Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-123/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh3 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylı razılaşma üzrə 26217,66 manat əsas, 1452,13 manat faiz, cəmi 27669,79 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı razılaşma üzrə 70845 manat əsas, 5974,6 manat faiz, 70,87 manat dəbbə, cəmi 76890,47 manat, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylı razılaşma üzrə 83900 manat əsas, 7103,12 manat faiz, 167,89 manat dəbbə,cəmi 91171,01 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı razılaşma üzrə 14405,08 manat əsas, 1279,71 manat faiz, 129,02 manat dəbbə, cəmi 15813,81 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 101,55 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 300000 manat məbləğində cavabdehlərə dövriyyə vəsaitinin artırılması üçün invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə bərpa olunan kredit limiti verilmişdir (müqavilənin 1.1.1., 1.1.2. və 1.1.3. maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 42700 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6-cımaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 70845 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6cımaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 83900 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6-cı maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 16100 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6-cımaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli TZM0022015 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə Zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh1 MMC və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2023-cü il tarixli X5 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin cavabdehlər ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər. 400 manat ilkin mediasiya xərciİddiaçı ASC tərəfindən tam ödənilmişdir. 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylı müqaviləsi üzrə borcunun məbləği 26217,66 manat əsas, 1452,13 manat faiz, borcun cəmi məbləği 27669,79 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə borcunun məbləği 70845 manat əsas, 5974,6 manat faiz, 70,87 manat dəbbə, borcun cəmi məbləği 76890,47 manat, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylımüqaviləsi üzrə borcunun məbləği 83900 manat əsas, 7103,12 manat faiz, 167,89 manat dəbbə, borcun cəmi məbləği 91171,01 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqaviləsi üzrə borcunun məbləği 14405,08 manat əsas, 1279,71 manat faiz, 129,02 manat dəbbə, borcun cəmi məbləği 15813,81 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdehlər müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylımüqaviləsi üzrə 26217,66 manat əsas, 1452,13 manat faiz,cəmi 27669,79 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə 70845 manat əsas, 5974,6 manat faiz, 70,87 manat dəbbə, cəmi 76890,47 manat, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylı müqaviləsi üzrə 83900 manat əsas, 7103,12 manat faiz, 167,89 manat dəbbə, cəmi 91171,01 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqaviləsi üzrə 14405,08 manat əsas, 1279,71 manat faiz, 129,02 manat dəbbə, cəmi 15813,81 manat məbləğində pul tutulmalıdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylı müqavilə üzrə 24223,42 manat əsas, 4600,95 manat faiz, 1381,6 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 30205,97 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə 70845 manat əsas, 15089,99 manat faiz, 70,87 manat dəbbə, 3434 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 89439,86 manat, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylı müqavilə üzrə 83900 manat əsas, 17841,68 manat faiz, 167,89 manat dəbbə, 4020 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 105929,57 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqavilə üzrə 14405,08 manat əsas, 3122,91 manat faiz, 129,02 manat dəbbə, 4708,16 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 18365,17 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 101,55 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli iddia ərizəsində göstərilmişdir ki, cavabdeh Fiesta Group MMC xx.xx.2022-ci il tarixli TZM0022015 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi əsasında kredit məbləğlərini bankdan götürmüş və hazırda ödənilməmiş borcu ümumilikdə 211544,28 manat olduğundan bu dəyərdə tələb irəli sürülmüşdür. İddia tələbəninin irəli sürülməsi zamanı bir sıra pozuntulara yol verilmiş və o cümlədən hüquqi və faktiki əsasları öz təsdiqini tapmadığından iddia rədd olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində 5 dəfə Razılaşma əsasında kredit ayrılmışdır. Birinci kredit xx.xx.2022-ci il tarixində 186455 manat həcmində ayrılmış və borc tam ödənildiyindən bu məhkəmə mübahisəsinin predmeti deyildir. Daha sonra müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu xx.xx.2022-ci il tarixlərində Razılaşmalar əsasında kreditlər ayrılmış, hər bir kredit üzrə tələbin həcmi iddia ərizəsində göstərilmişdir. İddia tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli Maliyyələşmə limiti müqaviləsi üzrə limitin maksimal məbləği 300000 manatdır. Lakin bank tərəfindən müqavilə şərtləri pozularaq ümumilikdə 400000 manat məbləğində kredit ayrılıb. Belə ki, ilk növbədə xx.xx.2022-ci il tarixində 186445 manat, xx.xx.2022-ci il tarixində 42700 manat, xx.xx.2022-ci il tarixində 70845 manat, xx.xx.2022-ci il tarixində 83900 manat və xx.xx.2022-ci il tarixində 16100 manat ayrılmış, cəmi 400 000 manatlıq kredit verilmişdir. Müqavilə şərtlərinə əsasən (maddə 1.3) limitdən artıq kreditin verilməsi müqavilənin əsas şərtlərinə dəyişiklik hesab olunur və bu barədə müqaviləyə müvafiq əlavə olmadıqda etibarsızdır. Digər tərəfdən borcun ayrılması ilə bağlı Cavabdeh1 MMC-nin təsisçilərinin qərarı sadəcə 300000 manat məbləğin alınması ilə bağlı idi. Bu səbəbdən xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində verilmiş kredit məbləğlərinin tələb olunması üçün bu müqavilə çərçivəsində hüquqi əsas mövcud deyildir. İddiaçı bank tərəfindən tələb olunan borc məbləğləri də düzgün göstərilməyib. Belə ki, bankın təqdim etdiyi hesabdan çıxarış sənədi və cavabdehdə mövcud olan bank hesabından çıxarış sənədi əsasında diqqətli yoxlanış aparıldıqdan sonra hər 4 kredit üzrə məbləğlərin müxtəlif qaydada şişirdildiyi aşkar olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli kredit üzrə məbləğ 3388 manat, xx.xx.2022-ci il tarixli kredit üzrə məbləğ 1 725 manat, xx.xx.2022-ci il tarixli kredit üzrə məbləğ 1786 manat və 23,09.2022-ci il tarixli kredit üzrə məbləğ 330 manat artırılmışdır. İddiaçı bank cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli kredit üzrə əsas borc məbləğindən 19869,53 manat, faiz məbləğindən 1253 manat, xx.xx.2022-ci il tarixli kredit üzrə əsas borcdan 1725 manat, faiz borcundan 2078 manat, xx.xx.2022-ci il tarixli kredit üzrə əsas borc məbləğindən 1786 manat, faiz borcundan 1678 manat, xx.xx.2022-ci il tarixli əsas borcdan 1923 manat, faiz borcundan 418 manat ödəniş həyata keçirilib. Bank iddiaçı tərəfindən həyata keçirilən ödənişləri nəzərə almamış və ümumiyyətlə düzgün hesablama aparmamışdır, nəticədə əsassız iddia tələbi irəli sürmüşdür. İddiaçı bank tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə bir sıra qanun pozuntuları mövcuddur. Cavabdeh şirkət tərəfindən aparılan araşdırma zamam zaminlik müqaviləsində imzanın saxta olduğu aşkarlanmışdır. Eyni zamanda məhkəməyə yeni təqdim olunan təsisçi qərarında imzanın saxta olmasına dair əsaslı şübhələr mövcuddur. Məsələlər məhkəmə qaydasında ekspert rəyi ilə öz təsdiqini tapdıqdan sonra ümumiyyətlə müqavilənin etibarlılığı ilə bağlı məsələnin müzakirəsi zərurəti yaranacaqdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın və dəqiqləşmə ərizəsinin məzmununa uyğun çıxış edrək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi çıxış edərək bildirdi ki, zaminlik müqaviləsinə və təsisçilərin ümumi yığıncağın qərarında olan imza Cavabdeh3 məxsus deyil, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
9. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Cavabdeh1 MMC-nin tətisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən MMC-yə dövriyyə vəsaitinin alınması məqsədi ilə İddiaçı ASC-dən 300.000 manat məbləğində, 12 ay müddətinə sifariş və invoys maliyyələşməsi limitinin alınmasına razılıq verilməsi və tərəflər arasında bağlanacaq kredit, zaminlik, ipoteka müqavilələrini imzalamaq səlahiyyəti MMC-nin direktoru X6 həvalə edilmişdir.
12. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit limiti verilmişdir.
13. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 42.700 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/02 saylı Razılaşma bağlanmışdır.
14. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 70845 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/03 saylı Razılaşma bağlanmışdır.
15. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 83900 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/04 saylı Razılaşma bağlanmışdır.
16. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 16100 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/05 saylı Razılaşma bağlanmışdır.
17. Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli TZM0022015 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər.
18. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1774 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/04 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 83900 manat əsas borc, 7103,12 manat faiz borcu, 167,89 manat cərimə borcu olmaqla, cəmi 91171,01 manat qeyd olunmuşdur.
19. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1773 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/03 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 70845 manat əsas borc, 5974,6 manat faiz borcu, 70,87 manat cərimə borcu olmaqla, cəmi 76890,47 manat qeyd olunmuşdur.
20. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1772 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/02 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 26217,66 manat əsas borc, 1452,13 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 27669,79 manat qeyd olunmuşdur.
21. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1771 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/05 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 14405,08 manat əsas borc, 1279,71 manat faiz borcu, 129,02 manat cərimə borcu olmaqla, cəmi 15813,81 manat qeyd olunmuşdur.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməxətşunaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspert qarşısında mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli TZM0022015 nömrəli zaminlik müqaviləsinin hər səhifəsində “Zamin” qrafasında göstərilən imzaların və Cavabdeh1 MMC-nin X1 xx.xx.2022-ci il tarixli Qərarının “Təsisçilər” hissəsində Cavabdeh3 adı qarşısında olan imza Cavabdeh3 və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını və İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsinin, xx.xx.2022-ci il tarixli TZM0022015/02 saylı Razılaşmanın, xx.xx.2022-ci il tarixli TZM0022015/03 saylı Razılaşmanın, xx.xx.2022-ci il tarixli TZM0022015/04 saylı Razılaşmanın və xx.xx.2022-ci il tarixli TZM0022015/05 saylı Razılaşmanın şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla hər bir razılaşma üzrə ayrı-ayrılıqda ilk xəbərdarlıq məktublarının cavabdehlərə göndərildiyi xx.xx.2023-cü il tarixə və maliyyə arayışlarında göstərilən xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.
23. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7242 saylı rəyində xx.xx.2022-ci il tarixli TZM0022015/02 saylı razılaşmanın qeyd oluan şərtləri nəzərə alınmaqla müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixə MMC-nin iddiaçıya olan borcu 43125,38 manat məbləğində, o cümlədən əsas kredit borcu 42700 manat, faiz borcu 425,38 manat, müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək llik 5% dərəcəsi ilə hesablanan faiz borcu 403,72 manat, xx.xx.2023-cü il tarixədək hesablanan faiz borcu 662,94 manat təşkil etdiyi, xx.xx.2023-cü il tarixə MMCnin iddiaçıyaolan borcu 26010,5 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcu 25606,78 manat, faiz borcu 5%-lə 403,72 manat, xx.xx.2023-cü il taixə MMCnin iddiaçıyaolan borcu 24276,71 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kreddit borcu 23613,77 manat, faiz borcu 5% ilə 662,94 manat, həmçinin ekspertiza zamanı borc məbləği xx.xx.2023-cü il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə aparılmış 1994,24 manat məbləğində ödənişlər hazırkı ekspertiza tədqiqatı zamanı nəzərə alınmadığı, xx.xx.2022-ci il tarixli TZM0022015/03 saylı razılaşmanın şərtləri nəzərə alınmaqla müddəti bitdiyi xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçı banka olan borcu 71546,75 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 70845 manat, faiz borcunun 701,75 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.20233-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 769,92 manat, xx.xx.2023-cü il tarixədək hesablanan faiz borcu 1483,01 manat təşkil etdiyi, xx.xx.2023-cü il tarixə MMC-nin banka olan borcu 69226,66 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 68456,74 manat, faiz borcunun 5% ilə 769,92 manat, xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunun 69939,75 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 68456,74 manat, faiz borcunun 5%ilə 1483,01 manat, xx.xx.2022-ci il tarixli TZM0022015/04 saylı razılaşmanın şərtləri nəzərə alınmaqla, müqavlənin bitdiyi xx.xx.2022-ci il tarixə MMC-nin banka olan borcu 84733,5 manat məbləğində müəyyən edildiyi, o cümlıədən əsas kredit borcunun 83900 manat, faiz borcunun 833,5 manat, müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcunu 879,27 manat, xx.xx.2023-cü il tarixədək hesablanan faiz borcunun 1727,28 manat təşkil etdiyi, xx.xx.2023-cü il tarixə MMC-nin banka olan borcu 82288,07 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 81408,8 manat, faiz borcunun 5% ilə 879,27 manat, xx.xx.2023-cü il tarixə MMC-nin banka olan borcu 83136,08 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 81408,8 manat, faiz borcunun 5% ilə 1727,28 manat, xx.xx.2022-ci i tarixli TZM0022015/05 saylı razılaşmanın şərtləri nəzərə alınmaqla, müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə MMC-nin banka olan borcu 16260,8 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 16100 manat, faiz borcunun 160,8 manat, müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun 154,18 manat, xx.xx.2023-cü il tarixədək hesablanan faiz borcunun 308,14 manat təşkil etdiyi, xx.xx.2023-ccü il tarixə olan borcunun 15928,83 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 15774,65 manat, faiz borcunun 5% ilə 154,18 manat, xx.xx.2023-cü il tarixə olan borcunun 14387,87 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 14079,73 manat və faiz borcunun 5% ilə 308,14 manat olması müəyyən edilmişdir.
24. MEM-in xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1448 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyində ekspertizaya təqdim edilmiş, işin 113-117-ci və 146-150-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli TZM0022015 nömrəli zaminlik müqavilələrinin zamin qrafalarındakı mzaların və 29 avqust 2022-ci il tarixli Cavabdeh1 MMC-nin X1 qərarında təsisçiər qrafasında Cavabdeh3 yazıları qarşısındakı imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur.
25. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Fortiori” vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2022-ci il tarixində dövlət sərhədindən çıxmış və xx.xx.2022-ci il tarixində ölkəyə giriş etmişdir.
26. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5127 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/05 saylı 23 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 14404 manat əsas borc, 3122,91 manat faiz borcu, 129,02 manat cərimə borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 4708,16 manat olmaqla, cəmi 18365,12 manat qeyd olunmuşdur.
27. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5128 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/04 saylı 16 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 83900 manat əsas borc, 17841,68 manat faiz borcu, 167,89 manat cərimə borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 4020 manat olmaqla, cəmi 105929,57 manat qeyd olunmuşdur.
28. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5129 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/02 saylı 07 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 24223,42 manat əsas borc, 4600,95 manat faiz borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 1381,6 manat olmaqla, cəmi 30205,97 manat qeyd olunmuşdur.
29. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5130 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/03 saylı 13 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 70845 manat əsas borc, 15089,99 manat faiz borcu, 70,87 manat cərimə borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 3434 manat olmaqla, cəmi 89439,86 manat qeyd olunmuşdur.
30. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3408/2023 sayı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsinin, xx.xx.2022-ci il tarixli TZM0022015/02 saylı Razılaşmanın, xx.xx.2022-ci il tarixli TZM0022015/03 saylı Razılaşmanın, xx.xx.2022-ci il tarixli TZM0022015/04 saylı Razılaşmanın və xx.xx.2022-ci il tarixli TZM0022015/05 saylı Razılaşmanın şərtləri və aparılmış ödənişlər (həmçinin xx.xx.2023 və xx.xx.2023 tarixli ödənişlər) nəzərə alınmaqla hər bir razılaşma üzrə ayrıayrılıqda müqavilə müddətlərinin bitdiyi tarixə və maliyyə arayışlarında göstərilən xx.xx.2023-cü il (faiz borcu müqavilədə nəzərdə tutulan 12% hesabı ilə) tarixinə (ayrıayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği, o cümlədən kredit razılaşmaları üzrə hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla kredit razılaşmalarının müddətləri bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 % ilə hesablanan faiz borcunun nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.
31. MEM-in xx.xx.2024-cü il tarixli, 9/277 saylı rəyində xx.xx.2022-ci il tarixli TZM0022015/02 saylı razılaşmanın qeyd oluan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) iddiaçıya olan borcu 22866,79 manat məbləğində, o cümlədən əsas borcu 21619,53 manat, faiz borcu 00 manat, faiz illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1247,26 manat, xx.xx.2022-ci il tarixli TZM0022015/03 saylı razılaşmanın qeyd oluan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) iddiaçıya olan borcu 71774,77 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 68456,74 manat, faiz borcunun 00 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 3318,03 manat, xx.xx.2022-ci il tarixli TZM0022015/04 saylı razılaşmanın qeyd oluan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) banka olan borcu 85318,24 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 81408,75 manat, faiz borcunun 00 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcunu 3909,49 manat, xx.xx.2022-ci i tarixli TZM0022015/05 saylı razılaşmanın qeyd oluan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) banka olan borcu 14765,28 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 14079,73 manat, faiz borcunun 00 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun 685,55 manat olması müəyyən edilmişdir.
32. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
35. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
38. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
39. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
43. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının 07 sentyabr 2022ci il tarixli TZM0022015/02 saylı, 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı, 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilələr üzrə tələb etdiyi əsas, faiz və illik 5% borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və illik 5%-lə tələb edilən borcdan aşağı, digər faiz borcu məbləğinin isə olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə 07 sentyabr 2022-ci il tarixli TZM0022015/02 saylı, 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı, 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilələr üzrə tələb olunan əsas, faiz və illik 5% borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.
44. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı müqavilə üzrə 70,87 manat, 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı müqavilə üzrə 167,89 manat və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilə üzrə 129,02 manat məbləğində dəbbə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
45. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
46. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
47. Bundan başqa iddiaçı 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylı müqavilə üzrə xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylı müqavilə üzrə xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqavilə üzrə xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz məbləğində borcları tələb etmişdir.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
49. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu məbləğləri hər 4 müqavilə üzrə yuxarı həddə müəyyən edildiyindən və ekspert rəyində daha aşağı həddi müəyyən edildiyinən, məhkəmə ekspert rəyinə əsasən müəyyən edilən məbləğlərin cavabdehlər MMC və üç zamindən tutulmasını qanuni və ədalətli hesab edir.
50. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh1 MMC-dən, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 07 sentyabr 2022-ci il tarixli TZM0022015/02 saylı müqavilə üzrə 21619,53 manat əsas, illki 5% hesabı ilə 1247,26 manat faiz borcu; 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı müqaviləsi üzrə 68456,74 manat əsas, illki 5% hesabı ilə 3318,03 manat faiz borcu; 70,87 manat dəbbə pulu; 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı müqavilə üzrə 81408,75 manat əsas, illki 5% hesabı ilə 3909,49 manat faiz borcu, 167,89 manat dəbbə pulu və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilə üzrə 14079,73 manat əsas, illki 5% hesabı ilə 685,55 manat faiz borcu və 129,02 manat dəbbə pulu borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini qeyd olunan cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
51. Məhkəmə iddia tələbinin təmin edilməyən Cavabdeh3 qarşı hissəsinə dair aşağıdakıları qeyd edir.
52. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 və nümayəndəsi iddianın ona aid hissədə qəbul etməyərək bildirmişdirlər ki, zaminlik müqaviləsində və Cavabdeh1 MMC-nin X2 xx.xx.2022-ci il tarixli qərarında olan imza Cavabdeh3 məxsus deyil, müqavilə imzalanan zaman ümumiyyətlə ölkə ərazisində olmayıb, həmin sənədlər üzrə məhkəmə-xətşunaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
53. MEM-in xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1448 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyində ekspertizaya təqdim edilmiş, işin 113-117-ci və 146-150-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli TZM0022015 nömrəli zaminlik müqavilələrinin zamin qrafalarındakı mzaların və 29 avqust 2022-ci il tarixli Cavabdeh1 MMC-nin X1 qərarında təsisçiər qrafasında Cavabdeh3 yazıları qarşısındakı imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur.
54. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2022-ci il tarixində dövlət sərhədindən çıxmış və xx.xx.2022-ci il tarixində ölkəyə giriş etmişdir.
55. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, zaminlik müqaviləsində olan imzanın Cavabdeh3 tərəfindən icra olunması ekspert tərəfindən müəyyən edilməsi mümkün olmamış, digər tərəfdən müqavilənin imzalandığı xx.xx.2022-ci il tarixində (xx.xx.2022 - xx.xx.2022 tarixləri aralığında) ümumiyyətlə onun ölkə ərazisində olmamasına dair təqdim olunmuş sübut, məhkəmənin xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin və ümumi yığıncağın qərarının Cavabdeh3 tərəfindən imzalanmadığı qənaətinə gəlməyə əsas verir.
56. Məhkəmə, iddiaçının nümayəndəsinin “Cavabdeh3 xx.xx.2022-ci il tarixində ölkə ərazisində olmaması onunla zaminlik müqaviləsinin bağlanmaması anlamına gəlməməli, müqavilə sonradan da ona imzalatdırıla bilərdir” argumentini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, müqavilənin bağlandığı tarix xx.xx.2022-ci il göstərilmişdir. Həmin tarixdə, hətta müqavilənin bağlanması istiqamətində etimal olunan aparılan danışıqlar zamanı belə Cavabdeh3 ölkə ərazisində olmamışdır. Kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi isə əgər Cavabdeh3 ilə bağlanmalı idisə, ən tezi xx.xx.2022-ci il (ölkəyə qayıtdığı) tarixi və ya daha sonrakı tarix müəyyən edilə bilərdi və baxmayaraq ki, kredit müqaviləsi tarixindən sonrakı tarix olsaydı belə zaminlik müqaviləsinin hüquqi mahiyyəti və ya etibarlılığı sübhə altına alınmazdı. Beləliklə, 29 avqust 2022-ci il tarixli TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi və dörd razılaşmaların təminatı olaraq Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmamışdır.
57. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
58. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
59. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
60. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
61. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
62. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır.
63. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən zaminlik müqaviləsi Cavabdeh3 tərəfindən deyil (ölkədə olmaması həmin müqavilənin fiziki olaraq imzalanması imkanını tamamilə istisna edir, digər tərəfdən ekspert rəyi ilə də imzanın Cavabdeh3 məxsusluğu təsdiq olunmamış), başqa şəxs tərəfindən icra olunduğundan, bununla da tərəflər arasında müqavilə bağlanmadığından, Cavabdeh3 iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır.
64. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
65. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
66. Məhkəmə hesab edir ki, qeyd edilən zaminlik müqaviləsi Cavabdeh3 tərəfindən imzalanmadığından, tərəflər arasında müqavilə bağlanmamışdır. Tərəflər arasında müqavilə bağlanmadığından, tərəflərin biri-digəri qarşısında göstərilən müqavilədən irəli gələn vəzifələrin daşıyıcıları deyildirlər. Odur ki, iddiaçının Cavabdeh3 vəzifələrinin icrasını tələb etmək hüququ yoxdur.
67. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaslarında Cavabdeh1 MMC-nin nümayəndəsi də zaminlik müqaviləsinin və MMC-nin X1 xx.xx.2022ci il tarixli qərarının təsisçilərdən biri olan Cavabdeh3 tərəfindən imzalanmaması faktına istinad edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, məhkəmə aşağıdakılara əsasən cavabdeh MMC-nin bu arqumentini tamamilə əsassız və qanunsuz hesab edir.
68. Belə ki, X2 qərarından görünür ki, cəmiyyətin payları təsisçilər arasında aşağıdaki kimi müəyyən edilmişdir: Cavabdeh5 – 25%, Cavabdeh4 – 25%, Cavabdeh2 – 15% və Cavabdeh3 – 35%. Həmin qərarı imzamalayan və imzaları mübahisə predmeti olamayan təsisçilərin payları 65% təşkil edir.
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-4-cü maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.
70. Beləliklə, İddiaçı ASC ilə kredit müqaviləsinin bağlanması üçün Cavabdeh1 MMC-nin ümumi yığıncağı təsisçi-Cavabdeh3 iştirakı və imzası olmadan belə səlahiyyətli olmuşdur.
71. Digər tərəfdən, əgər MMC-nin ümumi yığıncağı səlahiyyətli olmamış olseydi belə, iş materiallarından görünür ki, kredit razılaşmaları/müqavilələri “bəyənilmiş”, kreditlər köçürülmüş və həmin razılaşmalar üzrə ödənişlər də həyata keçirilmişdir.
72. Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
73. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
74. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat və dövlər rüsumu əvəzi qismində isə 101,55 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
75. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
76. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
77. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 501,55 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 604 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 MMC-dən, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 07 sentyabr 2022-ci il tarixli TZM0022015/02 saylı müqavilə üzrə 21619,53 manat əsas, illki 5% hesabı ilə 1247,26 manat faiz borcu; 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı müqaviləsi üzrə 68456,74 manat əsas, illki 5% hesabı ilə 3318,03 manat faiz borcu; 70,87 manat dəbbə pulu; 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı müqavilə üzrə 81408,75 manat əsas, illki 5% hesabı ilə 3909,49 manat faiz borcu, 167,89 manat dəbbə pulu və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilə üzrə 14079,73 manat əsas, illki 5% hesabı ilə 685,55 manat faiz borcu və 129,02 manat dəbbə pulu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 501,55 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq və xətşunaslıq ekspertizaların keçirilməsinə xərclənmiş 604 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova