Məhkəmə qərarları › İş №e-2-2(113)-1212/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1212/2021

26.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1212/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199449.03 manat, 43476,27 manat faiz, 49920,77 manat cərimə olmaqla, ümumilikdə 292846,07 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 62 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə X2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 və ünvan 2, 0.1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilərək, həmin əmiak hesabına iddiaçıya ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlaklarda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199,449.03 manat əsas, 19,420.64 manat faiz, 43,937.30 manat cərimə olmaqla, ümumilikdə 262,806.97 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə X2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F19 saylı kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlak hesabına iddiaçıya ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199449.03 manat, 25393.69 manat faiz, 43937.30 manat cərimə olmaqla, ümumilikdə 268780.02 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 62 manat rüsumun, iddia arizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə X2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 və ünvan 2, 0.1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlak hesabına iddiaçıya ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199449.03 manat, 43476,27 manat faiz, 49920,77 manat cərimə olmaqla, ümumilikdə 292846,07 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 62 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə X2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 və ünvan 2, 0.1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilərək, həmin əmiak hesabına iddiaçıya ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlaklarda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK 670/F-19 saylı kredit müqaviləsinə əsasən illik 18% olmaqla 36 ay müddətinə 250.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06.05.2019-cu il tarixli 670/F19 saylı ipoteka müqavilələrinə əsasən, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh2 21 dekabr 2020-ci il tarixə qədər əsas borcdan 50,550.97 manat, faiz borcundan 42,837.17 manat ödəniş etmişdir. Hazırda borclunun Banka olan borcu 199,449.03 manat əsas, 19,420.64 manat faiz, 43,937.30 manat cərimə olmaqla, ümumilikdə 262,806.97 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 06.05.2019-cu il tarixli BK № 670/F-19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 36 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2.-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 06.05.2019-cu il tarixli BK 670/F-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh2nə illik 18% olmaqla 36 ay müddətinə 250.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. 06.05.2019-cu il tarixli 670/F19 saylı İpoteka Müqaviləsindən görünür ki, 06.05.2019-cu il tarixli BK 670/F-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. RX seriyalı ******* saylı və ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, 5 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 93A saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışlar. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, 5 saylı mənzilə və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 93A saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 01.03.2021-ci il tarixli e-2-2(113)-1212/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, ekspertizalar qarşısında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh2 əsas və faiz borcları üzrə borc qalığının nə qədər təşkil etməsi, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 ünvanında yerləşən mənzilin və ünvan 2 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi ilə birlikdə evin likvid qiymətlərinin nə qədər təşkil etməsi barədə suallar qoyularaq, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması isə “B+Ş Audit” Konsaltinq məhdud məsuliyyətli cəmiyyətinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli 9/2367 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları, 06 may 2019-cu il tarixli 670/F-19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh «X7 Qrup” MMC-nin bank tərəfindən iddia ərizəsində borcun hesablandığı 21.12.2020-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 218.869,67 manat məbləğində, o cümlədən əsas borcu 199.449,03 manat, faiz borcu 19.420,64 manat müəyyən edilir. Maliyyə arayışında borcun hesablandığı 26.02.2021-ci il tarixinə «X7 Qrup” MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 223.048,54 manat məbləğində, o,cümlədən əsas borcu 199.449,03 manat, faiz borcu 23.599,51 manat müəyyən edilir. Ekspert rəyinin tərtib edildiyi 17.06.2021-ci il tarixə X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 233.053,64 manat məbləğində, o cümlədən əsas borcu 199.449,03 manat, faiz borcu 33.604,61 manat müəyyən edilir. “B+Ş Audit” Konsaltinq məhdud məsuliyyətli cəmiyyətinin 27 may 2021-ci il tarixli M29/21 və M28/21 saylı qiymətləndirmə hesabatlarından görünür ki, cavabdehə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 65000 manat və ünvan 2 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi ilə birlikdə evin likvid dəyəri 600.000 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK 670/F-19 saylı Krеdit Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh2nə illik 18% olmaqla 36 ay müddətinə 250.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, mənzil 5 (Yeni qaydalarla: AZ1149, ünvan 1 və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmiş və bu barədə 06.05.2019cu il tarixli 670/F19 saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər aparılmamış, Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq olunan sənədlərlə Cavabdeh2 06.05.2019-cu il tarixli BK 670/F-19 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan 199449.03 manat məbləğində əsas borcu təsdiq olunduğundan həmin məbləğ Cavabdeh2ndən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK 670/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 26.02.2021-ci il tarixə 25393,69 manat faiz borcu hesablandığı halda (26 fevral 2021-ci il tarixli maliyyə arayışı), Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli 9/2367 saylı rəyi ilə həmin tarixə faiz borcu 23.599,51 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyinə və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin həcmi, o cümlədən faiz borcunun məbləği ekspert rəyi verildikdən sonra artırıldığından 26.02.2021ci il tarixə iddiaçı tərəfindən hesablanmış məbləğdən ekspert rəyi ilə müəyyən edilən məbləğ çıxılmaqla, qalan məbləğ iddiaçının son olaraq tələb etdiyi faiz məbləğindən çıxılmaqla, iddia, faiz borcu hissəsində qalan 41682,09 manat məbləğində qismən (25393,69 - 23599,51 = 1794,18 - 43476,27 = 41682,09 manat) təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqaviləyə əsasən Cavabdeh2 dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 49920,77 manat dəbbə pulu məbləği yaranmış 199449.03 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 10000 manat həddində müəyyən edilməklə Cavabdeh2ndən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış 06.05.2019-cu il tarixli 670/F19 saylı İpoteka Müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, 5 saylı mənzilə (Yeni qaydalarla: AZ1149, ünvan 1 və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 93A, 0.1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. İpoteka predmetlərinin likvid qiymətlərinə dair qiymətləndirmə hesabatları ilə razılaşaraq məhkəmə qeyd edir ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, cavabdeh öhdəliyini icra etmədiyi üçün iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin mənzillərdə qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə qeyd edir ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi hələ mülkiyyət hüququnun itirilməsi demək deyildir (59.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla). Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması, oranın tərk edilməsi və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bunlardan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburi tərk etməlidirlər. Əks təqdirdə, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə görə, ipoteka qoyan və orada yaşayan digər şəxslər məhkəmənin qərarı ilə məcburi qaydada çıxarılırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi ləğv edilməli, 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199449.03 manat, 41682,09 manat faiz, 10000 manat cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 62 manat rüsum tutulmalı, tutma, Cavabdeh1 məxsus olan, likvid dəyəri 65.000 manat müəyyən edilməklə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, 5 saylı mənzilinə (Yeni qaydalarla: AZ1149, ünvan 1 və likvid dəyəri 600.000 manat müəyyən edilməklə ünvan 2, 0.1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlaklar hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və əmlaklar boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 85,75 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 25,72 manat məbləği Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməli, qalan 4,28 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 171,5 manat məbləği Cavabdeh2ndən, qalan 28,5 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi ləğv edilsin. 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən 199449.03 manat, 41682,09 manat faiz, 10000 manat cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 62 manat rüsum tutulsun. Tutma, Cavabdeh1 məxsus olan, likvid dəyəri 65.000 manat müəyyən edilməklə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 6, 5 saylı mənzilinə (Yeni qaydalarla: AZ1149, ünvan 1 və likvid dəyəri 600.000 manat müəyyən edilməklə ünvan 2, 0.1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlaklar hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin və əmlaklar boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 25,72 manat məbləği Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 4,28 manat məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 171,5 manat məbləği Cavabdeh2ndən, qalan 28,5 manat məbləği isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar