Məhkəmə qərarları › İş №e-2-2(113)-1271/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1271/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1271/2020 28.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən 412 manat 78 qəpik xidmət haqqının 20 manat 40 qəpik dövlət rüsumunun, cəmi 433 manat 18 qəpik tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslnadırılmışdır ki, İddiaçı MMCilə borclu xxxxxxxxxxxxxxxxxx MMCarasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu 412 manat 78 qəpik məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 412 manat 78 qəpik məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesabfakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə qeyd olunan borc məbləğinin hansı dövrlərdə yaranmasını təsdiq edən sübut təqdim olunmamışdır. Faktura “xxxxxxxxxxxxxxxxxx” MMC-nin işçisinin e-mail ünvanına göndərilsə də, işçi tərəfindən həmin fakturanın mövcudluğu barədə şirkətə heç bir məlumat verilməmişdir. Ola bilər ki, fakturanın işçinin e-mail ünvanına göndərildiyi vaxtda həmin şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC-nin işçisi deyildi. Mülki iş materiallarında olan: - “Rabitə xidmətlərinin göstərilməsinə dair” xx.xx.2016-cı il tarixli, ***-**** saylı müqaviləsi ilə İddiaçı MMC “xxxxxxxxxxxxxxxxxx” MMC-yə rabitə xidmətləri göstərir, “xxxxxxxxxxxxxxxxxx” MMC isə bu xidməti qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. - işdə olan hesab fakturaya əsasən rabitə xidmətlərinə görə “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən cəmi qaimə üzrə ödəniləcək məbləğ 412,78 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən göründüyü kimi ““Rabitə xidmətlərinin göstərilməsinə dair” xx.xx.2016-cı il tarixli, ***-**** saylı müqavilə bağlamış və həmin müqaviləyə əsasən cavabdeh istifadə edilən xidmətlərə görə ödənişləri vaxtı-vaxtında etməyi öhdəsinə götürmüşdür. Cavabdeh etirazını fakturanın “xxxxxxxxxxxxxxxxxx” MMC-nin işçisinin e-mail ünvanına göndərilsə də, işçi tərəfindən həmin fakturanın mövcudluğu barədə şirkətə heç bir məlumat verilmədiyi, o zaman həmin şəxsin “xxxxxxxxxxxxxxxxxx” MMC-nin işçisi olmaması ehtimalı ilə əsaslandırmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “xxxxxxxxxxxxxxxxxx” MMCnin İddiaçı MMC-yə ünvanladığı xx xxxx 2016-cı il tarixli, 387 №-li məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Yazıb Sizdən xahiş edirik ki, İddiaçı MMC ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasındakı əməkdaşlığın operativliyinin təmin olunması üçün nömrələrlə bağlı bütün əməliyyatların və xidmətlərin həyata keçirilməsi, o cümlədən yeni nömrələrin və izahlı qaimələrin sifariş verilməsi İT üzrə baş mütəxəssisi vəzifəsində çalışan X2 həvalə olunsun. Onun koordinatları: e-mail^ mailto:farhad.karimli@1414.azElektron ünvan ”. İddiaçı MMC də məktubda qeyd edilənlərə uyğun olaraq hesab fakturanı təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, etirazın əsasını təşkil edən hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. “xxxxxxxxxxxxxxxxxx” MMC isə müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirmədiyinə, yaranmış borcu ödəmədiyinə görə iddia təmin olunmalıdır. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 412,78 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar