Məhkəmə qərarları › İş №e-2-2(113)-1204/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1204/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1204/2022 22.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gənclərin İntellektual X1rşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gənclərin İntellektual X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 7995,68 manat (yeddi min doqquz yüz doxsan beş manat altmış səkkiz qəpik) məbləğində ödənilməmiş icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 11 aprel 2022-ci il tarixli barışıq sazişindən görünür ki: Bu Barışıq sazişi (bundan sonra "Saziş" adlandırılacaq) nizamnamə əsasında fəaliyyət göstərən direktoru X3 şəxsində təmsil edilən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZİ065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 40 olan İddiaçı (VÖEN: **********) (bundan sonra "İddiaçı" adlandırılacaq) və nizamnamə əsasında fəaliyyət göstərən direktoru X5 şəxsində təmsil edilən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZİ 149, Bakı şəhəri, olan "X2 Yardım" İctimai Birliyi (VÖEN: **********) (bundan sonra "Cavabdeh" adlandırılacaq) (bundan sonra bu Sazişdə İddiaçı və Cavabdeh birlikdə "Tərəflər", ayrılıqda isə "Tərəf" adlandırılacaqlar) aralarında 11 aprel 2022-ci il tarixdə Bakı şəhərində aşağıdakılara dair bağlanılmışdır: Nəzərə alaraq ki: a) İddiaçı ilə Cavabdeh arasmda 01.08.2019-cu il tarixli icarə müqaviləsi (bundan sonra "Müqavilə") bağlanılmış və bu Müqaviləyə əsasən İddiaçı Cavabdehə ünvan 3 ünvanında yerləşən ""nın 2-ci mərtəbəsində yerləşən 133 kv.m. sahəni ofis təyinatı ilə icarəyə vermişdir. b) Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş etmədiyindən İddiaçı "müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borc" tələbinə dair iddia ərizəsi ilə (bundan sonra "İddia ərizəsi") Bakı Kommersiya Məhkəməsinə (bundan sonra "Məhkəmə") müraciət etmişdir. c) Hal-hazırda iddiaçının cavabdehə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borc tələbinə dair e-2-2(113)-1204/2022 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. e) Tərəflər yaranmış mübahisənin məhkəmədənkənar həll etmək məqsədilə aralarında razılığa gələrək barışıq etmək niyyətindədilər. Tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh 2023-cü ilin iyun ayınadək (15 ay müddətinə) iddiaçıya 14727 (on dörd min yeddi yüz iyirmi yeddi) manat məbləğində ödənilməmiş icarə haqqını aşağıdakı cədvəldə göstərilmiş şəkildə hər növbəti təqvim ayının 1-i olmaqla ödəməyi öhdəsinə götürür:

№ Müddət Məbləğ (ay ilə) (manatla)

1. Aprel 2022-ci il 1000

2. May 2022-ci il 1000

3. İyun 2022-ci il 1000

4. İyul 2022-ci il 1000

5. Avqust 2022-ci il 1000

6. Sentyabr 2022-ci il 1000

7. Oktyabr 2022-ci il 1000

8. Noyabr 2022-ci il 1000

9. Dekabr 2022-ci il 1000

10. Yanvar 2023-cü il 1000

11. Fevral 2023-cü il 1000

12. Mart 2023-cü il 1000

13. Aprel 2023-cü il 1000

14. May 2023-cü il 1000

15. İyun 2023-cü il 727

2. İddiaçı müqaviləyə bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən imtina edir.

3. Tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.

4. Bu saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür. Bu Sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalnız bu sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.

5. Tərəflər razılaşır ki, bu sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar.

6. Bu sazişə hər hansı əlavə və ya dəyişiklik yalnız hər iki tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.

7. Bu saziş tərəflərlə imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Gənclərin İntellektual X1rşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:

1. Cavabdeh 2023-cü ilin iyun ayınadək (15 ay müddətinə) iddiaçıya 14727 (on dörd min yeddi yüz iyirmi yeddi) manat məbləğində ödənilməmiş icarə haqqını aşağıdakı cədvəldə göstərilmiş şəkildə hər növbəti təqvim ayının 1-i olmaqla ödəməyi öhdəsinə götürür:

№ Müddət Məbləğ (ay ilə) (manatla)

1. Aprel 2022-ci il 1000

2. May 2022-ci il 1000

3. İyun 2022-ci il 1000

4. İyul 2022-ci il 1000

5. Avqust 2022-ci il 1000

6. Sentyabr 2022-ci il 1000

7. Oktyabr 2022-ci il 1000

8. Noyabr 2022-ci il 1000

9. Dekabr 2022-ci il 1000

10. Yanvar 2023-cü il 1000

11. Fevral 2023-cü il 1000

12. Mart 2023-cü il 1000

13. Aprel 2023-cü il 1000

14. May 2023-cü il 1000

15. İyun 2023-cü il 727

2. İddiaçı müqaviləyə bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən imtina edir.

3. Tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.

4. Bu saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür. Bu Sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalnız bu sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.

5. Tərəflər razılaşır ki, bu sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar.

6. Bu sazişə hər hansı əlavə və ya dəyişiklik yalnız hər iki tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.

7. Bu saziş tərəflərlə imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar