Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1232/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın yenidən qiymətləndirilməsi və digər tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 487/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Səbail İcra şöbəsi tərəfindən mülkiyyətimdə olan Bakı şəhəri, ünvan 1 ünvanla bağlı icra hərəkətləri nəticəsində mülkiyyətçiyə heç bir məlumat verilmədən gizli hərrac keçirilmiş və "xxxx"-nin 177/22 saylı, 16 noyabr 2023-cü il tarixli hərrac protokoluna əsasən həmin əmlakın ilkin satış qiyməti 397.100 (üç yüz doxsan yeddimin yüz) manata qiymətləndirilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən 177/22 saylı protokolu ilə hərrac keçirilmişdir. Hərrac keçirilmiş yə mənim xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsiev 3, mənzil 10 – 253151,25 (əlli iki yüzəlli üç min yüzəlli bir manat iyirmi beş qəpiyə) manata ləğv prosesində olan Maraqlı şəxs ASC satılmışdır. Belə ki, mən həm əmlakın qiymətləndirilməsindən gec xəbərdar olduqumdan, həmdə hərracın iki dəfə keçirilməsinə baxmayaraq mənə bir mülkiyyətci olaraq heç bir xəbərdarlıq bildiriş məlumat verilməmişdir. Mənim iştirakım olmadan keçirilmısini qeyri-qanuni hesab edirəm. Mən həmin qiymətləndirilməylə razı deyiləm. Çünki bu cür qiymətləndirilmə real obyektivliyi əks etdirmir. Belə ki, xüsusi mülkiyətimdə olan sözügedən mənzilin 397.100 manata qiymətləndirilməsi və sonunda mülkiyyətimin 253151,25 manata qeyri qanuni satılması barədə məlumat verilməmişdir. Bir neçə gün keçəndən sonra ləğv prosesində olan Maraqlı şəxs ASC nümayəndəsi mənimlə telefon əlaqəsi saxlayaraq məlumat vermişdir. Həmin hərracın keçirildiyi ilə bağlı həm qiymətləndirmə rəyinə etiraz edə bilməmişəm, həm də hərracın keçirilməsi barədə heç bir məlumatım olmamışdır. Beləliklə «MƏHKƏMƏ QƏRARLARİNİN İCRASİ HAQQİNDA» qanunun 51-ci maddəsinin tələblərinə müvafiq olaraq borclunun əmlakının qiymətləndirilməsi qanuna müvafiq olaraq qiymətləndirmə tərəfindən həyata keçirilir. Belə ki, Səbail rayon İcra şöbəsinin sifarişçi olaraq Bakı Kommersiya Məhkəməsinin icra vərəqəsi N e-2-2(113)487/2021, xx.xx.2021-ci il üzrə səlahiyyətlərini icra etmiş, lakin bu barədə mənim heç bir məlumatım olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi ev 3, 10 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs ASC tərəfindən "xxxx" MMC müraciət edilmiş və sonuncu tərəfindən qiymətləndirmə işi həyata keçirilmişdir. "xxxx" MMC əmlakın qiymətləndirilməsi haqqında hesabata əsasən mübahisələndirilən əmlak üzrə gəldiyi nəticəyə görə araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi ev 3, 10 saylı mənzilin bazar dəyəri ilkin satış qiyməti 397.100 manat qiymətləndirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-487/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 189.580,71 (yüz səksən doqquz min beş yüz səksən manat yetmiş bir qəpik) manat məbləğində əsas, 28.354,6 manat (iyirmi səkkiz min üç yüz əlli dörd manat altmış qəpik) məbləğində faiz borcu, 8.000 (səkkiz min) manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1448,15 manat (bir min dörd yüz qırx səkkiz manat on beş qəpik) məbləğində faiz borcu, cəmi 227.383,46 manat (iki yüz iyirmi yeddi min üç yüz səksən üç manat qırx altı qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 59 (əlli doqquz) manat məbləğində pul vəsaitin tutularaq ləğv prosesində olan Maraqlı şəxs ASC -yə ödənilməsi, tələb üzrə tutma cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 397.100 (üç yüz doxsan yeddi min yüz) manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan Maraqlı şəxs ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdeh "xxxx" MMC-dən tutulması, eyni zamanda qiymətləndiricinin rəylərinin alınmasına görə cavabdehlər "xxxx" MMC-nin və İddiaçı müştərək qaydada 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə, 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin tutularaq “X1 Mərkəzi” MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmçinin həmin qətnamənin təsviri əsasladırıcı hissəsində qeyd edilmişdir ki, “ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və həmin qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan 63 kv.m. yaşayış sahəsindən ibarət ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin bazar qiyməti 418.000 manat, likvid dəyəri isə 397.100 manat məbləğində müəyyən edilmişdir”. Eyni zamanda qeyd edilmişdir ki, “Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsi R.İsmayılov məhkəmədə verdiyi izahatında iddiaçının əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş rəydə müəyyən edilmiş likvid dəyərlə, yəni 397.100 manat məbləğində müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Odur ki, "xxxx" MMC tərəfindən verilmiş rəydə müəyyən edilmiş likvid dəyərin məhkəmə araşdırması zamanı alınmış qiymətləndirici rəylərinə əsasən hesablanmış likvid dəyərə nisbətən daha yüksək məbləğdə (yəni cavabdeh üçün daha qənaətbəxş) olduğunu, iddiaçının isə ilkin satış qiymətinin həmin məbləğdə müəyyən edilməsinə razı olduğunu nəzərə alaraq məhkəmə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 63 kv.m. sahəsi olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin (likvid dəyərinin) - "xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 397.100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 3 nömrəli binada yerləşən, 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiyməti 397.100 manat məbləğində müəyyən edilməlidir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə məhkəmədə baxılmalı deyil, belə ki, Bakı Kommersiya Məhkəməsində iddiaçı ləğv prosesində olan Maraqlı şəxs ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxılarkən ünvan 2 ünvanında yerləşən 63 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin "xxxx" MMC (qiymətləndirmə hesabatı və əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən) tərəfindən sözügedən mənzilin likvid qiymətinin 397.100 manat məbləğində müəyyən edilməsi hakim tərəfindən qiymətləndirilmiş və həmin qiymət ilkin satış qiyməti kimi müəyyən edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-487/2021 saylı qətnaməsində göstərilmiş və həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən 63 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin qiymətləndirilməsi icra mərhələsində deyil, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-487/2021 saylı qətnaməsi qəbul edilənə qədər olmuş (iddiaçı da ərizəsində mübahisəli mənzilin ilkin satış qiymətinin 397100 manat məbləğində məhz "xxxx" MMC tərəfindən qiymətləndirilməsini təsdiq etmişlər) və sözügedən "xxxx" MMC rəyi hakim tərəfindən qiymətlədirilmiş və qüvvədə olan qətnamədə ilkin satış qiyməti kimi müəyyən edilmiş, yəni "xxxx" MMC-nin qiymətləndirmə hesabatı və əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən verilmiş sözügedən mənzilin likvid qiymətinin 397100 manat məbləğində müəyyən edilməsi məhkəmə qətnaməsində qiymətləndirilmiş bu isə o, deməkdir ki, "xxxx" MMC-nin qiymətləndirmə hesabatı və əmlakın qiymətləndirilməsi barədə rəyi məhkəmədə iddia icraatı qaydasında verilmiş ərizəyə əsasən mübahisələndirilməsi yolverilməzdir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsində 2-2(113)-487/2021 saylı işə baxılarkən və yekun məhkəmə aktı qəbul edilənə qədər və ya qətnamədən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə apellyasiya şikayəti verildikdə “qiymətləndirmə hesabatı və əmlakın qiymətləndirilməsi barədə rəy” mübahisələndirilə bilərdi. Odur ki, "xxxx" MMC-nin qiymətləndirmə hesabatı və əmlakın qiymətləndirilməsi barədə rəyin (mənzilin likvid qiymətinin 397100 manat məbləğində müəyyən edilməsini) iddiaçı ləğv prosesində olan Maraqlı şəxs ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə Bakı Kommersiya Məhkəməsində baxılarkən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-487/2021 saylı qətnaməsində qiymətləndirildiyini nəzərə alan məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmaması əsası ilə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddia ərizəsini qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1232/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1232/2024
24.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver