Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1240/2020 08.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Açıq Səhmdar Cəmiyyəti, Astara rayon Baytarlıq İdarəsi, Lənkəran rayon Baytarlıq İdarəsi və X4 X1rşı sığorta ödənişi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən sığorta haqqı ödənilərək sığortalanmış DE ********** birkalı - 1226,21 manat, DE ********** birkalı - 1216,52 manat, DE ********** birkalı - 1228,63 manat, DE ********** birkalı -1214,09 manat, cəmi 4885,45 manat dəyərində olan lizinqə verilmiş damazlıq heyvanların sığorta hadisəsi nəticəsində tələf olmasına görə sığorta ödənişinin cavabdehdən alaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonu Ərçivan kəndində heyvandarlıq təsərrüfatı ilə bağlı sahibkarlıq fəaliyyəti göstərir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanan xx.xx.2015-ci il tarixli “Damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” 48-LD/15 saylı müqaviləyə əsasən müxtəlif birka nömrəli 16 baş Holştin-frizcins heyvanları lizinqə götürmüşdür. xx xxxxx 2015-ci il tarixli lizinq müqaviləsinin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyəri nəzərə almaqla 9827,87 manat məbləği əvvəlcədən lizinq verənə ödəmişdir. Onunla həmin lizinqverən arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli “Sığorta haqqının ödənilməsi barədə” müqaviləyə əsasən 1179,34 manat məbləğində sığorta haqqı onun tərəfindən ödənilməsi müəyyən edilmişdir. Qeyd edilən sığorta haqqı onun tərəfindən tam ödənilmişdir. Damazlıq heyvanları 3 il müddətinə sığortalanmışdır. Məhz lizinq obyektinin 50 faiz dəyəri və sığorta haqqı ödənildiyindən heyvanlar ona verilmişdir. Lakin sığorta hadisəsi baş vermiş, lizinq obyekti olan heyvanlardan 8 başı tələf olmuşdur. Onlardan 4 baş heyvan üçün sığorta ödənişi “xxxx” ASC tərəfindən həyata keçirilsə də, qalan hissəsi üçün ödənişlər sığorta şirkətinin portfelinin xx.xx.2017-ci il tarixdən ötürüldüyü “xxxx” ASC tərəfindən edilməmişdir. Bu hal onun hüquq və mənafelərini pozur. Lizinq müqaviləsinin 2.2.12-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanlara zərər dəydiyi, o cümlədən sağlamlığında nasazlıq yarandığı ən geci 12 saat ərzində lizinq verənə məlumat verir. O, heyvanlar tələf olduqda dərhal lizinq verənin bu işlərlə məşğul olan “xxxx” ASC-nin sığortanın qiymətləndirilməsi sektorunun müdiri Ruslan Hüseynova və Astara rayon Baytarlıq İdarəsinə məlumat vermişdir. Hər bir heyvanın ölümü zamanı tərtib olunmuş “Yarma Protokolu”nu ona təqdim etmişdir. Bu qədər sığorta pulunu ödəməyinə baxmayaraq, sığorta ödənişi ala bilməmişdir. “xxxx” ASC ilə “xxxx” ASC arasında xx.xx.2014-cü il tarixli 31/14 saylı damazlıq heyvanların sığortalanması barədə müqavilə bağlanmışdır. Daha sonra xx.xx.2017-ci il tarixdən sonra baş verən hadisələr üzrə öhdəliklər “xxxx” ASC-yə ötürülmüşdür. Qeyd edilən Sığorta müqaviləsinə əsasən sığortaçı damazlıq heyvanların tam tələf olmasına dair sığorta təminatı vermişdir. İddiaçı həmin sığorta münasibətlərində sığorta haqqını ödəyən şəxsdir, faktiki olaraq sığorta hadisəsi nəticəsində zərərçəkəndir. Bundan başqa sığortalanan sığorta predmeti faktiki olaraq onun qanuni sahibliyində olmuş, onun təqsiri olmadan sığorta hadisəsi baş vermişdir. Tələf olmuş digər 4 baş heyvan üçün sığorta ödənişini almışdır. Həmin heyvanların tələf olması barədə məlumatı dərhal Ruslana bildirmiş, sığorta ödənişləri “xxxx” ASC tərəfindən ödənilmişdir. Sonradan eyni qaydada tələf olmuş digər 4 baş - DE **********, DE **********, DE **********, DE ********** birkalı heyvanla bağlı sığorta hadisəsi zamanı da ilk 12 saat ərzində lizinq verənin məsul əməkdaşı olan Ruslana bu barədə məlumat vermişdir. Həmin sığorta hadisələri heyvanların sığortalandığı 3 il ərzində baş vermişdir. Lakin cavabdeh “xxxx” ASC bundan əsassız imtina edərək, bildirmişdir ki, guya DE ********** və DE ********** birkalı heyvan xx.xx.2017-ci il tarixində tələf olsa da, vaxtında məlumat verilməmişdir. Digər DE **********, DE ********** birkalı heyvanların sığorta ödənişləri üçün təqdim edilən sənədlərin eyni olması və heyvanların vaxtında müalicə olunmaması, baytarlıq-sanitariya vəzifələrinin yerinə yetirilməməsi bəhanə gətirilmişdir. Halbuki, eyni təsərrüfatda yerləşən,eyni cür qidalanan və eyni şəxs tərəfindən qulluq olunan 4 başı üçün sığorta ödənişindən imtinaya əsas kimi baytarlıq-sanitariya tələblərinin gözlənilməməsi göstərildiyi halda, digər 4 baş üçün sığorta ödənişi təmin edilmişdir. Cavabdehin qeyd etdiyi səbəb heç biri həqiqəti əks etdirmir. Halbuki, o ilk 12 saat ərizndə lizinq verənə məlumat vermək öhdəliyini yerinə yetirsə də, lizinq verən isə ilk 24 saat ərzində şifahi, 5 gün müddətinə yazılı məlumat vermək öhdəliyini yerinə yetirməmişdir. Məhz “xxxx” ASC sığorta ödənişləri barədə tələbini vaxtında sığortaçıya müraciət etməli, sığorta ödənişləri sığortaçı tərəfindən ödənilməli, həmin ödənişlər lizinq borcunun ödənilməsi üçün hesablaşmalı idi. Heç bir müddət ötürmədiyi halda ona müddətin ötürülməsi səbəbi gətirlməsi əsassızdır. Bundan başqa tələf olmuş heyvanlara qoyulmuş “qaraciyər serrozu” xəstəliyi sığorta təminatına daxildir. Təcrübədə də bu xəstəliyə görə tələf olmuş heyvanlar barədə sığorta məbləğləri ödənilmişdir. DE ********** birkalı heyvan – xx.xx.2017-ci il tarixdə tərtib edilmiş yarma protokoluna əsasən müəyyən edilmişdir ki, heyvan dirikən xəstə olmamış, qaraciyərin kəskin sirrozu diaqnozu ilə qəflətən ölmüşdür. Heyvanın yarma protokolu tərtib edildikdən sonra basdırılması barədə akt da əlavə edilmişdir. DE ********** birkalı heyvan – xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yarma protokoluna əsasən müəyyən edilmişdir ki, heyvan dirikən xəstə olmamış, qaraciyərin kəskin sirrozu diaqnozu ilə qəflətən ölmüşdür. Heyvanın yarma protokolu tərtib edildikdən sonra basdırılması barədə akt da əlavə edilmişdir. DE ********** birkalı heyvan – xx.xx.2017-ci il tarixdə tərtib edilmiş yarma protokoluna əsasən müəyyən edilmişdir ki, heyvan dirikən xəstə olmamış, piolonefrit diaqnozu ilə qəflətən ölmüşdür. Heyvanın yarma protokolu tərtib edildikdən sonra basdırılması barədə akt da əlavə edilmişdir. DE ********** birkalı heyvan xx.xx.2017-ci il tarixdə qaraciyər serrozu diaqnozu ilə qəflətən ölmüşdür. Sığorta müqavilələrinin 4.1-ci bəndinə əsasən Sığortaçı sığortalı və lziainq alanın öz vəzifələrini düzgün icra etməsinə və həmçinin bu müqavilədə qeyd olunan şərtlərə əməl olunmasına baxmayaraq, müqavilədə qeyd edilən risklərin səbəb olduğu sığorta hadisələri nəticəsində sığorta predmetinin tam məhv (tələf) olmasına dair sığorta təminatı vermişdir. Ona lizinqə verilmiş damazlıq heyvanlarından 4 başı sığorta hadisəsi nəticəsində tələf olmuş, həmin heyvanlar üçün sığorta ödənişi təmin olunmalı olsa da, sığortaçı tərəfindən ödənilməməsi nəticəsində ona maddi ziyan vurulmuşdur. Qeyri-rəsmi olaraq ona bildirilmişdir ki, sığorta şirkətinin maddi vəziyyəti yaxşı olmadığından əsassız imtinalar verməyə məcburdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək, izahatında İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx ASC arasında xx.xx.2015-ci il tarixdə damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 16 baş Holştin-friz cins heyvanlar lizinqə götürülməsi barədə tərəflər arasında müqavilə bağlandığını, həmin tarixdə damazlıq heyvanlar 3 il müddətinə sığortalandığını, ilk olaraq sığorta “xxxx” ASC tərəfindən həyata keçirilsə də, xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-nə ötürüldüyünü, həmin tarixdən iddiaçı tərəfdən onlara dörd baş heyvanın qəfildən ölməsi barədə məlumat verilsə də, yalnız iki baş heyvanın sənədləri təqdim edildiyini, həmin sənədlərdə də natamamlıq mövcud olduğunu, sənədləri araşdırarkən, həmin heyvanların qara ciyərin serrozundan qəfildən öldüyünün göstərməsinin müəyyən edildiyini, lakin qara ciyərin serrozundan heyvanların qəfildən ölməsinin mümkün olmadığını, belə ki, həmin xəstəlik heyvanlarda uzun proses davam etdiyini, eyni zamanda həmin heyvanların ölməsi barədə məlumat tərəflər arasında bağlanmış müqavilənin 12.2.4-cü maddəsinə əsasən “xxxx ASC tərəfindən 24 saat müddət ərzində şifahi və beş gün ərzində isə yazılı məlumat verilməli olduğu halda iki ay müddət keçdikdən sonra “xxxx ASC tərəfindən onlara yazılı məlumat verildiyini, bununla da müqavilənin şərtlərinin pozulduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, Astara rayon Baytarlıq İdarəsi tərəfindən iş üzrə təqdim edilmiş sənədləri təsdqi etdiyini, məhkəmə iclasında iştirak etməsinin imkan xaricində olduğunu və bu halların nəzərə alınmasını xahiş etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin185-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2014-cü il tarixli, 31/14 nömrəli “xxxx” ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə müqavilədən görünür ki, Sığortalı – “xxxx” ASC bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını ödəməyi, Sığortaçı – “xxxx” ASC isə bu müqavilədə göstərilən sığorta hadisəsi baş verdikdə sığortalının təqdim edəcəyi siyahıda göstərilən və bu müqavilənin tərkib hissəsi sayılacaq tərəflər arasında əlavə razılaşma ilə müəyyən olunan damazlıq heyvanlara dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2015-ci il tarixli, 48-LD/15 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən - “xxxx” ASC lizina alan - İddiaçı ümumi dəyəri 19655,73 manat olan 16 ədəd damazlıq heyvanları (Holştin-friz cinsli mal-qara), lizinq alan güzəştli satış dəyərindən 9827,87 əvvəlcədən, qalan dəyərindən 9827,86 manat məbləği isə 3 il ərzində yekun olaraq 9827,86 manat, o cümlədən, 2015-ci ildə hər rüb (1-ci və 2-ci rüb ödəmədən azaddır) 982 manat olmaqla 3-cü və 4-cü rüblər üzrə cəmi 1964 manat, 2016-ci ildə hər rüb 982 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 3928 manat və 2017-ci ildə ilk 3 rübdə hər bir rüb 982 manat və sonuncu 4-cü rüb 989,86 manat olmaqla cəmi 3935,86 manat ödəməyi öhdəsinə götürməklə (tam ödəniş aparılana qədər damazlıq heyvanların lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə vermişdir. xx.xx.2017-ci il tarixli sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilədən görünür ki, “xxxx” ASC-də sığortalı olan heyvanların sığorta təminatı ilə bağlı öhdəlikləri xx.xx.2017-ci il tarixdən (xx.xx.2017-ci il tarixdən sonra baş verən hadisələr üzrə) “xxxx” ASC-yə ötürülmüşdür. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli, 31/14 nömrəli cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə müqavilədə tərəflər kimi sığortalı “xxxx”xxxx“xxxx” ASC (xx.xx.2017-ci il tarixdən sığorta müqavilələri “xxxx” ASCyə ötürülmüşdür) çıxış etmişlər, İddiaçı isə sözügedən müqavilənin deyil, damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədə tərəf kimi çıxış etmişdir. Göründüyü kimi sığorta haqqının tələbi ilə bağlı məhkəmə iddianı xx.xx.2014-cü il tarixli müqavilədə sığortalı kimi çıxış etmiş “xxxx” ASC qaldıra bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iddianı qaldırmış İddiaçı irəli sürdüyü tələbi üzrə müvafiq subyektiv hüququ olmadığına görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC, Astara rayon Baytarlıq İdarəsi, Lənkəran rayon Baytarlıq İdarəsi və X4 X2rşı sığorta ödənişi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1240/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1240/2020
08.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver