Məhkəmə qərarları › İş №e-2-2(113)-1175/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1175/2021

16.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1175/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə digər iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin iş e-2-2(113)- nömrə ilə icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmyaraq, onlar məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- saylı iş və hazırkı e-2-2(113)- saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. e-2-2(113)- nömrəli iş üzrə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinin cavabdeh “xxxx” MMCyə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)-) iş məhkəmənin icraatında olan “iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)-) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)-) iş məhkəmənin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)-) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar