Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1267/2023 24.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı ipoteka müqaviləsnin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 7.746,91 manat əsas borc, 880,84 manat faiz, 2.127,85 manat cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 536,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11.292,45 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Cavabdeh mülkiyyətində olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Quba rayonu, Qəçreş yolu yaşayış massivində yerləşən, ümumi sahəsi 121.7 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 1-KTKDX-1-079-16 saylı əsas kredit müqaviləsi, 1-KTKDX-1-0-79-16 saylı əlavə kredit müqavilələrinin və bu kredit müqavilələri üzrə öhdəliklərin təminatı üsülu kimi Cavabdeh məxsus Quba rayonu, Qəçrəş yolu ünvanında yerləşən fərdi yaşayış evinin üzərindən yüklülüyünün götürülməsi və ipoteka müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC arasında bağlanmış əsas kredit müqaviləsi 1-KTKDX-1- 079-16 saylı, əlavə kredit müqaviləsi 1-KTKDX-1-0-79-16 saylı müqavilələr əsasında verilmiş kredit borcu üzrə sahibkar fiziki şəxs Cavabdeh adına cari, ssuda (kredit), faiz və dəbbə (cərimə) hesablardan çıxarışların (zəruri sənədlərin) verilməsi öhdəliyinin İddiaçı ASC-nin üzərinə qoyulması və İddiaçı ASC tərəfindən Cavabdeh mənəvi ziyan olaraq 10.000 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh Ağağül oğlu qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, “Yelo Bank" ASC tərəfindən Cavabdeh Ağağül oğluna mənəvi ziyan olaraq 15.000 manatın ona ödənilməsi, Cavabdeh Ağağül oğlu ilə “Yelo Bank" ASC arasında bağlanmıs əsas və əlavə kredit müqavilələri əsasında verilmiş kredit borcu üzrə “Yelo Bank" ASC-nin e-2-2(113)- 1267/2023 nömrəli kommersiya isi üzrə iddia tələbinin əsassız olduğuna görə işin məhkəmə icraatına xitam verilməsi, Cavabdeh Ağağül oğlu ilə “Yelo Bank" ASC arasında bağlanmıs əsas və əlavə kredit müqavilələrinin və bu kredit müqavilələri üzrə öhdəliklərin təminat üsulu olan Cavabdeh Ağağül oğluna məxsus Quba rayonu, Qəçreş yolu ünvanında yerləşən fərdi yaşayış evinin üzərindən yüklülüyü götürülməsi və ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağağül oğlunun qarşılıqlı iddia üzrə cavabdeh “Yelo Bank" ASC-yə qarşı tərəflər arasında bağlanmış əsas və əlavə kredit müqavilələri əsasında verilmiş kredit borcu üzrə qarşılıqlı iddia üzrə iddiaçının adına cari, ssuda (kredit), faiz və dəbbə (cərimə) hesablardan çıxarışların (zəruri sənədlərin) verilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “Yelo Bank" ASC-yə qarşı sözügedən tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həmin sənədlərin alınması ilə bağlı cavabdeh təşkilata müraciət etməsini və həmin sənədlərin verilməsindən imtina edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsində təqdim edilməsini tələb etdiyi sənədlər məhkəmə araşdırması gedişində qarşılıqlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Beləliklə, hazırkı halda sənədlərin təqdim edilməsi ilə bağlı tərəflər arasında mübahisənin mövcud olması müəyyən edilmir. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağağül oğlunun qarşılıqlı iddia üzrə cavabdeh “Yelo Bank" ASC-yə qarşı tərəflər arasında bağlanmış əsas və əlavə kredit müqavilələri əsasında verilmiş kredit borcu üzrə qarşılıqlı iddia üzrə iddiaçının adına cari, ssuda (kredit), faiz və dəbbə (cərimə) hesablardan çıxarışların (zəruri sənədlərin) verilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1267/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1267/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver