Məhkəmə qərarları › İş №e-2-2(113)-1195/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1195/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1195/2023 14.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** saylı krеdit razılaşması və xx.xx.2019-cu il tarixli, 002R********** saylı krеdit razılaşması və onlara əlavə bağlanmış sazişlərin ləğv edilməsi və cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 13175,82 manat məbləğində krеdit bоrcu, 3248,44 manat məbləğində faiz bоrcu və 3520,73 manat məbləğində cərimə borcu olmaqla, 002R********** saylı krеdit razılaşması üzrə 14440,22 manat məbləğində krеdit bоrcu, 3957,56 manat məbləğində faiz bоrcu və 5825,64 manat məbləğində cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə, cəmi 44168,41 (qırx dörd min yüz altmış səkkiz manat qırx bir qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat mediasiya xərci və 22,51 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzilin açıq hərracdan satılması, 44168,41 (qırx dörd min yüz altmış səkkiz manat qırx bir qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat mediasiya xərci və 22.51 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 istifadə hüququnun itirilməsi və onların Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 002L**********47 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 002R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 002R**********S saylı, xx.xx.2020-ci il tarixli, 002R**********SA saylı, xx.xx.2021-ci il tarixli, 002R**********SB saylı, xx.xx.2021-ci il tarixli, 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 16824,18 manat ödəmiş, onun 13175,82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 213 gün üçün hesablanmış faiz borcu 3248,44 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 213 gün üçün hеsablanmış cərimə 3520,73 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 002R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 002R**********S saylı, xx.xx.2020-ci il tarixli, 002R**********SA saylı, xx.xx.2021-ci il tarixli, 002R**********SB saylı, xx.xx.2021-ci il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 9559,78 manat ödəmiş, onun 14440,22 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 176 gün üçün hesablanmış faiz borcu 3957,56 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 176 gün üçün hеsablanmış cərimə 5825,64 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh3 ilə bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 002M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu S.E.Zeynalov tərəfindən təsdiq edilib) əsasında Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi,Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, nömrəli mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyan Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1-34.1.3, 39.3, 59.3, 59.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və ya nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1195/2023 saylı qərardadı ilə iş üzrə icraata mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması və Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** saylı krеdit razılaşması və xx.xx.2019-cu il tarixli, 002R********** saylı krеdit razılaşması və onlara əlavə bağlanmış sazişlərin ləğv edilməsi hissəsində xitam verilmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.

9. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə "Accessbank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh1 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür.

10. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002R**********S nömrəli, xx.xx.2020-ci il tarixli, 002R**********SA nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SB nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SC nömrəli sazişlərin məzmunlarından görünür ki, müvafiq sazişlərlə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır.

11. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh1 bankdan 18 (on səkkiz) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür.

12. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002R**********S nömrəli, xx.xx.2020-ci il tarixli, 002R**********SA nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SB nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SC nömrəli sazişlərin məzmunlarından görünür ki, müvafiq sazişlərlə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır.

13. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002S**********03 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

14. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – Cavabdeh3 və borc alan – Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 52 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 002M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzili İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

15. Cavabdeh-ipoteka qoyan Cavabdeh3 həyat yoldaşı Cavabdeh2 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzili "Accessbank” QSC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına xx.xx.2007-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 293 nömrəli reyestr kitabının 28108 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: 1********).

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 293 nömrəli reyestr kitabının 28108 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

18. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdehipoteka qoyan Cavabdeh3 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir.

19. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə olan 13175,82 manat əsas borc, 2567,05 faiz borcu, 3365,26 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

20. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə olan 14440,22 manat əsas borc, 3402,45 faiz borcu, 5655,25 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

21. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə olan 13175,82 manat əsas borc, 2567,05 faiz borcu, 3365,26 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

22. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə olan 14440,22 manat əsas borc, 3402,45 faiz borcu, 5655,25 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

23. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1226 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 13175,82 manat, faiz borcu 3248,44 manat, cərimə borcu 3520,73 manat olmaqla, ümumilikdə 19944,99 manat təşkil edir.

24. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1225 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 1440,22 manat, faiz borcu 3957,56 manat, cərimə borcu 5825,64 manat olmaqla, ümumilikdə 24223,42 manat təşkil edir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2777 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasının və sonuncu xx.xx.2021-ci il tarixli, 002R**********SC saylı sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 14236,14 manat, faiz borcu üzrə 3068,42 manat və cərimə borcu üzrə 1825,18 manat olmaqla, cəmi 19129,74 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 14236,14 manat, faiz borcu üzrə 4605,53 manat və cərimə borcu üzrə 1825,18 manat olmaqla, cəmi 20666,85 manat məbləğində müəyyən edilir. Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasının və sonuncu xx.xx.2021-ci il tarixli, 002R**********SC saylı sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 12383,99 manat, faiz borcu üzrə 1213,63 manat və cərimə borcu üzrə 3201,63 manat olmaqla, cəmi 16799,26 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12383,99 manat, faiz borcu üzrə 2434,49 manat və cərimə borcu üzrə 3201,63 manat olmaqla, cəmi 18020,11 manat məbləğində müəyyən edilir.

26. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, LP-073/2023 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzilin likvid dəyəri 26000 manat, bazar dəyəri 29000 manat təşkil edir.

27. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə "Accessbank” QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 002R**********S nömrəli, xx.xx.2020-ci il tarixli, 002R**********SA nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SB nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SC nömrəli sazişlər bağlanmış və həmin sazişlərlə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 bankdan 18 (on səkkiz) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 002R**********S nömrəli, xx.xx.2020-ci il tarixli, 002R**********SA nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SB nömrəli, xx.xx.2021-ci il tarixli, 002R**********SC nömrəli sazişlər bağlanmış və həmin sazişlərlə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, 002S**********03 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – Cavabdeh3 və borc alan – Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 52 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 002M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi

33. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 13175,82 manat məbləğində krеdit bоrcu, 3248,44 manat məbləğində faiz bоrcu, 002R********** saylı krеdit razılaşması üzrə 14440,22 manat məbləğində krеdit bоrcu, 3957,56 manat məbləğində faiz borcunun tutulması təşkil edir.

34. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 13175,82 manat (on üç min yüz yetmiş beş manat səksən iki qəpik) əsas borc, 2567,05 manat (iki min beş yüz altmış yeddi manat beş qəpik) faiz borcu, xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 12383,99 manat (on iki min üç yüz səksən üç manat doxsan doqquz qəpik) əsas borc, 1213,63 manat (min iki yüz on üç manat altmış üç qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdr.

35. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xəbərdalıq (pretenziya) məktublarının məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə olan 13175,82 manat əsas borc, 2567,05 faiz borcu, 3365,26 manat cərimə borcu; xx.xx.2019cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə olan 14440,22 manat əsas borc, 3402,45 faiz borcu, 5655,25 manat cərimə borcunun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış borcun tutulmasını tələb etməkdə haqlıdır.

36. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 3520,73 manat cərimə borcu və 002R********** saylı krеdit razılaşması üzrə 5825,64 manat cərimə borcu borcunun tutulması təşkil edir.

37. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

38. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 800 (səkkiz yüz) manat və xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

40. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2019-cu il tarixli, 002M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış, Reyestr **********96- 05101-093001, Qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır.

42. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

43. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzilin likvid dəyərinin 26000 manat olması müəyyən edilmişdir.

44. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 a nömrəli mənzilin ilkin satış qiyməti 26000 manat məbləğində müəyyən edilməlidir.

45. Eləcə də, iddiaçı 200 manat mediasiya xərci, 22,51 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

46. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 15,70 manat (on beş manat yetmiş qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

47. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

48. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 13175,82 manat (on üç min yüz yetmiş beş manat səksən iki qəpik) əsas borc, 2567,05 manat (iki min beş yüz altmış yeddi manat beş qəpik) faiz borcu, 800 (səkkiz yüz) manat cərimə olmaqla, cəmi 16542,87 manat (on altı min beş yüz qırx iki manat səksən yeddi qəpik), xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 12383,99 manat (on iki min üç yüz səksən üç manat doxsan doqquz qəpik) əsas borc, 1213,63 manat (min iki yüz on üç manat altmış üç qəpik) faiz borcu, 700 (yeddi yüz) manat cərimə olmaqla, cəmi 14297,62 manat (on dörd min iki yüz doxsan yeddi manat altmış iki qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 15,70 manat (on beş manat yetmiş qəpik) olmaqla, ümumilikdə 31101,19 manat (otuz bir min yüz bir manat on doqquz qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsi, Həsrət Ağamaliyev küçəsində istifadədə olan 0.09764 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli binada 34.6 kv.m ümumi, 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, nömrəli mənzilin ilkin satış qiyməti 26000 (iyirmi altı min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar