Məhkəmə qərarları › İş №e-2-2(113)-1211/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1211/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1211/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 26.40 manat 12 ədəd boşqab (21 sm), ümumi dəyəri 72 manat 6 ədəd şəkilli boşqab, ümumi dəyəri 33.60 manat 12 ədəd boşqab (25 sm), ümumi dəyəri 14.40 manat 12 ədəd qaşıq, ümumi dəyəri 14.40 manat 12 ədəd çəngəl, ümumi dəyəri 24 manat 12 ədəd bıçaq, ümumi dəyəri 26 manat 2 ədəd bulud boşqab (30 sm), ümumi dəyəri 48 manat 4 ədəd bulud boşqab (12D-906 sm), ümumi dəyəri 40 manat 4 ədəd bulud boşqab (10D-906 sm), ümumi dəyəri 80 manat 10 ədəd boşqab (10D-906 sm), ümumi dəyəri 60 manat 5 ədəd boşqab (10D-906 sm), ümumi dəyəri 50 manat 5 ədəd boşqab (NPV-6W-613), ümumi dəyəri 150 manat 15 ədəd boşqab (43x84), ümumi dəyəri 30 manat 2 ədəd çaxıraçan, ümumi dəyəri 30 manat 5 ədəd boşqab (12x44x25x01 sm), ümumi dəyəri 30 manat 30 ədəd sousqabı, ümumi dəyəri 80 manat 20 ədəd çörəkqabı, ümumi dəyəri 162 manat 54 ədəd boşqab (25 sm), ümumi dəyəri 135 manat 54 ədəd boşqab (23 sm), ümumi dəyəri 45 manat 15 ədəd güldan, ümumi dəyəri 56 manat 8 qutu stəkan (böyük, balaca; 42- 439), ümumi dəyəri 28 manat 2 qutu visqi stəkanı, ümumi dəyəri 16 manat 1 qutu vaktel bakalı (403), ümumi dəyəri 40 manat 2 qutu şampan bakalı (44-688), ümumi dəyəri 75 manat 15 ədəd zeytun qabı ümumi dəyəri 135 manat 30 ədəd çaşqa, ümumi dəyəri 160 manat 10 ədəd şlyapa sezar qabı, ümumi dəyəri 54 manat 54 ədəd çəngəl-qaşıq, ümumi dəyəri 54 manat 54 ədəd qaşıq, ümumi dəyəri 97.2 manat 54 ədəd bıçaq, ümumi dəyəri 120.96 manat 54 ədəd qaşıq, ümumi dəyəri 86.40 manat 54 ədəd bıçaq-desert, ümumi dəyəri 90 manat 10 qutu armudu stəkan, ümumi dəyəri 75 manat 10 ədəd çaynik, ümumi dəyəri 24 manat 30 ədəd limon çəngəli, ümumi dəyəri 136 manat 17 qutu duz-qabı dəst, ümumi dəyəri 1990 manat olmaqla 1 ədəd touch screen, 3 posprinter, proqram təminatı, ümumi dəyəri 550 manat çaydan və qazanlar (irili-xırdalı) onlar olmadıqda onların dəyərinin, 70 (yetmiş) manat ilkin mediasiya sessiyasından keçirilmə barədə ödənilən pul vəsaitinin, ödənilmiş 10 (manat) dövlət rüsumu olmaqla cəmi 4989 dörd min doqquz yüz səksən doqquz) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Materiallara əlavə edilmiş Elektron məhkəmə informasiya sistemində cavabdehin şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Naxçıvan şəhəri Naxçıvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar