Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1184/2022 19.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı icarə haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında 01 dekabr 2019-cu il tarixində bağlanmış ofis icarəsinə dair müqavilə üzrə cavabdehdən ümumilikdə 2893 manat məbləğində ödənilməmiş icarə haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 01 dekabr 2019-cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmış və həmin tarixdən qüvvəyə minmişdir. Müqaviləyə əsasən, İddiaçı MMC Bakı şəhəri, AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə vermişdir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən, icarəyə verən Plaza İ binanın 13-cü mərtəbəsində yerləşən 52 kv.m. Sahəni İcarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, icarəçi 01 dekabr 2019-cu il tarixdən 28 fevral 2020-ci il tarixinədək 350 manat +18% ƏDV, 01 mart 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixinədək 550 manat +18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri olmuşdur və müqavilə üzrə cavabdehə 23 yanvar 2020-cu il tarixdən elektron qaimələr göndərilmişdir. Hal-hazırda cavabdehin 2020-ci ilin mart, aprel, may, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün icarə haqqı borcu vardır. Hazırki müqavilə üzrə hesab kartından göründüyü kimi Cavabdeh MMC-nin 2020-ci ilin mart, aprel, may ayları üçün 3 aya üzrə ödənilməmiş 297 manat ƏDV borcu, 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün isə ödənilməmiş 4 ay üzrə 2200 manat əsas borc, 396 manat ƏDV borcu olmaqla cəmi 2893 manat icarə haqqı borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi müraciətlər olunsa da, heç bir nəticəsi olmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarınn icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - 01 dekabr 2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən, İddiaçı MMC, bundan sonra - “İcarəyə verən”, Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”-da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə, bundan sonra - “İcarəçi”, verir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. - 23.01.2020-ci il tarixli, EBAF seriyalı, 341143 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə icarə müqaviləsi üzrə üzrə 826 manat, 07.02.2020-ci il tarixli, EBAG seriyalı, 079408 saylı elektron qaiməyə əsasən 413 manat, 10.03.2020-ci il tarixli, EBAH seriyalı, 460206 saylı elektron qaiməyə əsasən 649 manat, 08 may 2020-ci il tarixli, EBAJ seriyalı, 691673 saylı elektron qaiməyə əsasən 413 manat, 10 aprel 2020-ci il tarixli, EBAİ seriyalı, 625655 saylı elektron qaiməyə əsasən 413 manat, 11.06.2020-ci il tarixli, EBAL seriyalı, 031970 saylı elektron qaiməyə əsasən 413 manat, 14.07.2020-ci il tarixli, EBAM seriyalı, 354397 saylı elektron qaiməyə əsasən 413 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, tərəflər arasında imzalanmış ofis icarəsinə dair müqavilə üzrə 2020-ci ilin mart, aprel, may ayları üzrə ödənilməmiş 297 manat ƏDV borcu, 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə 2200 manat əsas borc, 396 manat ƏDV borcu olmaqla, ümumilikdə 2893 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğlər təqdim olunmuş sübutlarla təsdiqini tapdığından iddianın təmin olunması üçün əsaslar mövcuddur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı icarə haqqının ödənilməsi barədə iddiası təmin edilsin. Tərəflər arasında bağlanmış 01 dekabr 2019-cu il tarixli ofis icarəsinə dair müqavilə üzrə 2893 manat məbləğində icarə haqqı Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1184/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1184/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver