Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1203/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 60.000 (altmış min) manat pulun, hüquqi yardımla bağlı vəkilə ödənilən 500 (beş yüz) manatın və mediasiya sessiyasında iştirak etmək üçün ödənilən 400 (dörd yüz) manatın və Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xeyli vaxtdır ki, tanıdığını, yaxşı münasibətləri olduğunu, 2018-ci ilin ortalarında Cavabdeh2 onun ofisinə gələrək uzun illərdir ki, məşğul olduğu ət məhsullarının alveri ilə bağlı ortaqlıq təklif etdiyini, onun təklifi ilə 2 dəfə xaricdən ölkəyə ət məhsulları idxal edib sataraq, şifahi razılığa uyğun olaraq ortaqlıqla bağlı ona çatacaq pulları ona verdiyini, 2018-ci ilin avqust-sentyabr aylarında Cavabdeh2 ona zəng edib Naxçıvanda olduğunu, daha böyük həcmdə iş görmək istədiyini, ticarətini genişləndirmək üçün böyük maliyyə vəsaiti verəcəyini bildirdiyini, həmin ərəfədə kiçik həcmlərdə ət məhsulları idxal edib, satmaqda davam etdiyini, ticarət ortaqlığı barədə şifahi razılığa gəldiklərini qeyd etmişdir. Həmin razılığa əsasən malların ölkəyə gətizdirilməsi üçün maliyyə vəsaitini o, təşkil etməli, malların ölkəyə gətizdirilməsini və satışını isə iddiaçı təşkil etməli idi. Əldə ediləcək xalis gəlirin 35%-i iddiaçıya, 15 faizi Cavabdeh2, qalan 50 faizi isə onun adını bildirmək istəmədiyi maliyyə dəstəyi verən tanışına çatmalı idi. Ziyan olacağı halda da eyni qaydada faizlər üzrə ziyanı qarşılamalı idilər. Cavabdeh2 ticarət üçün təqdim etdiyi maliyyə vəsaiti onun təsisçisi və direktoru olduğu İddiaçı MMC-nin “Əmrahbank” bankındakı hesabına daxil edilməklə İddiaçı MMC ilə xarici şirkətlər arasında bağlanmış müqavilələr üzrə köçürülmüşdür. Bütün bu proseslər Cavabdeh2 razılığı və birbaşa iştirakı ilə olmuşdur. 2018-ci ilin təxminən noyabr ayından etibarən Cavabdeh2 xahişi ilə Cavabdeh1 MMC tərəfindən ölkəyə ət gətirilməsində həmin cəmiyyətə köməklik göstərmişdir. Moldova, Ukrayna və Hindistanda ət məhsullarının satışı ilə məşğul olan partnyor şirkətlərin təqdim etdikləri ət məhsulları, onların qiyməti, ölkəyə gətirilmə xərcləri barədə Cavabdeh1 MMC-nin faktiki rəhbərinə Cavabdeh2 vasitəsilə məlumat verdikdən sonra müvafiq müqavilələr hazırlanmış, müqavilələri Cavabdeh1 MMCnin sənəd üzərində direktoru olan Qanuni nümayəndə imzalayıb, cəmiyyətin möhürü ilə təsdiq etdikdən sonra, xaricdəki şirkətlər tərəfindən təqdim olunmuş sənədlər əsasında Cavabdeh1 MMC-nin bank hesabından həmin müəssisələrin bank hesablarına pullar köçürülmüş və sifariş edilmiş məbləğlərdə və çəkilərdə mallar ölkəyə gətirilmişdir. Gətirilmiş ət məhsullarının çox hissəsi tərəfindən ölkədə olan yerli şirkətlərə və restoranlara satılmış, əldə olunan vəsaitlərin bir hissəsi köçürmə qaydasında, qalan hissəsi isə Cavabdeh2 vasitəçiliyi ilə nağd qaydada Cavabdeh1 MMC-nin faktiki sahiblərinə göndərilmişdir. Həmin ərəfədə 2021-ci ilin avqust ayının 12-də Cavabdeh1 MMC ilə aralarında bağlanmış borc müqaviləsinə əsasən həmin şirkətə 60.000 manat borc pul vermişdir. Borc pullar onun rəhbərlik etdiyi "xxxx" MMC-nin hesabından Cavabdeh1 MMC-nin bank hesabına ödənilmişdir. Bir il ərzində qaytarılması nəzərdə tutlan 60.000 (altmış min) manat pul vəsaitini An İnvestment” MMC bu günə kimi qaytarmamışdır. Bundan əlavə, Fəaliyyət göstərdiyi müddət ərzində Cavabdeh2 161100 manat və 81400 ABŞ dolları (138380 AZN) pul vəsaitini ondan nağd qaydada almış, 87767 manat dəyərində ət məhsullarını Cavabdeh2 tapşırığı əsasında onun tərəfindən göndərilmiş adamlar, 1468 manat dəyərində ət məhsullarını isə Cavabdeh2 özü şəxsən anbardan götürmüşdür. Bundan əlavə Cavabdeh2 göstərişi əsasında İddiaçı MMC-nin hesabından onun tanışı Qanuni nümayəndə direktoru olduğu Cavabdeh1 MMC-dən heç bir mal almadığı halda həqiqətə uyğun olmayan e-qaimələr yazdırıb, eləcə də, 60000 manat borc müqaviləsi əsasında həmin cəmiyyətə 243163 manat pul ödəniş etmişdir. Nəticədə İddiaçı MMC-nin Cavabdeh2la ortaqlıq əsasında işlətdiyi dövrdə qazancından heç bir məbləğdə mənfəət götürmədiyi halda xeyli miqdarda vergiyə, DSMF-ə, işçilərə borcları yaranmışdır. Bundan əlavə Cavabdeh2 normal fəaliyyətinə maneəçilik törətdiyi üçün külli miqdarda qazancımdan da məhrum olmuşam. Bununla da ona 175.000 manat ziyan dəymişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İddiaçı və digər cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı və digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia iki, yəni 1) Cavabdeh1ndən 60.000 (altmış min) manat pulun tutulması; 2) Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutulması hissələrdən ibarətdir.
11. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı tərəf borc müqaviləsi əsasında 60.000 manat məbləğində pulun Cavabdeh1nə verildiyini, yazılı müqavilənin tərtib edilərək, imzalanması üçün cavabdehə göndərildiyini, lakin müqavilənin imzalanıb geri qaytarılmadığını, müqavilənin əslinin cavabdehdə olduğunu bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi məhkəməyə izahatında Maqsud adlı şəxs vasitəsi ilə iddiaçının direktoru olan X1 ilə tanış olduğunu, aralarında ət məhsullarının satışı ilə bağlı iş birliyinin olduğunu bildirmiş, bundan başqa, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmənin sualına cavab olaraq 60.000 manat ilə bağlı borc müqaviləsinin rəsmiləşdirildiyini, həmin pulu qaytarmadığını, iddiaçının da, ona 47.411 ABŞ dolları məbləğində borcunun olduğu və onun borcu ödənildikdən sonra 60.000 manat məbləğində borcunu geri qaytaracağını qeyd edərək iddiaçıya 60.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
13. İş materiallarına əlavə olunmuş, xx.xx.2020-xx.xx.2020 dövrü əhatə edən İddiaçınə məxsus hesab üzrə çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 60.000 məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
15. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsinə əsasən iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcuddur və Cavabdeh1 də, 60.000 manat məbləğində borc aldığını, pulu qaytarmadığını və qeyd edilmiş pulun qarşı tərəfin ona olan borcunu qaytaracağı halda, qaytaracağını bildirmişdir.
17. Belə olan halda, məhkəmə hesab edir ki, 60.000 manat məbləğində pul Cavabdeh1ndən tutularaq iddiaçıya ödənməlidir.
18. Məhkəmə iddianın ikinci hissəsi, Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
19. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf cavabdehlə pul vəsaiti qoyan şəxsin malın satış qaydasını müəyyən etməsi barədə razılığa gəldiklərini, Cavabdeh2 təklifi əsasında malların satılmadığını, bazarda tələbin artırılacağının gözlənildiyini, lakin tələbin artırılmadığını, malları daha aşağı qiymətə satmaq məcburiyyətində qaldıqlarını, nəticədə iddiaçının ziyana uğradığını, vurulmuş ziyanın anbar icarəsinin və malların saxlanma xərcindən, işçilərin əmək haqqlarının və vergi borclarının iddiaçı tərəfindən ödənilməsindən ibarətdir.
20. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək iddiaçının heç bir ziyana məruz qalmadığını, bütün ət məhsullarının satıldığını, Ukraynada ət məhsulu almaq üçün pul vəsaitinin iddiaçıya onun tərəfindən verildiyini, ona borcunun olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
21. Məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).
22. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).
23. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.
24. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından dəymiş ziyanın nədən ibarət olduğu iddiaçı tərəfindən sübut edilməmişdir.
25. Ona görə də, iddia dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutulması hissəsində təmin edilə bilməz.
26. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 400 manat məbləğində pul Bakı 13 saylı mediasiya təşkilatına ödənmişdir.
27. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh1ndən tutularaq iddiçıya verilməlidir.
28. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul da Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilməlidir.
29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 60.000 (altmış min) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov