Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-122/2021 06.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31 iyul 2019-cu il tariхli, 2019/00216-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 787,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 485,43 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 488,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 760,89 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3- cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 11 787,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 485,43 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 488,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 760,89 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2019-cu il tariхli, 2019/00216-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 12000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış: Seriya MH№ 0086865, Reyestr № **********34- 05101- 093010, Qeydiyyat № 110755503, tarix 06.07.2007) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 31 iyul 2019-cu il tariхli, 2019/00216- 01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 07.08.2019cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Qeydiyyat № **********). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş edimişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 03 mart 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 11 787,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 485,43 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1 488,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 760,89 ABŞ dolları məbləğində borc yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin artırılmasına dair ərizə verərək, tərəflər arasında bağlanmış 31 iyul 2019-cu il tarixli, 2019/00216-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 11 787,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3375.13 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6888 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22050.59 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 350 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 11787,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3375.13 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6888 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22050.59 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 350 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri olan 350 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə səhhətində yaranan problemlərlə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Daha əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə bağlı qarşı tərəflə barışıq əldə etmək üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (Borc verən) ilə Cavabdeh1 (Borc alan) arasında bağlanmış 2019/00216-01 saylı 31 iyul 2019-cu il tarixli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən borc verən bu müqavilənin 1.4-cü bəndində göstərilən məqsəd üçün borc alana 12000 (on iki min) ABŞ dolları məbləğində kredit verir. 1.5-ci bəndə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 24%-ni (iyirmi dörd) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 32.95% (otuz iki tam yüzdə doxsan beş) təşkil edir. 2.2.2-ci bəndə əsasən bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi (faizlərin ödənilməsi, kreditin əsas məbləğinin qaytarılınası, dəbbə pulunun ödənilməsi) (Borc alanın öhdəliyi müvafiq pul vəsaitinin Borc verənin kassasına və ya hesabına daxil edilməsindən sonra yerinə yetirilmiş hesab edilir) borc alan üzərinə götürmüşdür. 3.1-ci bəndə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% (sıfr tanı onda bir) faizi qədər dəbbə pulunu borc verən tuta bilər. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. 3.4-cü bəndə əsasən borc alan bəyan edir və öz üzərinə öhdəlik götürür ki, səbəbindən asılı olmavaraq əgər müqavilə üzrə vəzifələrini (öhdəliklərini) vaxtında və tam şəkildə verinə yetirmədikdə, öhdəliklərini pozduqda və bu səbəbdən borc verən borcun tutulması üçün ona qarşı məhkəmə, notarius və ya digər səlahiyyətli dövlət orqanına müraciət etdikdə-borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında borc verənə cərimə ödəyir. Borc alan qəbul edir ki, borc verən borcun tutulması üçün müəyyən xərclər çəkir və əsas kredit borcu, faiz borcu, müqavilənin müddəti başa çatdıqdan sonra ikiqat faiz (vaxtı keçmiş) borcu, habelə dəbbə pulundan əlavə cərimənin ödənilməsinə və ondan tutulmasına razılıq verir və bunu heç bir şəkildə mübahisələndirmir. Əgər borc verən borc alana qarşı cərimənin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırarsa, icra qeydin verilməsi üçün notariusa müraciət edərsə və ya digər səlahiyyətli dövlət orqanına müraciət edərsə cərimənin borc alandan tutulması üçün hər hansı əlavə sənədlərin təqdim olunmadan tutulmasına razılıq verir və cərimənin ondan tutulmasını məhkəmədə mübahisələndirmir və buna qarşı hər hansı etiraz irəli sürmür. 4-cü bəndə əsasən bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh2 məxsus olan Bakı şəhəri., Qaradağ ravonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binada 3-cü girişində, 9-cu mətəbəsində, 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzil (çıxarış: Seriya MH: 0086865, Dövlət Reyestrində 298 nömrəli reyestr kitabının 28540 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********34-05101-093010 qeydiyyat nömrəsi 110755503, qeydiyyat tarixi 06.07.2007) inoteka qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici FM Consulting tərəfindən 24.07.2019-cu il tarixində likvid dəyəri 48 000 (qırx səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (ipoteka saxlayan), Cavabdeh2 (ipoteka qoyan), Cavabdeh1 (borc alan) arasında bağlanmış 31 iyul 2019-cu il tarixli ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu Müqavilənin 2.2-ci bəndində qeyd olunmuş əmlak ipoteka ilə yüklü edilir. 2.2-ci bəndə əsasən ipotekanın predmeti: mülkiyyət hüququ ilə tam Cavabdeh2 məxsus olan Bakı şəhəri., Qaradağ rayonu., Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binada 3-cü girişində, 9-cu mətəbəsində, 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzil (çıxarış: Seriya MH № 0086865, Dövlət Reyestrində 298 nömrəli reyestr kitabının 28540 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********34- 05101-093010, qeydiyyat nömrəsi 110755503, qeydiyyat tarixi 06.07.2007) 3.1-ci bəndə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici FM Consulting tərəfindən 27.07.2019-cu il tarixində likvid dəyəri 48 000 (qırx səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. 7.7-ci bəndə əsasən ipoteka qoyan bəyan edir ki, bu ipoteka müqaviləsinin bağlanılması və rəsmiləşdirilməsi üçün tələb olunan bütün sənədlər və sənədlərdəki məlumatlar (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ipoteka qoyanın və onun ərinin/arvadının şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə, yüklü, həbs altında olub-olmaması haqqında DƏDRX-dən arayış, ailə tarkibi haqqında arayış, razılıq ərizələri və s.) qanunidir, həqiqidir, tamdır və ipoteka müqaviləsinin bağlandığı günə qüvvədədir. Əgər gələcəkdə ipoteka müqaviləsinin bağlanılması üçün ipoteka qoyan tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar olarsa və bununla əlaqədar İpoteka saxlayana hər hansı zərər (maddi və mənəvi) bunun üçün məsuliyyət daşıyacağımı, habelə İpoteka saxlayana dəyən zərəri tam şəkildə və təxirəsalmadan ödəyəcəyimi bəyan edirəm və bu İpoteka Müqaviləsini imzalamaqla bəyanatımı təsdiq edirəm. 9.1-ci bəndə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi İpoteka qoyan yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli köçürmə sifarişindən məlum olur ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 12.000 ABŞ dolları Cavabdeh1 hesabına köçürülmüşdür. İş materiallarında olan 03.03.2020-ci il tarixinə aid hesabdan çıxarışdan məlum olur ki, 31 iyul 2019-cu il tariхli, 2019/00216-01 №-li kredit müqaviləsi üzrə cəmi 1.402,32 ABŞ dolları dəyərində ödəniş aparılmışdır. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan 04.12.2020-ci il tarixli bildirişdə 04.02.2020-ci il tarixinə 31 İyul 2019-cu il tarixli, 2019/00216-01 saylı kredit müqaviləsindən irəli gələn 11 787,46 ABŞ Dolları məbləğində əsas borc, 609,81 ABŞ Dolları məbləğində faiz borcu, 1 152,00 ABŞ Dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 13 549,27 ABŞ Dolları məbləğində borcun olduğu bildirilmiş, borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi proseduru başlanacağı və yuxarıda göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulunun da tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 5/ mənzil 53 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli ƏEM/D 38-727/20 saylı rəydə analoq obyektlərin müqayisəli satışı, mənzilin sahəsi, yerləşdiyi ərazi, atəbəliliyi, alternativ istifadə imkanları, təmirliliyi, tikilinin konstuksiyası, aşınması və s. susiyyətlər nəzərə alınmaqla apanlmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30,15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 53 nömrəli mənzilin 18 mart 2021-ci il tarixinə bazar dəyəri 55 000,0 (əlli beş min) manat, likvid dəyəri isə 48 000,0 (qırx səkkiz min) manat təşkil etməsi qeyd olunmuşdur. İş materiallarında olan 5088-0521 nömrəli, 27.05.2021-ci il tarixli borc haqqında arayışda Cavabdeh1 31 İyul 2019-cu il tarixli, 2019/00216-01 saylı kredit müqaviləsi üzrə 27 may 2021-ci il tarixinəkreidtə görə 11787,46 ABŞ dolları, 3375,13 ABŞ dolları faiz, 6888 ABŞ dolları dəbbə pulu borcu olması qeyd olunmuşdur. İş materiallarında olan 24.12.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 350 manat məbləğində vəsait İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. İş materiallarında olan 24 iyun ƏEM/İ 90-646/21 saylı məktubda 18 mart 2021-ci il tarixli ƏEM/D 38-727/20 saylı Ekspert rəyinin xidmət haqqının İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına ödənildiyi qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 31 iyul 2019-cu il tarixli 2019/00216-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyəəsasən, “borc verən” “borc alana” 12.000 ABŞ dolları məbləğində 60 (altmış) ay müddətinə kredit vermiş, “borc alan” isə ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh tərəf bağlanmış müqavilə üzrəöhdəliklərini tam və vaxtında yerinə yetirməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka borcunun yarandığını nəzərə alaraq hesab edir ki, 31.07.2019-cu il tarixli, 2019/00216-01 saylı kredit müqaviləsi ləğv edilməli, 11.787,46 ABŞ dolları məbləğində əsas borc, 3.375,13 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, 31.07.2019-cu il tarixli, 2019/00216-01 saylı saylı kredit müqaviləsi üzrə tələb olunan 6.888 ABŞ dolları məbləğində dəbbə pulunun 1.178 ABŞ dolları həddinədək, azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun likvid dəyəri əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 31 iyul 2019-cu il tarixli, 2019/00216-01 №-li kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 11 787,46 ABŞ dolları məbləğində əsas borc, 3375.13 ABŞ dolları məbləğində faiz borcu, 1.178 ABŞ dolları məbləğində dəbbə pulu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulmalı,tutma Cavabdeh2 mülkiyyətində olan olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlak (ipoteka predmeti) açıq hərracda satılmalı və əldə olunan vəsait Cavabdeh1 iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməli,mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilməli,ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzilin likvid dəyəri 48.000 (qırx səkkiz min) manat müəyyən olunmalı ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır .İddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və qiymətləndirmə işinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə iddiaçı tərəfindən ödənilən 350 manat Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 31 iyul 2019-cu il tarixli, 2019/00216-01 №-li kredit müqaviləsi ləğv edilsin, Cavabdeh1 11 787,46 ABŞ dolları məbləğində əsas borc, 3375.13 ABŞ dolları məbləğində faiz borcu, 1.178 ABŞ dolları məbləğində dəbbə pulu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzilə yönəldilsin. Həmin daşınmaz əmlak (ipoteka predmeti) açıq hərracda satılsın və əldə olunan vəsait Cavabdeh1 FİNOKO” Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilsin, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzilin likvid dəyəri 48.000 (qırx səkkiz min) manat müəyyən olunsun. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən ödənilmiş 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və qiymətləndirmə işinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə iddiaçı tərəfindən ödənilən 350 manat Cavabdeh1 tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-122/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-122/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver