Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-118/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X11 Eksport LTD” X4, xxxx, xxxx Limited Şirketi, xxxx və X5rşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı “X11 Eksport LTD” X1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, girov müqaviləsi, borcun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi, əmlakın satılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X11 Eksport LTD” X4, xxxx, xxxx Limited Şirketi, xxxx və X5rşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı “X11 Eksport LTD” X1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “X11 Eksport LTD” X4, xxxx və xxxx Limited Şirketinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx və xxxx Limited Şirketindən İddiaçı ASC-nin xeyrinə 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşmaya əsasən əsas borc 1645040,6 avro, faiz borcu 84057 avro təşkil etməklə, cəmi 1729097,6 avro, 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşmaya əsasən əsas borc üzrə 104791,13 manat, faiz məbləği 813,24 manat təşkil etməklə, cəmi 105604,37 manat, 19 mart 2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşmaya əsasən əsas borc üzrə 449334,59 avro və faiz məbləği 8762,03 avro təşkil etməklə, cəmi 458096,62 avro, 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşmaya əsasən əsas borc üzrə 344157,50 avro, faiz məbləği 62,14 avro, kontrqarantiya məktubunun qalıq borcu 156000 avro təşkil etməklə, cəmi 500219,64 avro, 15 aprel 2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə əsasən 500000 ABŞ dolları əsas borc, 10138,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 510138,90 ABŞ dolları, 04 may 2021ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən 406893,46 ABŞ dolları əsas borc, 3846,85 ABŞ dolları faiz borcu, 1249,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 411989,54 ABŞ dolları, 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən 500000 ABŞ dolları əsas borc, 1944,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 501944,44 ABŞ dolları borcu olmaqla, cəmi 105604,37 manat, cəmi 2687413,86 avro və cəmi 1424072,88 ABŞ dolları məbləğində borcun, iddiaya görə ödənilmiş 4535 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin və müvəqqəti təminat tədbiri barədə ödənilmiş 458 manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutulması, tutmanın “X11 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il tarixli, 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli, 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə borcun ödənilməsi, hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin “X11 Eksport LTD” MMM, xxxx və xxxx Limited Şirketindən müştərək (birgə) qaydada tutulması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə 18 fevral 2019-cu il tarixli, 03 sentyabr 2020-ci il tarixli və 12 mart 2021-ci il tarixli əlavələr bağlanmışdır və sonuncu əlavə ilə borcalana ******* ABŞ dolları (manat və ya avro ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş kredit müqaviləsinin təminatı olaraq 09 aprel 2018-ci il və 19 aprel 2018-ci il tarixli daşınar əşyalar barədə girov müqavilələri bağlanmışdır. Həmçinin Baş Kredit müqaviləsinin digər təminatları olaraq X13 Şirkəti ilə 20 may 2021-ci il tarixli və Fatsa Dış Ticaret İnşaat və Turizm LTD ŞTİ ilə 20 may 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşmaya əsasən ******* avro məbləğində kontrqarantiya məktubu, 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşmaya əsasən 1358080,20 türk lirəsi (bir milyon üç yüz əlli səkkiz min səksən türk lirası iyirmi kuruş) məbləğində kontrqarantiya məktubu, 19 mart 2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşmaya əsasən 448913,95 avro məbləğində kontrqarantiya məktubu, 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşmaya əsasən 500000 avro məbləğində kontrqarantiya məktubu verilmişdir. Bundan başqa, 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 15 aprel 2021ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə əsasən 500000 ABŞ dolları kredit xətti, 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən ******* ABŞ dolları kredit, 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən 500000 ABŞ dolları kredit xətti verilmidir. Kontrqarantiya məktubları üzrə daxil olmuş tələblərə əsasən qarant olan xx A.Ş-yə iddiaçı tərəfindən ödənişlər edilmişdir. Belə ki, 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşmaya əsasən verilmiş olan kontqarantiya məktubu üzrə xx A.Ş. (qarant) tərəfindən xx.xx.2022-ci il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə tərəfimizdən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə 1645040,6 avro, faiz borcu 84057 avro təşkil etməklə, cəmi 1729097,6 avro, 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşmaya əsasən verilmiş olan kontqarantiya məktubu üzrə xx A.Ş. (qarant) tərəfindən xx.xx.2023-cü il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə tərəfimizdən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə manat ekvivalentində 104791,13 manat, faiz məbləği 813,24 manat təşkil etməklə, cəmi 105604,37 manat, 19 mart 2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşmaya əsasən verilmiş olan kontqarantiya məktubu üzrə xx A.Ş. (qarant) tərəfindən xx.xx.2023-cü il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə tərəfimizdən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə 449334,59 avro və faiz məbləği 8762,03 avro təşkil etməklə, cəmi 458096,62 avro, 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşmaya əsasən verilmiş kontrqarantiya məktubu üzrə xx A.Ş. (qarant) tərəfindən xx.xx.2023-cü il tarixində ödəniş tələbi (tələbnamə) daxil olmuş və həmin kontqarantiya məktubu üzrə iddiaçı tərəfindən qaranta edilmiş ödəniş nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixə borcu əsas borc üzrə 344157,50 avro, faiz məbləği 62,14 avro, kontrqarantiya məktubunun qalıq borcu 156000 avro təşkil etməklə, cəmi 500219,64 avro təşkil edir. Bundan əlavə, 09 aprel 2018ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 15 aprel 2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə əsasən verilmiş 500000 ABŞ dolları kredit xətti üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə 500000 ABŞ dolları əsas borcu, 10138,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 510138,90 ABŞ dolları, 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən verilmiş ******* ABŞ dolları kredit üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə 406893,46 ABŞ dolları əsas borcu, 3846,85 ABŞ dolları faiz borcu, 1249,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 411989,54 ABŞ dolları, 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən verilmiş 500000 ABŞ dolları kredit xətti üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə 500000 ABŞ dolları əsas borcu, 1944,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 501944,44 ABŞ dolları borcu vardır. Cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşlar. Rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə 05 may 2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün mediator tərəfindən iddiaçıya İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanılmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşmanın, 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşmanın, 19 mart 2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşmanın, 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşmanın 1.5-ci və 1.6-cı bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulur. Əlavə razılaşmaların 1.5-ci bəndinə əsasən qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra, kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontrqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30% hesablayır. Əlavə razılaşmaların 1.6-cı bəndinə görə prinsipal kontrqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu əlavə razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant kontrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60% həcmində faiz hesablayır. 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşmaya əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 0,1 % məbləğində cərimə hesablanır. Bundan əlavə, tərəflər arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə və 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsinə əsasən kredit xəttinin müddətinin bitməsinə qədər hesablanmış, lakin vaxtında ödənilməmiş kredit faizinin gündəlik 0,1 faizi miqdarında cərimə hesbalanır. Kredit xəttinin müddəti bitdiyi tarixdən gecikən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı miqdarında gecikmə faizi hesablanır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin kreditordan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə, zaminlik müqavilələrinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
3. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 385.1, 442, 445.1, 445.2.1, 448, 449.1, 449.4, 462.1, 465.2, 470.1, 472.1, 501-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra xxxx və X8 cavabheh qismində işə cəlb edilmişlər.
5. Daha sonra ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 İddiaçı ASC-nin xeyrinə 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış, 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşma üzrə əsas borc 1645040,6 avro və faiz borcu 244448,46 avro olmaqla, cəmi 1889489,06 avro, 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşma üzrə əsas borc 101443,19 manat və faiz borcu 17737,96 manat olmaqla, cəmi 119181,15 manat, 19 mart 2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşma üzrə əsas borc 449334,59 avro və faiz borcu 52572,15 avro olmaqla, cəmi 501906,74 avro, 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşma üzrə əsas borc 344157,50 avro və faiz borcu 32933,96 avro və qarantiya üzrə komissiya borcu isə 736,02 avro olmaqla, cəmi 377827,48 avro; 15 aprel 2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 500000 ABŞ dolları və faiz borcu 47638,90 ABŞ dolları olmaqla, cəmi 547638,90 ABŞ dolları, 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə əsas borc 406893,46 ABŞ dolları, faiz borcu 25473,42 ABŞ dolları və cərimə borcu isə 48479,65 ABŞ dolları olmaqla, cəmi 480846,53 ABŞ dolları, 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 500000 ABŞ dolları və faiz borcu 35758,40 ABŞ dolları olmaqla, cəmi 535758,40 ABŞ dolları, ümumilikdə bütün müqavilələr üzrə 119181,15 manat, 2769223,28 avro və 1564243,83 ABŞ dolları (hər valyuta üzrə ayrıayrılıqda) məbləğindəki borcun, həmçinin məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4716,22 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin və müvəqqəti təminat tədbiri barədə ödənilmiş 458 manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutulması, tutmanın “X11 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə (müqavilədə qeyd olunan) yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra girov predmetlərinin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılmasına, əldə olunan vəsaitin İddiaçı ASC-yə ödənilməsi, hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək (birgə) qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh “X11 Eksport LTD” MMM qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qüsurlu, müqavilə şərtlərinə zidd bank xidməti ilə əlaqədar “X11 Eksport Ltd” X1 istehlakçı hüquqlarını pozduğuna görə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən ******* (bir milyon yeddi yüz iyirmi doqquz min) avro məbləğində pulun alınaraq “X11 Eksport Ltd” X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ASC ilə “X11 Eksport Ltd” MMM arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 030CRLN000005 nömrəli baş kredit müqaviləsinə edilmiş 03GR21000074 nömrəli, 20 oktyabr 2021-ci il tarixli əlavə razılaşmanin 1.1-ci bəndinə əsasən prinsipalın tapşırığı ilə X10 X9 Ticaret ve Sanayi AŞ qarşısında xxxx ilə X10 X9 Ticaret ve Sanayi AŞ arasında imzalanmış Yüklenici Sözleşmesinden irəli gələn öhdəliklərin tamamilə və ya hissə-hissə icra etməsi üçün kontqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.Ş T.C. tərəfindən Benefisiara xx.xx.2022-ci il müddətinə ******* avro məbləğində verilən qarantiya müqabilində kontqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir. Qeyd edilən əlavə razılaşmanın 1.2-ci bəndinə əsasən isə kontqarant, prinsipalla benefisiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçirələcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə ******* avro məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, əldə olunmuş razılığın 1.2-ci bəndinin tələbinə görə kontrqarantiya məktubuna əsasən kontrqarant olaraq İddiaçı ASC tərəfindən “Qarant” xxxxı A.Ş T.C-yə ******* avro o halda ödənilə bilərdi ki, xxxx ilə X10 X9 Ticaret ve Sanayi AŞ arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklər xxxx tərəfindən yerinə yetirilməmiş və ya lazımınca yerinə yetirilməmiş olsun. Lakin benefisiar X10 X9 Ticaret ve Sanayi AŞ arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklər xxxx tərəfindən tam olaraq yerinə yetirilmişdir. İlkin iddia üzrə İddiaçı ASC tərəfindən xxxx ilə X10 X9 Ticaret ve Sanayi AŞ arasında imzalanmış Yüklenici Sözleşmesi üzrə öhdəliklərin xxxx tərəfindən yerinə yetririlməsini araşdırmadan “Qarant” xxxxi A.Ş T.C-yə ******* avro ödənməsi həm müqavilə öhdəliklərinin, həm də “X11 Eksport Ltd” MMM-nin istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Bununla da, ilkin iddia üzrə İddiaçı ASC müqavilənin şərtlərindən kənara çıxaraq xidməti pisləşdirmiş və xidmətdə qüsura yol vermişdir.
8. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 5, 9, 12-ci, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2, 36.6-cı maddələrinə istinad olunmuşdur.
9. Qarşılıqlı iddia ərizəsinə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-118/2024 saylı iş üzrə ilk iddia üzrə İddiaçı ASC-nin cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, xxxx və X5rşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə cavabdeh “X11 Eksport LTD” MMM tərəfindən qarşılıqlı iddia ərizəsi (pozulmuş istehlakçı hüquqlarının bərpası barədə) verilmişdir. Belə ki, cavadeh qarşılıqlı iddia ərizəsində “.....1644600 avro məbləğində kontrqarantiyanın verilməsi ilə bağlı müvafiq əlavə razılaşmanın 1.2-ci bəndinə əsasən benefisiar və prinsipal arasında bağlanmış öhdəliyə istinad edərək göstərir ki, kontrqarantiya üzrə kontrqarant (İddiaçı ASC) tərəfindən qaranta (xx A.Ş-yə) ödəniş prinsipal tərəfindən benefisiar qarşısında öhdəliyin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halında aparıla bilərdi. Ancaq kontrqarant benefisiar qarşısında öhədliklərin yerinə yetirilməsini araşdırmadan qaranta ödəniş aparımışdır ki, bununla da “X11 Eksport LTD” MMM-in istehlakçı hüquqları pozulmuş, xidmət qüsurlu olmuşdur. Bununla da qüsurlu, müqavilə şərtlərinə zidd bank xidməti ilə əlaqədar olaraq “X11 Eksport LTD” MMM-ə İddiaçı ASC tərəfindən ******* avro məbləğinin ödənilməsini xahiş edir.” Cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsi əsassız olduğundan və heç bir qanunvericilik normasına uyğun olmadığından iddiası rədd edilməlidir. Belə ki, ilk iddia üzrə cavabdeh “X11 Eksport LTD” MMM-lə bağlanmış 09.04.18 tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşma üzrə kontrqarant tərəfindən qaranta ******* avro məbləğində qarantiyanın verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən baş kredit müqaviləsinin 6.2.1-ci bəndində görə əgər qarantın tələbi və ya ona qoşulmuş sənədlər kontrqarantiya şərtlərinə uyğun deyildirsə və ya kontrqarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra kontrqaranta təqdim edilmişdirsə, kontrqarant bu tələbi ödəməkdən imtina edir. 6.7.2-ci bəndə əsasən qarantın kontrqarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələbi kontrqarantiyada göstərilmiş sənədlər qoşulmaqla, kontrqaranta yazılı formada təqdim edilməlidir. 6.7.3-cü bəndə əsasən tələbdə və ya ona qoşmada qarant prinsipalın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. 6.2.3-cü bəndə əsasən kontrqarant kontrqarantiya üzrə qaranta ödənilmiş məbləğin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb edə bilər. AR Mülki Məcəlləsinin 480-cı maddəsinə görə qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. Bu hal analogiya üzrə kontrqarantiyaya da aid edilə bilər. Belə ki, Beynəlxalq Ticarət Palatasının Tələb üzrə Qarantiyalar üçün X3 (URDG 758) 5-ci bəndində göstərilmişdir ki, kontrqarantiya təbiətinə görə qarantiyadan, əsas öhdəlikdən, yaxud onun aid olduğu hər hansı bəyanatdan və ya kontrqarantiyadan asılı deyil, kontrqarantiya isə heç bir halda belə əqdlərlə bağlı deyil və məhdudlaşmır. Kontrqarantiyada əsas öhdəliyin eyniləşdirilməsi məqsədilə əsas öhdəliyə istinad olunması kontrqarantiyanın müstəqilliyini dəyişmir. Kontrqarantiya üzrə kontrqarantın ödəniş öhdəliyi kontrqarant və qarant arasında və ya həmin kontrqarantiyanın verildiyi digər kontrqarantdan başqa hər hansı digər münasibətlərdən irəli gələn tələb və etirazlardan asılı deyildir. Tədqiq olunan sübutlar:
10. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıın nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini 20 oktyabr 2021-ci il tarixli qarantiya müqaviləsi üzrə məbləğin tutulması hissəsində qəbul etmir, eyni zamanda qəbul edir ki, kredit götürülüb, banka borc yaranıb və borc ödənilməlidir. İcra materialları məhkəməyə təqdim edilmiş və həmin şərtə görə razılaşmışlar. Baş kredit müqaviləsinə edilmiş əlavə razılaşmanı mübahisələndirirlər. Bir neçə baş kredit müqaviləsi olub, ilkin iddia üzrə cavabdeh yalnız 20 oktyabr 2021-ci il tarixli əlavəni mübahisələndirirlər. Qarantiya müqaviləsi əsas müqavilə deyil, törəmə müqavilədir. Qarantiya müqaviləsi yenidən kontrqarantiya müqaviləsi ilə gücləndirilibdir. Qarantiya münasibətlərinə xüsusi şərtlə daxil olunmuşdur. “Alucon Yapı Sanayi tərəfindən öhdəliklər təmin olunmasa idi, iddiaçı haqlı olardı. Lakin iddiaçı tərəf özü də sübut edibdir ki, “Alucon Yapı Sanayi tərəfindən öhdəliklər təmin olunubdur. Sənədlərdən də görünür ki, “Alucon Yapı Sanayi tərəfindən öhdəliklər icra olunubdur. Qarşılıqlı iddia ərizəsində bütün hallar qeyd edilmişdir. Qarşılıqlı iddianın təmin edilməsini xahiş edir.
12. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana 650000 (altı yüz əlli min dolları) ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış)%-dən çox olmamaq şərti ilə, xx.xx.2019 müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir.
13. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: 1.1. Bu müqavilənin predmeti kreditorun borcalana ******* ABŞ dolları (bir milyon) (AZN va ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altımş)%-dən çox olmamaq şərti ilə, 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin (bundan sonra kredit) ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir.”; 2) Müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır; 3) Bu razılaşma tərəflərdə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir; 4) Bu razılaşma müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir; 5) Bu razılaşma imzalandığı gündən qüvvəyə minir.
14. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2020-ci il tarixdə 2 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: 1.1. Bu müqavilənin predmeti kreditorun borcalana ******* ABŞ dolları (iki milyon) (AZN va ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altımş)%-dən çox olmamaq şərti ilə, 120 (yüz iyirmi) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin (bundan sonra kredit) ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir.”; 2) Müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır; 3) Bu razılaşma tərəflərdə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir; 4) Bu razılaşma müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir; 5) Bu razılaşma imzalandığı gündən qüvvəyə minir.
15. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000029 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1.1. bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə prinsipal tərəfindən Limak İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti (bundan sonra benefisiar adlanacaq) qarşısında SZ-TCMB-070- 00 nömrəli müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.S.T.C (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə 1358080,2 TRY (bir milyon üç yüz əlli səkkiz min səksən türk lirəsi iyirmi kuruş) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2. Kontrqarant, prinsipialla benefisiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 1358080.20 (bir milyon üç yüz əlli səkkiz min səksən türk lirəsi iyirmi kuruş) məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3. Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmin müddət bitdikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə 733,07 TRY (yeddi yüz otuz üç lirə yeddi kuruş) məbləğində birdəfəlik istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (iki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın cəmi məbləği 56112,56 TRY); 1.5. Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontraqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz) % hesablayır; 1.6. Prinsipal kontrqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant konrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış)% həcmində faiz hesablayır.
16. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000030 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1.1. bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə prinsipal tərəfindən Limak İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti (bundan sonra benefisiar adlanacaq) qarşısında SZ-TCMB-070- 00 nömrəli müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.S.T.C (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə 448913,95 avro məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2. Kontrqarant, prinsipialla benefisiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 448913,95 avro məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3. Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmin müddət bitdikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə 83,90 avro məbləğində birdəfəlik istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (iki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın cəmi məbləği 18389,61 avro); 1.5. Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontraqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz) % hesablayır; 1.6. Prinsipal kontrqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant konrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış)% həcmində faiz hesablayır.
17. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000069 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bu əlavə razılaşmaya asasan prinsipialın tapşırığı ilə xxxx LTD ŞTİ –tərəfindən X12 Bankası A.Ş. (Türk Eximbank) (bundan sonra benefisiar adlanacaq) qarşısında xxxx Ltd.Şti-nin sifarişi ilə Türkiyə Eximbank-dan kredit alınması üçün müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.Ş.T.C. (bundan sonra "Qarant" adlanacaq) tərəfindən Benefisiara xx.xx.2023-cü il müddətinə 500000 avro məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2 Kontrqarant, prinsipalla benefisiar arasında bağlanmış müqaviləyə əsasan prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya üzrə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə 500000 avro məbləğindən artıq olmayan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3 Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmiıı müddət bildikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4 Prinsipal kontrqarantiyanın açılmasına görə 0 avro (sıfır avro 00 sent) məbləğində birdəfəlik, istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2.15 (İki tam yüzdə on beş) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın ümumilikdə məbləği 22903,47 avro); 1.5. Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra, kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontrqarant kontrqarantiyanın lam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz)% hesablayır; 1.6. Prinsipal kontraqaranta kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant kontrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış) % həcmində faiz hesablayır.
18. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000074 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1.1. bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə prinsipal tərəfindən X10 X9 Ticaret ve Sanayi AŞ (bundan sonra benefisiar adlanacaq) qarşısında xxxx ile X10 X9 Ticaret ve Sanayi AŞ firması arasında imzalanmış Yüklenici Sözləşməsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.Ş.T.C. (bundan sonra “Qarant" adlanacaq) tərəfindən benefisiara xx.xx.2022-ci il müddətinə ******* avro (bir milyon altı yüz qırx dörd min altı yüz) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.2 Kontrqarant, prinsipalla benefısiar arasında bağlanmış müqaviləyə əsasən prinsipal tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar oluraq benefisiarın tələbi ilə qarant tərəfindən ödənişlər həyata keçiriləcəyi və qarant tərəfindən kontrqarantiya (ilə kontrqaranta ilk yazılı tələb irəli sürüləcəyi təqdirdə ******* avro (bir milyon altı yüz qırx döıd min altı yüz) məbləğindən artıq olmuyan məbləği qaranta ödəməyi öhdəsinə götürür; 1.3. Kontrqarantiya qarant tərəfindən benefisiara verilən qarantiya müddətində və həmin müddət bitdikdən sonra 15 (on beş) gün müddətində qüvvədə olacaq; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə 3289,2 avro (üç min iki yüz səksən doqquz avro iyirmi sent) məbləğində birdəfəlik. istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (iki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın ümumi məbləği 37460,33 avro); 1.5. Qarant tərəfindən kontrqarantiya üzrə tələbnamə verildikdən və pul məbləğinin tam və ya bir hissəsi kontrqarant tərəfindən ödənildikdən sonra kontrqarantiyanın tam və ya bir hissəsi dərhal kreditə çevrilir və kontrqarant kontrqarantiyanın tam və ya bir hissəsinin faktiki ödənilməsinə görə prinsipaldan ödənilmiş məbləğə illik 30 (otuz)% hesablayır. Prinsipal kontrqarantın kontrqarantiyanın tam və ya hissə ilə ödənilmiş məbləğini və bu Əlavə Razılaşmanın 1.5-ci bəndinə əsasən hesablanmış faizləri, kontrqarantiyanın tam və ya bir hissəsinin kontrqarant tərəfindən ödənildiyi tarixdən 10 (on) gündən gec olmayaraq qaytarmağı öz öhdəsinə götürür. Prinsipal borc məbləğini 10 (on) gün ərzində ödəmədiyi təqdirdə kontrqarant kontrqarantiya üzrə ödənilmiş və qaytarılmamış məbləğə 11-ci gündən başlayaraq illik 60 (altmış) % həcmində faiz hesablayır.
19. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə bağlanmış 03GR21000074 nömrəli əlavə razılaşmaya xx.xx.2022-ci il tarixdə Əlavə bağlanmışdır. Həmin razılaşmaya əsasən bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə X10 X9 Ticaret ve Sanayi AŞ (bundan sonra “Benefisiar” adlanacaq) qarşısında xxxx ilə X10 X9 Ticaret ve Sanayi AŞ firması arasında imzalanmış Yüklenici Sözləşməsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.Ş.T.C. (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə ******* avro (bir milyon altı yüz qırx dörd min altı yüz) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir; 1.4. Prinsipal kontrqarantiyanın açılmasına görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər görə 3289,2 avro məbləğində birdəfəlik, istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (İki) faizi həcmində, xx.xx.2022-ci il tarixdən etibarən qarantiya müddətinin uzadılmasına görə 508,16 avro məbləğində birdəfəlik, istifadəsinə görə kontrqarantiyanın ümumi məbləğinin illik 2 (İki) faizi həcmində kontrqaranta komissiya ödəyir (komissiyanın ümumilikdə məbləği 46191,49 avro); 2. Müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır; 3. Bu razılaşma tərəflər saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir; 4.Bu razılaşma müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. 5. Bu razılaşma imzalandığı gündən qüvvəyə minir.
20. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə (borcalan qrupu üçün qarışıq müqavilə) Əlavə Razılaşma bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana ******* (səkkiz milyon) ABŞ dolları ( AZN və ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz, dərəcəsi 60 (altmış)%dən, cərimə faizi gündəlik 1 (bir)%-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 (on)%-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 (on)%-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanm ümumi məbləğinin illik 15 (on beş)%-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə iliik 15 (on beş)%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılınış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 (on beş)%-dən çox olmamaq şərti ilə 120 (yüz iyirmi ay) ay müddətinə kredit, kredit xətli, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasan bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir.
21. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə, 030CRLN18000005-18 nömrəli Əlavə Razılaşma bağlanmışdır. Həmin Əlavə razılaşmaya əsasən borcalan bankdan təsisçiyə olan borcun ödənilməsi məqsədi ilə 36 ay müddətinə illik faiz dərəcəsi 5% olmaqla 100000 (yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür.
22. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzardə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 500000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Qeyd: Kredit xətti çərçivəsində borcalan tərəfindən hər bir məbləğdən istifadə edilməsi kreditorun ayrıca razılığı ilə həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit xətti 12 (on iki) ay müddətinə açılır.
23. xx.xx.2022-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.3-cü bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.3. Kredit xətti xx.xx.2022cl il tarixinədək açılır”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
24. xx.xx.2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.3-cü bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.3. Kredit xətti xx.xx.2021ci il tarixindən xx.xx.2023-cü il tarixinədək açılır”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
25. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli, 030CRLN21000023 nömrəli (hüquqi şəxslər və sahibkarlar üçün) kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzardə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 500000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Qeyd: Kredit xətti çərçivəsində borcalan tərəfindən hər bir məbləğdən istifadə edilməsi kreditorun ayrıca razılığı ilə həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit xətti 12 (on iki) ay müddətinə açılır.
26. xx.xx.2021-ci il tarixli, 030CRLN21000023 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.3-cü bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.3. Kredit xətti xx.xx.2021ci il tarixindən xx.xx.2023-cü il tarixinədək açılır”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
27. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli, 001EQUİ18000022 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlak 030CKLN18000005 nömrəli 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, borcalan/girov qoyan (girov qoyan) yeni borclunun əvəzinə də cavabdeh olacağı barədə kreditor/girov saxlayana razılıq verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditor/girov saxlayanın tələbi ilə onun hüquqları borcalan/girov qoyan (girov qoyan) tərəfindən tərtib edilən və kreditor/girov saxlayana verilən girov kağızı ilə rəsmiləşdirilə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən girov predmeti kredit müqaviləsinə əsasən bağlanan və onun tərkib hissəsini təşkil edən digər müqavilələr üzrə də təminat qismində çıxış edir. Həmin müqavilənin 2.2-ci bəndində girova verilən predmetlərin təsviri verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müştərinin yazılı bilgisinə əsasən daşınar əmlaklar 1056844,49 (bir milyon əlli altı min səkkiz yüz qırx dörd manat qırx doqquz qəpik) manat dəyərində qiymətləndirilir.
28. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 001EQUİ18000022 nömrəli girov müqaviləsinə xx.xx.2020-ci il tarixdə 2 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. Bu müqavilə ilə 1.1-ci bənddə göstərilən kredit müqaviləsi üzrə girov saxlayan girov-qoyana (borcalana) ******* ABŞ dolları (AZN və ya EURO ekvivalenti) (iki milyon) məbləğində, 120 (bir yüz iyirmi) ay müddətinə, illik 30 (otuz)% dərəcəsi ilə kredit verir. Kreditin qaytarılması gecikdirilidiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış)%, cərimə faizi gündəlik 1 (bir)% təşkil edir.”; 2) Müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır; 3) Bu razılaşma tərəflərdə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edibmişdir; 4) Bu razılaşma müqavilənin ayrılmaz tərkib hissəsim təşkil edir; 5) Bu razılaşma imzalandığı gündən qüvvəyə minir.
29. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli, 001EQUİ18000031 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlak 030CKLN18000005 nömrəli 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, borcalan/girov qoyan (girov qoyan) yeni borclunun əvəzinə də cavabdeh olacağı barədə kreditor/girov saxlayana razılıq verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditor/girov saxlayanın tələbi ilə onun hüquqları borcalan/girov qoyan (girov qoyan) tərəfindən tərtib edilən və kreditor/girov saxlayana verilən girov kağızı ilə rəsmiləşdirilə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən girov predmeti kredit müqaviləsinə əsasən bağlanan və onun tərkib hissəsini təşkil edən digər müqavilələr üzrə də təminat qismində çıxış edir. Həmin müqavilənin 2.2-ci bəndində girova verilən predmetlərin təsviri verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müştərinin yazılı bilgisinə əsasən daşınar əmlaklar ******* (bir milyon yüz iyirmi doqquz min doqquz yüz on üç) manat dəyərində qiymətləndirilir.
30. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx LTD ŞTİ – zamin olmaqla bağlanmış xx.xx.2021-ci il tarixli, 003GRNT21000089 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx LTD ŞTİ bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
31. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2021-ci il tarixli, 003GRNT21000090 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
32. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və X8 – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə X8 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
33. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və X8 – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. ******* (bir milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 60 (altmış) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
34. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və X8 – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə 3 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. ******* (iki milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 120 (yüz iyirmi) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
35. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və X8 – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə xx.xx.2021-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. ******* (səkkiz milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği;”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
36. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
37. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. ******* (bir milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 60 (altmış) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
38. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə 3 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. ******* (iki milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği; 2.2. 120 (yüz iyirmi) ay təşkil edən kreditin qaytarılma müddəti”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
39. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə xx.xx.2021-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 1) müqavilənin 2.1 və 2.2-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: “2.1. ******* (səkkiz milyon) ABŞ dolları (AZN və ya EURO ekvivalenti) təşkil edən kredit limiti məbləği;”; 2) müqavilənin digər müddəaları və şərtləri dəyişdirilmədən qalır.
40. İlkin iddia üzrə iddiaçı tərəfindən iş materiallarına maliyyə arayışları təqdim edilmişdir.
41. İddiaçı ASC tərəfindən “X11 Eksport LTD” X4, xxxx, xxxx Limited Şirketi, xxxx və X7 ünvanlanan pretenziya məktubunun məzmunundan görünür ki, borc banka dərhal ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7345 saylı ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, “20” Oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 1645040,60 avro, faiz borcu 43365,10 avro olmaqla, cəmi 1688405,70 avro; xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 1645040,60 avro, faiz borcu 47523,40 avro olmaqla, cəmi ******* avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 03GR21000029 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 104791,13 manat, faiz borcu 715,28 manat olmaqla, cəmi 105506,41 manat; xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 101964,78 manat, faiz borcu 244,38 manat olmaqla, cəmi 102209,16 manat məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 03GR21000030 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 449334,59 avro, faiz borcu 5030,10 avro olmaqla, cəmi 454364,69 avro; xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 449334,59 avro, faiz borcu 6165,90 avro olmaqla, cəmi 455500,50 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 03GR21000069 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 344157,50 avro, faiz borcu 62,14 avro olmaqla, cəmi 344219,64 avro; xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 344157,50 avro, faiz borcu 932,09 avro olmaqla, cəmi 345089,60 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 030RLN21000009 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 030RLN21000009 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 6111,11 ABŞ dolları olmaqla, cəmi 506111,11 ABŞ dolları; xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 7083,30 ABŞ dolları olmaqla, cəmi 507083,30 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 030RLN18000005-18 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 030RLN18000005-18 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASCyə əsas kredit borcu 350106,78 ABŞ dolları, faiz borcu 336,88 ABŞ dolları olmaqla, cəmi 350443,65 ABŞ dolları; xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 350106,78 ABŞ dolları, faiz borcu 1017,60 ABŞ dolları olmaqla, cəmi 351124,38 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 030CRLN21000013 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 030CRLN21000013 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 1944,44 ABŞ dolları olmaqla, cəmi 501944,44 ABŞ dolları; xx.xx.2023-cü il tarixə “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 2916,67 ABŞ dolları olmaqla, cəmi 502916,67 ABŞ dolları məbləğində müəyyən edilir.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2153 saylı ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, “20” Oktyabr 2021-ci il tarixli 03GR21000074 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 1645040,60 avro, faiz borcu 43365,10 avro; xx.xx.2023-cü il tarixə 1645040,60 avro, faiz borcu 47523,40 avro; xx.xx.2024-cü il tarixə 1645040,60 avro, faiz borcu 121778,70 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 03GR21000029 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 104791,13 manat, faiz borcu 715,28 manat; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 101964,78 manat, faiz borcu 244,38 manat; xx.xx.2024-cü il tarixə 101964,78 manat, faiz borcu 21487,04 manat məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 03GR21000030 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 449334,59 avro, faiz borcu 5030 avro; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 449334,59 avro, faiz borcu 6165,87 avro; xx.xx.2024-cü il tarixə 449334,59 avro, faiz borcu 26448,33 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 03GR21000069 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 344157,50 avro, faiz borcu 62,14 avro; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 344157,50 avro, faiz borcu 932,09 avro; xx.xx.2024-cü il tarixə 344157,50 avro, faiz borcu 16466,98 avro məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 030RLN21000009 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 030RLN21000009 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 6111,11 ABŞ dolları; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 7083,30 ABŞ dolları; xx.xx.2024-cü il tarixə 500000 ABŞ dolları, faiz borcu 24444,45 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 030RLN18000005-18 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 030RLN18000005- 18 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 406893,46 ABŞ dolları, faiz borcu 3669,80 ABŞ dolları; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 406893,46 ABŞ dolları, faiz borcu 4460,98 ABŞ dolları; xx.xx.2024-cü il tarixə əsas kredit borcu 406893,46 ABŞ dolları, faiz borcu 18589,27 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2021-ci il tarixli, 030CRLN21000013 nömrəli əlavə razılaşma üzrə hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 030CRLN21000013 nömrəli Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X11 Eksport LTD” MMM-in İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 1944,44 ABŞ dolları; xx.xx.2023-cü il tarixə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 2916,67 ABŞ dolları; xx.xx.2024-cü il tarixə əsas kredit borcu 500000 ABŞ dolları, faiz borcu 20277,78 ABŞ dolları məbləğində müəyyən edilir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1.3-cü maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ girov saxlayanın tələblərinin ödənilməsinə yönəlir. 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır.
45. “Daşınar əmlakın yüklülüyü haqqında” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
49. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin müvafiq bəndlərində qeyd edilmişdir ki, bu müqavilə və bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunverciliyinə müvafiq olaraq tənzimlənir; bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur.
50. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana 650000 (altı yüz əlli min dolları) ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış)%-dən çox olmamaq şərti ilə, xx.xx.2019 müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən 1) müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: 1.1. Bu müqavilənin predmeti kreditorun borcalana ******* ABŞ dolları (bir milyon) (AZN va ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altımş)%-dən çox olmamaq şərti ilə, 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin (bundan sonra kredit) ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2020-ci il tarixdə 2 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən 1) müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada qəbul edilir: 1.1. Bu müqavilənin predmeti kreditorun borcalana ******* ABŞ dolları (iki milyon) (AZN va ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altımş)%-dən çox olmamaq şərti ilə, 120 (yüz iyirmi) ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin (bundan sonra kredit) ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə bağlı olan digər müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000029 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən 1.1. bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə prinsipal tərəfindən Limak İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti (bundan sonra benefisiar adlanacaq) qarşısında SZ-TCMB-070-00 nömrəli müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.S.T.C (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə 1358080,2 (bir milyon üç yüz əlli səkkiz min səksən türk lirəsi iyirmi kuruş) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000030 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən 1.1. bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə prinsipal tərəfindən Limak İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti (bundan sonra benefisiar adlanacaq) qarşısında SZ-TCMB-070-00 nömrəli müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.S.T.C (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə 448913,95 avro məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000069 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən bu əlavə razılaşmaya asasan prinsipialın tapşırığı ilə xxxx LTD ŞTİ tərəfindən X12 Bankası A.Ş. (Türk Eximbank) (bundan sonra benefisiar adlanacaq) qarşısında xxxx Ltd.Şti-nin sifarişi ilə Türkiyə Eximbank-dan kredit alınması üçün müqavilədən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.Ş.T.C. (bundan sonra "Qarant" adlanacaq) tərəfindən Benefisiara xx.xx.2023-cü il müddətinə 500000 avro məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə 03GR21000074 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən 1.1. bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə prinsipal tərəfindən X10 X9 Ticaret ve Sanayi AŞ (bundan sonra benefisiar adlanacaq) qarşısında xxxx ile X10 X9 Ticaret ve Sanayi AŞ firması arasında imzalanmış Yüklenici Sözləşməsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.Ş.T.C. (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2022-ci il müddətinə ******* avro (bir milyon altı yüz qırx dörd min altı yüz) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə bağlanmış 03GR21000074 nömrəli əlavə razılaşmaya xx.xx.2022-ci il tarixdə Əlavə bağlanmış və həmin razılaşmaya əsasən bu əlavə razılaşmaya əsasən prinsipalın tapşırığı ilə X10 X9 Ticaret ve Sanayi AŞ (bundan sonra “Benefisiar” adlanacaq) qarşısında xxxx ilə X10 X9 Ticaret ve Sanayi AŞ firması arasında imzalanmış Yüklenici Sözləşməsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün kontrqarantın müraciəti (kontrqarantiyası) əsasında xxxxı A.Ş.T.C. (bundan sonra “Qarant” adlanacaq) tərəfindən benefisiara xx.xx.2023-cü il müddətinə ******* avro (bir milyon altı yüz qırx dörd min altı yüz) məbləğində verilən qarantiya müqabilində kontrqarant tərəfindən qaranta bu əlavə razılaşma ilə nəzərdə tutulmuş məbləğdə, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi barədə yazılı öhdəlik (kontrqarantiya) verilir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə (borcalan qrupu üçün qarışıq müqavilə) Əlavə Razılaşma bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana ******* (səkkiz milyon) ABŞ dolları ( AZN və ya EURO ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz, dərəcəsi 60 (altmış)%dən, cərimə faizi gündəlik 1 (bir)%-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 (on)%-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 (on)%-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanm ümumi məbləğinin illik 15 (on beş)%-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə iliik 15 (on beş)%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılınış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 (on beş)%-dən çox olmamaq şərti ilə 120 (yüz iyirmi ay) ay müddətinə kredit, kredit xətli, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasan bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzardə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 500000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Qeyd: Kredit xətti çərçivəsində borcalan tərəfindən hər bir məbləğdən istifadə edilməsi kreditorun ayrıca razılığı ilə həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit xətti 12 (on iki) ay müddətinə açılır. xx.xx.2022-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə əlavə razılaşmalar bağlanmışdır. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli, 030CRLN21000023 nömrəli (hüquqi şəxslər və sahibkarlar üçün) kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzardə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 500000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Qeyd: Kredit xətti çərçivəsində borcalan tərəfindən hər bir məbləğdən istifadə edilməsi kreditorun ayrıca razılığı ilə həyata keçirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit xətti 12 (on iki) ay müddətinə açılır. xx.xx.2021-ci il tarixli, 030CRLN21000023 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixdə əlavə razılaşma bağlanmışdır. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli, 001EQUİ18000022 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlak 030CKLN18000005 nömrəli 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müştərinin yazılı bilgisinə əsasən daşınar əmlaklar 1056844,49 (bir milyon əlli altı min səkkiz yüz qırx dörd manat qırx doqquz qəpik) manat dəyərində qiymətləndirilir. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 001EQUİ18000022 nömrəli girov müqaviləsinə xx.xx.2020-ci il tarixdə 2 nömrəli razılaşma bağlanmışdır. “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli, 001EQUİ18000031 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlak 030CKLN18000005 nömrəli 09 aprel 2018-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müştərinin yazılı bilgisinə əsasən daşınar əmlaklar ******* (bir milyon yüz iyirmi doqquz min doqquz yüz on üç) manat dəyərində qiymətləndirilir. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx LTD ŞTİ – zamin olmaqla bağlanmış xx.xx.2021-ci il tarixli, 003GRNT21000089 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx LTD ŞTİ bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2021-ci il tarixli, 003GRNT21000090 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və X8 – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə X8 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və X8 – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə X8 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və X8 – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000016 nömrəli zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli, xx.xx.2020-ci il tarixdə 3 nömrəli razılaşma, xx.xx.2021-ci il tarixdə əlavə razılaşmalar bağlanmışdır. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X11 Eksport LTD” MMM ilə İddiaçı ASC arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi üzrə “X11 Eksport LTD” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC – kreditor, “X11 Eksport LTD” MMM – borcalan və xxxx – zamin olmaqla bağlanmış xx.xx.2018-ci il tarixli, 003GRNT18000017 nömrəli zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixdə 1 nömrəli, xx.xx.2020-ci il tarixdə 3 nömrəli, xx.xx.2021-ci il tarixdə əlavə razılaşmalar bağlanmışdır.
51. İlkin iddia tələbinin bir hissəsini cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış, 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşma üzrə əsas borc 1645040,6 avro və faiz borcu 244448,46 avro; 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşma üzrə əsas borc 101443,19 manat və faiz borcu 17737,96 manat; 19 mart 2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşma üzrə əsas borc 449334,59 avro və faiz borcu 52572,15 avro; 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşma üzrə əsas borc 344157,50 avro və faiz borcu 32933,96 avro və qarantiya üzrə komissiya borcu isə 736,02 avro; 15 aprel 2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 500000 ABŞ dolları və faiz borcu 47638,90 ABŞ dolları; 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə əsas borc 406893,46 ABŞ dolları, faiz borcu 25473,42 ABŞ dolları və cərimə borcu isə 48479,65 ABŞ dolları; 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 500000 ABŞ dolları və 35758,40 ABŞ dolları faiz borcunun tutulması təşkil edir.
52. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2153 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması tam və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış, 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşma üzrə 1645040,6 avro (bir milyon altı yüz qırx beş min qırx avro altmış sent) əsas borc və 43365,1 avro (qırx üç min üç yüz altmış beş avro on sent) faiz borcu, 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşma üzrə 101443,19 manat (yüz bir min dörd yüz qırx üç manat on doqquz qəpik) əsas borc və 244,38 manat (iki yüz qırx dörd manat otuz səkkiz qəpik) faiz borcu, 19 mart 2021-ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşma üzrə 449334,59 avro (dörd yüz qırx doqquz min üç yüz otuz dörd avro əlli doqquz sent) əsas borc və 5030,1 avro (beş min otuz avro on sent) faiz borcu, 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşma üzrə 344157,50 avro (üç yüz qırx dörd min yüz əlli yeddi avro əlli sent) əsas borc və 62,14 avro (altmış iki avro on dörd sent) faiz borcu və qarantiya üzrə komissiya borcu isə 736,02 avro (yeddi yüz otuz altı avro iki sent), 15 aprel 2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi üzrə 500000 (beş yüz min) ABŞ dolları əsas borc və 6111,11 ABŞ dolları (altı min yüz on bir dollar on bir sent) faiz borcu, 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə 406893,46 ABŞ dolları (dörd yüz altı min səkkiz yüz doxsan üç dollar qırx altı sent) əsas borc, 3669,80 ABŞ dolları (üç min altı yüz altmış doqquz dollar səksən sent) faiz borcu, 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsi üzrə 500000 (beş yüz min) ABŞ dolları əsas borc və 1944,44 ABŞ dolları (min doqquz yüz qırx dörd dollar qırx dörd sent) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2153 saylı ekspert rəyini əsas götürmüşdür.
53. İlkin iddia tələbinin digər hissəsini cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə 48479,65 ABŞ dolları cərimə borcunun tutulması təşkil edir.
54. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
55. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq, 20000 (iyirmi min) ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
56. İlin iddia üzrə iddiaçı borc üzrə tutmanın girov predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
57. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilələr üzrə öhdəliklərin icrasının təminatı olaraq girov müqavilələrinə əsasən “X11 Eksport LTD” MMM-ə məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınar əmlaklar iddiaçının xeyrinə yüklü edilmişdir.
58. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduğundan və girov predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın girov predmetlərinə yönəldilməsi hissəsində təmin edilməli, tutma “X11 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə (müqavilədə qeyd olunan) yönəldilməli, həmin girov predmetləri İddiaçı ASC-nin sahibliyinə verilməli, sahibliyə qəbul edildikdən sonra girov predmetləri hərracda (açıq auksionda) və ya istənilən üsulla satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ “X11 Eksport LTD” MMM-ə qaytarılmalıdır.
59. İlkin iddia tələbinin bir hissəsini də girov predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun iddiaçının xeyrinə tutulmasının qət edilməsi girov predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulmasını da özündə ehtiva edir.
60. Eləcə də, ilkin iddia üzrə iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4716,22 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin və müvəqqəti təminat tədbiri barədə ödənilmiş 458 manat dövlət rüsumunun cavabdehlərdən birgə (müştərək) qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
61. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4197,50 manat (dörd min yüz doxsan yeddi manat əlli qəpik), 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və müvəqqəti təminat tədbiri barədə ödənilmiş 407,60 manat (dörd yüz yeddi manat altmış qəpik) dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
62. Qarşılıqlı iddia üzrə iddia tələbi isə qüsurlu, müqavilə şərtlərinə zidd bank xidməti ilə əlaqədar “X11 Eksport Ltd” X1 istehlakçı hüquqlarını pozduğuna görə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən ******* (bir milyon yeddi yüz iyirmi doqquz min) avro məbləğində pulun alınaraq “X11 Eksport Ltd” X2 ödənilməsindən ibarətdir.
63. Məhkəmə hesab edir ki, ilk iddia ilə bağlı gəlinən nəticə qarşılıqlı iddianın təmin edilməsini istisna edir. O baxımdan məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır.
64. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi ilə əlaqədar qarşılıqlı iddiaçı tərəfindən tələbin əsaslılığını sübuta yetirən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
65. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat məbləğində pulun 801 (səkkiz yüz bir) manat hissəsi ilkin iddia üzrə cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada, 99 (doxsan doqquz) manat hissəsi ilkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada 09 aprel 2018-ci il tarixli 030CRLN18000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış, 20 oktyabr 2021-ci il tarixli, 03GR21000074 nömrəli əlavə razılaşma üzrə 1645040,6 avro (bir milyon altı yüz qırx beş min qırx avro altmış sent) əsas borc və 43365,1 avro (qırx üç min üç yüz altmış beş avro on sent) faiz borcu olmaqla, cəmi 1688405,7 avro (bir milyon altı yüz səksən səkkiz min dörd yüz beş avro yetmiş sent), 19 mart 2021-ci il tarixli, 03GR21000029 nömrəli əlavə razılaşma üzrə 101443,19 manat (yüz bir min dörd yüz qırx üç manat on doqquz qəpik) əsas borc və 244,38 manat (iki yüz qırx dörd manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 101687,57 manat (yüz bir min altı yüz səksən yeddi manat əlli yeddi qəpik), 19 mart 2021ci il tarixli, 03GR21000030 nömrəli əlavə razılaşma üzrə 449334,59 avro (dörd yüz qırx doqquz min üç yüz otuz dörd avro əlli doqquz sent) əsas borc və 5030,1 avro (beş min otuz avro on sent) faiz borcu olmaqla, cəmi 454364,69 avro (dörd yüz əlli dörd min üç yüz altmış dörd avro altmış doqquz sent), 24 sentyabr 2021-ci il tarixli, 03GR21000069 nömrəli əlavə razılaşma üzrə 344157,50 avro (üç yüz qırx dörd min yüz əlli yeddi avro əlli sent) əsas borc və 62,14 avro (altmış iki avro on dörd sent) faiz borcu və qarantiya üzrə komissiya borcu isə 736,02 avro (yeddi yüz otuz altı avro iki sent) olmaqla, cəmi 344955,66 avro (üç yüz qırx dörd min doqquz yüz əlli beş avro altmış altı sent), 15 aprel 2021-ci il tarixli, 030CRLN21000009 nömrəli kredit xətti müqaviləsi üzrə 500000 (beş yüz min) ABŞ dolları əsas borc və 6111,11 ABŞ dolları (altı min yüz on bir dollar on bir sent) faiz borcu olmaqla, cəmi 506111,11 ABŞ dolları (beş yüz altı min yüz on bir dollar on bir sent), 04 may 2021-ci il tarixli, 030CRLN18000005-18 nömrəli əlavə razılaşma üzrə 406893,46 ABŞ dolları (dörd yüz altı min səkkiz yüz doxsan üç dollar qırx altı sent) əsas borc, 3669,80 ABŞ dolları (üç min altı yüz altmış doqquz dollar səksən sent) faiz borcu və 20000 (iyirmi min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 430563,26 ABŞ dolları (dörd yüz otuz min beş yüz altmış üç dollar iyirmi altı sent), 14 iyun 2021-ci il tarixli, 030CRLN21000013 nömrəli kredit xətti müqaviləsi üzrə 500000 (beş yüz min) ABŞ dolları əsas borc və 1944,44 ABŞ dolları (min doqquz yüz qırx dörd dollar qırx dörd sent) faiz borcu olmaqla, cəmi 501944,44 ABŞ dolları (beş yüz bir min doqquz yüz qırx dörd dollar qırx dörd sent), ümumilikdə bütün müqavilələr üzrə 101687,57 manat (yüz bir min altı yüz səksən yeddi manat əlli yeddi qəpik), 2487726,05 avro (iki milyon dörd yüz səksən yeddi min yeddi yüz iyirmi altı avro beş sent) manatın ödəniş gününə məzənnə nisbəti ilə və 1438618,81 ABŞ dolları (bir milyon dörd yüz otuz səkkiz min altı yüz on səkkiz dollar səksən bir sent) manatın ödəniş gününə məzənnə nisbəti ilə (hər valyuta üzrə ayrıayrılıqda) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4197,50 manat (dörd min yüz doxsan yeddi manat əlli qəpik), 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və müvəqqəti təminat tədbiri barədə ödənilmiş 407,60 manat (dörd yüz yeddi manat altmış qəpik) dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma “X11 Eksport LTD” MMM-ə məxsus olan və 09 aprel 2018-ci il 001EQUİ18000022 nömrəli və 19 aprel 2018-ci il tarixli 001EQUİ18000031 nömrəli girov müqavilələri üzrə girov predmetlərinə (müqavilədə qeyd olunan) yönəldilsin, həmin girov predmetləri İddiaçı ASC-nin sahibliyinə verilsin, sahibliyə qəbul edildikdən sonra girov predmetləri hərracda (açıq auksionda) və ya istənilən üsulla satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Satışdan artıq məbləğ qalarsa, qalan məbləğ “X11 Eksport LTD” MMM-ə qaytarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat məbləğində pulun 801 (səkkiz yüz bir) manat hissəsi ilkin iddia üzrə cavabdehlər “X11 Eksport LTD” MMM, xxxx, xxxx Limited Şirketi, Cemal Yanğın və X6 müştərək qaydada, 99 (doxsan doqquz) manat hissəsi ilkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova