Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1190/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22926,95 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 25396,99 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 978,79 manat məbləğində borcunun ödənilməsnin təmin edilməsi məqsədi ilə 410200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (e-2-2(113)- 1190/2021 saylı iş) cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11994,35 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 31508,66 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 1325,81 manat məbləğində borcunun ödənilməsnin təmin edilməsi məqsədi ilə 86100 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hər 2 iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin predmetini eyni tərəflər və dövlət büdcəsinə olan eyni predmetli borc məbləği təşkil edir, hazırkı iş üzrə hər iki borcun ödənilməsi üçün tutmanın yönəldildiyi əmlak və cavabdeh eyni hüquqi şəxsə aiddir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iş xx xxxxxxx 2020-ci il tarixdə, hazırkı iş isə xx xxxxxx 2021-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı mülki iş yəni e-2-2(113)-1190/2021 saylı iş daha sonra icraata qəbul olunduğundan e-2-2(113)-386/2021 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə e-2-2(113)-1190/2021 saylı iş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə e-2-2(113)-386/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1190/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1190/2021
10.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver