Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-127/2022 29.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi və avadanlığın geri qaytarılması barədə, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi və avadanlığın yerinə quraşdırılması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər, yəni 11 aylıq icarə haqqı olan ƏDV daxil 129800 manat icarə haqqı borcunun, 5000 manat cərimənin ona ödənilməsi və icarəyə verilmiş daş qıran avadanlığın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin üzərinə doğrayıcı – xırdalayıcı avadanlıq üçün quraşdırdığı İddiaçı MMC-yə məxsus avadanlıqları sökməzdən öncə "xxxx" MMC-yə məxsus avadanlıqların yerinə quraşdırılması öhdəliyinin qoyulması, "xxxx" MMC-nin müqavilə üzrə borclu olduğu 386768 manat əsas borc, 781865,50 manat cərimə borcunun ödənilməsi, İddiaçı MMC-nin 31 yanvar 2020-ci il tarixli, AS-005/1 saylı alqı – satqı müqaviləsi üzrə borcu olduğu 11800 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin ərizə icraata qəbul olunmuşdur. Bundan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı MMC-nin 31 yanvar 2020-ci il tarixli, AS-005/1 saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla qalan 11800 manat məbləğində pulun İddiaçı MMCdən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə ilə müraciət olunaraq, iddiadan imtina olunduğu bildirilmiş və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi və avadanlığın geri qaytarılması barədə iş üzrə icraata müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi və avadanlığın yerinə quraşdırılması tələbinə dair hissədə xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-127/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-127/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver