Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1191/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 36139,53 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 məhkəməyə 15 yanvar 2025-ci il tarixli barışıq sazişi təqdim edərək onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdeh (VÖEN: **********) şəxsində direktor Qanuni nümayəndə2 Bəlılul oğlu öhdəsinə götürür ki, AZ0100, ünvan 1 ünvanında yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 07\22 saylı malların alqı-satqısı müqaviləsi iizrə yaranmış 30626,72 (otuz min altı yüz iyirmi altı manat 72 qəpik) əsas borc, 5512,81 (beş min beş yüz on iki manat 81 qəpik) ƏDV borcu, ümumi olaraq 36139,53 (otuz altı min yüz otuz doqquz manat 53 qəpik) manat borc məbləğini xx.xx.2025-ci il tarixinədək tam ödəyəck.
2. Tərəflər təsdiq edir ki, bu Barışıq sazişinin hüquqi nəticələri onlara aydındır, bu Barışıq sazişinin təsdiq edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı qanuni qüvvəyə mindikdən sonra e-2-2(113)-1191/2025 saylı kommersiya mübahisəsi işi üzrə icraata xitam veriləcək və bundan sonra eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmet barəsində məhkəmə mübahisəsi yolverilməzdir.
3. Cavabdeh (VÖEN: **********) şəxsində direktor Qanuni nümayəndə2 Bəhlııl oğlu e-2-2(113)-1191/2025 saylı kommersiya mübahisəsi işi üzrə barışıq sazişində nəzərdə tutulmuş öhdəliklərini xx.xx.2025-ci il tarixinə kimi yerinə yetirmədiyi halda, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin yazılı ərizəsinə əsasən məcburi icraya yönəldiləcək.
4. Cavabdeh (VÖEN: **********) şəxsində direktor Qanuni nümayəndə2 Bəlılul oğlu gələcəkdə e-2-2(113)-1191/2025 saylı kommersiya mübahisəsi işi üzrə barışıq sazişində nəzərdə tutulmuş öhdəliklərini vaxtında icra etmədiyindən icra yönəlmiş sənəd üzrə heç bir preteııziyası, tələbi olmayacaq.
5. Bu barışıq sazişi Azərbaycan dilində olmaqla üç nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə tərəflərdə saxlanılır.
Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 199 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 199 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh (VÖEN: **********) şəxsində direktor Qanuni nümayəndə2 Bəlılul oğlu öhdəsinə götürür ki, AZ0100, ünvan 1 ünvanında yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 07\22 saylı malların alqı-satqısı müqaviləsi iizrə yaranmış 30626,72 (otuz min altı yüz iyirmi altı manat 72 qəpik) əsas borc, 5512,81 (beş min beş yüz on iki manat 81 qəpik) ƏDV borcu, ümumi olaraq 36139,53 (otuz altı min yüz otuz doqquz manat 53 qəpik) manat borc məbləğini xx.xx.2025-ci il tarixinədək tam ödəyəck.
2. Tərəflər təsdiq edir ki, bu Barışıq sazişinin hüquqi nəticələri onlara aydındır, bu Barışıq sazişinin təsdiq edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı qanuni qüvvəyə mindikdən sonra e-2-2(113)-1191/2025 saylı kommersiya mübahisəsi işi üzrə icraata xitam veriləcək və bundan sonra eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmet barəsində məhkəmə mübahisəsi yolverilməzdir.
3. Cavabdeh (VÖEN: **********) şəxsində direktor Qanuni nümayəndə2 Bəhlııl oğlu e-2-2(113)-1191/2025 saylı kommersiya mübahisəsi işi üzrə barışıq sazişində nəzərdə tutulmuş öhdəliklərini xx.xx.2025-ci il tarixinə kimi yerinə yetirmədiyi halda, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin yazılı ərizəsinə əsasən məcburi icraya yönəldiləcək.
4. Cavabdeh (VÖEN: **********) şəxsində direktor Qanuni nümayəndə2 Bəlılul oğlu gələcəkdə e-2-2(113)-1191/2025 saylı kommersiya mübahisəsi işi üzrə barışıq sazişində nəzərdə tutulmuş öhdəliklərini vaxtında icra etmədiyindən icra yönəlmiş sənəd üzrə heç bir preteııziyası, tələbi olmayacaq.
5. Bu barışıq sazişi Azərbaycan dilində olmaqla üç nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə tərəflərdə saxlanılır.
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 199 (bir yüz doxsan doqquz) manat pul dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərmin Əhmədova