Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1234/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əliyev Sərraf Əliheydər oğlu və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) ( kredit, zaminlik və ipoteka müqaviləsi, maliyyə arayışı, ekspert rəyi ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əliyev Sərraf Əliheydər oğlu və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Əliyev Sərraf Əliheydər oğlu və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 115802.25 manat əsas, 72955.03 manat faiz, 82451.16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plennum qərarına əsasən hesablanmış 16707.12 manat faiz borcu olmaqla, ümumilikdə 287915.56 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərc, iş üzrə ödənilmiş 167.92 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun iddiaçının xeyrinə tutulmasına, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “DəmirBank" ASC-nin Binəqəcfi filialı ilə Əliyev Sərraf Əliheydər oğlu arasında xx.xx.2015-ci il tarixli BK-2313/15 saylı Baş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 33 (otuz üç) faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 (altmış) ay müddətinə 150000 manat məbləğində kredit (kredit xətti) ayrılmışdır.Baş kredit müqaviləsi əsasında tərəflər arasnda 17 fevral 2015-ci il tarixli 2313/15 nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindər müştəriyə dövriyyə vəsaitinin artriması məqsədi ilə illik 19 %-lə 36 ay müddətinə 80000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit 2 tranşla verilmişdir, ilkin tranşn məbləği 47000 ABŞ Dolları müəyyən edilmiş və mövcud bank öhdəliklərinin bağlanmasına yönləndirilmişdir. Bank kreditlərinin bağlanmasna dair təsdiqedici sənədlər banka təqdim edildikdən sonra ikinci tranş olan 33000 ABŞ Dolları ayrılmışdır.Cavabdeh Əliyev Sərraf Əliheydər oğluna kredit verilərkən X4 ilə Bank arasında ZM-2313/15 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.xx.xx.2017-ci il tarixdə “BK-2313/15 saylı xx.xx.2015ci il tarixli Baş kredit müqaviləsi üzrə” 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən müqavilənin müddəti bu Əlavə saziş imzalandığı gündən 48 ay müddətinə uzadılmışdır.xx.xx.2017-ci il tarixdə “2313/15 saylı, 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi" üzrə 01 saylı Əlavə saziş bağlanmış, həmin əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğ üzrə qalığı konvertasiya edilməklə ( 1 USD = 1.8045 AZN) 115819.24 AZN təşkil etmiş, kreditin müddəti 48 ay müddətinə uzadılmışdır.Kredit müqaviləsinə əsasən Əliyev Sərraf Əliheydər oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.Ləğv prosesində olan "DəmirBank” ASC-nin Əliyev Sərraf Əliheydər oğluna və X1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Əliyev Sərraf Əliheydər oğlu və Mehdiyevə Rəisə ibad qızı ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə’’ xx.xx.2023-cü il tarixli MŞB/10- 00766 nömrəli arayış tərtib edilmişdir.Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********813 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Cavabdeh Əliyev Sərraf Əliheydər oğlunun 22 noyabr 2023-cü il tarixə kredit üzrə cəmi borcu 287915.56 AZN təşkil edir. Bundan 115802.25 AZN əsas, 72955.03 AZN faiz, 82451.16 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16707.12 AZN faiz borcu təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldırlması ilə bağlı ərizə təqdim edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 761090 manat gecikdirilmiş əsas borc, 384350.45 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1146340.15 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 dekabr 2023-cü il tarixdə isə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 830280 manat gecikdirilmiş borc və hesablanmış 467447.64 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1298627.64 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. 21 iyun 2024-cü ildə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 115802.25 manat əsas, 72955.03 manat faiz, 82451.16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plennum qərarına əsasən hesablanmış 16707.12 manat faiz borcu olmaqla, ümumilikdə 287915.56 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərc, iş üzrə ödənilmiş 167.92 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun iddiaçının xeyrinə tutulmasına, tutmanın Cavabdeh1 məxsus olan Bakı ş., Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsində yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclaslarında iştirak edən X3 ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. II. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6.İddiaçı ASC Əliyev Sərraf Əliheydər arasında bağlanmış 17 fevral 2015-ci il tarixli, BK-2313/15 saylı baş kredit müqavilənin predmeti kreditorun borcalana 150 000 manat məbləğində kreditin illik faiz dərəcəsi 33 %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 66 %-dən çox olmamaq şərtilə 60 ay müddətinə kredit ayrılması, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kredit və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 1.2. Gələcəkdə bağlanılacaq kredit müqaviləsi üzrə hissə-hissə veriləcək məbləğlər hazırki Baş Kredit müqaviləsinə bağlıdır. 2.1. Gələcəkdə bağlanılacaq kedit müqavilələri üzrə borcalanın öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: 7.xx.xx.2015-ci il tarixli İP1-2313/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 294.79 kv.m yaşayış sahəsi 106.46 kv.m olan 5 otaqlı, 32 saylı fərdi yaşayış evi 8.xx.xx.2015-ci il tarixli, İPİ -2313/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 294.79 kv.m yaşayış sahəsi 106.46 kv.m olan 5 otaqlı, 32 saylı fərdi yaşayış evi borcalanın öhdəliklərinin icrasının əsas təminatı kimi çıxış etmişdir. 9.Baş kredit müqaviləsi əsasında tərəflər arasında xx.xx.2015-ci il tarixli, 2313/15 nömrəli kredit müqaviləsinin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1 müqaviləyə əsasən bank tərəfindən müştəriyə dövriyyə artırılması məqsədilə illik 19%lə 36 ay müddətinə 80 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit 2 tranşla verilmişdir. İlkin tranşın məbləği 47000 ABŞ dolları müəyyən edilmiş və mövcud bank öhdəliklərinin bağlanmasına yönləndirilmişdir. Bank kreditlərinin bağlanmasına dair təsdiqedici sənədlər banka təqdim edilikdən sonra ikinci tranş olan 33000 ABŞ dolları ayrılmışdır. 2.3 Kredit 36 ay müddətinə verilir. 2.4. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 19 % dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə plandırılmış faktiki illik faiz dərəcəsi 19.73 faiz təşkil edir. 2.5. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 38 % dərəcəsi ilə, aylıq isə 3.17 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 2.6 Güzəşt müddəti 6 ay təşkil edir.
10. 2313/15 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1138387-ci kredit hesabı üzrə qrafikə əsasən kreditin məbləği 80 000 USD, illik faiz dərəcəsi 19%, kreditin müddəti 36 ay müəyyən edilmişdir.
11. İddiaçı ASC, Əliyev Sərraf Əliheydər oğlu və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ZM-2313-15 saylı zaminlik müqaviləsinin predmeti 17 fevral 2015-ci il tarixli, BK-2313/15 saylı baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
12. Müqavilənin 2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər: 2.1. 150 000 manat təşkil edən kredit məbləği 2.2.60 ay təşkil edən kreditin qaytarılma müddəti 2.3.33%-dən çox olmamaq şərti ilə təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 2.4.66%-dən çox olmamaq şərti ilə təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik, aylıq isə 5.5 dən çox olmamaq şərti ilə faiz dərəcəsi.
13. xx.xx.2017-ci il tarixli, BK-2313/15 nömrəli 01 saylı Əlavə Sazişə əsasən müqavilənin müddəti bu Əlavə saziş imzalandığını gündən 48 ay müddətinə uzadılmışdır.
14. xx.xx.2017-ci il tarixli, BK-2313/15 nömrəli 01 saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğ üzrə qalığı konvertasiya edilməklə (1 USD=1.8045 AZN) 115819.24 təşkil etmişdir. 1.1.2. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 64183.56 ABŞ dolları əsas borc, 9923.26 ABŞ dolları faiz borcu və 638.01 ABŞ dolları cərimə borcu təşkil edir. 1.1.4 Restrukturizasiya edilmiş kreditin müddəti 48 ay müddətinə uzadılmışdır. 15.xx.xx.2015-ci il tarixli 182576 nömrəli çekə əsasən "xxxx" ASC tərəfindən Əliyev Sərraf Əliheydər oğluna 47000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 182577 nömrəli çekə əsasən isə 33000 ABŞ dolları məbləğində pul verilmişdir. 16.Kreditor/ipoteka saxlayan İddiaçı ASC, borcalan qismində Əliyev Sərraf Əliheydər oğlu və ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İP1- 2313/15 nömrəli ipoteka müqaviləsinə əsasən Borcalan/İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndinə göstərilən ünvan 1ndə yerləşən, ümumi sahəsi 294.79 kv.m , yaşayış sahəsi 106,46 kv.m olan, 5 otaqdan ibarət olan 32 saylı fərdi yaşayış evini xx.xx.2015-ci il tarixli Baş Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/İpoteka saxlayana verir. 3.2. FM Consulting tərəfindən xx.xx.2014-cü il tarixində tərtib edilmiş 1389/DQ saylı əmlakın qiymətləndirmə aktına əsasən daşınmaz əmlak 180 000 manat dəyərində qiymətləndirilir.
17. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır.
18. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1, 32 saylı fərdi yaşayış evi 48 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
19. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanaraq, münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə 287915.56 manat məbləğində borcun 3 gü müddətində Banka ödənilməsi və ya ipoteka predmetinə tutma yönəldilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciöət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 10 yanvar 2024-cü il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ünvanlanaraq, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə elektron xidmətlər portalı vasitəsilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 21.xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan dövr üçün müqavilənin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmiş, müqavilə müddəti üçün hesablanmış əsas borc 115802.25 manat, həmin müddət üzrə faiz borcu 72955.03 manat və borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə 82451.16, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 16707.08 manat olmaqla, ümumilikdə tələb olunan borc məbləği 287915.56 manat təşkil edir. 22.Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış Müqavilədən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 24 MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26.AR MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 29 Azərbaycan Respublikası Mülki Məcələsiinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
31. İşin hallarından məlum olur ki, İddiaçı ASC (Ləğv prosesindədir) ilə Əliyev Sərraf Əliheydər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BK-2313/15 saylı Baş Kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə illik 33% dərəcəsindən çox olmamaq şərti ilə 60 ay müddətinə 150 000 manat məbləğində kredit xətti ayrılmış, sözügedən müqaviləyə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə illik 19%-lə 36 ay müddətinə 80 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində bankla digər Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, ZM-2313/15 nömrəli ipoteka müqaviləsi və zaminlik müqaviləsi bağlanmış, sözügedən müqaviləyə əsasən sonuncuya məxsus ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 32.Məhkəmə kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu, cərimə məbləği, eyni zamanda AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plennum qərarına əsasən hesablanmış faiz borcunun miqdarının və ipoteka predmeti qismində çıxış edən ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinin bazar və likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə 05 mart 2024-cü il tarixli qərardada əsasən məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 22 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixə (kredit müddətinin bitdiyi tarixə) kredit müqaviləsi üzrə əsas borc məbləği 115816.5 manat, faiz borcu 55298.75 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək illik 5%-lə hesablanan faiz borcu məbləği 16487.76 manat məbləğində müəyyən edilmişdir.
33. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq və digər sübutlarla birlikdə qiymətləndirməklə ekspertin rəyində hesablanmış əsas və faiz borcu həcmində, yəni əsas borc məbləği üzrə115816.5 manat, faiz borcu üzrə 55298.75 manat məbləğində iddia tələbini əsaslı hesab edir.
34. İddiaçı əsas və faiz borcu məbləğlərindən əlavə öhdəliyin vaxtında icra edilməməsi səbəbindən 82451.16 manat məbləğində cərimə borcunun ödənilməsini də tələb edir. 35.Məhkəmə bununla bağlı bildirir ki, məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
37. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 5791 manat məbləğində dəbbə pulu tutulmalıdır.
38. İddiaçı eyni zamanda iddia ərizəsində AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plennum Qərarına əsasən hesablanmış 16707.12 manat məbləğində faizin ödənilməsi tələbi ilə çıxış edir.
39. Məhkəmə tələb edilən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borc üzrə hesablanmış məbləğə münasibətdə bildirir ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. 40.Cavabdehin pul məbləğinin ödənilməsini gecikdirməsini nəzərə almaqla, müqavilənin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək illik 5%-lə hesablanmaqla AR Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş 16487.76 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində məhkəmə iddianı əsaslı hesab edir.
41. İddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilməsi ilə bağlı olan hissəsinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 42.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 43.AR MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
44. AR MM-in 319.1. əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 45.AR MM-in 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
46. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 47.Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 48.Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 49.Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
50. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına müvafiq olaraq, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, LP-063/2024 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus 32 saylı fərdi yaşayış evinin hazırki bazar qiyməti 330000 manat, likvid qiyməti isə 297 000 manat məbləğində qiymətləndirilmişdir. 51.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 115816.5 manat əsas, 55298.75 manat faiz, 5791 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16487,76 manat faiz borcu olmaqla, ümumilikdə 193,394.01 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilməli və fərdi yaşayış evinin ilkin satış qiyməti 297000 (likvid qiyməti) manat müəyyən edilməklə, həmin əmlakın açıq hərracda satışı həyata keçirilməlidir. 52.Bundan əlavə məhkəmə qeyd edir ki, MM-nin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Göründüyü kimi qanunvericilik ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi təqdirdə qalan məbləğin borclunun başqa əmlakından tutulmasını nəzərdə tutur. Belə ki, hüquq üçün gələcək fakt yoxdur, bu məsələ bir başa qanun ilə tənzimlənir. Odur ki, məhkəmə qeyd olunan məsələnin qanunvericliklə birbaşa olaraq tənzimlənməsini nəzərə almaqla, tələbin təmin edilməsini zəruri hesab etmir.
53. İddiaçı eyni zamanda iddia ərizəsində ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcin, iş üzrə ödənilmiş 167.92 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun da cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və həmin ödənişlərlə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 57.Məhkəmə hesab edir ki, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat və Əmlakın qiymətləndirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi ilə bağlı hesablanmış 300 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Əliyev Sərraf Əliheydər oğlundan və Cavabdeh1 müştərək qaydada 115816.5 manat əsas, 55298.75 manat faiz, 5791 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16487,76 manat faiz borcu olmaqla, ümumilikdə 193,394.01 (yüz doxsan üç min üç yüz doxsan dörd manat bir qəpik) manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcin, iş üzrə ödənilmiş 167.92 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 297000 (likvid qiyməti) manat müəyyən edilsin və həmin əmlak açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdehlər Əliyev Sərraf Əliheydər oğlu və Cavabdeh1 iddiaçı Ləğv prosesində olan "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə 193,394.01 manat məbləğində borcu ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ 22) ödənilsin. Əmlakın qiymətləndirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi ilə bağlı 300 (üç yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ( VÖEN: **********, Bank ”Azər-Türk Bank” ASC Yasamal Filialı, Kod 512565, Bank VÖEN: **********, H/hAz30AZRT********************, M/h AZ02NABZ********************, SWİFT: AZRT AZ 22) ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov