Məhkəmə qərarları › İş №e-2-2(113)-1266/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1266/2023

07.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1266/2023 07.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı oğlunun Cavabdehnə qarşı Partovi Saeidin cavabdeh ``Azər Pak`` Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) təyin edilməsi barədə həmin Cəmiyyətin iştirakçılarının 01 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının Cavabdehndən çıxması ilə əlaqədar cavabdehin əmlakdan ibarət 8185000.00 manat nizamnamə kapitalındakı 8 % əmlak şəklində payının dəyəri olaraq 654800.00 manatın, dövlət rüsumuna görə ödədiyi 944,80 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı Partovi Saeidin cavabdeh ``Azər Pak`` Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) təyin edilməsi barədə həmin Cəmiyyətin iştirakçılarının 01 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının Cavabdehndən çıxması ilə əlaqədar cavabdehin əmlakdan ibarət 8185000.00 manat nizamnamə kapitalındakı 8 % əmlak şəklində payının dəyəri olaraq 654800.00 manatın, dövlət rüsumuna görə ödədiyi 944,80 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, qeyd edilən Məcəllənin tələblərinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Cavabdeh ünvanı ünvan 1dir ki, iddiaçı ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin ünvanının olduğu yerə görə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərazi aidiyyət qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsi ilə cavabdehin ünvanının olduğu yerə görə Sumqayıt Konmmersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun Cavabdehnə qarşı Partovi Saeidin cavabdeh ``Azər Pak`` Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) təyin edilməsi barədə həmin Cəmiyyətin iştirakçılarının 01 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının Cavabdehndən çıxması ilə əlaqədar cavabdehin əmlakdan ibarət 8185000.00 manat nizamnamə kapitalındakı 8 % əmlak şəklində payının dəyəri olaraq 654800.00 manatın, dövlət rüsumuna görə ödədiyi 944,80 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar