Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1210/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı cavabdehin xx xxxxxx 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 300000.00 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 19863.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 651.37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 300000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin xx xxxxxx 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 300000.00 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 19863.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 651.37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 300000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, işin məhkəmə aidiyyatı üzrə Cavabdeh rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxx 2021-ci il tarixli e-2-2(113)-1210/2021 saylı qərardadı ilə Cavabdeh açıq səhmdar cəmiyyətinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh açıq səhmdar cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2-2(113)-1210/2021 saylı qərardadının ləğv edilməsini və işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Cavabdeh rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1210/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadını qeyri-qanuni və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Belə ki, Cavabdeh açıq səhmdar cəmiyyətinin hüquqi ünvanı AZ 1071 Bakı şəhəri, Cavabdeh rayonu, Qızıldaş qəsəbəsidir. Cavabdeh rayonu da inzibati ərazi vahidi kimi Cavabdeh Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir. Buna görə də qeyd edilən işə Cavabdeh Rayon Məhkəməsində baxılmalıdır. Sonda cavabdeh şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Cavabdehin hüquqi şəxs olması və mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsi halı mövcud olduğuna görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin təmin edilməməsinə dair məhkəmənin qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 32.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilməsin. Şikayət 7 gün müddətində işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1210/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1210/2021
12.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver