Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1239/2023 01.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, zərərin ödənilməsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 17097 manat dəymiş zərərin əvəzi və ödənilmiş 200 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2020-ci il tarixində verdiyi, AD № 860769 saylı texniki pasporta əsasən “TX LONDON TAXİ MİNİK” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Cavabdeh İbrahimpaşa oğlu xx.xx.2021-ci il tarixli 269 nömrəli “Sürücü xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında Cəmiyyətə sürücü xidməti göstərmişdir. Cavabdeh İbrahimpaşa oğlu yol vərəqəsi əsasında idarə etdiyi “TX LONDON TAXİ MİNİK” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində gecə vaxtı Bakı-Şamaxı yolu 38.9-cu km-də nəqliyyat vasitəsini idarə edərkən idarə etməni itirərək yolun hərəkət hissəsindən kənara çıxması səbəbiylə nəqliyyat vasitəsinin nahamar hissədə müəyyən məsafə qət etməsinə səbəbiyyət vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin alt nahiyyəsinə böyük dərəcədə ziyan dəymişdir. Sürücü Cavabdeh İbrahimpaşa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək İXP5129772 nömrəli protokol tərtib olunaraq məsuliyyətə cəlb olunmuşdur. Nəticədə "xxxx" MMC-yə məxsus olan “TX LONDON TAXİ MİNİK” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar Cəmiyyətə 17476 manat zərər dəymişdir. Sürücü Cavabdeh İbrahimpaşa oğlu müqavilə əsasında Cəmiyyətdə xidmət göstərdiyi dövrdə yaranmış hasilat borcu, xidmət göstərdiyi dövr üçün xidmət haqqı və depozitini nəzərə alaraq borcların üzləşdirilməsi zamanı borclar qarşılıqlı əvəzləşdiyi təqdirdə toplamda 17097 manat məbləğində ödənişi qalmaqdadır. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasında əlaqənin olması təqdim olunan sənədlərlə təsdiq olunur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 ərizəni müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 bildirdi ki, iddia tələbini qəbul edir, hadisə həqiqətən baş verib, dəymiş ziyanın ödənilməsindən yayınmır. Lakin, hazırda həmin məbləği bir dəfəyə ödəmək üçün imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. xx.xx.2020-ci il tarixli, AD № 860769 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən TX LONDON TAXİ MİNİK markalı 90TA220 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.
7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış sürücü xidmətlərinin göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli, 269 saylı müqaviləyə əsasən:
8. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən sifarişçi icraçıya sürücü xidmətinin göstərilməsi üçün müvafiq şərait yaradır, onu tam təchiz olunmuş, istismara tam yararlı vəziyyətdə olan “TX LONDON TAXİ MİNİK”markalı avtomobili, müvafiq fərqlənmə nişanı və zəruri geyim forması ilə təmin edir. İcraçı isə bunun müqabilində gündəlik hasilatı sifarişçiyə ödəyir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 3 iş günü müddətində sifarişçi icraçıya əmlakı təhvil-təslim aktı əsasında təhvil verir. Bu zaman icraçı avtomobildə aşkar etdiyi bütün qüsurları təhvil-təslim aktında qeyd etməlidir. Əks təqdirdə, əmlak saz vəziyyətdə hesab edilir.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçıya əmlaka görə yol vərəqəsi verildikdən sonra həmin əmlak sifarişçiyə təhvil verildiyi anadək xidmət müddəti hesablanır.
11. Müqavilənin 3.5-ci bəndinə əsasən icraçının təqsiri üzündən sifarişçinin mülkiyyətinə və digər qanuni mənafelərinə vurulmuş zərərin əvəzi (yol nəqliyyat hadisəsinin törədilməsi və istifadəsində olan nəqliyyat vasitəsini sifarişçinin məlumatı olmadan üçüncü şəxsə verməsi ilə bağlı yaranış bütün hüquq pozuntuları üzrə əmələ gələn zərər də daxl olmaqla) icraçı tərəfindən tam olaraq ödənilir.
12. Müqavilənin 3.6-cı bəndinə əsasən yol hərəkəti qaydalarının pozulması ilə bağlı icraçı barəsində tərtib edilmiş inzibati cərimələr icraçı tərəfindən ödənilir.
13. Müqavilənin 4.1-ci bəndinə əsasən Sifarişçi aşağıdakıları öz üzərinə götürür: - 4.1.4. Bu müqavilədə nəzərdə tutulan digət öhdəlikləri vaxtında icra etmək; - 4.1.6. Əmlakın daim saz və istismar üçün tam yararlı vəziyyətdə olmasını təmin etmək üçün həftədə bir dəfə olmaqla lazımi texniki qulluq və təmir xidmətlərini təşkil etmək.
14. Müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzlandığı tarixdən qüvvəyə minir və 1 il müddətə qüvvədə qalır.
15. Müqavilənin 8.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsi tərəfləri müqavilənin müddəti qurtara qədər onun şərtlərinin pozulmasına görə məsuliyyətdən azad etmir.
16. xx.xx.2022-ci il tarixli 252 saylı təmir aktına əsasən 90TA2020 dövlət nömrə nişanlı 2020-ci il buraxışlı avtomaşına keçirilmiş texniki baxış nəticəsində təmir xərcinin 17476 manat olması müəyyən edilmişdir.
17. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, 17 mart 2022-ci il saat 21 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 38.9-cu kilometrliyinə Bakı şəhəri, L.Babayev küçəsi 37-də qeydiyyatda olan, 1961-ci il təvəllüdlü X6 idarə etdiyi TX London TAXİ markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri istiqamətində saatda 60 k.m. sürətlə hərkətdə olarkən ani anda özündən aslı olmayaraq gözləri qalarmış, Müzəffər İbrahimov avtomobil yolun sağ kənarına çəkib saxlamaq istəsə də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq avtomobillə yolun sağ kənarına çıxaraq çökəkliyə düşmüşdür. Bakı Taksi Xidməti MMC-yə, onlara məxsus London TX5 minik markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı iddia yarandığı halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması bildirilmişdir.
18. 15.04.2022-ci il tarixli bildirişə əsasən "xxxx" MMC X5 arasında bağlanmış sürücü xidmətlərinin göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli, 269 saylı müqavilənin 3.5. və 3.6-cı maddələrinə əsasən 17097 manat borc ödənişini 10 təqvim günü ərzində ödənilməsini X1 xahiş etmişdir.
19. xx.xx.2022-ci il tarixli borcların üzləşmə aktına əsasən X3 xx.xx.2022-ci il tarixinə olan borcu 18493 manat müəyyən olunmuş, akt yalnız "xxxx" MMC-nin baş mühasibi tərəfindən imzalanmışdır.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək iş üzrə məhkəmə əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2023-cü il tarixli, 9/2712 saylı rəyində nəzəri hesablanma yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında 2020-ci il buraxışlı “TX London Taxı” minik markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 16163 manat edildiyi qeyd olunmuşdur.
21. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən ekspert X12 avtomobilə dəymiz ziyanın miqdarına hər hansısa servis aktına istinad edərək müəyyən edə bilindiyini, rəy verilərkən əmtəəşünas həmin avtomobilin ehtiyat hissələrinin düzgün olub-olmadığını müəyyən edə bildiyini, iş materiallarında olan qüsur aktına istinad etməsinin səbəbi rəy verən zaman ekspert olaraq hər hansısa servisin aktına əsasən rəy verdiklərini, ehtiyat hissələri və təmir bərpasına dair qeyd edilmiş məbləğin dəqiqliyini müəyyən etdiklərini, 2 il avtomobilin istismarına görə aşınma tətbiq edildiyini, illik dörd faizindən iki il müddətinə ehtiyat hissələrinə aşınma tətbiq edildiyi və aşınmanın tətbiq edilmə səbəbinin isə 2020-ci ildən etibarən maşının istismarına görə ehtiyat hissələrinin qiymətlərin düzgün müəyyən edilməsi, həm də təmir bərpası ilə bağlı dəyər həddi müəyyən edilməsi olduğunu izahatında bildirmişdir. Həmçinin izahatında bildirdi ki, Məhkəmə ekspertiza mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubuna əsasən avtomobilə baxış yalnız avtomobil qiymətləndirilməli olduğu halda keçirilir, dəymiş ziyanla bağlı giymətləndirmə zamanı baxış keçirilmir, iş materiallarında olan nöqsan aktı əsasında hesablanır.
22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
28. Cavabdeh "xxxx" MMC-yə məxsus “TX LONDON TAXİ MİNİK” markalı, ** TA *** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol – nəqliyyat hadisəsi törətməsi, həmin hadisə nəticəsində "xxxx" MMC-yə zərər vurulması işin faktiki halları ilə təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir.
29. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə xx.xx.2022-ci il tarixli 252 saylı təmir aktı təqdim olunmuşdur. Həmin aktlara əsasən "xxxx" MMC-yə məxsus olan ““TX LONDON TAXİ MİNİK” markalı, ** TA *** nəqliyyat vasitəsinə 17476 manat məbləğində ziyan dəydiyi qeyd olunmuşdur.
30. Zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması ilə bağlı isə məhkəməyə sübut kimi xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar təqdim edilmiş və həmin qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, 17 mart 2022-ci il saat 21 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 38.9-cu kilometrliyinə Bakı şəhəri, İşBabayev küçəsi 37-də qeydiyyatda olan, 1961-ci il təvəllüdlü X6 idarə etdiyi TX London TAXİ markalı **- TA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri istiqamətində saatda 60 k.m. sürətlə hərkətdə olarkən ani anda özündən aslı olmayaraq gözləri qalarmış, Müzəffər İbrahimov avtomobil yolun sağ kənarına çəkib saxlamaq istəsə də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq avtomobillə yolun sağ kənarına çıxaraq çökəkliyə düşmüşdür.
31. Sifarişçi "xxxx" MMC ilə icraçı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 269 saylıi müqavilənin 3.5-ci bəndində qeyd olunmuşdur ki, icraçının təqsiri üzündən sifarişçinin mülkiyyətinə və digər qanuni mənafelərinə vurulmuş zərərin əvəzi (yol nəqliyyat hadisəsinin törədilməsi və istifadəsində olan nəqliyyat vasitəsini sifarişçinin məlumatı olmadan üçüncü şəxsə verməsi ilə bağlı yaranış bütün hüquq pozuntuları üzrə əmələ gələn zərər də daxl olmaqla) icraçı tərəfindən tam olaraq ödənilir.
32. Bundan başqa Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2712 saylı rəyində nəzəri hesablanma yolu ilə, 2020-ci il buraxışlı “TX London Taxı” minik markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 16163 manat edildiyi qeyd olunmuşdur.
33. Buna görə də ekspert rəyi əsas götürülməklə cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın məbləği 16163 manat müəyyən edilməlidir.
34. Cavabdeh tərəf də xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında ekspert rəyinə fikir bildirərək rəydə müəyyən edilən hallara və yekün məbləğə etiraz etmədiyini, lakin hal-hazırda həmin məbləği ödəmək üçün maddi imkanının olmadığını qeyd etmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin qanunsuz hərkəti nəticəsində iddiaçı şirkətə ziyan dəydiyini və iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 16163 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 140 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X1 16163 (on altı min yüz altmış üç) manat dəymiş zərər məbləği və mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova