məbləğlə razı deyilik və hesab edirik ki, məbləğin hesablanmasında səhvə yol verilmişdir. İlkin iddia tələbi iddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07.09.2020-ci il tarixli AMX-2556/20 saylı müqavilə üzrə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən təsərrüfat sahəsinə əsassız yazılmış 44642,21 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Birləşdirilmiş iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə cavabdeh - "Cənub Broyler” MMC-nin rəhbərliyi arasında bağlanmış 07.09.2020-ci il tarixli AMX- 2556/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə”yə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən İstehsalat Sahəsində istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 22 may 2021-ci il tarixə Cavabdehnə 166765,77 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesabfaktura təqdim olunmasına baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Cavabdeh nümayəndələrinin və İddiaçı MMC-nin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş 31.12.2020-ci il tarixli 1 saylı aktdan görünür ki, Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) istifadəsində olan müəssisəsinin qaz xətti üzərində quraşdırılmış Elster G- 250 RVG EK-229 tipli 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün 2020-ci ilin dekabr ayının hesabatının həmin sayğacın mexaniki göstəricisinin fərqinə əsasən 2020-ci ilin noyabr ayının 3.30 əmsalına uyğun olaraq aparılması məqsədəuyğun hesab edilmişdir. ******* m3 (Dekabr mex. göstəricisi)-3584360 m3 (noyabr Mex. göstəricisi)= 112543m3; 112543 m3 X 3.30=371392m3; 371392m3-112543m3= 258849m3 (əmsal fərqi) Cəmi: 258849m3+ 112543m3=371392m3 Akt Cavabdeh nümayəndələri və İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cavabdeh nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 31.01.2021-ci il tarixli 4 saylı aktdan görünür ki, Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) istifadəsində olan müəssisənin qaz xətti üzərində quraşdırılmış Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün 2020-ci ilin yanvar ayının hesabatının sayğacın mexaniki göstəricisinin fərqinə əsasən 2020-ci ilin dekabr ayının 2.5 əmsalına uyğun olaraq aparilması məqsədəuyğun hesab edilmişdir. 3760978m3 (Yanvar mex göstəricisi)-3696903m3 (dekabr mex. göstəricisi)= 64075m3; 64075 m3 X 2,5=160188- 64075m3 =96113m3 (əmsal fərqi) Cəmi sərf: 64075m3+96113m3= 160188m3 Akt Cavabdeh nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmişdir. 11.02.2021-ci il tarixində Cavabdeh İB-nin, Lənkəran RQİİ-nin və İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən İddiaçı MMC-yə məxsus təsərrüfat sahəsində istismarda olan turbin tipli G- 250 markalı, 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11.02.2021-ci il tarixli ******* nömrəli akt əsasında istismardan son göstəricisi mexaniki ******* m3, elektron ******* m3 olmaqla çıxarılmış, əvəzinə müvəqqəti olaraq “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11.02.2021-ci il tarixli ******* nömrəli akt əsasında turbin tipli Elster G-250 markalı, 80108795 nömrəli qaz sayğacı quraşdırılmışdır. G-250 markalı, 80110367 nömrəli qaz sayğacı istismardan çıxarılarkən daşınan qutuya qoyulmuş və üzərinə 20111849 nömrəli xüsusi plomb vurulmuşdur. Cavabdeh İB Metrologiya Departamentinin Sayğacların Müayinəsi Labaratoriyasının 31.03.2021-ci il tarixli SS 29/1640-00363 saylı qeyri-əhali sayğacının yoxlanması haqqında aktından görünür ki, Cavabdeh İB-nin S0CAR**********31791640X00363 saylı 10.02.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Cəlilabad rayon Xidmət sahəsinin İddiaçı MMC-nin qaz xətti üzərindən götürülmüş G250 markalı 80110367 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı 11.02.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 N°9023040),17.03.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların Müayinəsi Labaratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1 .İlkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 3. Ehtiyat batareyası quraşdırıldı, korrektor 09.12.2020-ci il tarixdə sönüb. Batareya yoxlandı gərginlik 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 175740 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır rəyi verilmişdir. Yoxlamanın nəticəsi. Xətalar normaya uyğundur. Batareya tələb olunur. Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyası tərəfindən verilmiş rəy əsasında sayğacın mexaniki hissədən keçən 175740 m3 qaz həcmi 3.52 korreksiya əmsalına vurularaq, hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 175740 m3 X 3.52=618605- 7056=611549; dekabr və yanvar aylarında aparılan əmsal fərqi hesabatı çıxılaraq qalan qaz fərqi 79969m3 abonentin mart ayı üzrə abonent hesabına daxil edilmişdir. (611549-176618- 354962=79969). Qeydə alınmamış qaz sərfinin hesablanaraq abonentin hesabına işlənməsi üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 31.03.2021-ci il tarixli akt tərtib olunmuş və mart ayı üçün iddiaçının hesabına daxil edilmişdir. Belə ki, G- 250 markalı, 80110367 nömrəli qaz sayğacı iddiaçının vəsaiti hesabına alınmış və təsərrüfat sahəsində quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qeyd olunan normativ aktlarının tələblərindən müəyyən olunur ki, İddiaçı MMC müəssisədə istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş'' Qazdan istifadə Qaydalarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar." Həmin qaydaların 4.8-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, tərəflər arasında bağlanmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə 24.05.2021-cı il tarixli SOCAR**********30490075X00649 saylı məktubla pretenziya qaydasında müraciət edilmiş və cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubunda İstehlak olunmuş təbii qaza görə yaranmış 166765,77 manat borcun 10 gün müddətində tam ödənilməsi bildirilsə də, cavabdeh tərəfindən 166765,77 manat borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında iddiaçının/birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin/birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi birləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birləşdirilmiş iddia üzrə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən, birləşdirilmiş iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh 07.09.2020-ci il tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX- 2556/20 saylı müqavilədən görünür ki, Cəlilabad rayonununda yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) istifadəsində olan müəssisəsinin qaz xətti üzərində quraşdırılmış Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli, G-4T diafraqma markalı ******* nömrəli, ******* nömrəli və ******* nömrəli sayğacları quraşdırılmışdır. İş materiallarına əlvə edilmiş 31.01.2021-ci il tarixli 4 nömrəli aktdan görünür ki, Lənkəran RQİİ Cəlilabad XS SQİX-nin rəisi Süleymanov Nəsimi, XS TQQSX-nin mühəndisi Mirzəyev Elşən və XS TQQİX-nin texniki Aqil Əliyev tərəfindən təsdiq edilmiş akta Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) qaz xətti üzərinə quraşdırılmış Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün 2021-ci il ilin yanvar ayının hesabatını sayğacın mexaniki göstəricisi fərqinə əsasən 2020-ci ilin dekabr ayının 2.5 əmsalına uyğun olaraq aparılmasını məqsədəmüvafiq hesab edərək, ******* kub m (yanvar mexaniki göstəricisi)- ******* kub m (dekabr mexaniki göstərici)=64075 kub m olması qeyd olunmuşdur. Bundan başqa 64075 kub.m X2.5=160188 kub.m – 64075 kub m= 96113 kub.m (əmsal fərqi). Cəmi fərq 64075 kub.m+96113 kub.m =160188 kub.m qeyd olunmuşdur. 11.02.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı MMC-yə xidmət edən ELSTER G-250 RVG EK-229 markalı 80110367 nömrəli sayğac çıxarılmış, ELSTER G-250 RVG EK-229 markalı 80108795 nömrəli sayğac quraşdırılmışdır. 11.02.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı MMC-yə müvvəqəti xidmət üçün quraşdırılmış ELSTER G-250 RVG EK-229 markalı 80108795 nömrəli sayğacın mexaniki göstəricisi ******* kub m olmuşdur. İş materiallarına əlavə edilmiş, Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacları müayinəsi labaratoriyası tərəfindən tərtib edilmiş 31.03.2021-ci il tarixli SS seriyalı 29/1640-00363 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00363 saylı 10.02.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Cəlilabad rayon xidmət sahəsinin İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış ELSTER G-250 RVG EK-229 markalı 80110367 nömrəli turbin tipli qaz sayğacı 11.02.2021-ci il tarixində xətdən çıxarılmış (forma- 2 ******* nömrəli), 17.03.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir.
1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb.
2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir.
3. Ehtiyyat batareya quraşdırıldı. Korrektor 09.12.2020-ci il tarixindən sönüb. Pbaza- 1,01325, Tbaza-20C. Göstəricilər Vbt= ******* kub.m, Vt-3585237 kub metr əks olundu. Batareya yoxlanıldı gərginliyi 0V Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, müxaniki hissədən keçən 175740 kub metr qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində şərəyan şiddəti 77mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviricilər normaldı qeyd olunaraq yoxlamanın nəticəsi:Xətalar normaya uyğundur. Batareya tələb olunur. İş materiallarına əlavə edilmiş, 17.05.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, **********00000 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli sayğac üzrə qalıq borc 165862,57 manat (01.01.2021-ci il tarixə akt üzrə 19222,6 manat, 01.03.2021-ci il tarixə akt üzrə 15993,80 manat daxil olmaqla) qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, 15.05.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, **********00001 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli sayğac üzrə qalıq borc 134.80 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, 15.05.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, **********00002 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli sayğac üzrə qalıq borc 335,2 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, 15.05.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, **********00003 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli sayğac üzrə qalıq borc 433,2 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Dəymiş ziyanın bərpasında dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı MMC, ünvan ünvan 2u **********00000, aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 31.03.2021-ci il tarixli 29/1640-00363 nömrəli aktına əsasən Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli sayğacda Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 175740 kub.m qaz həcmi elektron hissədə qeydə alınmaması aşkar olunmuşdur. İcra olunacaq tədbirlər: Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericliyə uyğun müvafiq tədbirlər icra edilsin. Dəymiş ziyan həcminin hesablanması: Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 31.03.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacları müayinəsi labaratoriyasının 31.03.2021-ci il tarixli SS seriyalı 29/1640-00363 nömrəli aktına əsasən korrektor 09.12.2020-ci il tarixindən sönüb, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 175740 kub mqaz həcmi elektron hissədə qeydə alınmaması qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cənub Broyler" MMC ilə Cavabdeh arasında bağlanan 07.09.2020-ci il tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX- 2556/20 saylı müqavilədən müəyyən olunur ki, Cəlilabad rayonununda yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) istifadəsində olan müəssisəsinin qaz xətti üzərində quraşdırılmış Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli, G-4T diafraqma markalı ******* nömrəli, ******* nömrəli və ******* nömrəli sayğacları quraşdırılmışdır. 31.01.2021-ci il tarixli 4 nömrəli akt əsasında İddiaçı MMC-yə xidmət göstərən Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün 2021-ci il ilin yanvar ayının hesabatını sayğacın mexaniki göstəricisi fərqinə əsasən 2020-ci ilin dekabr ayının 2.5 əmsalına uyğun olaraq aparılmasını məqsədəmüvafiq hesab edərək 160188 kub.m sərfiyyat hesablanmışdır. Daha sonra 11.02.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında İddiaçı MMC-yə xidmət edən ELSTER G-250 RVG EK-229 markalı 80110367 nömrəli sayğac çıxarılmış, ELSTER G-250 RVG EK-229 markalı 80108795 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacları müayinəsi labaratoriyası tərəfindən tərtib edilmiş 31.03.2021-ci il tarixli SS seriyalı 29/1640-00363 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt əsasında 175740 kub metr qaz həcmi elektron hissədə qeydə alınmadığı qeydə alınmış və səbəbdən də Dəymiş ziyanın bərpasında dair tələbnamə tərtib edilərək İddiaçı MMC, ünvan ünvan 2u **********00000, aşkar edilmiş nöqsan üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının 6.5-ci bəndini tətbiq edərək itirilmiş qazın bərpa edilməsi göstərilmişdir. İlkin iddia üzrə iddiaçı aparılmış yoxlama və onun nəticəsində aktlar əsasında hesablanmış borcun qanunsuz olmasını, birləşdirilmiş iddia üzrə iddiaçı isə qeyd olunan tarixlərdə aktlar üzrə hesablanmış borcda daxil olmaqla ümumi sərfiyyat üzrə qalıq borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəssinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda qeyd olunan maddi hüququ normasının imperativ tələblərini cari işə tətbiq edilən zaman hər iki iddia tələbi üzrə mübahisə predmetinin qarşılıqlı bağlı olduğu hissəsinin tərtib edilmiş aktlar üzrə hesablanmış borc məbləği olduğu müəyyən olunur. Məhkəmə irəli sürülümüş ilkin iddia tələbinin əsasını bir başa tərtib edilmiş aktlar təşkil etdiyindən ilk öncə ilkin iddia tələbinin hallarının müəyyən edilməsini məqsədmüvafiq hesab edir. Belə ki, birləşdirilmiş iddia tələbinin predmetini həm aktlar üzrə hesablanmış vəsait həmçinin istehlakçının qazdan istifadə etməsinə görə hesablanmış sərfiyyatı təşkil edir. İlkin iddia tələbinin predmetini habelə tələbin mübahisəli halını təşkil edən aktlar üzrə hesablanmış vəsaitə münasibətdə ilkin iddia üzrə iddiaçı/birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi X2 23.09.2021-ci il tarixli məhkəmə iclasında ona verilən suallara cavab olaraq “Dekabr ayına hesablanmış borcu qəbul etmədiyini. Mübahisələndirdiyi məsələnində məhz 76000 manat hesablanmış olduğunu bildirərək, Aktların əsassız tərtib olunmasını qeyd etmiş. Eyni zamanda Fevral, Mart, Aprel aylarında yazılan sərfiyyat ilə razı olduğunu” bildirmişdir. Belə olan halda hazırda Fevral, Mart, Aprel aylarında hesablanmış sərfiyat həm ilkin iddianın həm birləşdirilmiş iddianın mübahisəsiz halıdır. Məhkəmə mübahisə predmeti olan aktlara münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı MMC-yə aid istehsalat sahəsində aparılmış yoxlamanın nəticəsi olan aktların tərtib edilməsi qaydası pozulmuşdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə bir başa mübahisələndirilən aktlar üzrə Cavabdeh tərəfindən 17.05.2021-ci il tarixli Abonentin Saldosu üzrə 01.01.2021ci il tarixə akt üzrə 19222,6 manat və 01.03.2021-ci il tarixə akt üzrə 15993,80 manat olmaqla cəmi hesablanmış 35216,4 manat vəsait yuxarıda qeyd olunan qaydaların tələblərinə zidd olaraq hesablanmışdır. Məhkəmə birləşdirilmiş iddia tələbinin “Cəlilabad rayonu, yerləşən İddiaçı MMC-nin istehsalat sahəsinə 07.09.2020-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00000 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli, **********00001 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli, **********00002 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli, **********00003 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli qaz sayğacları üzrə Cavabdeh İB-nin İddiaçı MMC-yə qarşı təbii qazdan istifadəyə görə 166765,77 manat məbləğində əsas borcunun ödənilməsinə dair iddia tələbinə münaisbətdə qeyd edir ki, birləşdirilmiş iddia tələbinin tam hissəsinə hüquqi qiymətin ilkin iddia tələbi üzrə məhkəmə araşdırması zaman müəyyən olunan hallarla birlikdə məcmu halında qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan maddi hüquq normaların tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin və həmin öhdəliklərin yerinə yetirilməsi şərtlərinin meyyarları müəyyən olunmuşdur. Hal-hazırda irəli sürülmüş birləşdirilmiş iddia üzrə sərfiyyata görə tələb edilən 166765,77 manat borc məbləğinin yalnız 131549,37 manat hissəsi qazdan istifadəyə görə sərfiyyatdır. Göründüyü kimi ilkin iddia üzrə tərəflər arasında yaranmış mübahisənin predmetini dekabr ayı üzrə hesablanmış sərfiyyat təşkil edir. Birləşdirilmiş iddia üzrə tələbin ümumi dəyəri 166765,77manat olmasına baxmayaraq həmin tələbin sərfiyyata aid olan hissəsi mübahisə predmeti deyildir. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləni, habelə işin mübahisəsiz hallarını rəhbər tutaraq birləşdirilmiş iddia tələbi üzrə yalnız sərf olunmuş qaza görə hesablanmış 131549,37 manat hisəsində birləşdirilmiş iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı MMC ödənilmiş dövlət rüsümüunu tələb etmədiyindən məhkəmə xərcləri ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Birləşdirilmiş iddia tələbi qismən təmin edildiyindən birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı MMC-yə aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən maddi hüququ normalarının tələblərini işin hallarına tətbiq edərək müəyyən edilmiş xüsusatlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilk iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı MMC-yə hesablanmış 35216,40 (otuz beş min iki yüz on altı manat qırx qəpik) manat borcun silinməsi vəzifəsi ilk iddia üzrə cavabdehin- birləşdirilmiş iddia üzə iddiaçı Cavabdeh İB-nə həvalə edilməli, ilkin iddia tələbi üzrə iddia qalan hissədə təmin edilməməlidir. ilk iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə 131549,37 (yüz otuz bir min beş yüz qırx doqquz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, 0.4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı Cavabdeh (ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M\H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ72İBAZ******************** bank) hesabına ödənilməli, birləşdirilmiş iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı MMC-yə hesablanmış 35216,40 (otuz beş min iki yüz on altı manat qırx qəpik) manat borcun silinməsi vəzifəsi ilk iddia üzrə cavabdehin- birləşdirilmiş iddia üzə iddiaçı Cavabdeh İB-nə həvalə edilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Birləşdirilmiş iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə 131549,37 (yüz otuz bir min beş yüz qırx doqquz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, 0.4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı Cavabdeh (ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M\H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ72İBAZ******************** bank) hesabına ödənilsin. Birləşdirilmiş iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva