Məhkəmə qərarları › İş №e-2-2(113)-1188/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1188/2025

01.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1188/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25432,77 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 10521,5 manat məbləğində dəbbə pulunun, 198 manat dövlət rüsumunun və 2000 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 oktyabr 2022-cü il tarixli alqı satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən ƏDV ilə birlikdə 26506,1 manat dəyərində müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlı İddiaçı MMC tərəfindən elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Bundan başqa, malların təhvil verilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları imzalanmışdır. İddiaçı MMC tərəfindən təqdim edilmiş mallara görə Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 1074,04 manat vəsait ödənilmişdir. Hazırda İddiaçı MMC tərəfindən satılmış mallara görə Cavabdeh MMC-nin ümumilikdə ƏDV ilə birlikdə 25432,77 manat borcu vardır. Bundan başqa, müqavilənin 3.2-ci bəndində qeyd edilmişdir ki, alıcı ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Müqavilənin 6.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2% həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ƏDV ilə birlikdə xx.xx.2024-cü il tarixdə 1655,30 manat, xx.xx.2024-cü il tarixdə 7554,83 manat, xx.xx.2024-cü il tarixdə 7206,60 manat, xx.xx.2024-cü il tarixdə 6620,39 manat, xx.xx.2024-cü il tarixdə 2395,65 manat dəyərində mallar təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə təqdim edilmiş mallara görə ödəniş xx.xx.2024-cü il tarixə qədər, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş mallara görə ödəniş xx.xx.2024-cü il tarixə qədər, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş mallara görə ödəniş xx.xx.2024-cü il tarixə qədər, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş mallara görə ödəniş xx.xx.2024-cü il tarixə qədər, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş mallara görə ödəniş xx.xx.2024-cü il tarixə qədər ödənilməli idi. Qeyd edilən tarixlərdən bu günə qədər gecikdirilmiş günlərə üçün cavabdeh tərəfindən 25432,77 manat borca görə 10521,5 manat məbləğində dəbbə pulu ödənilməlidir. Müqavilənin 7.2-ci bəndində qeyd edilmişdir ki mübahisələr məhkəmələrdə həll olunan zaman vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir. İddiaçı tərəfindən vəkil xərcləri üçün 2000 manat xərc çəkilmişdir. Həmin məbləğ də müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18880,01 manat borc, pul məbləğinin gecikdirilməsinə görə 10521,5 manat məbləğində dəbbə pulu, 198 manat dövlət rüsumu və 2000 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş məhkəmədə olduğu müddətdə cavabdeh tərəfindən yanvar ayında 5553,19 manat əsas və 999,57 manat ƏDV iddiaçıya ödənilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 1074,04 qəpik məbləğ əvvəlcədən ödənilmiş, sonradan isə 2 dəvə ƏDV məbləği və əsas məbləğdən ödəniş olmuşdur.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 23 oktyabr 2023-cü il tarixli, 27/2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiymətləri müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokoluna və ya qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri 3.2-ci bənddə göstərilən 15 gün müddətində ödənilmədikdə satıcı malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri alıcıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə 5 il müddətinə bağlanılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 8 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 3469,69 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 3469,69 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 9 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 6620,39 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 6620,39 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 10 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 7206,6 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 7206,6 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 11 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 7554,83 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 7554,83 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 12 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 1655,3 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 1655,3 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 339914 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3469,69 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli müqavilə göstərilmişdir.

20. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 594317 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6620,39 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli müqavilə göstərilmişdir.

21. xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00013381 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7206,6022 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli müqavilə göstərilmişdir.

22. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11171921 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7554,832 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli müqavilə göstərilmişdir.

23. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, ******* nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1655,304 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli müqavilə göstərilmişdir.

24. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, İB********************15 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 3553,19 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2023-cü il tarixli, 27-2023 nömrəli müqavilə qeyd edilmişdir.

25. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, İB********************24 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2023-cü il tarixli, 27-2023 nömrəli müqavilə qeyd edilmişdir.

26. İş materiallarına Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş ƏDV köçürməsinin aparılması haqqında bildirişlər əlavə edilmişdir. Həmin bildirişlərdən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2025-ci ilin yanvar ayında cəmi 999,57 manat ƏDV ödəniş edilmişdir.

27. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

30. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır. Təqdim olunmuş təhvil-təslim aktları üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 26506,81 manat olan mal təhvil verilmişdir. Həmin təhvil-təslim aktlarına uyğun olaraq Cavabdeh MMC-yə göndərilmiş elektron-qaimələr üzrə ümumi məbləğ də 26506,81 manat təşkil edir. Eyni zamanda cavabdeh tərəfindən ümumilkidə 7626,8 manat (1074,04+3553,19+2000+999,57=7626,8) məbləğində ödənişlər edilmiş, qalıq məbləğ 18880,01 manat (26506,81-7626,8=18880,01) təşkil etmişdir.

31. İddia tələbinin bir hissəsini cavabdehdən ƏDV daxil 18880,01 manat məbləğində borcun tutulması təşkil edir.

32. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə tam təmin edilməli və Cavabdeh MMC-dən 18880,01 manat (on səkkiz min səkkiz yüz səksən manat bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

33. İddia tələbinin digər hissəsini cavabdehdən 10521,5 manat cərimə borcunun tutulması təşkil edir.

34. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 27/2023 nömrəli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2%-i həcmində dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 1350 (min üç yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 manat və 2000 manat vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 69 (altmış doqquz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Hüquqi yardım xərci ilə bağlı tələbə münasibətdə məhkəmə hesab edir ki, vəkil xərci ağlabatan miqdarda müəyyən olunmalı və cavabdehdən 700 (yeddi yüz) manat hüquqi yardım xərci iddiaçının xeyrinə tutulmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 18880,01 manat (on səkkiz min səkkiz yüz səksən manat bir qəpik) borc, 1350 (min üç yüz əlli) manat dəbbə pulu, 700 (yeddi yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat olmaqla, ümumilikdə 20999,01 manat (iyirmi min doqquz yüz doxsan doqquz manat bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Məsuliyyətli Cəmiyyətinin Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar