Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1245/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı “əşyaların geri qaytarılması və s.” tələbinə dair ilkin, iddiaçı Cavabdeh X3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: əşyaların geri qaytarılması, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi (oğlu) X4, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdehnə qarşı “əşyaların geri qaytarılması və s.” tələbinə dair ilkin, iddiaçı Cavabdeh X3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ona məxsus olan 82 kisə un – hər kisənin qiyməti 42 manat olmaqla cəmi 3444 manat, 1 ədəd üç gözlü peç – dəyəri 500 manat, xəmir qarışdıran dəyəri 1500 manat, 10 kisə duz – dəyəri 56 manat, 2 ədəd çörək daşıyan araba – dəyəri 500 manat, 55 ədəd çörək bişirən list – dəyəri 500 manat, soyuducu – dəyəri 200 manat, 2 ədəd tərəzi – dəyəri 70 manat və çörək şkafı dəyəri 100 olan əmlakların və ya onlarının dəyərinin 6870 manat pulun alınıb ona verilməsi, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cəmi 730 gün hər gün üçün 50 manat əldən çıxmış 36500 manat gəlirin, mediasiya üçün ödənilən 200 manat, 234 manat dövlət rüsumu, 117 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
1. İddia onunla əsaslandırılmışdır ki, X5 16 avqust 2021-ci il tarixdə Cavabdeh adından çıxış edən Qanuni nümayəndə ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə görə icarəyə verən Cavabdeh ünvan 1 ünvanında yerləşən 43 saylı qeyri-yaşayış sahəsinin 120 kv/m-ni ona icarəyə vermişdir. İcarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin şərtlərinə görə icarə haqqı 120 manat müəyyən olunmuşdur. Müqavilənin şərtlərinə görə icarəçi xx.xx.2022-ci il tarixdən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 7-ci bəndinə görə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. xx.xx.2021-ci il tarixdə etibarnamə ilə Cavabdeh təmsil edən X9 icarəyə götürülmüş obyektin açarını ondan almış və icarə haqqını 800 manat ödəyəcəyi barədə məlumat vermiş, əks halda isə obyektdən çıxmağını tələb etmişdir. Bu zaman obyektdə 82 ədəd un məhsulu (hər birinin qiyməti 42 manat) olmuşdur. Həmin tarixdən həmin obyektdə iddiaçının fəaliyyəti dayandırılmışdır. Bundan əlavə, obyektdə iddiaçıya məxsus olan 1 ədəd üç gözlü peç – dəyəri 500 manat, xəmir qarışdıran dəyəri 1500 manat, 10 kisə duz – dəyəri 56 manat, 2 ədəd çörək daşıyan araba – dəyəri 500 manat, 55 ədəd çörək bişirən list – dəyəri 500 manat, soyuducu – dəyəri 200 manat, 2 ədəd tərəzi – dəyəri 70 manat və çörək şkafı dəyəri 100 olan əmlaklar da orada qalmışdır. Həmin əmlakları və ya onların dəyərini cavabdehdən tələb edir. Bundan əlavə müqavilə bağlayarkən razılaşdırılmışdır ki, iddiaçı ən azı 2 il orada işləyəcək. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etmədən onu oradan çıxarmışdır. İddiaçı qeyd edir ki, onun obyektdə gündəlik qazancı ən azı 50 manat idi. İddiaçı müqavilə bağlanan gündən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi cəmi 730 gün üçün hər gün üçün 50 manat olmaqla əldən çıxmış gəlir kimi 36500 manat məbləğində pulun da cavabdehdən alınaraq ona verilməsini tələb edir.
2. Cavabdeh Kiçik X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunaraq tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3m-1751 reyestr qeydli müqaviləsinə xitam verilməsi, “Eldar" kiçik Müəssisəsinin xeyrinə icarə müqaviləsi üzrə 480 (dörd yüz səksən) manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 245 (iki yüz qırx beş) manat pulun, ümumilikdə 1445 (bir min dörd yüz qırx beş) manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq geri ödənilməsi və əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla cavabdehə məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 ilə Cavabdeh xx.xx.2021ci il tarixdə əmlak icarə müqaviləsi bağlayaraq qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 304,70 kv.m dən ibarət qeyri yaşayış sahəsini qarşılıqlı iddia üzrə cavabdehin icarəsinə vermişdir. Müqavilə Bakı şəhəri 12 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3m-1751 rayestr qeydli müqaviləsi ilə rəsmiləşdirilmişdir. Müqavilənin şərtlərinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 304.7 kv.m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən 120 kv.m hissəni xx.xx.2023-cü il tarixədək icarəyə verir. İcarə haqqı 120 manat müəyyən olunmuşdur. Əlavə şərtlərdən biri də odur ki, icarə müddətinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir və icarəci xx.xx.2022-ci il tarixindən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 11-ci bəndinin məzmununa əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Lakin, cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəlik şərtlərinə riayət etməyərək müqavilədə razılaşmanı pozmuşdur. İcarə haqını verməmiş, əşyalarını obyektdə saxlamaqla hüquqi şəxsə əmlakı digər şəxslərə icarə verməyə maneə yaratmış, müqavilənin 4-cü bəndinin tələblərinə riayət etməmişdir. İcarə obyektini vaxtından əvvəl tərk etmiş, istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmiş və əsassız müqavimət göstərməklə icarəyə verənə maddi ziyan vurmuşdur.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1245/2023 saylı qərardadı ilə, qarşılıqlı iddianın xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi X8 və X2 nümayəndəsi və vəkili Vəkil ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh ilə X5 arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
12. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən (Cavabdeh) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 304,7 kv/m olan qeyri-yaşayış binasının 120 kv.m hissəsini X3 icarəyə verməyi öz öhdəsinə götürmüşdür.
13. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.
14. Müqavilənin 4-cü bəndinə əsasən X5 icarəyə verən Cavabdehnə aylıq 120 manat icarə haqqı ödəməyi, icarəçi isə xx.xx.2022-ci il tarixdən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqıını ödəməyi öz öhdəsinə götürmüşdür.
15. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.
16. Həmçinin işin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, icarəçi 2021-ci ilin oktyabr ayından qeyri-yaşayış sahəsindən istifadə etmir.
17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. Ona görə də, ilk olaraq X2 icarə obyektində hansı əşyaların qaldığı müəyyən edilməlidir.
18. Məhkəmə hazırlıq iclasında (xx.xx.2023) iştirak edən Cavabdeh nümayəndəsi ilkin iddia ərizəsində göstərilmiş əşyaların hamısının deyil, ancaq 15 kisə unun, 01 ədəd soyuducunun, 01 ədəd üç gözlü peçin, 01 ədəd xəmir qarışdıranın, 02 ədəd tərəzinin, 55 ədəd çörək bişirən listinin, 01 ədəd çörək şkafının, 02 ədəd çörək qarışdıran arabanın qeyri-yaşayış sahəsində olduğunu bldirmişdir.
19. Belə olan halda, Məhkəmə hesab edir ki, X5 ilkin iddia ərizəsində göstərmiş olduğu bütün əşyaların qeyri-yaşayış sahəsində olduğunu sübut edə bilməmişdir. Ona görə də, cavabdeh tərəfin qeyri-yaşayış sahəsində olduğunu etiraf etdiyi əşyalar X3 geri qaytarılmalıdır.
20. Belə olan halda, Məhkəmə hesab edir ki, Mülki Prossesual Məcəllənin 222.1-ci (Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir) maddəsinin tələbi baxımından qeyd edilmiş əşyaların dəyəri müəyyən edilməlidir.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdehnə məxsus ünvan 5 ünvanında yerləşən 304,7 kv.m qeyri yaşayış sahəsinin 120 kv.m hissəsində olan 15 kisə un, 1 ədəd üçgözlü peç, 1 ədəd xəmir qarışdıran, 2 ədəd çörək daşıyan araba, 55 ədəd çörək bişirən list, 1 ədəd soyuducu, 2 ədəd tərəzi və 1 ədəd çörək şkafının bazar qiymətinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3485 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən əşyaların nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən, 2.480 manat müəyyən edilmişdir.
23. Belə olan halda, Məhkəmə hesab edir ki, Cavabdehnə məxsus ünvan 5 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsində olan 15 kisə un, 01 ədəd üçgözlü peç, 01 ədəd xəmir qarışdıran, 02 ədəd çörək daşıyan araba, 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu, 02 ədəd tərəzi və 01 ədəd çörək şkafı Cavabdehndən alınaraq X3 verilməlidir və qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa onların dəyəri olan 2.480 (iki min dörd yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq X3 verilməlidir.
24. Məhkəmə qeyd edir ki, ilkin iddia 36.500 manat əldən çıxmış gəlirin tələb edilməsi hissəsində əsassızdır.
25. Belə ki, X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən əldən çıxmış faydanın nədən ibarət olmasını əsaslandıra bilməmişdir.
26. İş materiallarında olan ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 06 X6 ödənmişdir.
27. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq X3 verilməlidir.
28. Beləliklə ilkin iddia qismən təmin edilməlidir.
29. Bundan sonra qarşılıqlı iddiaya qiymət verilməlidir.
30. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia icarə müqaviləsi üzrə 480 manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 manat, vurulmuş maddi ziyana görə 245 manat pulun tələb edilməsi hissəsində əsassızdır.
31. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi 2021-ci ilin sentyabr ayı üçün icarə haqqının ödənildiyini,oktyabr ayında isə qapını bağlayıb özlərinin getdiyini bildimişdir.
32. X2 nümayəndəsi isə 2021-ci ilin oktyabr ayının 3-dən məcburən çıxarıldıqlarını bildirmişdir.
33. Göründüyü kimi, X5 qeyri-yaşayış sahəsindən 2021-ci ilin oktyabr ayından qeyri-yaşayış sahəsindən istifadə etməmişdir və ona görə də, icarə haqqı ödəmək öhdəliyi mövcud deyildir.
34. Bundan başqa da, qarşılıqlı iddiaçı X2 müqavilənin vaxtından əvvəl pozduğunu və buna görə də, 720 manat pulun tutulmasını xahiş etsə də, icarə müqaviləsinin məhz X2 təqsiri üzündən pozulduğunu sübut edə bilməmişdir.
35. Həmçinin də, 245 manat maddi ziyan tələb etsə də, qeyd edilmiş maddi ziyanın nədən ibarət olmasını və qeyd edilmiş maddi ziyanın məhz X2 hərəkət və yaxud hərəkətsizliyi nəticəsində yarandığını sübut edə bilməmişdir.
36. Ona görə də, qarşılıqlı iddianın qeyd edilən hissələri təmin edilə bilməz.
37. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddianın əşyaların tələb edilməsi hissəsi qismən təmin edildiyindən, qarşılıqlı iddianın da, əşyaların çıxarılması hissəsi təmin edilməlidir.
38. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən işə Bakı Kommersiya Məhkəməsində baxılması üçün heç bir rüsum ödənilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, qaşılıqlı iddia rüsumun tələb edilməsi hissəsində də təmin edilə bilməz.
39. Yekun olaraq, məhkəmə hesab edir ki, hər iki iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. Cavabdehnə məxsus ünvan 5 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsində olan 15 kisə un, 01 ədəd üçgözlü peç, 01 ədəd xəmir qarışdıran, 02 ədəd çörək daşıyan araba, 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu, 02 ədəd tərəzi və 01 ədəd çörək şkafı Cavabdehndən alınaraq X3 verilsin. Qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa onların dəyəri olan 2.480 (iki min dörd yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq X3 verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq X3 verilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdehnə məxsus ünvan 5 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsindən bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çaynik, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 un dolu kisələr X5 tərəfindən çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov