Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1214/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12878.66 manat məbləğində əsas kredit borcunun, 990.92 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 28.15 manat məbləğində cərimə borcunun,cəmi 13897.73 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 131.69 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yəbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmışxx.xx.2024-cü il tarixli 32130***-*******01L saylı razılaşmaya əsasən Cavabdeh2120 ay müddətinə illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 100000 (bir yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2024-cü il tarixli 32FİZAM145447101, 32FİZAM202774101saylızaminlik müqavilələri bağlanmış və onlar kredit limitimüqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 22% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2onunla bağlanmış razılaşmanın şərtlərinə əməletmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zaminlər Cavabdeh1 vəCavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit limitinin açılmasına dair razılaşmadan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 12878.66 manat məbləğində əsas kredit borcu, 990.92 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 28.15 manat kredit üzrə cərimə borcu olmaqla,cəmi 13897.73 manat məbləğində borcu qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını,iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 32130***- *******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2120 ay müddətinə illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 100000 manat məbləğində kredit limiti ayrılmışdır.
9. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 24 ay müddətinə illik 22% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Razılaşma hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan),Cavabdeh1, Cavabdeh3 (zaminlər) arasında xx.xx.2024-cü il tarixli 32FİZAM145447101, 32FİZAM202774101 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 100000 manat kredit, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə tərəflərin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir
11. xx.xx.2024-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği xx.xx.2024-cü ildən xx.xx.2026-cı il tarixədək o cümlədən əsas borc üzrə 15 000 manat, faiz borcu üzrə 3704.44 manat müəyyən edilmişdir. Ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
12. Cavabdeh2 xx.xx.2024-cü il tarxili bank hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına əsasən sonuncu tarix xx.xx.2024-cü il olmaqla müxtəlif vaxtlarda həmin hesaba müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür.
13. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (maliyyə) arayışa əsasən Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 12878.66 manat məbləğində əsas, 990.92 manat məbləğində faiz olmaqla,28.15 manat cərimə məbləği olmaqla, cəmi 13897.73 manat məbləğində kredit borcu vardır.
14. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 oğluna pretenziya məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən lazımi qaydada icra edilməməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-9/902/2025 saylı ekspert rəyinə əsasən Cavabdeh2 İddiaçı ASC -yə olan borcu İddiaçı ASC saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 12905.28 manat, faiz borcu 1005.07 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında xx.xx.2024-cü il tarixli razılaşma bağlanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh2 24 ay müddətinə illik 22 %-lə 15.000 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.
21. Mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alınaraq Cavabdeh2 banka olan borcunun xx.xx.2024-cü il tarixə əsas kredit borcu 12905.28 manat, faiz borcu 1005.07 manat məbləğində (ekspertiza rəyində göstərilən faiz məbləği) olması müəyyən edilmişdir.
22. Belə olan halda məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab eir ki,Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdeh X1 xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 12878.66 manat məbləğində əsas və 990.92 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
23. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Lakin ekspertiza rəyində əsas və faiz borc iddia tələbindən artıq məbləğdə olduğu üçün əsas və faiz borcuna dair hissədə borcun məbləği iddia tələbindən kənara çıxmayaraq müəyyən edilməlidir.
24. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2024-cü tarixli kredit razılaşması üzrə 12878.66 manat əsas kredit borcu, 990.92 manat faiz borcu,28.15 manat dəbbə pulu Cavabdeh2 bankın xeyrinə tutulmalıdır.
25. Məhkəmə zaminlər Cavabdeh3, Cavabdeh1 xx.xx.2024-cü il tarixli 32FİZAM145447101, 32FİZAM202774101 saylı zaminlik müqavilələri ilə xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə borc alan Cavabdeh2 Şüçaət oğlunun bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
26. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 131.69 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131.69 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 120 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 25 manat hissəsi isə İddiaçı ASC -dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3,Cavabdeh1 Səxatoviçdən müştərək qaydada İddiaçı ASC -nin xeyrinə 12878.66 manat əsas borc, 990.92 manat faiz borcu və 28.15 manat cərimə borcu,cəmi13897.73 (on üç min səkkiz yüz doxsan yeddi manat yetmiş üç qəpik) manat və dövlət rüsumunun əvəz olaraq 131.69 manat tutularaq İddiaçı ASC -nə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova