Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1277/2025 15.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 28583.41 manat krеdit bоrcu, 3346.66 manat faiz bоrcu və 726.02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32656.09 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 187.97 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər X2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2023-cü il tarixli 005S**********03 saylı və 005S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri gecikdirmiş, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 1416.59 manat ödəmiş, onun 28583.41 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 155 gün üçün hesablanmış faiz borcu 3346.66 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 155 gün üçün hеsablanmış cərimə 726.02 manat təşkiledir.
İİ Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.
4. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iş üzrə bütün sənədlərin təqdim edildiyini qeyd etmiş, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar maddi vəziyyətində çətinliklərlə üzləşdiyi üçün borcun ödənilməsini gecikdirmişdir, lakin borc məbləğini olduğu kimi qəbul edir və ödəyəcək.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 iddia tələbini qəbul etdiyini və borcu hissə-hissə ödəyəcəyini bildirdi.
7. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİİ Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Bank müqavilə ilə müəyyən şərtlər əsasında uzunmüddətli kredit xəttini açır. 2.2-ci bəndinə əsasən, kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq faəliyyətinin maliyyələşdirilməsi, uzunmüddətli kredit xəttinin məbləği 100 000 manat, kreditin maksimum müddəti 120 ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 faiz, FİFD-in yuxarı həddi 30 faiz, aylıq ödənişin yuxarı həddi 50000 manat təşkil etmişdir. 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq edirlər ki, üçüncü şəxs(lər) Bank ilə qoşulma barədə Saziş imzalamaqla Zamin və Girov qoyan qismində bu müqaviləyə qoşula bilərlər.
10. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit sazişi – biznes krediti və girov barədə xx.xx.2023-cü il tarixli 005R********** saylı qarşılıqlı razılaşmaya əsasən, kreditin məbləği – 30 000 manat, kreditin müddəti – 30 ay, kreditin faiz dərəcəsi 1.9167 faiz, illik faiz dərəcəsi – 23 faiz, faktiki illik faiz dərəcəsi 24.57 faiz, komisyon haqq 300 manat olmaqla biznes krediti verilməsi barədə razılıq əldə olunmuşdur.
11. İddiaçı QSC ilə Cavabdeh1 arasında 26 dekabr 2023-cü il tarixli 005S**********03 saylı qoşulma barədə sazişin imzalanması ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşdur.
12. İddiaçı QSC ilə Cavabdeh2 arasında 26 dekabr 2023-cü il tarixli 005S**********01 saylı qoşulma barədə sazişin imzalanması ilə Cavabdeh2 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşdur.
13. İddiaçı QSC tərəfindən kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh3 verilmiş kreditin məbləği 30000.00 manat təşkil edir.
14. İddiaçı QSC tərəfindən təqdim edilmiş 05 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 005R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 28583.41 manat, faiz üzrə borcu 3346.66 manat, cərimə borcu 726.02 manat olmaqla, cəmi borcu 32656.09 manat təşkil edir.
15. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, gecikdirilmiş borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və ödənilməli məbləğin məcburi alınması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
16. xx.xx.2024-cü il tarixli 69545816 nömrəli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinin balansına 187.97 manat dövlət rüsumu ödənilmişdir.
17. Beləliklə, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqaviləyə kredit sazişi – biznes krediti və girov barədə xx.xx.2023-cü il tarixli 005R********** saylı qarşılıqlı razılaşma əsasında İddiaçı tərəfindən Cavabdehə 30 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 30000 manat kredit ayrılmışdır. İddiaçı ilə digər cavabdelər arasında bağlanan 26 dekabr 2023-cü il tarixli 005S**********03 saylı və 005S**********01 saylı qoşulma barədə sazişlər əsasında Cavabdeh1 Cavabdeh2 xx.xx.2022-ci il tarixli 005L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə zamin qismində qoşulmuşlar. İddiaçı qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdehin İddiaçıya əsas və faiz borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 borc məbləğini etiraf etmişlər.
20. Əsas borc məbləğinə münasibətdə məhkəmə, 28583.41 manat ödənilməmiş borc qalmasını və həmin məbləğin cavabdehlər tərəfindən qəbul edildiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borun tutulması hissəsində təmin edilməli, cavabdehdən müştərək qaydada 28583.41 manat əsas borc İddiaçının xeyrinə tutulmalıdır.
21. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdehlərə bildiriş ünvanlayaraq gecikdirilmiş borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsini təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini bildirmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması əsası ilə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirmişdir. Odur ki, İddiaçı həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (3346.66 manat) tələb etməkdə haqqlıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir....Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur.
23. İddiaçı əlavə olaraq cavabdehlərdən 726.02 manat dəbbə pulunun tutulmasını tələb edir.
24. Məhkəmə bununla bağlı bildirir ki, məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
26. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq cavabdehlərdən 726.02 manat dəbbə pulunun tutulmasını ağlabatan hesab edi
27. Beləliklə məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin öz öhdəliklərini lazımı qaydada icra etmədiyini, belə olan halda isə İddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 28583.41 manat krеdit bоrcu, 3346.66 manat faiz bоrcu və 726.02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32656.09 manat tutulmalıdır.
28. İddiaçı eyni zamanda ödənilmiş 187.97 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir və rüsumun ödənilməsini təsdiq edən sənədi iş materiallarına əlavə etmişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əla- qədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
V Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 28583.41 manat krеdit bоrcu, 3346.66 manat faiz bоrcu və 726.02 manat cərimə borcu olmaqla, cəmi 32656.09 manat (otuz iki min altı yüz əlli altı manat doqquz qəpik) məbləğində bоrc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 187.97 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.