Məhkəmə qərarları › İş №e-2-2(113)-12/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-12/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-12/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməs, hərracda satılma) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı xxxx (ASC "xxxx" Bankı) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh1 MMCdən iddiaçı ASC "xxxx" Bankının xeyrinə 2685798,60 (iki milyon altı yüz səksən beş min yeddi yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 169718,39 (yüz altmış doqquz min yeddi yüz on səkkiz dollar otuz doqquz sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 172338,74 (yüz yetmiş iki min üç yüz otuz səkkiz dollar yetmiş dörd sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 3027855,73 (üç milyon iyirmi yeddi min səkkiz yüz əlli beş dollar yetmiş üç sent) ABŞ dolları və xx.xx.2022-ci il tarixindən başlayaraq kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 (yüz səksən) manat məbləğində çəkilmiş xərclərin ASC "xxxx" Bankının xeyrinə tutulması, mərhum X6 mirası cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 0,01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737.9 kv.m ümumi, 377.7 kv.m yardımçı, 360.2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, 103a saylı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), habelə xx.xx.2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 MMC-yə məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (2-ci ipoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına iddia tələblərinin 1-ci bəndində müəyyən olunan məbləğdə Cavabdeh1 MMC-nin xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsi üzrə borcunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə çəkilmiş xərclərin əvəzinin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasının təmin edilməsi, 1-ci ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 3364 (üç min üç yüz altmış dörd) manat məbləğində dövlət rüsumu və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə (bundan sonra “kredit xətti müqaviləsi”) müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 12% (on iki faiz) ödənilməsi şərtilə ******* (iki milyon altı yüz əlli min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixdə borc alanla iddiaçı arasında kredit xətti müqaviləsinə 01 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişlə, iddiaçı və borc alan kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən (on iki faizdən) 11%-ə (on bir faizə) endirilməsi barədə razılığa gəlmişlər. xx.xx.2015-ci il tarixdə iddiaçı və borc alan arasında bağlanmış öhdəliyin valyutasının konvertasiyası barədə əlavə sazişə əsasən isə kredit xətti müqaviləsi üzrə borc alana açılmış kredit xətti üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutası həmin kredit xətti üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilmiş və kredit üzrə əsas borcun ******* (iki milyon dörd yüz otuz iki min dörd yüz otuz) manat məbləğində qalığı 2320356,77 (iki milyon üç yüz iyirmi min üç yüz əlli altı dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Daha sonra isə kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə sazişlə kredit xəttinin limiti 500000 (beş yüz min) ABŞ dolları artırılaraq kreditləşmə müddəti 24 (iyirmi dörd) ay uzadılmış, xx.xx.2016-cı il tarixli, 03 saylı əlavə sazişlə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 11%-dən 10%ə endirilmiş, xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə sazişlə illik faiz dərəcəsi 10%-dən 5%-ə endirilmiş, xx.xx.2018-ci il tarixli, 05 saylı əlavə sazişlə kreditləşmə müddəti 24 (iyirmi dörd) ay uzadılmış və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişlə isə kreditləşmə müddəti 36 (otuz altı) ay uzadılaraq kredit xətti üzrə limit 27902,32 ABŞ dolları məbləğində azaldılmış və kredit xətti üzrə əsas borcun qalıq məbləği həmin tarixə (xx.xx.2020-ci il) 2665798,60 (iki milyon altı yüz altmış beş min yeddi yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Borcalanın kredit xətti müqaviləsi (o cümlədən xx.xx.2014-cü il tarixli, 01 saylı, xx.xx.2015-ci il tarixli öhdəliyin valyutasının konvertasiyası barədə, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı, borc alan və ipoteka qoyan X11 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 0,01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737.9 kv.m ümumi, 377.7 kv.m yardımçı, 360.2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, 103a saylı fərdi yaşayış evinin (bundan sonra “1-ci ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı, xx.xx.2015-ci il tarixli öhdəliyin valyutasının konvertasiyası barədə, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla, bundan sonra “1-ci ipoteka müqaviləsi” adlandırılacaq), iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (bundan sonra “2-ci ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2016-cı il tarixli, 01 saylı, xx.xx.2018-ci il tarixli, 02 saylı, xx.xx.2018-ci il tarixli, 03 saylı və xx.xx.2020-ci il tarixli, 04 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla, bundan sonra “2-ci ipoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Bankın 1-ci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. xx.xx.2014-cü il tarixli, 01 saylı, xx.xx.2015-ci il tarixli, öhdəliyin valyutasının konvertasiyası barədə, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı və xx.xx.2020-ci il tarixli (qeydiyyat nömrəsi: **********) çıxarışlar verilmişdir. Bankın 2-ci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, 077664 saylı çıxarış verilmişdir. xx.xx.2016-cı il tarixli, 01 saylı, xx.xx.2018-ci il tarixli, 02 saylı, xx.xx.2018-ci il tarixli, 03 saylı və xx.xx.2020-ci il, 04 saylı əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2018- ci il tarixli, RX seriyalı, ******* saylı və xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) çıxarışlar verilmişdir. Borcalan Cavabdeh1 MMC kredit xətti müqaviləsi üzrə razılaşdırılmış ödəniş şərtlərinə əməl etməmiş, bank qarşısında götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur. Borcalan tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə iddiaçının kredit xətti müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli qanununun 33cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixinə borc alan Cavabdeh1 MMC-nin kreditor qarşısında ümumi borcu 2855516,99 (iki milyon səkkiz yüz əlli beş min beş yüz on altı dollar doxsan doqquz sent) ABŞ dolları təşkil edir ki, bunun da 2685798,60 (iki milyon altı yüz səksən beş min yeddi yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları vaxtı keçmiş əsas borcdan, 169718,39 (bir yüz altmış doqquz min yeddi yüz on səkkiz dollar otuz doqquz sent) ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə banka kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixinə bu məbləğ 172338,74 (yüz yetmiş ikimin üç yüz otuz səkkiz dollar yetmiş dörd sent) ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən “İpoteka haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq, ipoteka qoyan X6 adına 1-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, BŞ- XO-8.4.2022-022 saylı bildiriş, Cavabdeh1 MMC-yə isə 2-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, BŞ-XO-8.4.2022-003 saylı bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, BŞ-XO-8.4.2022-022 nömrəli və xx.xx.2022ci il tarixli, BŞ-XO-8.4.2022-003 nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, BO-XO-22.4.2022-004 və BO-XO-22.4.2022-003 saylı ərizələr ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin idarə tərəfindən bildirişlərin qeydə alınması barədə müvafiq məktublarla banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borc alan arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Borc alan ilə yuxarıda qeyd olunmuş kredit xətti müqaviləsini bağlamaqla iddiaçı kreditdən istifadəyə görə həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin borc alanın kredit xətti müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində iddiaçının krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq iddiaçı ən azı borc alan Cavabdeh1 MMC tərəfindən həmin kreditin banka faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olur. Kredit xətti müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (xx.xx.2023-cü il) hələ də bitmədiyini və konstitusiya məhkəməsinin bu abzasda qeyd olunmuş hüquqi mövqeyini nəzərə alaraq iddiaçı həmin dövr üçün əldə çıxmış faydanın hesablanmasında kredit xətti müqaviləsində göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, borc alan tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəlik lazımınca icra edilmədiyinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödənilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, bank tərəfindən müvafiq bildiriş göndərilməklə ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Lakin məlum olmuşdur ki, 1-ci ipoteka müqaviləsi üzrə ipoteka qoyan X11 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Qeyd olunanlara əsasən bildirir ki, “Elektron Notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən Cavabdeh3 (mərhumun həyat yoldaşı) 1-ci ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatdadır. Həmçinin mərhum X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqi varisi kimi Cavabdeh3 müəyyən edilmişdir. Bundan başqa yuxarıda qeyd edilən 1ci ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş həmin ipoteka predmetinin olduğu ünvana göndərilmiş və həmin ünvanda mərhumun oğlu Cavabdeh2 tərəfindən poçt qəbzinə imza edilərək qəbul edilmişdir. Bütün bunlar cavabdehlər tərəfindən miras əmlakın öz mülkiyyətində saxlanılması üzrə iradə ifadəsi və mirasın qəbul olunmasının şəksiz nümayiş etdirilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin ümumi əsaslarını müəyyən edən müvafiq maddəsində qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallarda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan da başqa şəxsə keçməsi (Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyətinə keçməsi) halının mümkünlüyü göstərilmişdir. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə təsdiq edir ki, ipoteka predmeti hal-hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mülkiyyətindədir. Hesab edilir ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri tərəflərin qarşılıqlı razılığı ilə seçdikləri ipoteka müqavilələrində qeyd olunmuş ("xxxx" MMC, "xxxx" MMC,"xxxx" MMC) müstəqil qiymətləndiricilərdən birininin rəyinə müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilməlidir. İpoteka predmeti olan mənzil satıldıqdan sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş mənzili 1 aydan gec olmayaraq tərk etməlidirlər. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edilir ki, məhkəmə hazırkı iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi ilə yanaşı, mənzilin satışından sonra həmin mənzildə yaşayan ipoteka qoyanın ailə üzvləri və digər şəxslərin 1 ay ərzində mənzildən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. 1ci ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan şəxslərin dairəsi yuxarıda sadalanmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 178.1, 443.2, 528, 1151, 1243.1, 1243.2, 1243.3, 1255-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34, 36, 39.1, 39.3, 59.3, 59.4,-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, **********76013 nömrəli kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh1 MMC-dən 2685798,60 (iki milyon altı yüz səksən beş min yeddi yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları məbləğində əsas borc, bildirişin göndərildiyi xx.xx.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 95112,87 (doxsan beş min bir yüz on iki dollar səksən yeddi sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1039627,87 (bir milyon otuz doqquz min altı yüz iyirmi yeddi dollar səksən yeddi sent) ABŞ dolları məbləğində penya, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 346542,63 (üç yüz qırx altı min beş yüz qırx iki dollar altmış üç sent) ABŞ dolları məbləğində zərərin əvəzi olmaqla, cəmi 4167081,97 (dörd milyon bir yüz altmış yeddi min səksən bir dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 (yüz səksən) manat məbləğində çəkilmiş xərclərin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, tutmanın mərhum X6 mirası cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 0,01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737.9 kv.m ümumi, 377.7 kv.m yardımçı, 360.2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, 103a saylı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), habelə xx.xx.2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 MMC-yə məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (2-ci ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Cavabdeh1 MMC-nin xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında 2685798,60 (iki milyon altı yüz səksən beş min yeddi yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları məbləğində əsas borc, bildirişin göndərildiyi xx.xx.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 95112,87 (doxsan beş min bir yüz on iki dollar səksən yeddi sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1039627,87 (bir milyon otuz doqquz min altı yüz iyirmi yeddi dollar səksən yeddi sent) ABŞ dolları məbləğində penya, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 346542,63 (üç yüz qırx altı min beş yüz qırx iki dollar altmış üç sent) ABŞ dolları məbləğində zərərin əvəzi olmaqla, cəmi 4167081,97 (dörd milyon bir yüz altmış yeddi min səksən bir dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində borcu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 (yüz səksən) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən tutularaq ASC "xxxx" Bankına ödənilməsi, 1-ci ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4332,02 (dörd min üç yüz otuz iki manat iki qəpik) manat məbləğində dövlət rüsumu və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Əvvəlki məhkəmə iclasında ekspert qismində dəvət edilən X7 qeyd etmişdir ki, əgər sazişdə əsas borc göstərilibsə, hesablama ona görə aparılır. Əvvəlki sazişdə də əsas məbləğ göstərilib və buna görə də hesablama bu qaydada aparılmalıdır. Faiz məbləği müqavilədə və hesabdan çıxarışda göstərilməyibsə, nəzərə alına bilmir. Sazişlərdən də son saziş əsas göstərilibdir. Sonuncu saziş 2020-ci il tarixli sazişdir. Faiz məbləğinin göstərilməməsinin səbəbi də məhz sazişdə qeyd olunmamasıdır.

8. ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borc alana 36 (otuz altı) ay müddətinə, illik 12% ödənilməsi şərtilə, ******* manat məbləğində bərpa olunan kredit xətti aşmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit xətti açılmasının məqsədi: istehsalat sahəsinin genişləndirilməsi və təmir-tikinti işlərinin aparılması üçün. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc alanın müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak obyekti çıxış edir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi barədə məlumat, FİFD-in hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı əlavəsində göstərilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit xətti müqavilənin 3.4.6-cı yarımbəndində göstərilən vəzifə borc alan tərəfindən icra edildikdən sonra 5 gün ərzində bank tərəfindən açılır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin 2.2-ci bəndində nəzərdə tutulan ərizədə göstərilən məbləği bank həmin sifarişin banka təqdim edildiyi gündən 3 iş günü ərzində borc alan üçün bankda açılan AZ07HAJCHCRAZN**********4004 saylı cari hesaba köçürülməsi yolu ilə verir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlər, borc alanın ssuda hesabı üzrə borcunun yarandığı təqvim ayından başlamaqla, hər ayın 30-dan gec olmayaraq, borc alan tərəfindən banka ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndilə müəyyənləşdirilmiş faiz dərəcəsinə 15% əlavə edilməklə 27% dərəcəsi ilə hesablanan penya ödəyir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən müqavilənin 3.4.11-ci yarımbəndinə göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən borc alan banka, həmin öhdəliyin icrasının pozulduğu tarixə mövcud olan əsas borc məbləğinin 0,15% həcmində cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 11%-ə endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişiklik edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilərək bank borcalana 36 ay müddətinə, illik 11% ödənilməsi şərtilə ******* manat məbləğində bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bəndinə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür kimi redaktə edilmişdir. Həmin sazişin 1.4-cü bəndinə əsasən kredit xətti müqaviləsinin 6.2-ci bəndinə dəyişiklik edilərək, borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəməsi kimi redaktə edilmişdir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə xx.xx.2015-ci il tarixli əlavə sazişin 1.1-ci bəndinə əsasən tərəflər bu əlavə sazişlə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit xətti müqaviləsi üzrə borc alana açılmış kredit xətti üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasını həmin kredit xətti üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevirmək barədə razılığa gəldilər. Həmin sazişin 1.3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, əlavə sazişin 1.2-ci bəndində nəzərdə tutulmuş borc alanın kredit xətti üzrə pul öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının əlavə sazişin tarixinə müəyyən etdiyi rəsmi məzənnə üzrə ABŞ dollarına konvertasiya edilməsi nəticəsində kredit xətti üzrə əsas borcun ******* manat məbləğində qalığı 2320356,77 ABŞ dolları məbləğində, kredit xəttinin 217570 manat məbləğində istifadə edilməmiş hissəsi 207545,55 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin sazişin 1.5-ci bəndinə əsasən əlavə sazişin təsir etmədiyi kredit xətti müqaviləsinin digər şərtləri dəyişilməz olaraq öz qüvvəsini saxlayır. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini borc alana kredit xətti müqaviləsinə əsasən bank tərəfindən təqdim edilmiş kredit xətti limitinin 500000 ABŞ dolları artırılaraq 3027902,32 ABŞ dolları məbləğində müəyyən edilməsi, həmin müqavilə üzrə kreditləşmə müddətinin 24 ay, yəni xx.xx.2018-ci il tarixinədək uzadılması, habelə borc alanın bank qarşısında kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında xx.xx.2015-ci il tarixli, **********762013/İM-1 saylı ipoteka müqaviləsinin bağlanması ilə əlaqədar kredit xətti müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 1.1-ci və 1.3-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.1. Bu müqaviləyə əsasən bank borc alana 60 (altmış) ay müddətinə 3027902,32 (üç milyon iyirmi yeddi min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 11% (on bir faiz) ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.”; “1.3. Borc alanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində 23 dekabr 2013-cü il tarixli, **********76013/İM saylı və 01 dekabr 2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri çıxış edir”. Həmin sazişin 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti müqaviləsi üzrə bank qarşısında 2527902,32 (iki milyon beş yüz iyirmi yeddi min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolları məbləğində əsas borcu mövcuddur. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2016cı il tarixli, 03 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən (on bir faizdən) 10%-ə (on faizə) endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətli müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 1.1-ci və 4.3-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.1. Bu müqaviləyə əsasən bank borc alana 60 (altmış) ay müddətinə 3027902,32 (üç milyon iyirmi yeddi min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolların məbləğində, kredit xəttindən istifadəyə görə illik 10% (on faiz) ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.”; “4.3. Bu müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq ayrılmış kreditdən istifadəyə görə borc alan banka illik 25% (iyirmi beş faiz) ödəyir.”. Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2653902,32 (iki milyon altı yüz əlli üç min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2018ci il tarixli, 04 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən (on faizdən) 5%-ə (beş faizə) endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətli müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə əsasən kredit müqaviləsinin 1.1-ci bəndinə aşağıdakı kimi yeni redaksiya verilmişdir: “Bu müqaviləyə əsasən bank borc alana 60 (altmış) ay müddətinə, kredit xəttindən istifadəyə görə illik 5% (beş faiz) ödənilməsi şərtilə, 3027902,32 (üç milyon iyirmi yeddi min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açmağı, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2571245,66 (iki milyon beş yüz yetmiş bir min iki yüz qırx beş dollar altmış altı sent) ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2018ci il tarixli, 05 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 (iyirmi dörd) ay uzadılması barədə tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit xətti müqaviləsinin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Bu müqaviləyə əsasən bank borc alana 84 (səksən dörd) ay müddətinə 3027902,32 (üç milyon iyirmi yeddi min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 5% (beş faiz) ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, habelə ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.” Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2453598,60 (iki milyon dörd yüz əlli üç min beş yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2020ci il tarixli, 06 saylı əlavə sazişinin 1.1-ci bəndinə əsasən sazişin predmetini kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 36 (otuz altı) ay uzadılması, kredit xətti üzrə limitin 27902.32 (iyirmi yeddi min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolları məbləğində azaldılaraq ******* (üç milyon) ABŞ dolları məbləğinə çatdırılması, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi və digər məsələlərlə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit xətti müqaviləsinin 1.1-ci, 2.7-ci, 9.1-ci bəndləri və 3.4.6-cı yarımbəndi aşağıdakı yeni redaksiyada verilmişdir: “1.1. Bu müqaviləyə əsasən bank borc alana 120 (yüz iyirmi) ay müddətinə ******* (üç milyon) ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 5% (beş faiz) ödənilməsi şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilmiş məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, habelə ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.”; “2.7. Kredit xətli üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlər borc alanın ssuda hesabı üzrə borcunun yarandığı təqvim ayından başlamaqla, hər ayın 23-dən gec olmayaraq borc alan tərəfindən banka ödənilir.”; “3.4.6. Kreditin verilməsi üçün müqavilənin 9.1-ci bəndində istinad edilən normativ xarakterli aktla və bankın daxili qaydaları ilə müəyyən olunan sənədləri banka təqdim etmək, ona kreditin verilibverilməməsi məsələsinin təhlili üçün bank tərəfindən "Azərbaycan Kredit Bürosu” MMC-yə (bundan sonra "AKB” adlandırılacaq) edilən sorğulara və kreditin rəsnıiləşdirilməsinə görə xidmət haqlarını banka ödəmək”; “9.1. Kredit banklarda kreditlərin verilməsi qaydalarını tənzimləyən Azərbaycan Respublikasının normativ xarakterli aktları ilə və həmin aktlar əsasında hazırlanmış bankdaxili qaydalarla müəyyən olunan sənədlər banka təqdim olunduqdan sonra verilir.”. Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması tarixinə borc alanın kredit xətti üzrə əsas borcunun qalıq məbləği 2665798,60 (iki milyon altı yüz altmış beş miıı yeddi yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan X11 və borc alan Cavabdeh1 MMC arasında xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 23 dekabr 2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşnmaz Əmlakın Dövlöət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestirndən xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 0.01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737,9 kv.m ümumi, 377,7 kv.m yardımçı, 360,2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, 103 a saylı fərdi yaşayış evidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka qoyan təsdiq edir ki, müqavilənin bağlanması anına ipoteka predmeti onun müstəsna mülkiyyətindədir, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyil. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən "xxxx" konsaltinq şirkətinin xx.xx.2013-cü il tarixli, 132537 XB saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid dəyəri isə ******* manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yönəldilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit xətti müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit xətti müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdə hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirlir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsinə xx.xx.2014cü il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixli, **********76013 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş bağlanmaqla kredit xətti üzrə illik faiz dərəcəsinin 12%-dən 11%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks edilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsinə kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə xx.xx.2015-ci il tarixli əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixindı bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə sazişlə edilmiş dəyişiklikləri redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə xx.xx.2015-ci il tarixli əlavə saziş bağlanması və həmin əlavə sazişlə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit xətti müqaqviləsi üzrə borc alana açılmış kredit xətti üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit xətti üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsinə xx.xx.2015ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş və xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə saziş bağlanmaqla həmin müqaqvilə üzrə kredit limitinin 500000 ABŞ dolları artırılaraq 3027902,32 ABŞ dolları məbləğində müəyyən edilməsi, habelə qeyd edilən kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay, yəni 23 dekabr 2018-ci il tarixinədək uzadılması ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsinə xx.xx.2016cı il tarixli, 03 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2016cı il tarixli, 03 saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən 10%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsinə xx.xx.2018ci il tarixli, 04 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı və xx.xx.2016-cı il tarixli, 03 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən 5%-ə endirilməsi ilə əlaqədar edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsinə xx.xx.2018ci il tarixli, 05 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı və xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2018-ci il tarixli, 05 saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaqviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılması (84 ay qeyd edilməsi) ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi, habelə tərəflərin qarşılıqlı razılaşmasına əsasən "xxxx" konsaltinq qiymətləndirmə şirkəti tərəfindən sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən əmlakın yenidən qiymətləndirilməsi (bazar və likvid dəyərinin yenidən müəyyən olunması) ilə əlaqədar olaraq ipoteka müqaviləsinə dəyişiklikləin edilməsi təşkil edir. Sazişə əsasən "xxxx" MMC konsaltinq qiymətləndirmə şirkətinin xx.xx.2018-ci il tarixli, 180332 XB saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid qiyməti isə ******* manat məbləğində müəyyən edilmişdir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

23. xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsinə xx.xx.2020ci il tarixli, 06 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı və xx.xx.2018-ci il tarixli, 05 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2020ci il tarixli, 06 saylı əlavə saziş bağlamaqla kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 36 ay uzadılması (120 ay qeyd edilməsi), kredit xəttinin limitinin 27902,32 ABŞ dolları məbləğində azaldılaraq ******* ABŞ dolları məbləğinə çatdırılması, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi, tərəflərin qarşılıqlı razılaşmasına əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən ipoteka predmeti qismində çıxış edən əmlakın yenidən qiymətləndirilməsi (bazar qiyməti və likvid dəyərinin yenidən müəyyən olunması), “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1439-VQD saylı qanununun qüvvəyə minməsi nəzərə alınmaqla ipoteka müqaviləsinin həmin qanuna uyğunlaşdırılması, həmçinin tərəflərin həmin dəyişiklikdən irəli gələn qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar olaraq ipoteka müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixlli, **********76013/İM-1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 23 dekabr 2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestirndən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka qoyan təsdiq edir ki, müqavilənin bağlanması anına ipoteka predmeti onun müstəsna mülkiyyətindədir, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyil. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən "xxxx" konsaltinq şirkətinin xx.xx.2015-ci il tarixli, 151328 XB saylı ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid dəyəri isə ******* manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yönəldilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən qanunvericilikdə, kredit xətti müqaviləsi və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən 1 ay ərzində ipoteka qoyan kredit xətti müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirir və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlayır. Bildirişi aldığı tarixdən keçən 1 ay ərzində ipoteka qoyan yuxarıda göstərilən hərəkətlərdə hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq eidlmişdir.

25. xx.xx.2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2016cı il tarixli, 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli “kredit xətti üzrə öhdəliyin valyutasının konvertiyası barədə” əlavə saziş və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə sazişlə edilmiş dəyişiklikləri redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2016-cı il tarixli, 03 saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən 10%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. xx.xx.2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2018ci il tarixli, 02 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı və xx.xx.2016-cı il tarixli, 03 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən 15%-ə endirilməsi ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzasə və möhürü ilə təsdiq edilmişdir.

27. xx.xx.2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2018ci il tarixli, 03 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı və xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında; bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2018-ci il tarixli, 05 saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılması (ümumilikdə 84 ay qeyd edilməsi) ilə bağlı dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. xx.xx.2015-ci il tarixli, **********76013/İM-1 saylı ipoteka müqaviləsinə xx.xx.2020ci il tarixli, 04 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən sazişin predmetini ipoteka saxlayan və borc alan arasında xx.xx.2013-cü il tarixində bağlanmış **********76013 saylı kredit xətti müqaviləsinə (müqaviləyə xx.xx.2014-cü il tarixli, 01 saylı, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci tarixli, 04 saylı və xx.xx.2018ci il tarixli, 05 saylı əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında, bundan sonra birlikdə “kredit xətti müqaviləsi” adlandırılacaq) xx.xx.2020-ci il tarixi, 06 saylı əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin əlavə 36 ay uzadılması (yəni ümumi 120 ay), kredit xəttinin limitinin 27902,32 ABŞ dolları məbləğində azaldılaraq ******* ABŞ dolları məbləğinə çatdırılması, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi, tərəflərin qarşılıqlı razılaşmasına əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən ipoteka predmeti qismində çıxış edən əmlakın yenidən qiymətləndirilməsi (bazar qiyməti və likvid dəyərinin yenidən müəyyən olunması), “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1439-VQD saylı qanununun qüvvəyə minməsi nəzərə alınmaqla ipoteka müqaviləsinin həmin qanuna uyğunlaşdırılması, həmçinin tərəflərin həmin dəyişiklikdən irəli gələn qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar olaraq ipoteka müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

29. ASC "xxxx" Bank tərəfindən tərtib və təsdiq edilmiş faizlərin hesablanması cədvəlinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə 1389634,97 ABŞ dolları faiz borcundan 1219916,58 ABŞ dolları ödəniş edilmiş, 169718,39 ABŞ dolları faiz borcu qalmışdır.

30. ASC "xxxx" Bank tərəfindən tərtib və təsdiq edilmiş cərimələrin hesablanması cədvəlinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə 172338,74 ABŞ dolları cərimə borcu hesablanmışdır.

31. ASC "xxxx" Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit razılaşması üzrə xx.xx.2022ci il tarixinə yaranmış vaxtı keçmiş borc 2685798,6 ABŞ dolları, faiz borcu 169718,39 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 172338,74 ABŞ dolları olmaqla, ümumilikdə borc 3027855,73 ABŞ dolları təşkil edir.

32. ASC "xxxx" Bankı tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 MMC-nin xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit müqaqviləsi üzrə ASC "xxxx" Bankı qarşısında xx.xx.2024-cü il tarixinə olan vaxtı keçmiş borcu 2685798,6 ABŞ dolları, faiz borcu 95112,87 ABŞ dolları, cərimə borcu 1039627,87 ABŞ dolları, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 346542,63 ABŞ dolları olmaqla, ümumilikdə 4167081,97 ABŞ dolları təşkil edir.

33. ASC "xxxx" Bankı tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2013-xx.xx.2022-ci illər dövrü üçün çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixə gecikdirilmiş borc 2685798,6 ABŞ dolları təşkil edir.

34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası **********76013 saylı kredit xətti müqaviləsi üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2015).

35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.142087 ha torpaq sahəsi **********76013 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli konvertasiya sazişi və xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2016).

36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.142087 ha torpaq sahəsi **********76013 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli konvertasiya sazişi və xx.xx.2015-ci il tarixli, 02 saylı və xx.xx.2016-cı il tarixli, 03 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2016).

37. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası **********76013 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli konvertasiya sazişi, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı və xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2018).

38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası **********76013 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli konvertasiya sazişi, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı və xx.xx.2018-ci il tarixli əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2018).

39. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın məzmunundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası **********76013 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli konvertasiya sazişi, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 05 saylı, xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2020).

40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın məzmunundan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, 103a saylı fərdi yaşayış evi **********76013 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli konvertasiya sazişi, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə saziş, xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə saziş üzrə ASC "xxxx" Bankının xeyrinə yüklüdür (qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2020).

41. xx.xx.2021-ci il tarixli, 229774 saylı ölüm haqqında şəhadətnamənin məzmunundan müəyyən olunur ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

42. Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh2 tərəfindən ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X4 ona çatası miras payını rəsmi və faktiki olaraq qəbul etməmiş, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağına dair üzərinə öhdəlik götürmüşdür.

43. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1342/2022 saylı qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi X18, təqsirləndirilən şəxsin hüquqi varisi X5 və müdafiəçisi Vəkil1 tərəfindən birgə verilmiş, maraqlarına toxunan şəxs Cavabdeh2 və onun vəkili Vəkil2 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının həmin kassasiya şikayətlərinə münasibətdə əmlakların xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 saylı bağ sahəsi xüsusi müsadirə edilmiş əmlaklar siyahısından çıxarılması və üzərlərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Maraqlarına toxunan şəxs Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə və vəkili X8 tərəfindən birgə verilmiş və "xxxx" ASC-nin İdarə Heyətinin sədri X12 və vəkili X10 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı maraqlarına toxunan şəxs "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 103a saylı ev və ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi müsadirə edilməsi hissəsində ləğv edilməsi və cinayət işinin həmin hissədə baxılması üçün yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilməmişdir.

44. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-288/2023 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313 maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 103a saylı ev və ünvan 5 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilmədən, apellyasiya şikayətlərinin həmin hissədə təmin edilmədən saxlanılması qərara alınmışdır.

45. Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-13/2024 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)-288/2023 saylı qərarından mərhum X6 müdafiəçisi X13, V.Cavabdeh2 hüquqi varisi X2 müdafiəçisi Vəkil1, maraqlarına toxunan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, maraqlarına toxunan şəxs Cavabdeh2 və onun nümayəndəsi Vəkil2 birgə verdikləri, maraqlarına toxunan şəxs Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə və vəkili X9 birgə verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)-288/2023 saylı qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

46. ASC "xxxx" Bankı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair göndərilən bildirişlər məhkəməyə təqdim edilmişdir.

47. ASC "xxxx" Bankı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə məhkəməyə təqdim edilmişdir.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1575 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq (eləcə də, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişlər də nəzərə alınmaqla) Cavabdeh1 MMC-nin iddiaçı ASC "xxxx" Bankına xx.xx.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 170608,49 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilir.

49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5156 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq (eləcə də, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişlər də nəzərə alınmaqla) Cavabdeh1 MMC-nin iddiaçı ASC "xxxx" Bankına xx.xx.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 101046,76 ABŞ dolları faiz borcu, xx.xx.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 170608,49 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilir.

50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10458 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq (eləcə də, xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə saziş, xx.xx.2015-ci il tarixli kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə əlavə saziş, xx.xx.2015-ci il tarixli, 02 saylı, xx.xx.2016-cı il tarixli, 03 saylı, xx.xx.2018-ci il tarixli, 04 saylı, xx.xx.2018-ci il tarixli, 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişlər də nəzərə alınmaqla) Cavabdeh1 MMC-nin iddiaçı ASC "xxxx" Bankına xx.xx.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 96210,91 ABŞ dolları faiz borcu, xx.xx.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 170608,49 ABŞ dolları faiz borcu, xx.xx.2024-cü il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 441787,65 ABŞ dolları faiz borcu olduğu müəyyən edilir.

51. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, LP-045/2023 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri ******* manat, bazar dəyəri ******* manat təşkil edir.

52. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, LP-046/2023 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, 103A saylı fərdi yaşayış evinin likvid dəyəri ******* manat, bazar dəyəri ******* manat təşkil edir. Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmənin mövqeyi

57. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə əsasən bank borc alana 36 (otuz altı) ay müddətinə, illik 12% ödənilməsi şərtilə, ******* manat məbləğində bərpa olunan kredit xətti açmağı, borc alan isə kredit xəttindən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavə sazişə əsasən kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 11%-ə endirilmişdir; xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə kredit xətti üzrə öhdəliyin valyutasının konvertasiyası barədə xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kredit xətti müqaviləsi üzrə borc alana açılmış kredit xətti üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasını həmin kredit xətti üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasında çevirmək barədə razılığa gəlmişdirlər; xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2015-ci il tarixli, 02 saylı əlavə sazişinə əsasən borc alana kredit xətti müqaviləsinə əsasən bank tərəfindən təqdim edilmiş kredit xətti limitinin 500000 ABŞ dolları artırılaraq 3027902,32 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin müqavilə üzrə kreditləşmə müddətinin 24 ay, yəni xx.xx.2018-ci il tarixinədək uzadılmış, habelə borc alanın bank qarşısında kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında xx.xx.2015-ci il tarixli, **********762013/İM-1 saylı ipoteka müqaviləsinin bağlanması ilə əlaqədar kredit xətti müqaviləsinə dəyişikliklər edilmişdir; xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2016-cı il tarixli, 03 saylı əlavə sazişinə əsasən kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 11%-dən (on bir faizdən) 10%-ə (on faizə) endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlmişdirlər; xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2018-ci il tarixli, 04 saylı əlavə sazişə əsasən kredit xətti müqaviləsi üzrə kredit xəttindən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 10%-dən (on faizdən) 5%-ə (beş faizə) endirilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlmişdirlər; xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2018-ci il tarixli, 05 saylı əlavə sazişinə əsasən kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin 24 (iyirmi dörd) ay uzadılması barədə tərəflər qarşılıqlı razılığa gəlmişdirlər; xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli, 06 saylı əlavə sazişinə əsasən kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti əlavə 36 (otuz altı) ay uzadılmış, kredit xətti üzrə limitin 27902,32 (iyirmi yeddi min doqquz yüz iki dollar otuz iki sent) ABŞ dolları məbləğində azaldılaraq ******* (üç milyon) ABŞ dolları məbləğinə çatdırılmış, kredit xətti üzrə hesablaşma qaydasının dəyişdirilməsi və digər məsələlərlə əlaqədar olaraq kredit xətti müqaviləsinə dəyişikliklər edilmişdir. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan X11 və borc alan Cavabdeh1 MMC arasında xx.xx.2013-cü il tarixli, **********76013/İM saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X11 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 0.01453 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 737,9 kv.m ümumi, 377,7 kv.m yardımçı, 360,2 kv.m yaşayış sahəsindən ibarət, 2 mərtəbəli, 10 otaqlı, 103 a saylı fərdi yaşayış evi ASC "xxxx" Bankı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə 6 əlavə sazişdə nəzərdə tutulmuş əlavə və dəyişikliklər müvafiq olaraq ipoteka müqaviləsində də qeyd edilmişdir. İpoteka saxlayan ASC "xxxx" Bank, ipoteka qoyan Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixlli, **********76013/İM-1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında mülkiyyətində olan 0,142087 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1137.7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit xətti müqaviləsinə 6 əlavə sazişdə nəzərdə tutulmuş əlavə və dəyişikliklər müvafiq olaraq ipoteka müqaviləsində də qeyd edilmişdir.

58. İddia tələbinin bir hissəsini xx.xx.2013-cü il tarixli, **********76013 nömrəli kredit xətti müqaviləsi cavabdehlər Cavabdeh1 MMC-dən 2685798,60 ABŞ dolları məbləğində əsas borc, bildirişin göndərildiyi xx.xx.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 95112,87 ABŞ dolları məbləğində adi faiz borcunun tutulması təşkil edir.

59. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun) və faiz borcunun tutulması hissəsində isə tam (tələbə uyğun) təmin edilməli, Cavabdeh1 MMC-dən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2678312,69 ABŞ dolları (iki milyon altı yüz yetmiş səkkiz min üç yüz on iki dollar altmış doqquz sent) əsas borc, 95112,87 ABŞ dolları (doxsan beş min yüz on iki dollar səksən yeddi sent) faiz bоrcu (tələbə uyğun) iddiaçının xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10458 saylı ekspert rəyində Cavabdeh1 MMC-nin iddiaçı ASC "xxxx" Bankına xx.xx.2022-ci il tarixə 2678312,69 ABŞ dolları əsas borc, 96210,91 ABŞ dolları faiz borcunun olduğu qeyd edilmişdir.

60. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2022-ci il tarixli, BŞ-XO-8.4.2022-002 saylı bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 MMC-dən 95112,88 ABŞ dolları hesablanmış faiz borcunun ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdə bildirişlər cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən həmin tarixdən etibarən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında xx.xx.2022-ci il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı müvafiq sual qoyulmuş və həmin tarixə faiz borcunun 96210,91 ABŞ dolları təşkil etdiyi rəydə göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in tələblərini nəzərə alaraq, faiz borcunu iddia tələbinə uyğun təmin edilməsini qamumvericiliyə uyğun hesab etmişdir.

61. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh1 MMC-dən xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1039627,87 ABŞ dolları məbləğində penyanın tutulması təşkil edir.

62. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən penyanın ödənilməsini tələb etməkdə haqlıdır. ASC "xxxx" Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********76013 saylı kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Cavabdeh1 MMC əsas borcun tam məbləğinin və müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndilə müəyyənləşdirilmiş faiz dərəcəsinə 15% əlavə edilməklə 27% dərəcəsi ilə hesablanan penya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

63. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən penyanın ödənilməsini tələb etməkə haqlıdır. Məhkəmə tərəflərin əsaslı mənafelərini, penyanın əsas borca olan nisbətini nəzərə alaraq hesab edir ki, cavabdehdən tələb edilən penyanın məbləği azaldılaraq 110000 (yüz on min) ABŞ dolları məbləğində müəyyən edilməli, penyanın məbləği ilə əlaqədar iddia tələbi qalan hissədə təmin edilməməlidir.

64. İddia tələbinin digər hissəsini xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 346542,63 ABŞ dolları borcun tutulması təşkil edir.

65. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia təmin olunmalı və cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas borc məbləğinə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 346542,63 ABŞ dolları (üç yüz qırx altı min beş yüz qırx iki dollar altmış üç sent) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

66. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

67. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

68. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-288/2023 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsində yerləşən 103a saylı ev və ünvan 5 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissədə dəyişdirilmədən, apellyasiya şikayətləri həmin hissədə təmin edilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-13/2024 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)-288/2023 saylı qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

69. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetləri olan yuxarıda qeyd olunan əmlaklar məhkəmə qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edildiyindən iddia həmin hissədə və ipoteka predmeti ilə bağlı olan digər hissələrdə (hərracda satılma, əmlakın boşaldılması və s.) təmin edilməməlidir.

70. Eləcə də, iddiaçı məhkəmədə iddia ərizəsinin verilməsinə görə 4332,02 (dörd min üç yüz otuz iki manat iki qəpik) manat məbləğində dövlət rüsumu və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmasının xahiş etmişdir.

71. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 3357,81 manat (üç min üç yüz əlli yeddi manat səksən bir qəpik) məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq ASC "xxxx" Bankı-yə ödənilməlidir.

72. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 232,50 manat hissəsi Cavabdeh1ndən, 67,50 manat hissəsi isə xxxxndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit müqaviləsi üzrə 2678312,69 ABŞ dolları (iki milyon altı yüz yetmiş səkkiz min üç yüz on iki dollar altmış doqquz sent) əsas borc, 95112,87 ABŞ dolları (doxsan beş min yüz on iki dollar səksən yeddi sent) faiz borcu, 110000 (yüz on min) ABŞ dolları penya, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 346542,63 ABŞ dolları (üç yüz qırx altı min beş yüz qırx iki dollar altmış üç sent) olmaqla, cəmi 3229968,19 ABŞ dolları (üç milyon iki yüz iyirmi doqquz min doqquz yüz altmış səkkiz dollar on doqquz sent) pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 3357,81 manat (üç min üç yüz əlli yeddi manat səksən bir qəpik) xxxxnın xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pulun 232,50 manat hissəsi Cavabdeh1ndən, 67,50 manat hissəsi isə xxxxndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar