Məhkəmə qərarları › İş №e-2-2(113)-127/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-127/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-127/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması, əlavə ödənilmiş pul vəsaitinin icarə haqqından çıxılması barədə ilkin, “xxxx” Qapalı Səhmdar Cəmiyyətin İddiaçınə qarşı icarə haqqının ödənilməsi və icarə obyektindən çıxarılma barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” QSC ilə xx xxxxxx 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə fors-major halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək “xxxx” QSC ilə xx xxxxxx 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə forsmajor halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması və əlavə ödənilmiş 60000 manat məbləğində pul vəsaitinin icarə haqqı ödənişi kimi hesablanmaqla icarə ödənişindən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, “xxxx” QSC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı MMC-dən 9400 manat pul alınaraq ona ödənilməsi və cavabdeh İddiaçı MMC tərəfindən icarə obyekti Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında yerləşən Vağzal binasının 7 və 8-ci mərtəbələri boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, uzun müddətdir ki, “İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 24 ünvanında yerləşən Bakı Dəmiryolu Vağzalı binasının 7 və 8-ci mərtəbələrində yerləşən ümumi sahəsi 688 kv.m olan sahə 5 il müddətinə iddiaçıya icarəyə verilmişdir. İcarəçi tərəfindən həmin sahə otel kimi təmir edilmiş və avadanlıqlarla təmin edilmişdir. Aylıq icarə haqqı kimi 5000 manat hər ay tərəflərindən ödənilmişdir. 2020-ci ilin əvvəlindən COVİD-19 virusunun yayılması ilə fors-major hal yaranmışdır. Pandemiya bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb olmuş, bir çox ölkələrin iqtisadiyyatına zərbə vurmuşdur. Böhran nəticəsində dünya turizm sənayesi ən çox zərər görən sahələrdən biri olmuşdur. Həmin halla bağlı iddiaçı da iş fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış və bu barədə müqavilənin 10-cu bəndinə əsasən cavabdehə xəbərdarlıq edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq icarəyəverən tərəf işləmədiyi fors-major halla bağlı 4 və 5-ci aylar üçün icarə haqqı tələb etməkdədir. İddiaçı tərəf cavabdehin hazırkı tələbini müqavilə bəndlərinə zidd hesab etdiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Bundan başqa əlavə ödənilmiş 60000 manat məbləğində pul vəsaitinin icarə haqqı ödənişi kimi hesablanmaqla icarə ödənişindən çıxılmalıdır. Cavabdehin nümayəndəsi X3 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müfadiə etdiyini bildirərək izahatında göstərdi ki, hal – hazıradək "İddiaçı" MMC tərəfindən icarə haqqı qismən ödənilmişdir. Belə ki, cavabdehin 2018-ci il 01 noyabr tarixdən 2020-ci il 01 aprel tarixədək olan dövr üçün qalıq borcu 9400 manat təşkil etmişdir. Yəni tələb olunan icarə haqqının ödənilməsi xx xxxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il olan dövrü əhatə edir. Ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən etibarən "İddiaçı" MMC-yə icarə haqqı hesablanmamışdır və ilkin iddia ərizəsində fors-major halla bağlı icarə haqqı ödənişinin müvəqqəti dayandırılması” tələbi tamamilə əsassızdır. Eyni zamanda, "İddiaçı" MMC-nin ilkin iddia ərizəsindəki digər tələbinin ödədikləri əlavə 60000 manatın icarə haqqı ödənişi kimi hesablanmasının heç bir hüquqi əsası yoxdur. Çünki "İddiaçı" MMC tərəfindən “xxxx” QSC-yə belə bir ödəniş edilməmişdir. Beləliklə, İddiaçı üzərinə düşən öhdəliyi icra etmədiyi üçün 2020-ci il 24 sentyabr tarixdə ona 22546 nömrəli pretenziya məktubu ünvanlanmış və pretenziya tələbi icra edilmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi göstərilmişdir. Lakin pretenziya tələbi təmin olunmamış və tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2020-ci il tarixində “xxxx” QSC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Buna görə də 9400 manat qalıq borc İddiaçındən alınmalı və icarə obyekti boşaldılaraq “xxxx” QSC-yə təhvil verilməlidir. Mülki iş materiallarında olan: - “xxxx” MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixli İM-458 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 24 ünvanında yerləşən Bakı Dəmiryolu Vağzalı binasının 7 və 8-ci mərtəbələrində yerləşən ümumi sahəsi 688 kv.m olan sahə 5 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Aylıq icarə haqqı 5000 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 999199 saylı elektron qaiməyə əsasən yanvar ayı üçün İM-458 saylı icarə müqaviləsi üzrə 5000 manat,xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 082630 saylı elektron qaiməyə əsasən 4999,66 manat və 1xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 704997 saylı elektron qaiməyə əsasən isə 5000 manat icarə haqqı İddiaçı MMC tərəfindən ödənilməlidir. - xx.xx.2020-ci il tarixli, FRB seriyalı, 220264 saylı kassa mədaxil orderinə əsasən 5000 manat, xx.xx.2021-ci il tarixli, FRB seriyalı, 220268 saylı kassa məxadil orderinə əsasən isə 1500 manat icarə haqqı İddiaçı MMC tərəfindən ödənilmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən xx.xx.2018-c il tarixli İM 458 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixində 3000 manat, xx.xx.2020-ci il tarixində 5000 manat, xx.xx.2020-ci il tarixində 1500 manat, xx.xx.2020-ci il tarxində 300 manat, xx.xx.2020-ci il tarixində 300 olmaqla cəmi 150xx xxxxxxxx 10100 manat ödəniş edilmiş və 9400 manat qalıq borcu qalmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “xxxx” MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixli İM-458 icarə müqaviləsinə əsasən icarə müddəti 5 illik (2018 noyabr-2023 noyabr) müyyən edilmişdir. Həmçinin müqavilənin 11.2-ci bəndinə əsasən hər hansı bir tərəf bu müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf, həmin digər tərəfin müqavilədə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarına (o cümlədən bu müqaviləyə xitam vermək hüququ) əlavə olaraq, bu müqavilə üzrə öhdəliklərini əhəmiyətli dərəcəəpozan tərəfə 10 gün əvvəlcədən bildiriş verməklə xitam verə bilər. İcarə müqaviləsi xx xxxxxx 2018-ci il tarixdə bağlanaraq icarə haqqının qeyd olunan tarixdən sonra hesablanması müəyyən edilsə də, xx xxxxxx 2020-ci il taixindən xx xxxxx 2020-ci il tarixinə kimi 15000 manat icarə haqqı üzrə cəmi 10100 manat ödəniş edilmiş, dqalıq borc 9400 maat təşkil etmişdir. Hal-hazırda da həmin icarə haqqı ödənilməmişdir. İddiaçı MMC tərəfindən bu halın əksini təsdiq edən, yəni, qismən də olsa icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi icarə müqaviləsinin şərtləri İddiaçı MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icarə haqqı ödənilmədiyinə görə müqaviləyə xitam verilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hal – hazırda “xxxx” QSC tərəfindən tələb olunan icarə haqqı borcu karantin dövrünü deyil, 2020-ci ilin yanvar – mart aylarını əhatə edir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi üzrə cavabdeh tərəfindən götürülmüş öhdəliklərə tam əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddianın fors-major halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hissəsi əsassızdır və qarşılıqlı iddia həm 9400 manat icarə haqqı üzrə yaranmış borcun ödənilməsi, həm də müqaviləyə xitam verilməklə hal – hazırda heç bir əsas olmadan icarə obyektindən istifadə olunduğuna görə icarə obyektinin boşaldılaraq “xxxx” QSC-yə təhvil verilməsi hissələrində təmin edilməlidir. İlkin iddianın əlavə ödənilmiş 60000 manat məbləğində pul vəsaitinin icarə haqqı ödənişi kimi hesablanmaqla icarə ödənişindən çıxılması hissəsi ilə bağlı məhkəməyə sadə yazılı formada müəyyən məbləğlərdə pul vsəaitinin ödənilməsi ilə bağlı qəbzlər təqdim olunmuşdur. İlkin olaraq onu qeyd etmək lazımdır ki, tərəflərin hər ikisi hüquqi şəxsdir və buna görə də hesablaşmalar ciddi hesabat sənədləri əsasında həyata keçirilməlidir. Bundan başqa, həmin qəbzlərdə pulun kim tərəfindən alınması, ümumiyyətlə həmin qəbzlərin “xxxx” QSC-yə aidiyyatı ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan həmin qəbzlər “xxxx” QSC-yə pul vəsaitinin ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz və iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ilkin iddia rədd olunduğundan həmin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması, əlavə ödənilmiş pul vəsaitinin icarə haqqından çıxılması barədə ilkin iddiası rədd edilsin və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. “xxxx” Qapalı Səhmdar Cəmiyyətin İddiaçınə qarşı icarə haqqının ödənilməsi və icarə obyektindən çıxarılma barədə qarşılıqlı iddiası təmin edilsin. 9400 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. ünvan 3 ünvanında yerləşən Vağzal binasının 7-ci və 8-ci mərtəbələri İddiaçı tərəfindən boşaldılaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar