Məhkəmə qərarları › İş №e-2-2(113)-122/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-122/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-122/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X4 Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 86.487,82 manat krеdit bоrcu, 13110.65 manat faiz bоrcu və 45523.82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 145122 (yüz qırx beş min yüz iyirmi iki) manat 29 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 25 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda 0.02635 ha torpaq sahəsi və üzərində yerləşən 236.35 m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 145122 (yüz qırx beş min yüz iyirmi iki) manat 29 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 25 manat dövlət rüsumu, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda 0.02635 ha torpaq sahəsi və üzərində yerləşən 236.35 m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027L**********36 saylı uzunmüddətli krеdit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 600000 (altı yüz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 13512.18 manat ödəmiş, onun 86487.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 551 gün üçün hesablanmış faiz borcu 13110.65 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 551 gün üçün hеsablanmış cərimə 45523.82 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icraеtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda 0.02635 ha torpaq sahəsi və üzərində yerləşən 236.35 m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18 №-li reyestr kitabının 1732 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda 0.02635 ha torpaq sahəsi və üzərində yerləşən 236.35 m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında qeyd etmişdir ki, iş üzrə verilmiş qiymətləndirmə rəyi ilə razı deyil. Belə ki, əmlakın qiymətləndirilməsi çıxarışda qeyd edilənlərə uyğun aparılsa da əmlakın real dəyərini göstərmir. Borc məbləği isə cavabdehlər tərəfindən mübahisələndirilmir. Əmlakın real dəyəri daha çoxdur. Əmlak satılarkən isə kompleks şəkildə satılacaqdır. Belə olan halda isə əmlak açıq hərracdan satılacağı halda bankın əsassız varlanmasına gətirib çıxara bilər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Cavabdeh3 və "xxxx" QSC ilə imzalanmış xx.xx.2018-ci il tarixli 027L**********36 saylı uzunmüddətli krеdit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 600000 (altı yüz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Cavabdeh3 “kredit alan” və "xxxx" QSC “kredit verən” olmaqla ilə imzalanmış xx.xx.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, 100.000 (bir yüz min) manat məbləğində krеdit “kredit alan”a verilmişdir. Cavabdeh2 və İddiaçı QSC arasında imzalanmış 24 sentyabr 2018-ci il tarixli 027S**********2 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2018-ci il tarixli 027L**********36 saylı uzunmüddətli krеdit müqaviləsi üzrə borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşsıında birgə məsuliyyət daşıyır. Cavabdeh1 və İddiaçı QSC arasında imzalanmış 027S**********1 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixli 027L**********36 saylı uzunmüddətli krеdit müqaviləsi üzrə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Cavabdeh2 və İddiaçı QSC ilə imzalanmış xx.xx.2018-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli 027L**********36 saylı uzunmüddətli krеdit müqaviləsi üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində dövlət istifadəsində olan xüsusi mülkiyyətli sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları kateqoriyasına aid olan 0.02635 ha torpaq sahəsi və həmi toprpaq sahəsində yerləşən 260D nömrəli əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşması üzrə ödəniş qrafikindən məlum olur ki, 28 sentyabr 2021 tarixi ödəniş üzrə sonuncu tarix müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli çıxarışın surətindən məlum olur ki, 100.000 manat Cavabdeh3 hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması üzrə verilmiş xx.xx.2021 tarixinə maliyyə arayışında 86.487,82 manat əsas borc, 13.110,65 manat faiz borc, 45.523,82 manat cərimə borcu qeyd edilmişdir. xx.xx.2022 tarixli 94439741 saylı mədaxil qəbzinə əsasən 25 manat dövlət rüsumu İddiaçı QSC tərəfindən ödənilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 14 iyul 2022 tarixli mediasiya arayışından məlum olur ki, 410 manat mediasiya xərci İddiaçı QSC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Cavabdeh2 hüququ yüklü edilən şəxs olmaqla Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda 236.35 kv.m ölçüdə əmlak kompleksi kimi müəsssisə İddiaçı QSCnin “Lökbatan” Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda yerləşən 236.35 kv.m sahədən ibarət daşınmaz əmlak xüsusi mülkiyyət növü olmaqla Cavabdeh2 mülkiyyətindədir. Daşınmaz əmlak 0.02635 ha torpaq sahəsində yerləşməklə torpaq dövlət mülkiyyətindədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə İddiaçı QSC tərəfindən verilmiş ərizədə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə ünvana çatdırıldığı üçün tutmanın yönəldilməsi barədə bildirişin qeyd alınması xahiş edilmiş, xx.xx.2022 tarixində 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir. Cavabdeh3 məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2021 tarixində qeyd edilən hesaba 100.000 manat məbləğində mədaxil olmuşdur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, 30 yanvar 2023 tarixli 9/85 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 28 sentyabr 2021-ci il tarixə (ekspert qarşısında qoyulmuş sualda olan tarixə, həmçinin maliyyə arayışında borcun hesablandığı tarixə) olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 86487,82 manat, faiz borcu üzrə -13110,65 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan 28 sentyabr 2021-ci il tarixə Cavabdeh3 cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 145 manat müəyyən edilmişdir. İş üzrə əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, 17 oktyabr 2022-ci il tarixli 20/22 nömrəli qiymətləndirmə hesabatında X2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 0.02635 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 225.000 manat, likvid dəyəri 185.000 manat müəyyən edilmiş, qiymətləndirmə xərci 300 manat göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli 027L**********36 saylı uzunmüddətli krеdit müqaviləsi əsasında 120 (yüz iyirmi) ay müddətinə 600.000 (altı yüz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Daha sonra həmin müqavilə əsasında xx.xx.2019-cu il tarixli 027R********** saylı krеdit müqaviləsi imzalanmış, razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (bir yüz min) manat məbləğində krеdit ayrılmışdır. Cavabdeh3 kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə mühasibatıq ekspertizası nəticəsində verilmiş ekspert rəyinin iddia tələbi ilə üst-üstə düşdüyünü bundan əlavə cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən əsas və faiz borclarının mübahisələndirilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli və Cavabdeh3, 027R********** saylı krеdit razılaşması üzrə 86.487,82 manat krеdit bоrcu, 13.110,65 manat faiz bоrcu tutulmalıdır. İddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 45.523,82 manat cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 2.592 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli 027L**********36 saylı uzunmüddətli krеdit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı QSC ilə Cavabdeh1 və X3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər kredit alan Cavabdeh3 kredit müqaviləsi razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Məhkəmə borc alan Cavabdeh3 kredit xətti müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, kredit verən İddiaçı QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh1 və X1 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürdüklərini və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı QSC və Cavabdeh2 arasında imzalanmış 027S**********2 saylı zaminlik müqaviləsi və Cavabdeh1 və İddiaçı QSC arasında imzalanmış 027S**********1 saylı zaminlik müqaviləsinin 3.1.1 və 3.1.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etmək zaminin vəzifəsidir, uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0.1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. Bundan başqa iddiaçı iddia tələbində tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda 0.02635 ha torpaq sahəsi və üzərində yerləşən 236.35 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda yerləşən 236.35 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəlməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tutmanın həm də ipoteka predmeti olan əmlakın yerləşdiyi 0.026535 ha torpaq sahəsinə yönəldilməsini də xahiş etmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlaka mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlardan məlum olur ki, Cavabdeh2 mülkiyyətində 236.35 m2 ümumi sahədən ibarət əmlak kompleksi müəssisədir. İpoteka predmetinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla cavabdehin istifadəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi tutmanın topraq sahəsinə yönəldilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda yerləşən 236.35 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 185.000 manat məbləğində müəyyən edilməlidir. Cavabdehlərin nümayəndəsinin əmlakın qiymətləndirilmə nəticəsində dəyərinin aşağı hesablanması, əmlakın qiymətləndirilməsi zamanı çıxarışa uyğun qiymətləndirilmə aparılmasının, artırmaların nəzərə alınmamasının, nəticədə əmlakın real dəyəri müəyyənləşdirilməməsi ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, yalnız ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən göründüyü kimi yalnız Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda 236.35 m2 ümumi sahədən ibarət əmlak kompleksi Cavabdeh2 mülkiyyətindədir və həmin əmlak İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İpoteka predmeti olan daşınmaz əmlakın dəyəri məhkəmə tərəfindən müəyyənləşdirilərkən tərəflərin məhkəməyə təqdim etdiyi sübutlar əsas götürülür. Belə ki, cavabdeh tərəfindən daşınmaz əmlak barədə fotoşəkillər məhkəməyə təqdim edilsə də, daşınmaz əmlaka 236.35 kv. metrdən əlavə sahəyə mülkiyyət hüquqlarını təsdiq edən müvafiq orqan tərəfindən verilmiş sənəd təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin ipoteka predmetlərinin hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmasına münasibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehlərdən müştərək qaydada tutulması yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. “İpoteka haqqında” AR Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 25 manat dövlət rüsumu, 410 manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş, 30 yanvar 2023 tarixli 9/85 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 145 manat, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq, "xxxx" MMC-yə ödənilməli olan 300 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin bank rekvizitləri aşağıdakılardır: Məhkəmə Ekspertizası Mərkəzi: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC: VÖEN: **********, ABB Nərimanov filialı kod 805540 M/H: AZE3 NABZ**********000002944, SWİFT: İBAZAZ2X, İBAN: AZ61İBAZ******************** Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 86.487,82 manat krеdit bоrcu, 13.110,65 manat faiz bоrcu və 2.592 manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 25 manat dövlət rüsumu, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqı tutulmalı, tutma Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda yerləşən 236.35 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalı, tutma yönəldildikdə Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda yerləşən 236.35 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 185.000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 145 manat, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 300 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 86.487,82 (səksən altı min dörd yüz səksən yeddi manat səksən iki qəpik) manat krеdit bоrcu, 13.110,65 (on üç min yüz on manat, altımış beş qəpik) manat faiz bоrcu və 2.592 (iki min beş yüz doxsan iki manat) manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 120 (bir yüz iyirmi) manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda yerləşən 236.35 m2 ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, hərracdan satış hesabına əldə olunmuş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin, satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. Tutma yönəldildikdə Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 260D ünvanda yerləşən 236.35 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 185.000 (bir yüz səksən beş min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 145 (bir yüz qırx beş) manat ekspertiza xərci müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************.) ödənilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 əmlakın qiymətləndirilməsi ilə bağlı 300 (üç yüz) manat müştərək qaydada tutularaq "xxxx" MMC-yə (VÖEN: **********, ABB Nərimanov filialı kod 805540 M/H: AZE3 NABZ**********000002944, SWİFT: İBAZAZ2X, İBAN: AZ61İBAZ********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar