Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1192/2022 15.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh X1 qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdeh X1 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2240 manat icarə haqqı borcu və 100 manat dövlət rüsumu, cəmi 2 340 manat pul alınaraq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən icarə obyekti - ünvan 1 ünvanında "xxxx" MMC-nin istehsalat bazasında yerləşən ümumi sahəsi 400 kv.m. olan icarə sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 04.04.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən 15.09.2021-ci il tarixdən 01.04.2022-ci il tarixdək icarə sahəsindən faktiki istifadəni davam etdirilməsi səbəbindən müqavilə üzrə müəyyən edilmiş icarə haqqına uyğun olaraq həmin aylar üçün 5308 manat ödənilmişdir. Bununla da cavabdeh icarə ödənişi ilə bağlı öhdəliyini 01.04.2022-ci il tarixədək tam icra etmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Cavabdeh işin mahiyyəti üzrə baxılmasına tələb etməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iddia ərizəsinin qaytarılması barədə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC-nin cavabdeh X1 qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1192/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1192/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver