Məhkəmə qərarları › İş №e-2-2(113)-1180/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1180/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1180/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı pul və digər tələblərinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər KE/64130/83/22 saylı, xx.xx.2021 tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 24019,41 manat əsas, 4072,89 manat faiz borcunun, cəmi 28092,3 manat borcun və tərəfimizdən ödənilmiş 200 manat dövlət rüsumunun tutulmasını, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 məxsus olan Bakı şəh, Qaradağ ray, Qobustan qəs, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 152.1.4, 152.1.6 və 152.1.6-1-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd, bununla yanaşı tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-6033/2023 və e-2-2(113)-6093/2023 nömrəli qərardadla ərizəni geri qaytararkən İddiaçı ASC-nin diqqətinə çatdırmışdır ki, xx.xx.2023-cü il tarixdə ölmüş cavabdeh X1 hüquqi varisliyi müəyyən edilməlidir, belə ki, miras açılarkən vərəsəlik şəhadətnaməsi kimin adına tərtib edilibsə, tələb də həmin şəxsə münasibətdə yönəldilməlidir. Lakin İddiaçı ASC ölmüş cavabdeh X1 hüquqi varisliyi müəyyən etmədən (vərəsəlik şəhadətnaməsi əldə edilmədən) yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sadəcə olaraq əlavə Cavabdeh4, və Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 cavabdehlərin dairəsinə əlavə edilmiş və ipoteka predmetinin onlara məxsus olduğu qeyd edilmişdir. Eyni zamanda məhkəmə İddiaçı ASC-nin diqqətinə çatdırır ki, Cavabdeh4 da, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir (AZEMİS elektron sistemdən məlumat). Gələcəkdə Cavabdeh4 qarşı da, tələb irəli sürülsə, onun da hüquqi varisliyi müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X2 münasibətdə hüquqi varisliyin mövcud olmamasını təsdiq edən sənədin ərizəyə əlavə edilməsi, ipoteka predmetinə borcun yönəldilməsi iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün əsas deyil. Məhkəmə bir daha vurgulayır ki, ipoteka predmetinin mülkiyyətçisi olan şəxs vəfat edəndən sonra yalnız onun varisinə (hüquqi varislik müəyyən ediləndən sonra) qarşı ipoteka predmetinin borcun ödənilməsinə yönəldilməsi iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə bir daha qeyd edir ki, Cavabdeh2 qarşı tələbə məhkəmədə baxılması mümkündürsə, ipoteka predmetinin (xx.xx.2023-cü il tarixdə ölmüş mülkiyyətçisi X3-ipoteka müqaviləni imzalayan şəxs) borcun ödənilməsinə yönəldilməsi tələbinə hüquqi varislik müəyyən edilməyənədək məhkəmədə baxıla bilməz. Göründüyü kimi iddiaçı məhkəmədə baxılmalı olan (Cavabdeh2 qarşı pul tələbi) tələblə yanaşı, məhkəmədə baxılması mümkün olmayan ipoteka predmetinin borcun ödənilməsinə yönəldilməsi tələbi, yəni bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə eləcə də, İddiaçı ASC-nin diqqətinə çatdırır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 yeni tələb irəli sürülsə də, həmin şəxslərə münasubətdə ilkin mediasiya sessiyası keçirilməmiş və Azərbaycan Respublikası MPM-nin 152.1.4, 152.1.6-ci tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı pul və digər tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC -yə izah edilsin ki, nöqsanlar aradan götürüldükdə ölmüş X1 hüquqi varisi müəyyən edildikdən sonra, Cavabdeh2 qarşı pul tələbi ilə bağlı yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar