Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1170/2022 05.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Мəhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı və cavabdeh arasında 25.02.2019-cu il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ümumilikdə 3.419,66 manat məbləğində ödənilməmiş icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında 25.02.2019-cu il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ümumilikdə 3.419,66 manat məbləğində ödənilməmiş icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 25.02.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMCyə vermişdir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən İcarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci maddəsinə əsasən İcarəyə verən Sahənin 9-cu mərtəbəsində yerləşən 10 kv.m. Sahəni İcarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən İcarəçi 220,34 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri olmuş və müqavilə üzrə cavabdehə 07.03.2019-cu il tarixdən elektron qaimələr göndərilmişdir. Hal-hazırda cavabdehin 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayınədək icarə haqqı borcu vardır. Hesab kartından göründüyü kimi Cavabdeh MMC-nin 2020-ci ilin Aprel ayından 2021-ci ilin May ayınadək 14 ay üçün 14*39,66= 555, 24 manat ƏDV borcu, 2020-ci ilin may ayından 2021-ci ilin may ayınadək isə 13 ay üçün 13*220.34=2864,42 manat əsas borcu olmaqla ödənilməmiş cəmi 555,24+2864,42=3.419,66 (üç min dörd yüz on doqquz manat, altmış altı qəpik) manat icarə haqqı borcu mövcuddur. Bununla bağlı cavabdehlə dəfələrlə, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. Yaranmış mübahisə ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Lakin, cavabdeh tərəfindən həmin Təklif 10 gün ərzində qəbul edilmədiyindən iddiaçı, Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 06.12.2021-ci il tarixli Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda 10 yanvar 2021-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 25.02.2019-cu il tarixli ofis icarəsinə dair müqavilədən görünür ki, İddiaçı MMC Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə verməyi, İcarəçi 220,34 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdələrinə götürmüşlər. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri olmuş və müqavilə üzrə cavabdehə 07.03.2019-cu il tarixdən elektron qaimələr göndərilmişdir. Hesab kartından görünür ki, Cavabdeh MMC-nin 2020-ci ilin Aprel ayından 2021-ci ilin May ayları üzrə iddiaçıya ödənilməmiş cəmi 3.419,66 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25.02.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən, İddiaçı MMC Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə verməyi, İcarəçi 220,34 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, lakin cavabdeh icarə haqqını vaxtında ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 3.419,66 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, 25.02.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən yaranmış borc iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq olunduğundan 3.419,66 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3.419,66 manat məbləğində pul, 54,19 manat dövlət rüsumu, cəmi 3473,85 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1170/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1170/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver