Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1203/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası barədə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, İddiaçı Əliməməd qızı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001/060721/1543/ŞG saylı daşınmaz əmlakın icarə müqaviləsinə xitam verilməsi, 265.000 manat məbləğində ödənilməmiş icarə haqqının, vəkilin göstərdiyi hüquqi yardıma görə 1000 (bir min) manat, 555 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001/060721/1543/ŞG saylı daşınmaz əmlakın icarə müqaviləsinə əsasən İddiaçı özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 3.000 kv.m olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və 600 kv.m olan torpaq sahəsindən ibarət daşınmaz əmlakı cavabdeh "xxxx" MMC-nin istifadəsinə vermiş və cavabdeh bunun müqabilində icarəyəverənə həmin müqavilənin 2.1-ci bəndi ilə müəyyən edilmiş qaydada icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndi ilə müəyyən edilən qaydaya görə aylıq icarə haqqı 2022-ci ilin aprel ayından etibarən 25.000 manat nəzərdə tutulmuşdur. Müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqının hər ay üçün ayın 5-dək ödənilməsi razılaşdırılmışdır. Lakin müqavilənin bağlanmasından ötən müddət ərzində cavabdeh tərəfindən müqaviə şərtləri və öhdəlikləri mütəmadi olaraq pozulmuş, icarə haqqının ödənişində demək olar ki, hər ay müxtəlif bəhanələrlə süni əngəllər yaradılmış, aylıq icarə haqları bir dəfə də olsun vaxtında ödənilməmiş, aylıq icarə haqları hər dəfə qismən aydan-aya borc saxlanılaraq hissə-hissə ödənilmişdir. Bütün bunların nəticəsində hazırda İcarəçinin İcarəyə verənə xx.xx.2024-cü il tarixə cəmi190.000 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Belə ki, icarəçi tərəfindən icarə haqqı aprel 2022-ci ildən oktyabr 2023-cü ilədək olan 19 aylıq müddət üçün hər ay 5.000 manat, noyabr 2023-cü il üçün 20.000 manat kəsirlə ödənilmiş, son 3 ayın (dekabr 2023, yanvar 2024, fevral 2024) icarə haqları isə ümumiyyətlə ödənilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə icarəçiyə rəsmi bildiriş-xəbərdarlıq göndərilmiş və icarəçi tərəfindən müqavilə öhdəliklərinin davamlı kobud pozuntusu hallarına görə, xx.xx.2021-ci il tarixli 001/060721/1543/ŞG saylı daşınmaz əmlakın icarə müqaviləsinin xx.xx.2024-cü il tarixindən etibarən ləğv edilməklə, müqavilə üzrə tərəflər arasında yaranmış bütün hüquq münasibətlərinə birtərəfli qaydada xitam verilməsi bəyan edilmişdir. Eyni zamanda bildirişdə icarə haqqı borcu ödənilməsi, icarə verilən əmlakın təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə xx.xx.2024-cü il tarixinədək qarşılıq təhvil-təslim aktı əsasında geri qaytarılması xahiş edilmişdir. Lakin İcarəçi "xxxx" MMC nəinki borcunu ödəmiş, hətta iddiaçıicarəyə verənə obyekti geri qaytarmamış və icarə haqqı ödəmədən növbəti aylarda istifadə etmişdir.
3. Cavabdeh MMC İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı dəymiş maddi ziyanın ödənilməsi üçün 2.932.000 manat və ödənilmiş 2.261 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC cavabdeh İddiaçı ilə 01 avqust 2021-ci il tarixdə 10 il müddətinə ünvan 1 ünvanda yerləşən 3.000 kv.m olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və 600 kv.m olan torpaq sahəsini icarəyə götürmüşdür və restoran kimi fəaliyyət göstərirdi. 18 may 2024-cü ildə icarəyəverən X2 icarəyə verdiyi ünvana gəlmiş və orada işləyən "xxxx" MMC-nin əməkdaşlarını müştərilərin qarşısında təhqir edərək qovalamışdır. 18 may 2024-cü il tarixdən qeyd edilən restoran fəaliyyət göstərmir. Buna səbəb cavabdehin Cavabdeh MMC-nin əməkdaşlarını ora buraxmamasıdır. Cavabdehin bu cür hərəkəti işgüzar nüfuza xələl gətirmiş, maddi ziyan görmüşdür. Belə ki, uzun müddət həmin restoran yüksək səviyyədə təmir edilmiş, təmir edilmiş restorana müştəri cəlb edilməsi reklam çarxları və digər işlər görülmüşdür. Dəymiş ziyanın hesablanması ilə bağlı qiymətləndirici şirkətə müraciət edilmiş və mübahisəli qeyri-yaşayış sahəsinə 2 932 000 manat dəyərində təmir işləri görülmüşdür.
5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(009)-1861/2024 saylı qərardadı ilə, iddiaçı Cavabdeh MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair e-2(009)- 1861/2024 saylı mülki iş iddiaçı X1- "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair e-2(011)-5512/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-5512/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “daşınmaz əmlakın icarə müqaviləsinə xitam verilməsi, ödənilməmiş icarə haqlarının alınması” tələbinə və iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
7. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, İddiaçı nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh MMC məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin və Cavabdeh MMC-nin iddiası rədd olunmalıdır.
13. Məhkəmə ilk növbədə İddiaçı iddiasına münasibət bildirilməsini zəruri hesab edir.
14. İddiaçı iddiasında cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001/060721/1543/ŞG saylı daşınmaz əmlakın icarə müqaviləsinə xitam verilməsi, 265.000 manat məbləğində ödənilməmiş icarə haqqının ödənilməsini xahiş etmişdir.
15. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı (icarəyəverən) ilə "xxxx" MMC (icarəçi) arasında xx.xx.2021-ci il tarixli 001/060721/1543/ŞG saylı daşınmaz əmlakın icarə müqaviləsi bağlanmışdır.
16. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənə məxsus olan ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli bina ümumi sahəsi 600 kv.metr torpaq sahəsi olan daşınmaz əmlakı icarəçinin istifadəsinə verir, icarəçi isə bunun müqabilində bu müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür.
17. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəverən bu müqaviləyə icarəçi tərəfindən müqavilənin şərtlərinin kobud şəkildə pozulduğu və bu müqavilədə nəzərdə tutulmuş digər hallrda xəbərdarlıq müddətini bir ay əvvəl bildirməklə birtərəfli qaydada xitam verə bilər.
18. 001/060721/1543/ŞG nömrəli daşınmaz əmlakın icarə müqaviləsinə xx.xx.2023cü il tarixli 1 saylı Əlavə razılaşma ilə icarə haqqı icarə obyektinin aylıq istifadəsi üçün 15.000 Azərbaycan manatı məbləğində müəyyən edilmişdir.
19. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Bibiheybət Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Sərəncamı ilə Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi 50 ünvanında Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X1 adına sənədləşdirilmişdir.
21. Məhkəmə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
22. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə cavabdehə xx.xx.2024-cü il tarixinə olan 190.000 manat məbləğində icarə haqqı borcunun ödənilməsi və xx.xx.2024-cü il tarixinədək icarə obyektinin geri qaytarılması barədə bildiriş göndərilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
24. Məhkəmə həmçinin qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh MMC icarə sahəsindən xx.xx.2024-cü il tarixdən çıxmışdır.
25. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
26. Məhkəmə İddiaçı iddiasının icarə haqqı borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. İddianın qeyd edilən hissəsi ilə bağlı iddiaçı tərəf xx.xx.2024-cü ilin fevral ayınadək 190.000 manat borcun qaldığını, xx.xx.2024-cü ildə icarə sahəsindən çıxdığını və son 3 ayın 75.000 manat borcunun, cəmi 265.000 manat borcun olduğunu bildirir.
28. Cavabdeh MMC məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.
29. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia icarə haqqı borcunun tələb edilməsi hissəsində əsaslıdır və 265.000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
30. Məhkəmə iddianın 1.000 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. İddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı Femida Vəkil Bürosunun vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixli order verilmişdir.
32. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı “İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Femida Vəkil Bürosunun hesabına 1.000 manat məbləğində ödəniş edilmişdir
33. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
34. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 555 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 555 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
36. Məhkəmə "xxxx" MMC-nin iddiası ilə bağlı aşağıdakıları qeyd edir.
37. Tərəflər arasında bağlanmış müqavilənin 5.6-cı bəndinə əsasən əgər bu müqaviləyə vaxtından əvvəl icarəçi tərəfindən heç bir əsas olmadan xitam verilərsə, icarəyəverənin yazılı razılığı ilə icarə obyektində icarəçi tərəfindən yerləşdirilən, aparılması (ayrılması) mümkün olmayan yaxşılaşdırmalar, bu müqaviləyə istənilən əsasla xitam verildiyi halda, əvəzi ödənilmədən icarəçiyə geri qaytarılmır.
38. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən bu müqaviləyə vaxtından əvvəl icarəyəverən tərəfindən əsaslı səbəb olmadan xitam verilərsə, icarəçinin yazılı razılığı ilə icarə obyektində icarəçi tərəfindən yerləşdirilən, aparılması (ayrılması) mümkün olmayan yaxşılaşdırmalar, icarəçi tərəfindən maksimal şəkildə icarə obyektinə zərər verilmədən aparılır və ya əvəzi icarəyəverən tərəfindən icarəçi ilə razılaşdırılmış məbləğdə icarəçiyə ödənilir.
39. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş icarəyəverən tərəf Cavabdeh MMCnin orada onların konseptinə uyğun gəlməyən müəyyən kosmetik işlərin edildiyini və onun tərəfindən edilmiş müəyyən təmirin onların marağının olmadığı bildirmişdir.
40. Bu xüsusda Məhkəmə qeyd edir ki, göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinin səbəbi məhz icarəçinin icarə haqqı borcunun ödənilməməsi olmuşdur, yəni, icarə müqaviləsi məhz icarəçinin təqsiri üzündən baş vermişdir.
41. Ona görə də, Məhkəmə hesab edir ki, edilmiş yaxşılaşdırma işlərinə icarəyəverənin marağı olmadığından və icarə müqaviləsinin ləğvinin məhz icarəçinin icarə haqqı borcunun ödənilməməsi səbəbindən olduğundan "xxxx" MMC-nin iddiası təmin edilə bilməz.
VI. Nəticə:
42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
X1 iddiası təmin edilsin. xx.xx.2021-ci il tarixli 001/060721/1543/ŞG nörməli daşınmaz əmlakın icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2021-ci il tarixli 001/060721/1543/ŞG nömrəli müqaviləyə əsasən icarə haqqı borcu üzrə 265.000 (iki yüz altmış beş min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 555 (beş yüz əlli beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdeh iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov