Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1219/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C saylı binalarda elektrik enerjisindən istifadəyə görə cababdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya qanunsuz və əsassız hesablanmış 5796,86 manat məbləğində borcun iddiaçının hesabından silinməsi (ləğv olunması), hüquqi yardım haqqının əvəzi olaraq vəkilə ödənilmiş 100 manat, dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cababdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C saylı binalarda elektrik enerjisindən istifadəyə görə İddiaçı MTK-ya qanunsuz və əsassız hesablanmış 8106,99 (səkkiz min yüz altı manat doxsan doqquz qəpik) manat borcun iddiaçının hesabından silinməsi (ləğv olunması) və xx.xx.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın iddiaçının balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması cavabdeh “xxxx” ASC-yə həvalə olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-525/18 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin “8106,99 manat borcun iddiaçının hesabından silinməsi” hissəsi xx.xx.2018-ci il tarixdən etibarən icra edilmiş, həmin qətnamənin “xx.xx.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın iddiaçının balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması” hissəsi xx.xx.2019-cu il tarixdən etibarən icra edilməyə başlamışdır. Ona görə də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisindən istifadəyə görə qanunsuz və əsassız olaraq 5796,86 (beş min yeddi yüz doxsan altı manat səksən altı qəpik) manat borc hesablanmışdır. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Odur ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin “xx.xx.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın iddiaçının balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması” barədə nəticə hissəsi hazırda işə baxan məhkəmə üçün məcburidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsində 8106,99 (səkkiz min yüz altı manat doxsan doqquz qəpik) manat borcun hesablama əsasının düzgün olmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də eyni əsasla hesablanmış 5796,86 manat borcun hesablama əsasının düzgün olmadığı hazırki iş üzrə müəyyən edilmiş faktdır və işdə iştirak edən şəxslər tərəfindən məhkəmə prosesində mübahisələndirilməməli və yenidən sübut edilməməlidir. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə cavabdeh tərəfindən iddiaçıya bir neçə hesab ödəniş vərəqi təqdim edilmişdir. Sonuncu dəfə “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya ********* saylı xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqi təqdim olunmuş və həmin hesab ödəniş vərəqinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C ünvanında yerləşən binalarda elektrik enerjisindən istifadəyə görə 6942,86 manat borc hesablanmışdır. Həmin borcdan 1146 manatı İddiaçı MTK-nın balansında olan elektrik sayğaclarına görə hesablanmışdır və bu məbləğ İddiaçı MTK tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. Qalan 5796,86 manat isə qeyd edilən binalarda sakinlər tərəfindən elektrik enerjisindən istifadəyə görə yaranmış real və təbii itkilərin dəyəri ola bilər, həmin vəsaitin İddiaçı MTK-dan tələb olunması isə tamamilə qanunsuz və əsassızdır. Həmçinin, Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C saylı binalarda yerləşən mənzillərdə yaşayan sakinlərin istifadə etdikləri elektrik enerjisi ilə əlaqədar yaranmış real və təbii itkilərə görə İddiaçı MTK cavabdehlik daşımır. İddiaçı MTK-nın balansında olan elektrik sayğacları və qeyd edilən binalarda yaşayan sakinlərin mənzilləri üzrə quraşdırılmış elektrik sayğaclarının əksəriyyətinin istismar müddəti keçmişdir.Həmin elektrik sayğacları laboratoriya şəraitində müayinə olunaraq istismar müddəti keçmiş elektrik sayğacları yenisi ilə əvəz olunmalıdır. Qeyd edilənlər barədə tədbirlərin görülməsi məqsədilə İddiaçı MTK tərəfindən “xxxx” ASC-yə dəfələrlə müraciət edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 hesablamanın qətnamənin qanuni qüvvəyə minənə qədər aparıldığını bildirərək iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, “İddiaçı MTK xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. -İddiaçı MTK-ya məxsus abunə haqqında məlumatdan görünür ki, MTK tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi elektrik enerjisindən istifadəyə görə ümumilikdə 5796,86 manat borc hesablanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C saylı binalarda elektrik enerjisindən istifadəyə görə cababdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya qanunsuz və əsassız hesablanmış 8106,99 manat borcun silinməsi və xx.xx.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın İddiaçı MTK-nın balansında olan 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması qət edilmişdir. -İddiaçı MTK-nın “xxxx” ASC-yə borcu xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1946,43 AZN,xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1352,25 AZN,xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1382,49 AZN,xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1137,60 AZN,xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 8106,99 AZN,xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1370,88 AZN,xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1053,60 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1733,04 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1945,26 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1945,26 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1445,85 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1663,29 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1342,62 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1114,38 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1981,26 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 1146,33 AZN,xx.xx.2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən 616,59 AZN təşkil etmişdir. -İddiaçı MTK-nın “xxxx” ASC-yə ünvanladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ərizələrindən görünür ki, iddiaçı tərəfindən “xxxx” ASC-yə müraciət edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(81)- 101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C saylı binalarda elektrik enerjisindən istifadəyə görə İddiaçı MTK-ya qanunsuz və əsassız hesablanmış 5797,35 manat borcun silinməsi, həmçinin Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C ünvanında yerləşən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın MTK-nın balansında olan 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması xahiş olunmuşdur. -“xxxx” ASC-nin İddiaçı MTK-ya ünvanladığı cavab məktubundan görünür ki, MTKnın sərf olunan elektrik enerjisinə görə 5796,45 AZN borcu var. Məhkəmənin qanuni qüvvəyə minmiş 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən yaranmış debitor borcundan 8106,99 AZN kompüter məlumat bazasında dürüstləşmə aparılmışdır.Abunə haqqında bildiriş vərəqələrinin təhlili və Nərimanov rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xidməti məlumatı da təsdiq edir ki, elektrik enerjisinə görə yaranmış 5746,45 AZN debitor borc İddiaçı MTK-ya məxsus elektrik sayğaclarının göstəricisinə əsasən yaranmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh xxxx” ASCtərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C ünvanında yerləşən binalarda elektrik enerjisindən istifadəyə görə İddiaçı MTK-ya hesablanmış 8106,99 manat borcun silinməsi və xx.xx.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda qeyd edilən hesablaşmanın MTK-nın balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması “xxxx” ASC-yə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 03/01-21 saylı İddiaçı MTK ilə Vəkil hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış,hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla100 manat müəyyən olunmuşdur. “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.3-cü bəndinə uyğun olaraq. dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.18-ci bəndinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yəni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 12.15.8-ci bəndinə görə enerji resurslardan səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə müstəqil enerji istehsalçısı borcludur. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanunvericiliyin göstərilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-101/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin “8106,99 manat borcun iddiaçının hesabından silinməsi” hissəsi xx.xx.2018ci il tarixdən etibarən icra edilmiş, həmin qətnamənin “xx.xx.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın iddiaçının balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması” hissəsi nəzərə alınmadan xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisindən istifadəyə görə qanunsuz və əsassız olaraq 5796,86 manat borc hesablanmış, yaranmış borcun ödənilməsini təmin etmək İddiaçı MTK-nın öhdəliyi deyil, buna görə də “xxxx” ASC tərəfindən İddiaçı MTK-nın hesabına yazılmış 5796,86 manat məbləğində borc əsassızdır və iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi xidmət üçün ödənilmiş 100 manat və məhkəməyə müraciət üçün ödənilən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində vəsaitin cavabdehdən tutulması ilə bağı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən - məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107); - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.6); - məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1); Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq cavabdehdən 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləkliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxx” ASC tərəfindən hesablanmış 5796,86 manat məbləğində borc İddiaçı MTK-nın abunə hesabından silinməli, hüquqi yardım haqqının əvəzi olaraq vəkilə ödənilmiş 100 manat, dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaiti “xxxx” ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə Bakı şəhəri, A.Nemətulla küçəsi, 70A, 70B və 70C saylı binalarda elektrik enerjisindən istifadəyə görə İddiaçı MTK-ya hesablanmış 5796,86 manat məbləğində borc silinsin. Hüquqi yardım haqqının əvəzi olaraq vəkilə ödənilmiş 100 manat və dövlət büdcəsinə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti “xxxx” ASC-dən tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1219/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1219/2021
17.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver