Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1180/2022 07.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin iddiaçıya təqdim etdiyi iyun ayı üçün 12.09.2018-ci il tarixli EAAM 050773 nömrəli e-qaimənin 1-ci sıra 4-cü bənd üzrə 1084 ədəd miqdarı və 2-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; iyul ayı üçün 16.08.2018ci il tarixli EAAL 395169 nömrəli e-qaimənin 2-ci sıra 4-cü bənd üzrə 867 ədəd miqdarı və 1-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; avqust ayı üçün 06.09.2018-ci il tarixli EAAL 866063 nömrəli e-qaimənin 1-ci sıra 4-cü bənd üzrə 836 ədəd miqdarı və 2-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; sentyabr ayı üçün 08.10.2018-ci il tarixli EAAM 680482 nömrəli e-qaimənin tam olaraq ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin iddiaçıya təqdim etdiyi iyun ayı üçün 12.09.2018-ci il tarixli EAAM 050773 nömrəli e-qaimənin 1-ci sıra 4-cü bənd üzrə 1084 ədəd miqdarı və 2-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; iyul ayı üçün 16.08.2018ci il tarixli EAAL 395169 nömrəli e-qaimənin 2-ci sıra 4-cü bənd üzrə 867 ədəd miqdarı və 1-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; avqust ayı üçün 06.09.2018-ci il tarixli EAAL 866063 nömrəli e-qaimənin 1-ci sıra 4-cü bənd üzrə 836 ədəd miqdarı və 2-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; sentyabr ayı üçün 08.10.2018-ci il tarixli EAAM 680482 nömrəli e-qaimənin tam olaraq ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi tərəflər arasında 10.11.2016-cı il tarixli 50 nömrəli keyterinq xidməti müqaviləsi bağlanmış, müqavilə üzrə 11855 manat məbləğində borcun tutulması ilə bağlı iddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddianın əsası kimi hazırki iş üzrə mübahisələndirilən elektron qaimələrə istinad etmiş, Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli e-2-2(113)-522/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.10.2021-ci il tarixli 2-2(103)-1057/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, e-2-2(113)-522/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia cavabdeh İddiaçındən iddiaçı Cavabdeh xeyrinə 918 manat əsas borcun, əldən çıxmış faydaya görə 92 manat faizin tutulması hissəsində rədd edilmiş və Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən elektron qaimələr yuxarıda göstərilən iş üzrə mübahisə predmeti olmaqla məhkəmə qətnamələri ilə həmin qaimələrə qiymət verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən elektron qaimələrə digər iş üzrə məhkəmə qətnamələri ilə qiymət verildiyindən hazırki tələbə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin iddiaçıya təqdim etdiyi iyun ayı üçün 12.09.2018-ci il tarixli EAAM 050773 nömrəli e-qaimənin 1-ci sıra 4-cü bənd üzrə 1084 ədəd miqdarı və 2-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; iyul ayı üçün 16.08.2018ci il tarixli EAAL 395169 nömrəli e-qaimənin 2-ci sıra 4-cü bənd üzrə 867 ədəd miqdarı və 1-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; avqust ayı üçün 06.09.2018-ci il tarixli EAAL 866063 nömrəli e-qaimənin 1-ci sıra 4-cü bənd üzrə 836 ədəd miqdarı və 2-ci sıra tam olaraq hissəsində ləğv edilməsinə; sentyabr ayı üçün 08.10.2018-ci il tarixli EAAM 680482 nömrəli e-qaimənin tam olaraq ləğv edilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1180/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1180/2022
07.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver