Məhkəmə qərarları › İş №e-2-2(113)-1201/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1201/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1201/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “mənzilin ipoteka yüklülüyündən azad edilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 447/M saylı bütün ödənişlərin və 448/M saylı kredit müqaviləsi üzrə (xx.xx.2021-ci il tarixində 1820 manat ödəniş və xx.xx.2021-ci il tarixində 8700 manat ödəniş);16 aprel 2021-ci il tarixli öhdəlik müqaviləsi üzrə həyata keçirilmiş bütün ödənişlərin və xx.xx.2020-ci il tarixli 732/M saylı ödənişlərin (xx.xx.2022-ci il tarixində 155820 ABŞ dolları, 27 iyul 2022-ci il tarixində 56000 ABŞ dolları) nəzərə alınması; borc məbləğlərinin ödənilmiş hesab edilərək İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi; xx.xx.2020-ci il tarixli, 447-1/M saylı Sonrakı İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilən Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzilin, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin və xx.xx.2021ci il tarixli, 447/M saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilən ünvan 2 ünvanında yerləşən 11 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, e-2-2(113)-1201/2024 saylı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmənin ilk hazırlıq iclasında tərəflər iştirak etsə də, cavabdeh tərəfin vəsatəti üzrə tərəflər arasında danışıqların aparılması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, lakin xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında tərəflər iştirak etməmiş, tərəflərin məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, tərəflər yenidən məhkəmə iclasına gəlməmişlər, lakin cavabdeh tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı ilə danışıqlar aparıldığını bildirmiş və məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. İddiaçı isə məhkəmə iclasında iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Tərəflər xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “mənzilin ipoteka yüklülüyündən azad edilməsi və s.” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 916074446 nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı (nümayəndəsi və vəkili Vəkil) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar