Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1196/2024 23.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh və digər Cavabdeh1 MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 37513,76 manat məbləğində krеdit bоrcu, 3517,68 manat məbləğində faiz bоrcu və 1147,91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 42179,35 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 MMC və zaminlər Cavabdeh3, Qanuni nümayəndə və X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 MMC İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində məbləğində kredit götürmüşdür. Bundan sonra, xx.xx.2022-ci il tarixli qoşulma barədə 056S**********03 saylı, 056S**********01 saylı və 056S**********01 saylı sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh4 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh1 MMC uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 MMC götürdüyü krеdit bоrcundan 12486,24 manat ödəmiş, onun 37513,76 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən borclu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 181 gün üçün hesablanmış faiz borcu 3517,68 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 181 gün üçün hеsablanmış cərimə 1147,91 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmiş, bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 400 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 216,54 manat məbləğindədir. Lakin İddiaçı QSC tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC hazırda bu dövlət rüsumunu ödəməkdən azaddır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Cavabdeh və digər Cavabdeh1 MMC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildidi ki, iddianı qismən, əsas borc hissəsində qəbul edir. Faiz və cərimə borcunu qəbul etmir.
8. İddiaçı QSC ilə kredit alan – Cavabdeh1 MMC və zaminlər – Qanuni nümayəndə, Cavabdeh3 və X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən ******* (bir milyon) manat məbləğində kredit xətti açılmış, zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti, kredit alanla birlikdə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Bu müqaviləyə əsasən cavabdehə kredit alana vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunur. Müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır; 11.3 və 11.4-cü bəndlərinə əsasən kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxii olmaqla, kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhəliklərini icra etməyi öz öhdəsinə götürür; 11.7ci bəndinə əsasən zamin təsdiq və bəyan edir kl, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsmin artırılması barədə razllaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
9. İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh1 MMC bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1.667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür.
10. İddiaçı QSC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056S**********03 nömrəli qoşulma barədə sazişin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
11. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056S**********01 nömrəli qoşulma barədə sazişin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
12. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056S**********01 nömrəli qoşulma barədə sazişin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
13. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xəbərdarlıq məktubları ünvanlanaraq, cəmi 41746,55 manat borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
14. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 37513,76 manat, faiz borcu 3517,68 manat, cərimə borcu 1147,91 manat olmaqla, ümumilikdə 42179,35 manat təşkil edir.
15. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 37513,76 manat, faiz borcu 5142,52,68 manat, cərimə borcu 2318,35 manat olmaqla, ümumilikdə 44974,63 manat təşkil edir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4336 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056R********** saylı kredit sazişinin şərtlərinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2023-cü il tarixə (pretenziya məktubunun göndərilməsi ilə bağlı) olan əsas borcu 37399,08 manat, faiz borcu üzrə 2846,49 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 37399,08 manat, faiz borcu üzrə 3262,03 manat və xx.xx.2024-cü il tarixə (son maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 37399,08 manat, faiz borcu üzə 6070,32 manat təşkil edir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
21. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan – Cavabdeh1 MMC və zaminlər – Qanuni nümayəndə, Cavabdeh3 və X1 arasında xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən ******* (bir milyon) manat məbləğində kredit xətti açılmış, zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımışdır. İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit razılaşması bağlanmış və həmin müvafiq razılaşma əsasında Cavabdeh1 MMC bankdan 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 1.667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, 056S**********03 nömrəli; Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli, 056S**********01 nömrəli; Cavabdeh4 ilə xx.xx.2022-ci il tarixli, 056S**********01 nömrəli qoşulma barədə sazişlər bağlanmış və həmin sazişlərə əsasən İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********26 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər - Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borcalan və zaminlər) müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
22. İddia tələbinin bir hissəsini cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 37513,76 manat məbləğində krеdit bоrcu, 3517,68 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.
23. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4336 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində isə qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 056R********** kredit razılaşması üzrə 37399,08 manat (otuz yeddi min üç yüz doxsan doqquz manat səkkiz qəpik) əsas borc, 3262,03 manat (üç min iki yüz altmış iki manat üç qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas və faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
24. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktublarının məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq öz əksini tapmışdır. Həmin müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Bundan sonra tərtib edilmiş maliyyə arayışında xx.xx.2024-cü il tarixə olan borc hesablanmış və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət olunsa da, xx.xx.2024-cü il tarixə hesablanan borc məbləğinin cavabdehlərdən tutulması tələb edilmişdir. Ona görə də ekspert rəyi ilə həmin tarixə hesablanan faiz borcunun cavabdehlərdən tutulmalı olması qənaətinə gəlinmişdir.
25. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 1147,91 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 1147,91 manat (min yüz qırx yeddi manat doxsan bir qəpik) məbləğində cərimə məbləği tam şəkildə iddiaçının xeyrinə tutulmalıdır.
28. Eləcə də, iddiaçı 400 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 396,50 manat (üç yüz doxsan altı manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
30. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 99 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 1 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 056R********** kredit razılaşması üzrə 37399,08 manat (otuz yeddi min üç yüz doxsan doqquz manat səkkiz qəpik) əsas borc, 3262,03 manat (üç min iki yüz altmış iki manat üç qəpik) faiz borcu, 1147,91 manat (min yüz qırx yeddi manat doxsan bir qəpik) cərimə, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 396,50 manat (üç yüz doxsan altı manat əlli qəpik) olmaqla, cəmi 42205,52 manat (qırx iki min iki yüz beş manat əlli iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 99 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 1 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova