Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-126/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3397,72 manat əsas borc, 4150,63 manat faiz borcu, 4326,18 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 483,63 manat olmaqla ümumilikdə 12358,16 manat borcun və ödənilmiş 127,08 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə X2 3397,72 (üç min üç yüz doxsan yeddi manat, 72 qəpik) əsas, 4150,63 (dörd min bir yüz əlli manat, 63 qəpik) faiz, 2637,78 (iki min altı yüz otuz yeddi manat, 78 qəpik) manat köçürülmüş faiz borcu, 1688,40 (bir min altı yüz səksən səkkiz manat, 40 qəpik) manat cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 1000 manat (bir min) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 5100 (beş min bir yüz) manat məbləğində borcun 16 (on altı) ay müddətinə, yəni 2024-cü ilin may ayından başlayaraq hər ay 318,75 (üç yüz on səkkiz manat, 75 qəpik) ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 16 (on altı) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda, bu sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X2 hesablanmış qalıq faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçüri məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi X4 və cavabdeh imzalamış, saziş iddiaçının möhürü ilə təsdiq edilmişdir. İddiaçının nümayəndəsinə müvafiq səlahiyyət isə 31 yanvar 2023-cü il tarixli 01/01511 nömrəli əmr əsasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 127,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 127,08 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 26 dekabr 2024-cü il tarixli 9/8702 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Belə olan halda, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh3 arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə X2 3397,72 (üç min üç yüz doxsan yeddi manat, 72 qəpik) əsas, 4150,63 (dörd min bir yüz əlli manat, 63 qəpik) faiz, 2637,78 (iki min altı yüz otuz yeddi manat, 78 qəpik) manat köçürülmüş faiz borcu, 1688,40 (bir min altı yüz səksən səkkiz manat, 40 qəpik) manat cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 1000 manat (bir min) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 5100 (beş min bir yüz) manat məbləğində borcun 16 (on altı) ay müddətinə, yəni 2024-cü ilin may ayından başlayaraq hər ay 318,75 (üç yüz on səkkiz manat, 75 qəpik) ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 16 (on altı) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda, bu sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X2 hesablanmış qalıq faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçüri məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,08 (bir yüz iyirmi yeddi manat səkkiz qəpik) manat pul dövlət büdcəsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-126/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-126/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver