Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-124/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxx” X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdehnə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan “xxxxxxxx” X3 Səhmdar Cəmiyyətinin (bundan sonra “xxxxxxxx” KB ASC) ləğvedicisi X2 Cavabdehnə (bundan sonra “xxxxxxxxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon iki yüz min) manat əsas borc, 9500 (doqquz min beş yüz) manat faiz borcu, 216131,66 manat (iki yüz on altı min bir yüz otuz bir manat altmış altı qəpik) cərimə, 209479,17 manat (iki yüz doqquz min dörd yüz yetmiş doqquz manat on yeddi qəpik) kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, xx.xx.2015-ci il tarixli 179 saylı kredit müqaviləsi üzrə 1048,21 manat (bir min qırx səkkiz manat iyirmi bir qəpik) faiz borcu, 23271,83 (iyirmi üç min iki yüz yetmiş bir manat səksən üç qəpik) manat cərimə, 26993,06 manat (iyirmi altı min doqquz yüz doxsan üç manat altı qəpik) kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 2686423,93 manat (iki milyon altı yüz səksən altı min dörd yüz iyirmi üç manat doxsan üç qəpik) borc və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxxxxxx" KB ASC ilə “xxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 166 saylı kredit müqaviləsinə əsasən bankdan kommersiya məqsədi ilə 24 ay müddətinə 6% dərəcəsi ilə ******* manat və xx xxxxxx 2015-cı il tarixli, 179 saylı kredit müqaviləsinə əsasən kommersiya məqsədi ilə 24 ay müddətində 6% dərəcəsi ilə 700000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləği və ona hesablanmış faizləri müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə uyğun hər ay sabit məbləğdə banka qaytarmaq barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyi lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud səkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi, bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh tərəfindən hər iki müqavilə üzrə ödənişlər edilmişdir, xx xxxxxx 2015-cı il tarixli, 179 saylı kredit müqaviləsi üzrə borc yoxdur, ekspert rəyindən də göründüyü kimi, 10000 manat artıq ödəniş var, ona görə nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: “xxxxxxxx” KB ASC (bank) ilə “xxxxxxxxxx” MMC (borc alan) arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 166 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə illik 6 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borc alana kommersiya məqsədi ilə verilmişdir. Müqaviləyə əsasən kredit üzrə faizlər kreditdən istifadə edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. Kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc alan tərəfindən banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 12 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. “xxxxxxxx” X3 Səhmdar Cəmiyyəti (bank) ilə “xxxxxxxxxx” MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2015-cı il tarixli, 179 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 700000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borc alana kommersiya məqsədi ilə verilmişdir. Müqaviləyə əsasən kredit üzrə faizlər kreditdən istifadə edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. Kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc alan tərəfindən banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 12 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. xx xxxxxx 2020-ci il tarixli, **********277 saylı maliyyə arayışından görünür ki, “xxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə “xxxxxxxx” Kommersiya Bankı ASC-yə xx xxxxxx 2020-ci il tarixə əsas borcu ******* manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 253811,86 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 297109,08 manat olmaqla, ümümi borc 2635920,94 manat təşkil edir. xx xxxxxx 2020-ci il tarixli, **********278 saylı maliyyə arayışından görünür ki, “xxxxxxxxxx” MMC-nin xx xxxxxx 2015-cı il tarixli, 179 saylı kredit müqaviləsi üzrə “xxxxxxxx” Kommersiya Bankı ASC-yə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 0 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 24320,04 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 0 manat, ümümi borc isə 24320,04 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31300 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 166 saylı, xx xxxxxx 2015-cı il tarixli, 179 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə, “xxxxxxxxxx” MMC-nin iddiaçı “xxxxxxxx” KB ASC-yə xx xxxxxxx 2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə əsas borcu 2998961,56 manat, faiz borcu 9470,58 manat, rəyin verildiyi tarixə əsas borcu 2026987,36 manat, faiz borcu 47577,90 manat təşkil edir, xx xxxxxx 2015-ci il tarixli, 179 saylı kredit müqaviləsi üzrə isə rəyin verildiyi tarixə borcun olması müəyyən edilmir, eyni zamanda 10653,17 manat artıq ödənişinin olması müəyyən edilir. Ləğv prosesində olan “xxxxxxxx” X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 tərəfindən “xxxxxxxxxx” MMC-yə ünvanlanmış xx xxxx 2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, sonuncuya kredit müqavilələri üzrə borcun 3 gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxxxxxxxx” MMC ilə “xxxxxxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2015-ci il tarixli, 166 saylı və xx.xx.2015-ci il tarixli, 179 saylı kredit müqavilələri bağlanmışdır. “xxxxxxxx” KB ASC göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh “xxxxxxxxxx” MMC kredit məbləğini müqavilələrdə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəlikləri pozmuşdur. Eyni zamanda ekspert rəyi ilə rəyin verildiyi tarixə xx.xx.2015-ci il tarixli, 179 saylı kredit müqaviləsi üzrə borcun olmaması, o cümlədən 10000 manat artıq ödənişin olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 166 saylı müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin müqavilə üzrə əsas və faiz borcu hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində ******* manat əsas borc və 9500 manat faiz borcunun iddiaçıdan tutulmasını xahiş etsə də, ekspert rəyində həmin məbləğlər müvafiq olaraq 2026987,36 manat və 9470,58 manat olaraq müəyyən edilmişdir. Ona görə də iddia həmin müqavilə üzrə həmin hissələrdə qismən - 2026987,36 manat əsas borc, 9470,58 manat faiz borcunun tutulması hissəsində təmin olunmalıdır. İddia tələbinin bir hissəsini də xx.xx.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə kredit müddət bitdikdən sonra hesablanan 209479,17 manat faiz borcu təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia tələbi qismən, 38107,32 manat məbləğində təmin olunmalıdır. Belə ki, ekspert cavabdehin iddiaçıya ekspert rəyi verilən tarixə ümumilikdə olan borcunu 2074565,26 manat müəyyən etmişdir ki, onun 2026987,36 manatı əsas, 9470,68 manatı faiz, 38107,32 manatı isə müddətdən sonra 5%-lə hesablanan faiz borcu (ümumilikdə 47577,90 manat faiz borcu) təşkil edir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin xx.xx.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 115797,07 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 20000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2015-ci il tarixli, 179 saylı kredit müqaviləsi üzrə borc ödənildiyindən (ekspert rəyində borcun olmadığı, 10000 manat artıq ödənişin edildiyi qeyd olunur) iddia tələbi həmin müqavilə üzrə borcun tutulması hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 6,60 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Bundan başqa, cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 145 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx xxxxxxx 2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə 2026987,36 manat (iki milyon iyirmi altı min doqquz yüz səksən yeddi manat otuz altı qəpik) məbləğində əsas borc, 9470,58 manat (doqquz min dörd yüz yetmiş manat əlli səkkiz qəpik) məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 38107,32 manat (otuz səkkiz min yüz yeddi manat otuz iki qəpik) məbləğində faiz borcu, 20000 manat (iyirmi min) məbləğində cərimə, ödənilmiş dövlət rüsumuna görə 23,40 manat (iyirmi üç manat qırx qəpik) olmaqla, cəmi 2094588,66 manat (iki milyon doxsan dörd min beş yüz səksən səkkiz manat altmış altmış qəpik) məbləğində pul tutularaq ləğv prosesində olan “xxxxxxxx” X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 6,60 manat (altı manat altmış qəpik) hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdehndən tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-124/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-124/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver