Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1225/2022 25.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X4 və Cavabdeh1 qarşı 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı müqavilənin ləğv edilməsi, avtomobilin mülkiyyətçiyə qaytarılması, müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər X4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X5 arasında bağlanmış 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı X7nin xitam olunması, İddiaçı MMC-yə məxsus 1 (bir) ədəd, 2017-ci il buraxlışı olan, markalı, mühərrik WBAJA510X0B233799 “BMW 530İ” minik markalı **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə X5 arasında bağlanmış 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı X7nə əsasən yaranmış 66.664,22 manat məbləğində əsas borc, 16.142 manat məbləğində mükafat borcu 677,79 dəbbə pulu, cəmi 83.484,01 manat məbləğində lizinq borcunun, iddiaçı tərərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin cavabdeh X2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı X7nə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2017-ci il buraxlışı olan, “BMW 530İ” markalı, mühərrik WBAJA510X0B233799 nəqliyyat vasitəsini X3 istifadəsinə vermişdir. Müqavilənin təminatı olaraq Cavabdeh1 ilə 17.02.2020-ci il tarixdə zaminlik müqaviləsi rəsimləşdirilmişdir. Cavabdeh X1 müqavilənin 9.4 bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 121.539 manat təşkil edir. Bu ümumi məbləğdən 42.539 manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində əsas hər ay 2.532,07 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23% olmaqla 48 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 17.02.2020-ci il tarixdən etibarən hər ay 2.532,07 manat olmaqla ödəniş etməli olduğu təqdirdə 18.01.2021-ci il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530İ” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdeh X5 və onun zamini ilə əlaqə saxlanılaraq şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam olunması və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə kommersiya məhkəməsinə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (alıcı) ilə X8 (satıcı) arasında 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən X8 1 ədəd (2017-ci il buraxılışlı olan, BMW 530İ markalı, mühərrik, ban № WBAJA510X0B233799) avtomobili alıcının mülkiyyətinə verir, alıcı isə avtomobili qəbul edir və qiymətini ödəyir. 3.1-ci bəndinə əsasən avtomobilin (2017-ci il buraxılışlı olan, BMW 530İ markalı, mühərrik, ban № WBAJA510X0B233799) satış qiyməti 79.000 manat məbləği müəyyən edilmişdir. AD seriyalı 762452 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2017-ci il buraxılışlı olan, BMW 530İ markalı, mühərrik, ban № WBAJA510X0B233799 olan avtomobil 17.02.2020-ci il tarixdən İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC (lizinq verən) ilə X5 (lizinq alan) arasında 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli Daxili X7 bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanan alqlı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2017-ci il buraxılışlı olan, BMW 530İ markalı, mühərrik, ban № WBAJA510X0B233799 nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən hazırki X7 48 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzlanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 17.02.2024-cü il tarixinədək qüvvədədir. 4.1.1-ci yarımbəndinə əsasən tərəflər arasında imzalanmış X7 qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərini icra edilməsi; 4.1.2-ci yarımbəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək lizinq verənin hüquqlarındandır. 4.4.1-ci yarımbəndinə əsasən X7nə 01 saylı əlavə olan ödəiş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək lizinq alanın vəzifəsidir. 9.6.3-cü yarımbəndinə əsasən lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər; 9.6.4-cü yarımbəndinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. 11.1.4-cü yarımbəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya iki dəfədən artıq ödənişi gecikdirirsə lizinq verən lizinq obyektini geri almaq və bununla da müqaviləyə xitam vermək hüququ vardır. 11.3.-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Müqavilə hər iki tərəfin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. 17.02.2020-ci il tarixli daxili X7nə əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 48 ay müddətində hər ay cəmi (əsas və faiz məbləğlə birlikdə) 2532,07 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş qrafiki tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (lizinq verən) ilə X5 (lizinq alan) və Cavabdeh1 (zamin) arasında 17 fevral 2020-ci il tarixli, 06/2814/İLİZ saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin 1.2-ci bəndində göstərilən müqavilə üzrə lizinq alanın lizinq verən qarşısında götürdüyü öhdəliyin (əsas borc, lizinq mükafatı, dəbbə pulu, borcun tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin və əldən çıxmış faydanın ödənilməsi, lizinq predmetinə dəymiş zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik X5 (lizinq alan) ilə lizinq verən arasında 48 ay müddətinə qaytarılmaq şərti ilə 121.539 manat məbləğində lizinqin verilməsinə dair bağlanmış 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli daxili X7ndən, ona əlavə edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir. Zamin həmçinin müqaviləyə əsasən lizinq alan tərəfindən lizinq verənə ödənilməli 42.539 manat məbləğində lizinq mükafatının ödənilməsi üçün məsuliyyət daşıyır. 2.4.3-cü bəndinə əsasən müqavilənin 1.2-ci bəndində göstərilən maliyyə lizinq müqaviləsi üzrə əsas borc, lizinq mükafatı, dəbbə pulu, borcun tutulması üzrə məhkəmə xərcləri və lizinq alanın öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin (əldən çıxmış fayda, lizinq predmetinin məhv olunması və s.) əvəzinin ödənilməsi də daxil olmaqla lizinq verən qarşısında lizinq alanla eyni həcmdə məsuliyyət daşıyır. 2.4.4-cü bəndinə görə müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımı qaydada icra olunmaması və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Müqavilə lizinq verənin imzası və möhürü, lizinq alanın və zaminin isə imzası ilə təsdiq edilmişdir. 04.04.2022-ci il tarixli maliyyə arayışına əsasən 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli daxili X7 üzrə lizinq alan X5 tərəfindən əsas borcdan 12.335,78 manat, mükafatdan 15.568,33 manat, cərimədən 24,89 manat olmaqla cəmi 27.929 manat ödəniş edilmiş və hal-hazırda 07.02.2022-ci il tarixə yaranmış 66.664,22 manat əsas borc, 16.142 manat mükafat borcu, 677,79 manat cərimə borcu olmaqla, cəmi 83.484,01 manat təşkil edir. İddiaçı MMC tərəfindən cavabdehlərə pretenziya məktubu ilə müraciət edilərək lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə cavabdeh X5 (lizinq alan) arasında 17.02.2020-ci il tarixli 06/2814/İLİZ nömrəli daxili X7ndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı MMC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq obyekti olan nəqliyyat vasitəsini lizinq alan X4 təhvil versə də, lizinq alan 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ daxili X7 üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi lizinq alan X5 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinq verən İddiaçı MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, lizinq obyektinin geri alınmasını və lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi X7nin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan X7ndə müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı halda isə aydındır ki, lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar lizinq müqaviləsi ləğv edildiyindən və lizinq obyektinin lizinq verənə qaytarılması qət edildiyindən lizinq alanın həmin müqavilədən irəli gələn qalan lizinq müddəti ərzində lizinq obyektindən istifadə etmək və eyni zamanda lizinq ödənişlərini tam ödədikdən sonra həmin lizinq obyektinə mülkiyyət hüququnu əldə etmək hüquqlarına xitam verilmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından isə görünür ki, İddiaçı MMC isə hazırkı iddia ərizəsində müqavilənin ləğv edilməsindən sonrakı müddət üçün hesablanmış faizlərin (mükafatın) ödənilməsini tələb etməsə də, bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişləri üzrə əsas məbləğin (yəni lizinq obyektinin tam dəyərinin) ödənilməsinə dair tələbi irəli sürmüş və bu zaman onun mülkiyyətində qalmış lizinq əmlakının qalıq dəyərini və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır. Göründüyü kimi hazırkı iddianın tam təmin edilməsi İddiaçı MMC-nin lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Göstərilən normanın məzmunundan da göründüyü kimi müqavilə ləğv edildikdən sonra tərəflərin həmin müqavilə üzrə yeni öhdəlikləri yaranmır. Odur ki, sözügedən normanın tələbləri baxımından da yanaşsaq, lizinq verən yalnız müqavilənin ləğv edildiyi tarixədək olan dövrdə yaranmış öhdəliklərin (əsas və faiz borcunun) ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarında olan ödəniş qrafikindən də göründüyü kimi cavabdeh X5 tərəfindən hazırkı qətnamənin qəbul edildiyi tarixə mübahisəli lizinq müqaviləsi üzrə 25 aylıq müddət üçün hər ay 2532,07 manat olmaqla cəmi 63.926,12 manat məbləğində lizinq ödənişi (əsas məbləğ və mükafat daxil olmaqla) ödənilməli idi. Həmin ödənişin 32.215,79 manat hissəsi əsas borc məbləğini təşkil edir. İş materiallarında olan maliyyə arayışından isə görünür ki, cavabdeh X5 tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə əsas borcdan 12.335,78 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda göstərilən hallara əsasən isə müəyyən edilir ki, qətnamənin qəbul edildiyi tarixə cavabdeh X3 iddiaçıya gecikdirilmiş əsas borcu 19.880,01 manat (32.215,79- 12.335,78 manat) təşkil edir. Digər tərəfdən maliyyə arayına əsasən həmçinin müəyyən edilir ki, cavabdeh X4 mükafat (faiz) borcu yalnız 07.02.2022-ci il tarixə hesablanmış və həmin tarixə 16.142 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən, faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehdən 19.880,01 manat məbləğində əsas borc, 16.142 manat məbləğində mükafat (faiz) borcu tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh X2 tutulacaq dəbbə puluna gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X3 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 677,79 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsaslar yoxdur. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, İddiaçı MMC (lizinq verən) ilə X5 (lizinq alan) arasında bağlanmış 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli Daxili X7 üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı MMC (lizinq verən) ilə X5 (lizinq alan) və Cavabdeh1 (zamin) arasında 17 fevral 2020-ci il tarixli, 06/2814/İLİZ saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 lizinq alan X3 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli daxili X7ndən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 digər cavabdeh X3 17.02.2020-ci il tarixli 06/2814/İLİZ nömrəli daxili X7ndən irəli gələn öhdəliklərinə zamin durduğunu, cavabdeh X3 isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 17.02.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli daxili X7 üzrə əsas, mükafat (faiz) və dəbbə pulu borcları cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə X5 arasında bağlanmış 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı X7 ləğv edilməli, lizinq obyekti olan 1 (bir) ədəd, 2017-ci il buraxılışı olan mühərrik WBAJA510X0B233799 “BMW 530İ” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya qaytarılmalı, cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı X7 üzrə 19.880 manat məbləğində əsas borc, 16.142 manat məbləğində mükafat borcu, 677,79 manat məbləğində dəbbə pulu, cəmi 36.699,79 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddiaçının qaytarılmasını tələb etdiyi lizinq obyektinin dəyəri və ödənilməsini tələb etdiyi pul vəsaitinin məbləği nəzərə alındıqda hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 340,45 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə X5 arasında bağlanmış 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı X7 ləğv edilsin. Lizinq obyekti olan 1 (bir) ədəd, 2017-ci il buraxılışı olan mühərrik WBAJA510X0B233799 “BMW 530İ” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC -yə qaytarılsın. Cavabdehlər X2 və Cavabdeh1 17.02.2020-ci il tarixli 06/2814/İLİZ saylı X7 üzrə 19.880 manat məbləğində əsas borc, 16.142 manat məbləğində mükafat borcu, 677,79 manat məbləğində dəbbə pulu, cəmi 36.699,79 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1225/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1225/2022
25.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver