Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-117/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi nə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 29 dekabr 2019-cu il tarixli 000531 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 333 manat faiz borcu, əldən çıxan fayda qismində 183330,40 manat, cəmi 1183663,40 manat borc məbləğin, ödənilmiş 400 manat mediasiya xərcinin və 989,33 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə "xxxx" ASC arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 000531 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə illik 12%-lə 6 ay müddətinə kreditor borcların ödənilməsi məqsədilə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə ilə "xxxx" ASC arasında 29 dekabr 2019-cu il tarixli girov müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Girov müqaviləsinin 3-cü bəndinə əsasən girovla təmin edilən tələbin miqdarı “Girovqoyan”a verilən ******* manat əsas kredit borcu və ona hesablanmış faizlər təşkil edir. Cavabdeh "xxxx" ASC-nin 29 dekabr 2019-cu il tarixli 000531 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas borc və ona hesablanmış faiz borcu, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq vaxtında ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X2 oğlu iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyində xx.xx.2020-ci il tarixə "xxxx" ASC-nin faiz borcu 60333,33 manat məbləğində qeyd edilsə də, sonuncu 60000 manat məbləğində borcu ödədiyindən və həmin vəsait faiz borcuna silindiyindən faiz borcu 333 manat təşkil edir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli 000531 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən "xxxx" ASC-yə 6 ay müddətinə illik 12%-lə ******* manat məbləğində krеdit verir. xx.xx.2024-cü il tarixli 9/8942 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 000531 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixə İddiaçı QSC BOKT-a olan əsas və faiz borcu 1060333,33 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2020-ci il tarixə əssa borc üzrə ******* manat, faiz borcu üzrə 60333,33 manat müəyyən edilir. Təqdim edilmiş "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2019-cu il tarixli 000531 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən sonra xx.xx.2020-ci il tarixdə 60000 manat məbləğində kredit faizi ödənilmişdir. Hazırki tədqiqatla xx.xx.2019-cu il tarixli 000531 saylı kredit müqaviləsi üzrə borc qalığının xx.xx.2020-ci il tarixə hesablandığından sonradan ödənilən 60000 manat məbləğində kredit ödənişi hal hazırki hesablamada nəzərə alınmadı. Maliyyə sənədindən görünür ki, "xxxx" ASC 60000 manat məbləğində faiz borcunu İddiaçı QSC BOKT-un hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC BOKT Bakı şəhəri 14 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzldən görünür ki, İddiaçı QSC BOKT tərəfindən 989,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia ******* manat əsas borc, 333 manat faiz borcu, illik 5%-lə hesablanmış 183330,40 (1000000 x 5% : 12 ay x 44 ay) manat, cəmi 1183663,40 manat borc məbləği, ödənilmiş 400 manat mediasiya xərci və 989,33 manat dövlət rüsumu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 29 dekabr 2019-cu il tarixli 000531 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 333 manat faiz borcu, illik 5%-lə hesablanmış 183330,40 manat, cəmi 1183663,40 manat məbləğində borc, həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 989,33 manat məbləğində vəsait tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməlidir. Bununla yanaşı 200 manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 29 dekabr 2019-cu il tarixli 000531 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 333 manat faiz borcu, illik 5%-lə hesablanmış 183330,40 manat, cəmi 1183663,40 manat məbləğində borc, həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 989,33 manat məbləğində vəsait tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilsin. 200 manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-117/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-117/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver