Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1208/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə kommerisya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Mənzil Tikinti Kooperativi (İddiaçı MTK) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 112327,92 (bir yüz on iki min üç yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat məbləğində əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, abonent kodu 04/53-104 olan, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı Mənzil Tikinti Kooperativinin barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AKT NİQ 000124 saylı aktın etibarsız hesab edilməsi, iddiaçının abonent hesabına işlənmiş, qanunsuz tələb edilən 112327,92 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixində cavabdeh kooperativin adına qeydiyyata alınmış 9211384M1544973 saylı sayğaca baxış keçirərək sayğacın yandığını bildirmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixində həmin sayğacın yerinə yeni sayğac quraşdırılmış və xx xxxx 2020-ci il tarixində kooperativə 112327,92 (bir yüz on iki min üç yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat məbləğində borc hesablamışdır. Həmçinin həmin borcun ödənilməsi üçün son müddət xx xxxx 2020-ci il üçün təyin edilərək, hesablanmış məbləğin ödənilmədiyi təqdirdə kooperativin elektrik enerjisi ilə təchizatının kəsiləcəyi bildirilmişdir. Qeyd edilən sayğac transformatorun içərisində yerləşir və transformatorun qapısı daima bağlı olmaqla, açarı cavabdehin əməkdaşlarında olur. Yalnız ayda bir dəfə cavabdehin əməkdaşları həmin qapını açaraq sayğacın göstəricilərini götürür və sayğaca baxış keçirirlər. Bundan sonra isə cavabdehin göndərdiyi faktura əsasında ödəniş edilir. İddiaçı heç bir halda həmin sayğacı görmür və onunla heç bir təması olmur. Cavabdeh isə qeyd edilən halların heç birinə əhəmiyyət vermədən və heç bir əsas olmadan kooperativə 112327,92 (bir yüz on iki min üç yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat məbləğində borc hesablamışdır. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən yazılı müraciət edilsə də, həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Göstərilən aktlar tərtib edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu və bu sahədə olan digər qanunvericilik aktlarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunan akt və həmin akt əsasında hesablanmış borc qanunsuzdur və akt etibarsız sayılmalı, heç bir əsas olmadan iddiaçıya qeyri-qanuni şəkildə artıq hesablanmış borc silinməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi üzrə mübahisələdirilən akt real hərəkətləri təsdiq edir. Cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəlləünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektdən sərfiyyat götürülərkən müəyyən olunmuşdur ki, baxış tablosunda “HATA” yazılmış, daha sonra isə müəyyən olunmuşdur ki, sayğaca 100V gərginlik gəlmiş, amma ekran işıqlanmamış, sayğacın daxili sxemində qısa qapanma olmuşdur. Sayğac yenisi ilə əvəz edilmişdir. Ona görə dəymiş itirilmiş sərfiyyata görə “xxxx” ASC tərəfindən İddiaçı MTK–ya 112327,92 manat borc hesablanmışdır. Qeyd olunan akt əsasında hesablanmış məbləğlər itirilmiş elektrik enerjisinin dəyərinin qaytarılması üçün düzgün hesablanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Cavabdeh ASC-də texniki nəzarət idarəsində mühəndis vəzifəsində işləyir. Hər ay mütəmadi olaraq abonentə məxsus sayğacdan göstəriciləri götürmək üçün binanın transformatorun yerləşdiyi ərazisinə komendantın və ya elektrikin iştirakı ilə daxil olurdum. Transformatorun yerləşdiyi əraziyə daxil olmaq üçün açardan istifadə edirdik, açar ya komendantda, ya da binanın elektrik işlərini yerinə yetirən şəxsdə olurdu. Əvvəlki aylarda sərfiyyatı götürən zaman sayğac işləmişdir. Sonuncu dəfə baxış tablosunda “HATA” yazılmışdır. Sayğac laboratoriyada rəy verilmək üçün göndərilmişdir. Sayğac obyektin daxilində yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, abonentin ünvanına baxış keçirilməsi üçün ünvana gəlmişik. Baxış komendantın iştirakı ilə həyata keçirilmişdir. Transformator MTK-nın balansındadır, açar onların özündədir. Həmin ünvanda iki sayğac var idi. İki dəfə olmuşuq orada. Birinci dəfə impuls zəif idi, axan yük qeydə alınmırdı, baxış tablosunda “HATA” yazılmışdı. İkinci dəfə sayğacda aşkar olunmuş nöqsanların müəyyən edilməsi üçün laboratoriyada müayinə edilməsi üçün sayğacı götürməyə gəldikdə əraziyə buraxılmamışıq. Sayğacın üzərində cızıqlar və möhürlərində zədələr var idi. Daha sonra komendantın iştirakı ilə baxış keçirilən zaman artıq daxili yaddaş blokuna müdaxilə edilərək yandırılmışdı. Qısaqapanma olmuşdu, bu da kənar müdaxilə nəticəsində ola bilərdi. Aktdan sonra MTK-nın sərfiyyatı 3 dəfə artıb, bu da enerji itkisini təsdiq edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xx xxxx 2020-ci il tarixli, NİQ seriyalı 000124 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəlləünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın impuls qeydiyyatı olduğu halda sayğacın proqram təminatı pozulmuşdur. Baxış tablosunda “HATA” yazılmışdır. - xx xxxx 2020-ci il tarixli, 198924 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə X2 aktına əsasən sayğaca baxış keçiridi. Sayğaca 100V gərginlik gəlir, amma ekran işıqlanmır. Sayğac yenisi ilə əvəz edildi. Çıxan sayğac torbaya qoyularaq möhürləndi və abonentə deyildi ki, xx.xx.2020-ci il tarixdə saat 10:00-da test təmir anbarında aparılacaq rəyin verilməsində iştirak etsin. Hal-hazırda sistemin normal olması qeyd olunmuşdur. - xx.xx.2020-ci il tarixli ********* nömrəli Hesab ödəniş vərəqindən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı MTK –ya 112327,92 manat borc hesablanmış və həmin borcun ödənilmə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. - xx.xx.2010-cu il tarixli 009425 nömrəli aktdan görünür ki, əsas enerji mənbəyindən iki kabel xətti sonluğundan kabel xətti daxil olmaqla İddiaçı MTK-nın öz balansındadır. - İddiaçı MTK tərəfindən cavabdeh “xxxx” ASC-yə pretenziya məktubu ilə müraciət edilərək, borcun silinməsi xahiş olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin olunmalı, aktla bağlı hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəlləünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın inpuls qeydiyyatı olduğu halda sayğacın proqram təminatı pozulmuş, baxış tablosunda “HATA” yazılmışdır. Müəyyən olunmuşdur ki, sayğaca 100V gərginlik gəlmiş, amma ekran işıqlanmamışdır. Sayğacın daxili sxemində qısa qapanma olmuş və yanma baş vermişdir. Sayğac yenisi ilə əvəz edilmişdir. “xxxx” ASC tərəfindən İddiaçı MTK–ya 112327,92 manat borc hesablanmışdır. Eyni zamanda müəyyən olunur ki, əsas enerji mənbəyindən iki kabel xətti sonluğundan kabel xətti daxil olmaqla, İddiaçı MTK-nın öz balansındadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə iddiaçıya məxsus elektrik enerjisi sayğacının daxili yaddaş blokunun müdaxilə olunaraq qısaqapanma nəticəsində yandığının məhkəmə iclasında tətbiq edilmiş sübutlarla təsdiq edildiyini, eləcə də sayğacın cərəyan transformatorlarının iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin daxilində quraşdırıldığını nəzərə alaraq hesab edir ki, hazırkı halda dəymiş zərərə görə məsuliyyəti abonent daşımalıdır. Məhkəmə hesablanmış əlavə sərfiyyatın məbləğinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi əlavə sərfiyyat 12 aylıq müddət üçün hesablanmışdır. Lakin gəlinən nəticəyə əsasən ASC ona dəymiş zərərin həqiqətən də 12 aylıq müddət üçün hesablanmalı olduğunu sübuta yetirə bilməmişdir. Digər tərəfdən isə sayğac göstəricilərinin götürülməsi məqsədilə sayğaca “xxxx” ASC-nin əməkdaşları tərəfindən əvvəlki aylar baxış keçirildiyini və əgər saygacda qüsurlar olmuşdusa, bunun aşkar olunmamasına görə cavabdehin məsuliyyət daşımalı olduğunu nəzərə alaraq, hesablamanın 12 aylıq müddət üçün aparılmasını məhkəmə əsaslı saymır və hesab edir ki, hesablama 1 ayı əhatə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dəymiş zərərə görə hesablanmış borc məbləği 9360,66 manat (112327,92:12=9360,66) məbləğində müəyyən edilməli, akt əsasında hesablanmış borc məbləğinin qalan 102967,26 (112327,92 - 9360,66=102967,26) hissəsi silinməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MTK-ya (abonent kodu 04/53- 104) xx.xx.2020-ci il tarixli, 000124 saylı akt əsasında hesablanmış borcun 102967,26 manat (bir yüz iki min doqquz yüz altmış yeddi manat iyirmi altı qəpik) hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1208/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1208/2020
15.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver