Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1213/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə müqaviləsi) X5 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi ləğv edilməsini, cavabdehdən 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 22331 manat icarə haqqı borcu tutularaq, İddiaçı ödənilməsi,Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1834 kv.m təşkiledən qeyri yaşayış sahəsidən (Sehirli SPA) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı (bundan sonta İcarəyə verən) ilə Cavabdeh (bundan sonra İcarəçi) arasında notarial qaydada təsdiq olunmuş 10 iyul 2023-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumisahəsi 1834 kv.m təşkiledən qeyri yaşayış sahəsi (Sehirli SPA) Cavabdeh icarəsinə verilmişdir. 1.2.Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən İcarə müddəti hazırkı İcarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 01 sentyabr 2023-cü il tarixdən başlayır və 01 sentyabr 2026-cı il tarixdə başa çatacaq. 1.3.Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən İcarəyə Verilən Əmlakın İcarəsi ilə bağlı İcarəşi, bu İcarənin qüvvədə olduğu müddət ərzində İcarəyə verənə hər təqvim ayı üçün qanunvericiliklə nəzərdə tutulan vergilər xaric 10000 AZN (on min) məbləğində icarə haqqı ödəyəcək. 1.4. Həmin Müqavilənin 3.2-cimaddəsinə əsasən İcarə Haqqı hər 1 (bir) aylıq müddətin ilk son 5 (beş) günü ərzində aylıq olaraq ödəniləcək. 1.5. Həmin Müqavilənin 3.4-cü maddəsinə əsasən Bu İcarəyə uyğun olaraq İcarəçi tərəfindən İcarəyə Verənə ödənilməli olan İcarə Haqqı və digər ödənişlər İcarəyə verənin bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəniləcək. 1.6. Müqavilənin icarə haqqının ödənilmə öhdəlikləri, mütəmadi olaraq cavabdeh tərəfindən pozulmuş və artıq iki aydır ki ardıcıl olaraq sentyabr və oktyabr ayları üçün icarə haqqı ödəliməməkdədir. Pretenziya verilən günə 13 noyabr 2024-cü il tarixə icarə haqqı üzrə ümumilikdə 22331 (iyirmi ikimin üç yüz otuz bir) manat borc yaranmışdır. 1.7. İddiaçı tərəfindən istər poçt, istər elektron məhkəmə və istərsə də vergi ödəyicisinin ekargüzarlığı vasitəsi göndərilmiş pretenziyalara cavab verilməmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi ləğv edilməsini,cavabdehdən 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 30000 manat icarə haqqı borcu tutularaq, İddiaçı ödənilməsini, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1834 kv.m təşkil edən qeyri yaşayış sahəsidən (Sehirli SPA) çıxarılmasını,cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1834 kv.m təşkil edən qeyri yaşayış sahəsi cavabdehə məxsus olan əşyalarla birlikdə boşaldılmasını və qeyri-yaşayış sahəsi əvvəlki vəziyətdə iddiaçıya təhvil verilməsini və dövlət rüsumu kimi ödənilmiş 158 manat vəsait cavabdehdən tutlaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdehdən 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 50000 (əlli min) manat icarə haqqı borcu tutularaq, İddiaçı ödənilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1834 kv.m təşkil edən qeyri yaşayış sahəsidən (Sehirli SPA) çıxarılsın. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1834 kv.m təşkil edən qeyri yaşayış sahəsi cavabdehə məxsus olan əşyalarla birlikdə boşaldılsın və qeyri-yaşayış sahəsi əvvəlki vəziyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş 50000 manat icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 243 manat vəsait cavabdehdən tutlaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini, 10 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş 50000 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
11. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 10 iyul 2023-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən, ümüumi sahəsi 1834 kv.m olan 4 mərtəbəli qeyri-yaşayış sahəsini (Spa-fitness Mərkəzi) mebel və avadanlıqlarla birlikdə icarəçiyə icarəyə verir. - 2.1-ci bəndinə əsasən icarə müddəti hazırkı İcarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 01 sentyabr 2023-cü il tarixdən başlayır və 01 sentyabr 2026-cı il tarixdə başa çatacaq (bundan sonra “İcarə Müddəti”). - 3.1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə bağlı icarəçi, bu İcarənin qüvvədə olduğu Müddət ərzində icarəyə verənə hər təqvim ayı üçün qanunvericiliklə nəzərdə tutulan vergilər xaric 10000 AZN (on min) məbləğində icarə haqqı ödəyəcək. - 3.2-ci bəndinə əsasən icarə haqqı hər 1 (bir) aylıq müddətin ilk son 5 (beş) günü ərzində aylıq olaraq ödəniləcək. - 3.3-cü bəndinə əsasən icarəçi icarəyə verilən əmlakda icarə Müddəti, o cümlədən artırılmış İcarə Müddəti ərzində istifadə etdiyi elektrik enerjisi haqlarının və digər komunal haqların ödənilməsi öhdəliyini özü daşıyacaq. - 3.4-cü bəndinə əsasən bu icarəyə uyğun olaraq İcarəçi tərəfindən İcarəyə Verənə ödənilməli olan İcarə Haqqı və digər ödənişlər İcarəyə verənin bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəniləcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
12. İddiaçı Nümayəndə (İddiaçı adından) ilə X1 (Cavabdeh adından) arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş 3M-1804 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icarə müqaviləsiyə xitam verilmişdir.
13. "xxxx"ASC tərəfindən verilmiş (İddiaçı aid) hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında 83800 manat pul ödənilmişdir. V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 12 iyul 2023-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş ünvanda yerləşən sahəni cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
20. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, icarə sahəsi 19 ay müddətində (xx.xx.2023xx.xx.2025) cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 190 000 manat təşkil edir. İddiaçı iddia ərizəsində həmçinin məhkəmə iclaslarındakı izahatlarında qeyd etmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya icarə müddəti ərzində 83 800 manat məbləğində pul ödənilmişdir. Odur ki, cavabdeh tərəfindən olan ödənişləri nəzərə alınmaqla hal-hazırda Cavabdeh 12 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə İddiaçı olan cəmi borcu 50 000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, və icraə müqaviləsi üzrə icarçiyə icarə haqqı ödəməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.
21. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 50 000 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 243 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 243 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 50000 (əlli min) manat əsas borc iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 243 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova