Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-121/2023 14.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı Kredit müqaviləsi üzrə kreditə görə 116955,24 manat, müqavilənin icra müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci ol tarixinə faiz borcuna görə 5159,56 manat, müqavilə müddəti bitəndən sonra əsas borca illik iki qat, yəni 34 faizlə hesablanmış faiz borcuna görə 92952,54 manat, əldən çıxmış fayda kimi əsas borca illik 5%-lə xx.xx.2021ci ildən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış faiz borcuna görə 13906,8 manat, cərimə borcuna görə 522,62 manat, cəmi 229496,76 manat, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR Publik hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun, xidmət haqqının, mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində, cəmi 587 manat pulun tutulması, Tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı Kredit müqaviləsi üzrə cəmi 229496,76 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 587 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borcun SP.CORP MMC-dən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə cavabdeh SP.CORP MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı Kredit müqaviləsinə əsasən illik 17 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 200000 AZN manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1., 2.2. və 2.3. maddələri). xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı Kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin, yəni ödəniş qrafikinin şərtlərinə görə Cavabdeh2 MMC kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 MMC öhdəliklərinin icra edilməsindən yayınmışdır. 07 iyul 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli, NSBK191 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 116955,24 manat, faiz borcuna görə 44318,08 manat, dəbbə borcuna görə 522,62 manat, borcun cəmi məbləği 161795,94 manat təşkiledir. xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimitam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı İpoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 36-cı maddəsinin imperativ tələblərinə riayət olunaraq iddiaçı bank tərəfindən ipoteka qoyan cavabdehə müvafiq bilidirişlə müraciət etmişdir və ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldiməsi barədə bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq reyestr orqanına müraciət olunmuşdur və bildiriş həmin orqanda qeydə alınmışdır. X2 Qanunun tələblərinə və Kommersiya mübahisələri barədə MPM-nin tələblərinə riayət edərək ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş və bu barədə Banka arayış da verilmişdir. Bank tərəfindən mediasiya xərci olan 400 manat da tam ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli, NSBK- 191 saylı Kredit müqaviləsi üzrə kreditə görə 116955,24 manat, faiz borcuna görə 44318,08 manat, dəbbə borcuna görə 522,62 manat, cəmi 161795,94 manat pul, 400 manat ödənilmiş mediasiya xərci, iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 52 manat ödənilmiş dövlət rüsumu, ipotekaya tutmanın yönəldilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumu və xidmət haqqı tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti boşaldılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli NSBK-191 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 17% olmaqla 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli NSBK-191 saylı kredit müqaviləsindən görünür ki, xx.xx.2019cu il tarixli NSBK-191 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklərin təminatı olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilir. xx.xx.2022-ci il tarixli RB-02/PK-4781 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli NSBK-191 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 116955,24 manat, faiz borcu üzrə 44318,08 manat, cərimə borcu 522,62 manat, cəmi 161795,94 manat məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli 9/7410 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, xx.xx.2029-cu il tarixli NSBK-191 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 125455,24 manat əsas borc, faiz borcu üzrə 4796,43 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 116955,24 manat, faiz borcu üzrə 4796,43 manat, 5%-lə faiz borcu üzrə 9432,44 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 10/4337-9/4531 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyriyaşayış sahəsinin bazar dəyəri təqribən 367900 manat, likvid dəyəri isə təqribən 331000 manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki İddiaçı ASC 52 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki İddiaçı ASC 67,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 120 manat xidmət haqqı ödənilib. xx.xx.2022-ci il tarixli MŞB/9-00090 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC 400 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsi üzrə əsas borc 116955,24 manat (ekspert rəyinə əsasən), 4796,43 manat (ekspert rəyinə əsasən) məbləğində faiz borcu, illik 5%-lə hesablanmış 13906,80 manat (6028,56 (xx.xx.2022-ci il tarixədək - ekspert rəyi) + 7878,24 (xx.xx.2022-ci il tarixədən – xx.xx.2023-cü il tarixədək)) məbləğində pulun, həmçinin ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat məbləğində rüsum, 400 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutulması hissəsində tələb qeyd edilən həcmdə təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 341,53 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə bitəndən sonra əsas borca illik iki qat, yəni 34 faizlə hesablanmış faiz borcuna görə 92952,54 manat hissəsində tələb əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsi üzrə əsas borc 116955,24 manat, 4796,43 manat məbləğində faiz borcu, 341,53 manat cərimə, illik 5%-lə hesablanmış 13906,80 manat, cəmi 136000 manat məbləğində borc, həmçinin ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat məbləğində rüsum, 400 manat mediasiya xərci, dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma ilkin satış qiyməti 331000 manat olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsinə yönəldildilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 borcu ödənilməlidir. Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc Cavabdeh2 MMC-dən tutulmalıdır. İddia müqavilə bitəndən sonra əsas borca illik iki qat, yəni 34 faizlə hesablanmış faiz borcuna görə 92952,54 manat tələbi hissəsində rədd olunmalıdır. İddia tələbinin 59,35%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 200 manat ekspertiza xərcinin 118,70 manatı Cavabdeh2 MMC-dən, 81,30 manatı isə İddiaçı ASC-dən-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli, NSBK-191 saylı kredit müqaviləsi üzrə əsas borc 116955,24 manat, 4796,43 manat məbləğində faiz borcu, 341,53 manat cərimə, illik 5%-lə hesablanmış 13906,80 manat, cəmi 136000 manat məbləğində borc, həmçinin ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat məbləğində rüsum, 400 manat mediasiya xərci, dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ilkin satış qiyməti 331000 manat olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163,5 m2 olan qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılsın, satışdan əldə olunan vəsaitin hesabına borc ödənilsin və daşınmaz əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc Cavabdeh2 MMC-dən ümumi qaydada tutulsun. İddia müqavilə bitəndən sonra əsas borca illik iki qat, yəni 34 faizlə hesablanmış faiz borcuna görə 92952,54 manat tələbi hissəsində rədd olunsun. Ekspertiza xərcinin 118,70 manatı Cavabdeh2 MMC-dən, 81,30 manatı isə İddiaçı ASC-dən-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-121/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-121/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver