Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-118/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Qanuni nümayəndə “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (əvvəlki adı Cavabdeh1 MMC) və Qanuni nümayəndə oğlundan birgə qaydada; - DCS00370861-02 saylı kredit müqaviləsinə əsasən 25,497.42 (iyirmi beş min dörd yüz doxsan yeddi manat qırx iki qəpik) manat əsas borc, 2,691.02 (iki min altı yüz doxsan bir manat iki qəpik) manat faiz borcu, 603.93(altı yüz üç manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 28,792.37 (iyirmi səkkiz min yeddi yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində borcun; -DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 62,924.59 (altmış iki min doqquz yüz iyirmi dörd manat əlli doqquz qəpik) manat əsas borc, 6,656.01 (altı min altı yüz əlli altı manat bir qəpik) manat faiz borcu, 1,515.61 (bir min beş yüz on beş manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 71,096.21 (yetmiş bir min doxsan altı manat iyirmi bir qəpik) manat məbləğində borcun; -DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,268.83 (əlli doqquz min iki yüz altmış səkkiz manat səksən üç qəpik) manat əsas borc, 6,646.71 (altı min altı yüz qırx altı manat yetmiş bir qəpik) manat faiz borcu, 1,344.43 (bir min üç yüz qırx dörd manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 67,259.97 (altmış yeddi min iki yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat məbləğində borcun; -DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,587.86 (dörd min beş yüz səksən yeddi manat səksən altı qəpik) manat əsas borc, 496.14 (dörd yüz doxsan altı manat on dörd qəpik) manat faiz borcu, 88.65 (səksən səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,172.65 (beş min bir yüz yetmiş iki manat altmış beş qəpik) manat təşkil edir, gecikmə günü məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 67 (altmış yeddi) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə “ALLTECH CONSTRUCTİON MMC” (əvvəlki adı Cavabdeh1 MMC) (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 05258LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən X8 çərçivəsində tərəflər arasında: -xx.xx.2022-ci il tarixli DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 115 963 (yüz on beş min doqquz yüz altmış üç) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-03 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********166 saylı zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2022-ci il tarixli DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95 000 (doxsan beş min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-05 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndəarasında xx.xx.2022-ci il tarixli DG**********720 saylı zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2022-ci il tarixli DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6 911 (altı min doqquz yüz on bir) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-06 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********786 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixli DCS00370861-02 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “15” dekabr 2021-ci il tarixli ZM-2714/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 40 000 (qırx min) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli DGS**********426 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-05258LE/2019 saylı Razılaşma imzalanmışdır.
11. xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə "xxxx" MMC (borclu) arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsinə əsasən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 40.000 mnat məbləğində kredit verilmişdir.
12. Bank ilə Borcalan arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli DGS**********426 saylı zaminlik müqaviləsi bağlanmışdır.
13. Sonradan tərəflər arasında X8 çərçivəsində xx.xx.2022-ci il tarixdə DC00370861- 03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 115.963 (yüz on beş min doqquz yüz altmış üç) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.
14. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-03 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********166 saylı zaminlik müqaviləsi bağlanmışdır.
15. Daha sonra, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95.000 (doxsan beş min) manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.
16. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-05 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********720 saylı zaminlik müqaviləsi bağlanmışdır.
17. Sonradan, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6.911 (altı min doqquz yüz on bir) manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.
18. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-06 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********786 saylı zaminlik müqaviləsi bağlanmışdır.
19. Kredit və zaminlik müqavilələri tərəflərin elektron imzaları ilə təsdiq olunmuşdur.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ********** VÖEN dövlət qeydiyyat nömrəli qurumun hazırki adı "xxxx" MMC, əvvəlki adı isə Cavabdeh1 MMC-dir.
21. Elektron məhkəmə sistemi vergi ödəyiciləri məlumatlarında isə ********** VÖEN dövlət qeydiyyat nömrəli vergi ödəyicisinin adı Cavabdeh1 kimi qeyd olunmuşdur.
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
25. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
26. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
27. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
28. Belə ki, bankla cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
29. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə DCS00370861-02 saylı kredit müqaviləsinə əsasən 25,497.42 manat əsas borc, 993.28 manat hesablanmış faiz borcu, 464.19 manat cərimə borcu olmaqla, cəmi 26,954.89 manat, DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 62,924.59 manat əsas borc, 9,568.02 manat hesablanmış faiz borcu, 3,321.26 manat cərimə borcu olmaqla, cəmi 75,813.87 manat, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,268.83 manat əsas borc, 7,866.25 manat hesablanmış faiz borcu, 1,544 manat cərimə borcu olmaqla, cəmi 68,679.08 manat, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,587.86 manat əsas borc, 708.45 manat hesablanmış faiz borcu, 192.83 manat cərimə borcu olmaqla, cəmi 5,489.14 manat borcu vardır.
30. Məhkəmə tərəfindən İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqavilələri üzrə əsas və faiz borclarının məbləğinin müəyyən edilməsi və xx.xx.2021-ci il tarixli DCS00370861-02 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək X3 tərəfindən İddiaçı ASC -yə ödənilmiş faiz subsidiyasının məbləği nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3619 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə banka DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 62.890,09 manat, faiz borcu 9.547,33 manat, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 59.262,31 manat, faiz borcu 6.406,34 manat, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 4.585,21 manat, faiz borcu 706,26 manat, DCS00370861-02 saylı kredit müqaviləsi üzrə əsas borcu 9.607,29 manat, faiz borcu 588,55 manat təşkil edir.
32. Bundan başqa rəydə qeyd edilir ki, xx.xx.2021-ci il tarixli DCS00370861-02 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək X3 tərəfindən İddiaçı ASC -yə ödənilmiş faiz subsidiyasının məbləği 15.298,45 manat məbləğində müəyyən edilmişdir.
33. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.
34. Məhkəmənin yalnız xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinə və ekspert rəyinə münasibət bildirməmişdir.
35. Məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır.
36. Belə ki, cavabdehlərdən müştərək qaydada DCS00370861-02 saylı müqaviləyə əsasən əsas borc üzrə 9.607,29 manat, faiz bоrcu üzrə 588,55 manat, DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 62.890,09 manat, faiz borcu üzrə 6.656,01 manat, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 59.262,31 manat, faiz borcu üzrə 6.406,34 manat, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 4.585,21 manat, faiz borcu üzrə 496,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə hesab edir ki, iddia DCS00370861-02 saylı müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən, DC00370861-03 saylı, DC00370861-05 saylı və DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizələr üzrə dəbbə pulunun tələb edilməsi hissəsində tam əsaslıdır.
38. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
39. Hazırki işin hallarından görünür ki, cavabdehin DCS00370861-02 saylı müqavilə üzrə əsas borcuna münasibətdə 500 manat daha ağlabatan, DC00370861-03 saylı müqavilə üzrə 1.515,61 manat, DC00370861-05 saylı müqavilə üzrə 1.344,43 manat, DC00370861-06 saylı müqavilə üzrə 88,65 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
40. Məhkəmə həmçinin hesab edir ki, iş materaillarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənmişdir.
41. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
42. Bundan başqa məhkəmə 67 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
43. İşə əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
44. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 42 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır
45. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. DCS00370861-02 saylı müqaviləyə əsasən əsas borc üzrə 9.607 (doqquz min altı yüz yeddi) manat, 29 (iyirmi doqquz) qəpik, faiz borcu üzrə 588 (beş yüz səksən səkkiz) manat, 55 (əlli beş) qəpik, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, cəmi 10.695 (on min altı yüz doxsan beş) manat, 84 (səksən dörd) qəpik məbləğində pul Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. DC00370861-03 saylı müqaviləyə əsasən əsas borc üzrə 62.890 (altmış iki min səkkiz yüz doxsan) manat, 09 (sıfır doqquz) qəpik, faiz borcu üzrə 6.656 (altı min altı yüz əlli altı) manat, 01 (sıfır bir) qəpik, cərimə borcu üzrə 1.515 (bir min beş yüz on beş) manat 61 (altmış bir) qəpik olmaqla, cəmi 71.061 (yetmiş bir min altmış bir) manat, 71 (yetmiş bir) qəpik məbləğində pul Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. DC00370861-05 saylı müqaviləyə əsasən əsas borc üzrə 59.262 (əlli doqquz min iki yüz altmış iki) manat, 31 (otuz bir) qəpik, faiz borcu üzrə 6.406 (altı min dörd yüz altı) manat, 34 (otuz dörd) qəpik, cərimə borcu üzrə 1.344 (bir min üç yüz qırx dörd) manat, 43 (qırx üç) qəpik olmaqla, cəmi 67.013 (altmış yeddi min on üç) manat 08 (sıfır səkkiz) qəpik məbləğində pul Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. DC00370861-06 saylı müqaviləyə əsasən əsas borc üzrə 4.585 (dörd min beş yüz səksən beş) manat, 21 (iyirmi bir) qəpik, faiz borcu üzrə 496 (dörd yüz doxsan altı) manat, 14 (on dörd) qəpik, cərimə borcu üzrə 88 (səksən səkkiz) manat, 65 (altmış beş) qəpik olmaqla, cəmi 5.170 (beş min yüz altmış) manat məbləğində pul Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat məbləğində pul Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov