Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1198/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun və faizlərin ödənilməsində artıq ödənilən 20.173 (iyirmi min yüz yetmiş üç) manat pul "xxxx" ASC-nin ləğvedicisi cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanaması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 ilə 13 dekabr 2014–cü il tarixdə 269/13 saylı kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən “Bağçılığın İnkişafı üçün” illik 6% olmaqla 60 ay müddətinə 150.000 manat kredit verilmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 ilə bağlanmış 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi ilə illik 6% olmaqla 60 ay müddətinə 200.000 manat kredit verilmişdir. Hər iki kredit müqaviləsinə əlavə ilə kreditin faizlərinin və əsas borcun hesablanması, ödənilməsi qaydası və müddəti müəyyən edilmişdir. 13 dekabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 150.000 manat borcun təminatı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfındən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Quba rayonunun Aşağı Xuç kəndində olan 1.8964 ha. torpaq sahəsi, Quba rayonunun Aşağı Xuç kəndində olan RX seriyalı ******* saylı çıxarışa əsasən 6.4128 ha. torpaq sahəsi, Quba rayonunun Aşağı Xuç kəndində olan MA seriyalı ******* saylı çıxarışa əsasən 4.8936 ha. torpaq sahəsi, Quba rayonunun Aşağı Xuç kəndində olan MA seriyalı ******* saylı çıxarışa əsasən 1.0044 ha. torpaq sahəsi, Quba rayonunun Aşağı Xuç kəndində olan RX seriyalı ******* saylı çıxarışa əsasən 8.004759 ha. torpaq sahəsi, Quba rayonunun Aşağı Xuç kəndində olan MA seriyalı ******* saylı çıxarışa əsasən 2.9531 ha torpaq sahəsi 17 dekabr 2013-cü il tarixli ipoteka müqavilələri ilə ipotekaya qoyulmuşdur. 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi ilə 200.000 (iki yüz min) manat kreditin təminatı olaraq mülkiyyət hüququ ilə ona məxsus olan yuxarıda qeyd olunan əmlakları təkrar ipotekaya qoyulmuş və bu barədə 21 iyul 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Aldığı 200.000 manat kreditin təminatı olaraq əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən 2.533266 ha torpaq sahə, MA seriyalı 026147 saylı çıxarışa əsasən Xaçmaz Rayonunun Ağyazibuduq kəndində olan 0.739981 ha torpaq sahə, MA seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz rayonunun Arzu qəsəbəsində 1.094 ha torpaq sahə, MA seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz rayonunun Arzu qəsəbəsində 0.87 ha torpaq sahə, MA seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz rayonunun Arzu qəsəbəsində 0.81 ha torpaq sahə ipoteka müqavilələri ilə ipotekaya qoyulmuşdur. 2017-ci ilin fevral ayınadək götürdüyü kreditin faiz borcları və əsas məbləğini kredit müqavilələrinə əlavə ilə müəyyənləşdirilmiş qrafik əsasında tam ödəmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyun 2016-cı il tarixli qərarına əsasən "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Bank ləğv edildiyi vaxtdan 3 ay müddətində kredit borcunu və hesablanmış faizləri ödəmişdir. Kredit Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti olduğundan ödənilən borc və hesablanmış faizlər Bank tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna ödənilməli idi. Bank tərəfindən Sahibkarlığa Kömək Milli Fondundan kredit vəsaitləri ödənilmədiyindən kreditin vaxtından əvvəl bağlanmasına dair razılıq olmuşdur. Kreditin və hesablanmış faizlərə görə qalıq qalmış borcun 162.600 manatını 14 fevral 2017-ci il tarixdə, 162.594 manat borcu 20 fevral 2017-ci il tarixdə tam ödəmişdir. Kreditə görə və hesablanmış faizlərə görə banka heç bir borc qalmamışdır. Kredit borcuna və hesablanmış faizlərə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv olduqdan sonra ödənilən 20.173 manatı Sahibkarlığa Kömək Milli Fonduna Bank tərəfindən verilmədiyindən həmin məbləğ borc kimi hesablanmışdır. Nəticədə 20.173 manat ondan artıq pul alınmışdır. Bağlanmış ipoteka müqavilələrinin 6.7-ci bəndi ilə razılığ olmuşdur ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə ilə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə üzrə kredit və ona hesablanmış faiz borcu və digər öhdəliklər tam ödənildikdən sonra öz qüvvəsini itirir. Artıq ödənilmiş 20.173 manat pul cavabdeh Azərbaycan Respublikasınən Əmanətlərin Sığortalanması Fondundan tələb edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etdi ki, əgər iddiaçının tələbi doğrudan da əsaslıdırsa, bu zaman həmin tələb fonda qarşı deyil, "xxxx" ASC-yə qarşı irəli sürülməlidir. Belə ki, həmin bankın hüquq və öhdəlikləri varislik qaydasında heç bir digər şəxsə, xüsusilə də Əmanətlərin Sığortalanması Fonduna keçməmişdir və keçə də bilməz. Fond ləğv prosesində olan bankın hər hansı öhdəliklərini öz hesabına (Fondun hesabına) icra edə bilməz. Beləliklə, iddia tələbi ləğv prosesində olan banka qarşı irəli sürülməli, həmin bankın hazırda ləğvi prosesini həyata keçirən məhkəməyə müraciət edilməlidir. Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən banklarda sığorta hadisəsi baş verdiyi dövrdə yalnız qorunan əmanətlər üzrə ödənilməli olan kompensasiya məbləğlərinə aid hissədə məsuliyyət daşıyır. Lakin hazırki iddia tələbinin mənbəyi əmanət müqaviləsi deyil (kompensasiya olunacaq-yəni qorunan əmanət) kredit müqaviləsi üzrə guya artıq ödənilmiş pul vəsaitinin geri ödənilməsi tələbidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq edilərək, iş materiallarında olan: “Bank” "xxxx" ASC, “borcalan” İddiaçı olmaqla imzalanmış 269/13 saylı, 13 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bu müqavilə üzrə Bank Borcalana 60 (altmış) ay müddətinə qaytarmaq şərti ilə, 150 000 (Bir yüz əlli min) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. “ipoteka saxlayan” "xxxx" ASC, “ipoteka qoyan” İddiaçı, “borc alan” İddiaçı olmaqla imzalanmış 21 iyul 2014-cü il tarixli, 183/185/14/2 saylı təkrar ipoteka müqaviləsinə əsasən “ipoteka saxlayan” ilə “borcalan” arasında Bakı şəhərində bağlanmış 14 iyul 2014cü il tarixli, 183/14 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 60 (altmış) ay müddətinə illik 6% olmaqla 50 000 (əlli min) manat kredit verir və ipoteka saxlayan ilə borcalan arasında Bakı şəhərində bağlanmış 8 iyul 2014-cü il tarixli, 185/14 saylı kredit müqaviləsinə əsasən İpoteka saxlayan Borcalana 60 (altmış) ay müddətinə illik 6% olmaqla 150 000 (bir yüz əlli min) manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi **********, Seriya MA 0363360) 17.03.2012-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu, Arzu В qəsəbəsində, 1.094 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz. Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi Ш02013,006866, Qeydiyyat nömrəsi **********, Seriya MA 0239914) 28.07.2011-ci il tarixli Çıxarışa əsasən Xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində, 0.81 ha çoxillik əkmələr məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********26. Qeydiyyat nömrəsi **********, Seriya MA 0320603) 03.12.2011-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində, 0.87 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının’ təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********53, Qeydiyyat nömrəsi **********, Seriya MA 0261947) 03.09.2011-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu, Ağyazibuduq kəndində, 0.739981 ha çoxillik əkmələr məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilir və İpoteka qoyan bunu qəbul edir. İpoteka qoyan İpoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı tikinti-quraşdırma işləri apardığı halda ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur. İpoteka predmetləri tərəflərin razılığı ilə 70.000 (yetmiş min) manat məbləğində qiymətləndirilir. İpoteka qoyulan əmlak(lar) tamamilə İpoteka qoyanın istifadəsində qalır və ipoteka qoyulmuş əmlakın Dövlət qeydiyyatı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən aparılır. Bu müqavilə üzrə ipoteka predmeti yalnız İpoteka saxlayanın yazılı razılığı əsasında yenidən ipoteka qoyula bilər (İpoteka saxlayanın yazılı razılığı olmadan sonrakı ipotekaya yol verilmir). “ipoteka saxlayan” "xxxx" ASC, “ipoteka qoyan” İddiaçı, “borc alan” İddiaçı olmaqla imzalanmış 21 iyul 2014-cü il tarixli, 183/185/14/1 saylı təkrar ipoteka müqaviləsinə əsasən İpoteka saxlayan ilə Borcalan arasında Bakı şəhərində bağlanmış “14” iyul 2014cü il tarixli, 183/14 saylı kredit müqaviləsinə əsasən İpoteka saxlayan Borcalana 60 (altmış) ay müddətinə illik 6% olmaqla 50 000 (əlli min) manat kredit verir və İpoteka saxlayan ilə Borcalan arasında Bakı şəhərində bağlanmış «18» iyul 2014-cü il tarixli, 185/14 saylı kredit müqaviləsinə əsasən İpoteka saxlayan Borcalana 60 (altmış) ay müddətinə illik 6% olmaqla 150 000 (bir yüz əlli min) manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********77, Qeydiyyat nömrəsi **********, Seriya RX 0292476) 03.12.2013-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində, 8.004759 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********42, Qeydiyyat nömrəsi **********, Seriya RX 0292503) 30.11.2013-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində, 1.8964 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********58, Qeydiyyat nömrəsi **********, Seriya RX 0292459) 30.11.2013-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində, 6.4128 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********44, Qeydiyyat nömrəsi **********, Seriya MA 0321189) 29.12.2011-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində, 4.8936 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********44, Qeydiyyat nömrəsi **********, Seriya MA 0321189) 29.12.2011-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində, 4.8936 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********42. Qeydiyyat nömrəsi J**********, Seriya MA 0321200) 29.12.2011-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində, 1.0044 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri j Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********41. Qeydiyyat j nömrəsi **********, Seriya MA 0321188) 29.12.2011-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində, 2.9531 ha əkin məqsədli, kənd təsərrüfatı təyinatlı torpaqlar İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilir və İpoteka qoyan bunu qəbul edir. İpoteka qoyan İpoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı tikinti - quraşdırma işləri apardığı halda ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur. İpoteka predmetləri tərəflərin razılığı ilə 650 000 (altı yüz əlli min) manat məbləğində qiymətləndirilir. İpoteka qoyulan əmlak(lar) tamamilə ipoteka qoyanın istifadəsində qalır və ipoteka qoyulmuş əmlakın Dövlət qeydiyyatı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən aparılır. Bu müqavilə üzrə ipoteka predmeti yalnız ipoteka saxlayının yazılı razılığı əsasında yenidən ipoteka qoyula bilər (İpoteka saxlayanın yazılı razılığı olmadan sonrakı ipotekaya yol verilmir). Sahibkarlığa Kömək Milli Fondu tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadova ünvanlanan 15 fevral 2017-ci il tarixli SKMF-05/01-5/73 saylı məktubda qeyd olunur ki, 2017-ci il 14 fevral tarixinə olan məlumata əsasən "xxxx" ASC vasitəsilə maliyyələşdirilmiş sahibkarlıq subyektləri üzrə İddiaçı üçün ödənilmiş 162.600 (bir yüz altmış iki min altı yüz) manat vəsait Fondun müvafiq xəzinə hesabına daxil olmuşdur. İddiaçı üçün ödənilmiş 162.600 (bir yüz altmış iki min altı yüz) manat vəsaitdən 11.12.2013-cü il tarixli 150.000 (bir yüz əlli min) manat kredit layihəsi üzrə 128.193,59 (bir yüz iyirmi səkkiz min yüz doxsan üç manat, əlli doqquz qəpik) manat əsas kredit borcu, 14.07.2014-cü il tarixli 200.000 (iki yüz min) manat kredit layihəsi üzrə 34.406,41 (otuz dörd min dörd yüz altı manat, qırx bir qəpik) manat əsas kredit borcu üzrə "xxxx" ASC-nin Fond qarşısında olan öhdəliklərinin icrasına yönəldilmişdir. LPO "xxxx" ASC tərəfindən Notariat Kontoruna ünvanlanan 04/K-47 saylı 08 yanvar 2018-ci il tarixli məktubun surətində qeyd olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 6 (altı) faiz hesablanması şərti ilə 60 (altı) ay müddətinə 150 000 (bir yüz əlli min) manat, 14 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 6 (altı) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 50.000 (əlli min) manat, 18 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 6 (altı) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 150 000 (bir yüz əlli min) manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin təminatı olaraq İddiaçı məxsus olan Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 1.8964 ha torpaq sahəsi karış Seriya RX 0292503, qeydiyyat tarixi 30 noyabr 2013-cü il, reyestr nömrəsi-**********, qeydiyyat nömrəsi-**********), Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 4.8936 ha torpaq sahəsi (Çıxarış Seriya MA 0321189, qeydiyyat tarixi 29 dekabr 2011-ci il reyestr nömrəsi-**********44, qeydiyyat nömrəsi-**********), Quba rayonu. Aşağı Xuç idində yerləşən 2.9531 ha torpaq sahəsi (Çıxarış Seriya MA 0321188, qeydiyyat tarixi 29 dekabr 2011-ci il, reyestr nömrəsi-**********41, qeydiyyat nömrəsi-**********), Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 8.004759 ha torpaq sahəsi (Çıxarış Seriya RX 0292476. qeydiyyat tarixi 03 dekabr 2013-cü il, reyestr nömrəsi-**********77, qeydiyyat nömrəsi-**********), Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 1.0044 ha torpaq sahəsi (Çıxarış Seriya MA 0321200, qeydiyyat tarixi 29 dekabr 2011-ci il, reyestr nömrəsi- **********42, qeydiyyat nömrəsi-**********), Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 2.533266 ha torpaq sahəsi (Çıxarış Seriya RX 0369729, qeydiyyat tarixi 17 mart 2014-cü il reyestr nömrəsi- **********, qeydiyyat nömrəsi-**********) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ipoteka müqaviləsi ilə rəsmiləşdirilərək "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərov tərəfindən İddiaçı ünvanlanan 30 avqust 2021-ci il tarixli **********625 saylı məktubda qeyd olunur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 18.07.2014-cü il tarixli **********412690002 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 150000 (bir yüz əlli min) manat, 14.07.2014-cü il tarixli 0**********412690001 saylı kredit müqaviləsinə əsasan 50000 (əlli min) manat, 13.12.2013-cü il tarixli 0**********412690000 saylı kredit müqaviləsinə əsasən 150000 (bir yüz əlli min) manat məbləğində kreditlər verilmişdir. Ləğv prosesində olan bankın arxivində olan ödəniş qəbzlərinə əsasən 15.07.2016-cı il tarixində 1000 (bir min) və 5750 (beş min yeddi yüz əlli) manat, 18.08.2016-cı il tarixində 1000 (bir min) və 5725 (beş min yeddi yüz iyirmi beş) manat, 15.09.2016-cı il tarixində 1000 (bir min) və 5700 (beş min yeddi yüz) manat ödənişlər aparılmışdır. Həmin ödənişlərin 17175 (on yeddi min yüz yetmiş beş) manatı 13.12.2013-cü il tarixli 0**********412690000 saylı kredit müqaviləsi üzrə, 750 (yeddi yüz əlli) manatı 14.07.2014- cü il tarixli 0**********412690001 saylı kredit müqaviləsi üzrə, 2250 (iki min iki yüz əlli) manatı isə 18.07.2014-cü il tarixli 0**********412690002 saylı kredit müqaviləsi üzrə olan borc öhdəliyindən silinmişdir. Əmanətlərin Sığortalanması Fondu kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərov tərəfindən İddiaçı ünvanlanan 14 sentyabr 2021-ci il tarixli **********841 saylı məktubda qeyd olunur ki, LPO "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 13.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 150 000 (bir yüz əlli min) manat, 14.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 000 (əlli min) manat və 18.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 150 000 (bir yüz əlli min) manat məbləğində kreditlər verilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2-ci maddəsinin tələblərinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən: "Banklar haqqında’’Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin "dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 20.173 manat məbləğində ödənişin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ödənilməsini sübuta yetirə bilmədiyindən iddiaçının pul tələbinə iddiası rədd edilməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1198/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1198/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver