Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1270/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Məmmədzaə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "X6" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 143 884.90 ( bir yüz qırx üç min səkkiz yüz səksən dörd manat 90 qəpik) manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 46.803.10 (qırx altı min səkkiz yüz üç manat 10 qəpik) manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 7194.24 (yeddi min bir yüz doxsan dörd manat 24 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 197 882.25 (bir yüz doxsan yeddi min səkkiz yüz səksən iki manat 25 qəpik) manat eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manatın Cavabdehdən tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, elektron mallarını (bundan sonra müqavilədə “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”da göstərilir. Müqavilənin 3.2.1-ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 143 884.90 ( bir yüz qırx üç min səkkiz yüz səksən dörd manat 90 qəpik) manat dəyərində əsas borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 6.5-ci bəndinə görə ödəniş hər gecikdirilmiş gün 0,1 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. Tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 10 (on) iş günü ərzində öhdəliyini tam icra etməmişdir. Beləliklə, “Cavabdeh MMC – nin İddiaçı MMC – yə 143 884.90 ( bir yüz qırx üç min səkkiz yüz səksən dörd manat 90 qəpik) manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 46.803.10 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 7194.24 (yeddi min bir yüz doxsan dörd manat 24 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 197 882.25 (bir yüz doxsan yeddi min səkkiz yüz səksən iki manat 25 qəpik) manat borc məbləği yaranmışdır.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən 134 676.90 manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 46.803.10 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 7194.24 gecikdirmə faizi olmaqla ümumiliklə 188 674.24 manat eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 490 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsini əsas borc hissəsində etiraf edərək iddianın qismən təmin edilməsini digər hissədə rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən Müqavilə Satıcı ilə Alıcı arasında, atipikçərçivə alqı-satqı müqaviləsi olmaqla, Alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında Satıcının satılanın sahiblik və mülkiyyətim Alıcıya ötürməyi Alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. - 2.1-ci bəndinə əsasən Malın qiyməti X1 və ya Satıcının qiymət siyahısı (pricc list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. - 3.2.1-ci bəndinə əsasən Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. - 6.5-ci bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün 0,1 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. - 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
9. EBDP 497199 nömrəli xx.xx.2023-cü il tarixli 25784.42 manat,EBDP 597230 nömrəli xx.xx.2023-cü il tarixli 1709.82 manat,EBDY 188606 nömrəli xx.xx.2024-cü il tarixli 15053.38 manat, MT2401 00079898 nömrəli xx.xx.2024-cü il tarixli 3674.874 manat, MT2401 00095223 nömrəli xx.xx.2024-cü il tarixli 20254.464 manat, MT2401 00095225 nömrəli xx.xx.2024-cü il tarixli 21467.74 manat, EBDW 683644 nömrəli xx.xx.2024-cü il tarixli 32263.56 manat,EBDP 985826 nömrəli xx.xx.2023-cü il tarixli 519.20 manat, EBDQ 161403 nömrəli xx.xx.2023-cü il tarixli 8449.89 manat, EBDS 564481 nömrəli xx.xx.2023-cü il tarixli 300.90 manat, EBDX 001953 nömrəli xx.xx.2024-cü il tarixli 12537.74 manat, EBDX 102252 nömrəli xx.xx.2024-cü il tarixli 271.40 manat, EBDQ 598313 nömrəli xx.xx.2023-cü il tarixli 3798.42 manat, EBDQ 809696 nömrəli xx.xx.2023-cü il tarixli 5876.40 manat, EBDQ 809728 nömrəli xx.xx.2023-cü il tarixli 8676.54 manat, EBDM 893627 nömrəli xx.xx.2023-cü il tarixli 177 manat məbləğində elektron qaimələr göndərilmişdir.
10. 18.11.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 7000 manat köçürülmüşdür.
11. 22.10.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 16949.16 manat köçürülmüşdür.
12. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1260 manat (ƏDV ödənişi) köçürülmüşdür.
13. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3050.84 manat (ƏDV ödənişi) köçürülmüşdür.
14. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 04 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (177 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 177 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
16. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 05 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (25784.42 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 25784.42 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
18. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 06 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (1709.82 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1709.82 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
20. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 67 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (519.20 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 519.20 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
22. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 68 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (8449.89 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 8449.89 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
24. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 69 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (3798.42 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 3798.42 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
26. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 69 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (8676.54 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
27. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 8676.54 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
28. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 70 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (5876.40 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 5876.40 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
30. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 72 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (11329.18 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 11329.18 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
32. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 73 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (300.90 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
33. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 300.90 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
34. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 76 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (3674.87 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
35. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 3674.87 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
36. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 75 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (21467.74 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
37. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 21467.74 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
38. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 74 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (20254.46 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
39. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 20254.46 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
40. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 77 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (32263.56 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
41. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 32263.56 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
42. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 78 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (12537.74 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
43. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 12537.74 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
44. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 79 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (271.40 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
45. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 271.40 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
46. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 80 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (15053.38 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
47. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 15053.38 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
48. 7277587 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına 320 manat köçürülmüşdür.
49. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 138AMP/2022 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli MT**********25 saylı Elektron qaimənin tərkibində olan 6/10kV NA2XS2Y 1X120/16 malı xx.xx.2025-ci il tarixində MQ**********60 saylı qaytarma qaiməsi əsasında 9208 manat məbləğində malların geri qaytarılması təsdiq edilmişdir. V. Tətbiq edilən hüquq:
50. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
52. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
54. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
58. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
59. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən 134676.90 manat hissəsində qəbul etmiş, və cavabdehin iddiaçıya müqavilə üzrə əsas borc olaraq 134676.90 manat borcunun olması işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisəli hal tələbin cərimə və faiz borcu hissəsidir.
60. İş materialları əsasında müəyyən olunur ki, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən 9208 manat məbləğində mal geri qaytarılmış və iddiaçı tərəfindən bu hal təsdiq edilmişdir.
61. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 134676.90 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdehin nümayəndəsi tərəfindən tam etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 134676.90 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
62. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 46.803.10 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
63. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu (müqavilədə cərimə adlandırılmışdır) və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə malı ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir.
64. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
65. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 6700 manat məbləğində müəyyən edilməlidir.
66. İddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə 7194 manat məbləğində pulun tutulması tələbinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda da qeyd edildiyi kimi həmin maddəyə əsasən tutulan faizlər bərpaedici sanksiya olmaqla faktiki olaraq əldən çıxmış fayda formasında dəymiş zərərin əvəzi olaraq tutulan məbləğ olduğundan həmin faizlərin yalnız dəbbə pulu çatmayan hissəsi ödənilə bilər.
67. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
68. . Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
69. . Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
70. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi faizlərin yalnız hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsini , 494.24 manat (7194-6700)tələb edə bilər.
71. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən həmin əsasla 494.24 manat məbləğində pul vəsaiti tutulmalıdır.
72. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
73. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 490.26 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
74. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 432 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "X6" MMC -dən 134676.9 manat əsas borc, 6700 manat dəbbə pulu,494.24 manat illik 5%, 320 manat vəkil xərci cəmi 142191.14 manat yüz qıx iki min yüz doxsan bir manat on dörd qəpik) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 432 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova